Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4071/2022 26.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh1 və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının Cavabdeh1 və digərlərinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı eyni adlı tələb üzrə qarşılıqlı iddia ərizəsinə dair mülki işə 26 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə (bundan sonra BDYPİ), Bakı şəhəri 23 saylı notariat ofisinə, Samux rayon notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Kia Sportage” minik markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,54 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,288 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2724 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,27 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 2,0509 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,0794 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2024 ha. torpaq sahəsinin alğı-satqıları nəticəsində X2 əldə etdiyi, daşınmaz əmlakların satıldığı dövrlər üzrə həqiqi bazar dəyərləri olaraq 102000 manatın, avtomobilin satılmasından əldə edilmiş 22000 manatın, beləliklə ümumilikdə 124000 manat məbləğində pul vəsaitinin üzərində ½ hissədə payının tanınması, cavabdehdən həmin məbləğin ½ hissəsi olan 61000 manatın tutularaq ona ödənilməsi; birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 107/a saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə cavabdehə satılmış 400 kv.metr torpaq sahəsinə, cavabdehin adına qeydiyyatdan keçən Şəki rayonu, Suçma kəndində yerləşən, ümumi birgə 0,22 ha. torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 1a saylı evin 79 saylı mənzilinə münasibətdə ½ hissədə payının müəyyən edilməsi; ona və uşaqlarına hədiyyə edilmiş 1 ədəd 1615 manat dəyərində 585 əyarlı, 3 karat brilyant qaşlı (saffir) 11 qram çəkidə sırğa-üzük dəstinin, 1 ədəd 1485 manat dəyərində 583 əyarlı, 2 karat Belçika brilyant qaşlı, 9 qram çəkidə sırğa-üzük dəstinin, 1 ədəd 4000 manat dəyərində 583 əyarlı, 3 karat Sibir prolyant qaşlı, 13 qram çəkidə badam sırğa-klon dəstinin, 1 ədəd 1430 manat dəyərində 585 əyarlı, pandora üzük-sırğa-qolbaq dəstinin, 1 ədəd 690 manat dəyərində 750 əyarlı, 5,6 qram çəkidə 57 sot brilyant qaşlı nişan üzüyünün, 1 ədəd 1000 manat dəyərində 10-luq (Nikolay qızılı), 1 ədəd 590 manat dəyərində təkqaş, 583 əyarlı, 20 sot Sibir brilyant qaşlı sırğa dəstinin, 1 ədəd 260 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə qızıl sepin, 1 ədəd 200 manat dəyərində 583 əyarlı, 8 sot Sibir brilyant qaşlı 2,5 qram qızıl klonun və ya onların dəyərinin, 1 ədəd 845 manat dəyərində 585 əyarlı, 13 qram çəkidə “Gül” klon-üzük-qolbaq dəstinin, 1 ədəd 700 manat dəyərində, 583 əyarlı, 3,5 qram çəkidə, 80 sot “Fransız” brilyant qaşlı üzük adda və sayda qızıl-zinət əşyalarının və ya onların dəyərinin; habelə iddiaçıdan korrupsiyada problemini həll etmək adı ilə aldığı 35000 manat pulun (həmin pulun 32000 manatı iddiaçının Maraqlı şəxs QSC-dəki hesabından çıxarılmış, 3000 manat isə bacısından borca alınmışdır), evdən apardığı 2000 ABŞ dolları məbləğində pulun, mediasiya mərhələsində iddiaçıdan aldığı 10000 manatın ½ hissəsinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 388 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş və cavabdehə saxlanması üçün verilən 43000 manatın 21500 manat hissəsinin İddiaçı ona qaytarılması, birgə nikah dövründə əldə edilmiş və Maraqlı şəxs QSC-də İddiaçı hesabında olmuş pul vəsaitinin yarısının cavabdehdən tutularaq ona ödənilməsi, habelə birgə nikah dövründə əldə edilən “Hyundai Elantra” minik markalı, 2015-ci il buraxılışlı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin aralarında bərabər paya bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə 16 noyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 uşaqları vardır. Aralarında yaranmış problemlərlə əlaqədar olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Evli olduqları vaxt cavabdehin adına Samux rayonunda yerləşən, iddia ərizəsində göstərilən torpaq sahələri alınmışdır. Lakin, iddiaçının həmin torpaqların satılmasından məlumatı olmamışdır. Həmçinin, nikahın pozulmasına dair məhkəməyə ərizə verməzdən 3 gün əvvəl cavabdeh iddiaçıya təcili olaraq Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanındakı mənzili və “Kia Sportage” markalı avtomobili satmalı olduqlarını demişdir. İddiaçı cavabdehə işi ilə əlaqədar pula ehtiyacı olduğuna inanıb əmlakların satılmasına razılıq vermişdir. Lakin 3 gün sonra cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, cavabdeh tərəfindən satılmış, adları iddia ərizəsində göstərilən əmlakların dəyərinin yarısı iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçı cavabdehin işi ilə bağlı problemi olduğundan ona 35000 manat pul da göndərmişdir. Həmin pulun 32000 manatını Maraqlı şəxsdakı hesabdan çıxarmış, 3000 manatını isə bacısından borca almışdır. Həmin pul da iddiaçıya qaytarılmalıdır. Habelə, cavabdeh iddiaçını evdən qovarkən onun özü ilə yalnız bəzi paltarları götürmək imkanı olmuş, bütün qızıl-zinət əşyaları evdə qalmışdır. Sonradan iddiaçı həmin evə qayıtdıqda artıq qızıllar yerində olmamış, o, qızılların cavabdeh tərəfindən götürülüyünü bilmişdir. Samux rayonunkı torpaq sahələrinin, habelə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının real dəyəri məhkəməyə onlar tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində öz əksini tapmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 ilk iddianı qismən qəbul etdiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, hərbi qulluqçu olmaqla təyinatı üzrə Lənkəran şəhərində yerləşən hərbi hissədə zabit olaraq qulluq edir. Bundan əvvəl isə Gəncə şəhərində qulluq etmişdir. İşi ilə əlaqədar Bakı şəhərində uzunmüddətli yaşaya bilmədiyi üçün İddiaçı uşaqlarla birlikdə onunla gəlmələrini təklif etmişdir. Lakin, İddiaçı uşaqların məktəblərinin Bakı şəhərində olmasını əsas gətirərək onunla rayonlara köçməkdən imtina etmişdir. Evli olduqları müddətdə o, ailəsinin bütün maddi xərclərini qarşılamış, arvad-uşaqlarının hər hansı çətinlik çəkməmələri üçün əlindən gələn hər şeyi etmişdir. Lakin, sonradan arvadının ona xəyanət etməsini müəyyən etmiş və dərhal münasibətləri bitirmək qərarına gəlmişdir. Evli olduqları dövrdə əldə etdiyi, öz adına rəsmiləşdirilmiş, Samux rayonunda yerləşən, iddia ərizəsində göstərilən torpaq sahələri əldə etmişdir. Həmin torpaq sahələri bir-birinə bitişik böyük sahədən ibarət olsa da, sənədləşmədə ayrı-ayrılıqda göstərilmişlər. O, Samux rayonunda yerləşən həmin torpaq sahələrini elə evli olduqları dövrdə satmış, əldə etdiyi pulu ailəsinin xərclərinə sərf etmiş, qalıq təxminən 13000 manat pulu isə evdə saxlamaq üçün Ayselə vermişdir. Aysel isə həmin pulu Maraqlı şəxs QSC-dəki şəxsi hesabına yerləşdirmişdir. Bundan başqa, o, yeni ev almaq məqsədi ilə öz mülkiyyətində olan, birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində istifadədə olan 0,07248 ha. torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 46,51 kv.metr ümumi, 26 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzili 35000 manata X12, habelə özünə məxsus “Kia Sportage” minik markalı avtomobili 22000 manata satmış, pulun bir qismi ev üçün xərclənsə də, 43000 manatını evə qoymuşdur. Lakin, Aysellə münasibətlərinin pozulduğu gün Aysel evdən getdikdən sonra o, qardaşı ilə evi axtarmış, evdə həmin məbləğdə pula rast gəlməmişdir. Beləliklə, ilk iddia tələbində göstərilən “Kia Sportage” markalı avtomobil, habelə Samux rayonundakı torpaq sahələri və Binələcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanındakı mənzil birgə mülkiyyət olsalar da, elə birgə nikah dövründə özgəninkiləşdirilmişdir. Şəki rayonundakı torpaq sahəsi onun şəxsi mülkiyyəti deyil, ata-baba torpağıdır. Həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqularını təsdiq edən sədən mövcud deyil, həmçinin, o torpaq birgə nikah dövründə əldə edilməmişdir. Biləcəri Bələdiyyəsi tərəfindən ona satılmış torpaq sahəsi üzərində İddiaçı da ½ hissədə payıın tanınmasına etiraz etmir. Lakin, birgə nikah dövründə ipoteka ilə əldə etdikləri mənzil üzərində ½ hissədə İddiaçı payının tanınmasına razı deyildir. Belə ki, o, nikahın pozulması üçün mediasiya təşkilatına müraciət edərkən İddiaçı ondan hazırki iddia ərizəsində göstərilən qədər əmlak tələbi olmamışdır. Razılaşmalarına əsasən, Aysel ipotekada olan evin əvəzində ona 33000 manat ödəməyi, o isə həmin evi Ayselə verməyi öhdəsinə götürmüş, bundan əlavə, birgə nikah dövründə əldə etdikləri və İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış “Hyundai Elantra” markalı avtomobilə görə Aysel ona 10000 manat verməyi, o isə həmin avtomobildəki payından Ayselin xeyrinə imtina etməli idi. Aysel avtomobilə görə ona 10000 manat vermiş, lakin, həmin müddətdə nikahları pozulmadığından notariusda evin Ayselin adına keçirilməsi mümkün olmamış, beləliklə Aysel 33000 manatı ona verməmişdir. O, həmin evin üzərində ½ hissədə hər ikisinin payının tanınmasını qəbul etmir. Belə ki, həmin ev məhz onun hərbçi olması əsası ilə güzəştli şərtlərlə, illik 4 faizlə ipoteka krediti ilə ona verilmişdir. Yəni, evin güzəştli şərtlərlə bu qiymətə əldə edilməsi məhz ona olan imtiyazdan irəli gəlir. İddiaçı belə imtiyazı olmadığından həmin evə payı müəyyən edilə bilməz. O, evli olduqları dövrdə həmin evlə bağlı ödənilmiş pulun yarısını Ayselə verməyə razıdır, bu şərtlə ki, Aysel həmin evə dair iddiasını geri çəksin. Evli olduqları dövrdə Aysel işləməmiş, belə olan halda 10000 manat ona verməsi, habelə 33000 manatı verməyə hazır olması onu göstərir ki, həqiqətən də onun öz adına olan əmlakların satışından əldə etdiyi 43000 manat yaşadıqları evdə, Ayseldə olmuşdur. İddia tələbində göstərilən digər xüsusatların isə heç bir əsası yoxdur. Belə ki, o, işi ilə bağlı uzunmüddətli olaraq rayonlarda olmuş, arvadına, eləcə də uşaqlarına aldığı qızıllarla maraqlanmamışdır. Həmin qızılların, habelə evdəki pulların taleyindən xəbərsizdir. Belə ki, Ayselin boşanmalarına səbəb olan məlum hərəkətini araşdırarkən o müəyyən etmişdir ki, evinə digər şəxs də davamlı olaraq daxil olmuş, həmin şəxsdə evin açarı olmuşdur. Həmçinin, Aysel evi tərk edərkən o, evdən özgəsinə aid ümumvətəndaş pasportu tapmış, Ayseldən pasportun kimə məxsus olduğunu soruşduqda, sonuncu aviabilet alğı-satqısı ilə məşğul olub pul qazandığını bildirmişdir. O, Ayselə inanmadığı üçün evdə daha kimlərəsə məxsus pasportun və ya başqa hüquqmüəyyənedici sənədin olub-olmamasını bilmək üçün qardaşı ilə birlikdə evi axtarmış, həmin vaxt nə qızıl-zinət əşyalarına, nə də saxlamaq üçün Ayselə verdiyi 43000 manata rast gəlməmişdir. İlk iddia tələbində göstərilən, onun korrupsiya probleminin həlli ilə bağlı Ayseldən 35000 manat pul alması, habelə evdən 2000 ABŞ dolları aparması isə tamamilə əsassızdır. Belə hal ümumiyyətlə baş verməmişdir. Mediasiya sessiyasında “Hyundai Elantra” markalı avtomobillə bağlı gəldikləri razılığa görə Aysel ona 10000 manat versə də, hazırda həmin pulun yarısını tələb etdiyindən, o da həmin avtomobil üzərində ½ hissədə payının tanınmasını xahiş edir. Qarşılıqlı iddia tələbində həmin avtomobilin dəyərinin yarısını tələb etsə də, iddia tələbinin bu hissədə izahatında göstərilən kimi qəbul edilməsini xahiş edir. Sonda Cavabdeh1 məhkəmədən qətnamə çıxarılarkən izahtında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 ilk iddianı qismən, Biləcəri bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsi üzərində payın tanınması və mediasiya sessiyasında ödənilmiş 10000 manatın yarısının İddiaçı ödənilməsi hissəsində qəbul etdiklərini, qalan hissədə qəbul etmədiklərini, qarşılıqlı iddianı isə müdafiə etdiklərini bildirərək, izahatında göstərdi ki, ilk iddia tələbində sadalanan daşınmaz əşlayardan Samux rayonu ərazisindəki torpaq sahələri və Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik ünvanındakı mənzil birgə mülkiyyət olsa da, nikah dövründə satılmış, alğı-satqı zamanı İddiaçı notarial qaydada razılıq ərizəsi alınmışdır. Birgə mülkiyyətdə olan avtomobilin satılması zamanı digər birgə mülkiyyətçinin razılığı tələb olunmasa da, “Kia Sportage” markalı avtomobil də məhz tərəflərin birgə nikahda olduqları dövrdə özgəninkiləşdirilmişdir. İpoteka krediti ilə alınmış mənzilllə bağlı Cavabdeh1 mövqeyi məlumdur. İlk iddia tələbinə qızıl-zinət əşyalarının adları, qiymətləri və s. göstərilsə də, adları göstərilən qızılların tərəflərin münasibətləri pozulan anadək İddiaçı olması, münasibət pozulduqdan sonra məhz həmin qızılların Cavabdeh1 qalmasını təsdiq edən heç bir sübut mövcud deyil. Həmçinin, ilk iddia üzrə iddiaçı tərəf məhkəməyə qızılların dəyəri ilə bağlı mütəxəssis rəyi təqdim etsə də, həmin rəy fotoşəkillər əsasında verilmişdir. Məlumdur ki, fotoşəkil əsasında qızılın əyarını, çəkisini müəyyənləşdirmək mümkün deyil və qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün əsas amil əyarı və çəkisidir. Rəydə bu amillər məhz İddiaçı dediklərinə nəzərən göstərilmişdir. Əgər bu sübut kimi qəbul edilərsə, demək İddiaçı sonsuz sayda qızıl-zinət əşyası adını qeyd edib, həmin əşyaların Cavabdeh1 qaldığını bildirib onları tələb edə bilər. Beləliklə, ilk iddia tələbi qızıllarla və pul tələbi hissəsində sübuta yetirilmir. 21 fevral 2022-ci il tarixdə Cavabdeh1 mediasiya təşkilatına müraciət etmiş, bundan 3 gün sonra İddiaçı Maraqlı şəxs QSC-dəki hesabından birgə nikah dövründə yığılmış 19588,91 manat pulu çıxarmışdır. Məlumdur ki, həmin dövrdə artıq tərəflərin münasibətləri pozulmuşdur, beləliklə həmin pul birgə xərclərə sərf edilmədiyindən, onun yarısı Cavabdeh1a ödənilməlidir. Sonda Vəkil2 məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İlk iddia üzrə cavabdehlərdən Samux rayon notariat ofisinin notariusu Elnur Məhərrəmov məhkəməyə ərizə ünvanlayaraq, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, ilk iddia üzrə cavabdehlərdən ünvan 4 ünvanlayaraq, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, iddiaçı ilə cavabdehin qızıdır. O, atasının qızılların saxlandığı qutunu evdən apardığını görmüş, hara apardığını soruşanda atası “məndə qalacaq, lazım olanda qaytaracağam” cavabını vermişdir. Həmin vaxt anası evdə olmamış, lakin bacısı ilə qardaşı evdə olmuşlar. Daha sonra həmin qutunu atasının avtomobilinin kitabça yerində görmüşdür. 2022-ci ilin yanvar ayında atası anasına zəng edərək korrupsiya ilə bağlı probleminin olduğunu və ona təcili pul lazım olduğunu bildirmiş, anası onunla birlikdə bankdan 18000 manat pul götürüb atasına göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısıdır. O, lotereya oynamış, digər oyunçulara məxsus ümumilikdə 3000 manat pul onda olan zaman Aysel ona zəng vurub Cavabdeh1 korrupsiya ilə bağlı problemi olduğunu, təcili pula ehtiyacları olduğunu demişdir. O, həmin 3000 manatı Ayselə versə də, sonradan pul ona qaytarılmamışdır. Bacısının qızıllarını isə görməmiş, uşaqların dediklərinə görə, qızılları Cavabdeh1 özü ilə aparmış, maşınında gizlətmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 qardaşıdır. Taleh ona zəng vuraraq evində problemlər olduğunu, təcili onlara gəlməsini xahiş etmiş, evdə mübahisə olmuş, mübahisə bitdikdən sonra Taleh onunla birlikdə evi axtarmış, evdən nə qızıl, nə də pul tapılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısı Aygülün keçmiş həyat yoldaşıdır. İddiaçı ilə cavabdehin məlum problemləri yaranan dövrdə o, Aygüllə rəsmi boşanmış olsa da faktiki birlikdə yaşayırdı. Onların evində heç vaxt 3000 manat pul olmamışdır. O özü dəfələrlə Aygüldən pul istəsə də, Aygül pulunun olmadığını bildirmişdir. Aygül heç vaxt lotereya oynamamışdır. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından 15 noyabr 2003-cü il təvəllüdlü X14, 17 avqust 2005-ci il təvəllüdlü X13 və 19 mart 2007-ci il təvəllüdlü X16 adlı uşaqları vardır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)- 2235/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 16 noyabr 2022-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların analarının yanında saxlanmaları qərara alınmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh1 adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, həmin mənzil 11 aprel 2014-cü il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, ev 37, 36 saylı mənzil Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə ilkin olaraq qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş 4Ə-200 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir; Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,54 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-578 alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1; Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 1,288 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-575 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1; Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,2724 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-573 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,27 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-577 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 2,0509 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-576 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,2024 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-574 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, anket və elektron baza məlumatlara əsasən 1975-ci il təvəllüdlü Cavabdeh1 adına Şəki rayonu, Suçma kəndində ümumi-birgə 0,22 ha. yaşayış məntəqələrinin torpaq sahəsinə dair torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə Cavabdeh1 ayrılmışdır. - 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonunun Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,27 ha. olan torpaq sahəsini X18 1000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) - 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonunun Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,0509 ha. olan torpaq sahəsini X18 2500 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) - 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonunun Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,2724 ha. olan torpaq sahəsini X18 1000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) - 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonunun Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,2024 ha. olan torpaq sahəsini X18 500 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) - 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonunun Sərkar kəndində yerləşən, ümumi sahəsi 1,0794 ha. olan torpaq sahəsini X18 2000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) - 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonunun Sərkar kəndində yerləşən, ümumi sahəsi 1,288 ha. olan torpaq sahəsini X18 2000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) - 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonunun Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,54 ha. olan torpaq sahəsini X18 1500 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) - 16 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 22 yanvar 2009-cu il tarixdə şəxsi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində istifadədə olan 0,07248 ha. torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 46,51 kv.metr ümumi, 26 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzili 35000 manata X3, alğı-satqı zamanı İddiaçı və X14 mənzilin satılmasına etiraz etməmələrinə dair ərizə vermişlər. - 28 mart 2014-cü il tarixli, İK-049-İ nömrəli “kredit müqaviləsi”ndən və həmin tarixli, İK-İP-049-İ nömrəli “alğı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 276 ay müddətinə, illik 4 faizlə 30000 manat kredit verilmiş, mənzilin satış qiyməti 60000 manat olmaqla, onun 30000 manatını Cavabdeh1 tərəfindən ödənilmiş, qalan 30000 manat isə kredit vəsaiti hesabına ödənilmişdir. Mənzil kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi "xxxx" ASC-yə ipotekaya verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin 18 mart 2022-ci il tarixli məktubundan və qoşmasından görünür ki, “Kia Sportage” minik markalı, 2011-ci il buraxılışlı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 iyun 2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 18 fevral 2022-ci il tarixdə alğı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarış edilmiş məlumatdan görünür ki, “Hyundai Elantra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci ildə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Mediasiya xidməti ilə bağlı verilmiş mədaxil qəbzdən görünür ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixdə mediasiyaya müraciət etmişdir. - Cavabdeh1 ilə İddiaçı arasında mediator X8 iştirakı ilə bağlanmış 24 fevral 2022-ci il tarixli barışıq sazişinin şərtlərində göstərilmişdir ki, “tərəflər birgə nikah dövründə ipoteka ilə alınan və Cavabdeh1 adına rəsmiləşdirilən ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı sərəncamına və mülkiyyətinə verir. Gələcəkdə ipoteka məbləğinin qalan hissəsi (182 ay ərzində 186 manat olmaqla) İddiaçı tərəfindən ödəniləcək. Həmçinin, tərəflər İddiaçı mənzilə dair mülkiyyəti əldə etmək üçün 33000 manat vəsaitin Cavabdeh1 ödənilməsini razılaşdılar. Əgər İddiaçı mənzilə dair ödənişi verə bilməyəcəyi halda, qarşı tərəf Cavabdeh1 tərəfindən 33000 manat vəsaitin İddiaçı ödənilməsi barədə razılığa gəldilər. Tərəflər birgə nikah dövründə alınan “Hyundai Elantra” markalı (istehsal ili 2015-ci il), **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı Cavabdeh1 10000 manat vəsait ödəyib və nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində qalmasını razılaşdılar... - Maraqlı şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı aid AZ50ACAB******************** nömrəli hesaba 15 mart 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək ümumilikdə 19588,91 manat pul mədaxil edilmiş, 24 fevral 2022-ci il tarixdə tam məbləğ hesabdan çıxarılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddiaların qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. - 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. - 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. - 225.6-ci maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. - 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 274.1-ci maddəsinə əsasən, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. - 313-cü maddəsinə əsasən, ipoteka və onun əsasında duran tələb başqa şəxsə yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin verilməsi yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. - 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. - 33.2-ci maddəsinə əsasən, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. - 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. - 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. - 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. - 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən Qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “...Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. ...Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir” Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarına diqqəti yönəltməklə, İddiaçı iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin birinci hissəsi “Kia Sportage” minik markalı avtomobilin satışından əldə edilmiş 22000 manat pul vəsaitinin üzərində iddiaçının ½ hissədə payının tanınaraq, həmin pulun yarısının, yəni 11000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasıdır. Mülki iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 16 noyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bu nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)-2235/2022 saylı qətnaməsi əsasında pozulsa da, iş materiallarında olan “mediasiya xidməti ilə bağlı verilmiş mədaxil qəbzi”ndən görünür ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixdə mediasiyaya müraciət etmiş, yəni tərəflər arasında ailə münasibətlərinin ən geci 21 fevral 2022-ci il tarixdə pozulması müəyyən edilmişdir. Sözügedən avtomobil 03 iyun 2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 18 fevral 2022-ci il tarixdə alğı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Yəni, həmin avtomobil tərəflərin birgə mülkiyyətidir, onun özgəninkiləşdirilməsi zamanı İddiaçı rəsmi razılığı tələb olunmur və avtomobil tərəflər arasında ailə münasibətlərinin pozulması tarixi kimi məhkəməyə məlum olan 21 fevral 2022-ci il tarixdən 3 gün əvvəl Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Tərəflər arasında ailə münasibətlərinin daha öncədən pozulması ilə bağlı məhkəməyə iddiaçı tərəfdən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən avtomobil birgə nikah dövründə satıldığından və əldə edilmiş 22000 manat pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair heç bir sübut mövcud olmadığından, həmin pulun yarısının üzərində iddiaçının payının tanınaraq, 11000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması üçün əsas yoxdur və iddia bu hissədə təmin edilməməlidir. İddiaçı iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,54 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,288 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2724 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,27 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 2,0509 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,0794 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2024 ha. torpaq sahəsinin alğı-satqıları nəticəsində X2 əldə etdiyi, daşınmaz əmlakların satıldığı dövrlər üzrə həqiqi bazar dəyərləri olaraq 102000 manatın ½ hissəsi üzərində iddiaçının payının tanınaraq, həmin pulun yarısının, yəni 51000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki iş materialları ilə həmin əmlakların da birgə nikah dövründə əldə edildikləri, Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alındıqları müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzil xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş, bu zaman İddiaçı və onların yetkinlik yaşına çatmış Mari adlı uşaqları notarial qaydada verdikləri ərizədə mənzilin satılmasına etiraz etmədiklərini göstərmişlər. Eyni hal Samux rayonu ərazisində yerləşən, ilk iddia tələbində göstərilən torpaq sahələrinə münasibətdə də öz əksini tapmışdır. Belə ki, həmin torpaq sahələri 01 iyun 2021-ci il tarixdə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş, məhkəmə sorğusu ilə əldə edilmiş notariat işləri araşdırılarkən, hər bir alğı-satqı zamanı İddiaçı alğı-satqıya etiraz etməməsinə dair notarial qaydada ərizəsinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmiş, birgə nikah dövründə də özgəninkiləşdirildiklərindən, əldə edilmiş pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair heç bir sübut mövcud olmadığından, həmin pulun yarısının üzərində iddiaçının payının tanınaraq, 102000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması üçün əsas yoxdur və iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə bu hissədə onu da qeyd edir ki, mülki iş materiallarında olan alğı-satqı müqavilələri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzil 35000 manata, Samux rayonu ərazisindəki torpaq sahələri isə ümumilikdə 10500 manata satılmışdır. İddiaçı həmin əmlakların real dəyəri kimi 102000 manat tələb etməklə, buna dair mütəxəssis rəyi təqdim etsə də, məhkəmə qeyd edir ki, əmlakların alğısatqısı zamanı onların qiyməti də müqavilədə göstərilmiş və alğı-satqı İddiaçı razılığı ilə həyata keçirilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlak birgə mülkiyyət olmaqla, iddiaçının həmin torpaq sahəsinə ½ hissədə payı müəyyən edilməli, beləliklə İddiaçı iddiası bu hissədə təmin edilməlidir. İddia tələbinin Şəki rayonunun Suçma kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının ½ hissədə payının tanınması hissəsinə münasibətdə məhkəmə bildirir ki, həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, habelə, torpaq sahəsinin hansı əsasla tərəflərdən birinin mülkiyyətinə və ya istifadəsinə verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən , iddia bu hissədə təmin edilə bilməz. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil 11 aprel 2014-cü il tarixdə, yəni birgə nikah dövründə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və hazırda Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil Cavabdeh1lə "xxxx" ASC arasına bağlanmış 28 mart 2014-cü il tarixli, İK-049-İ nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 30000 manat kreditin verilməsi yolu ilə əldə edilmişdir. Məhkəmə hesab edir ki, həmin mənzil birgə nikah dövründə əldə edildiyindən, həm iddiaçının, həm də cavabdehin həmin mənzil üzərində ½ hissədə payı müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, götürülmüş kredit Cavabdeh1 birgə nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi, yəni həmin evin alınması məqsədi ilə üzərinə götürdüyü öhdəlik kimi qəbul edilir və tərəflərin ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Evin ipoteka predmeti olmaqla kreditlə alınması həmin əmlaka İddiaçı payının tanınmaması üçün əsas ola bilməz. Hər bir halda, ipoteka predmeti olmaqla tərəflərin ümumi birgə mülkiyyətini təşkil edən mənzilin ½ hissəsinə payı müəyyən edilən iddiaçı hüquqi nəticə etibarı ilə kreditor-ipoteka saxlayan "xxxx" ASC qarşısında borcluya çevrilir. Başqa sözlə, iddiaçının bu mənzilə payının müəyyən edilməsi "xxxx" ASC-nin kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tutulmasını və tutmanın həmin mənzilə yönəldilməsini tələb etmək hüququnu hər hansı formada məhdudlaşdırmır və ya istisna etmir. İddiaçı iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən tutulması hissəsinə müasibətdə hesab edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, məhkəmə qızıl-zinət əşyalarının Cavabdeh1 olub-olmamasının, onun tərəfindən götürülüb-götürülməməsindən öncə, ümumiyyətlə iddia tələbində adları çəkilən qızıl-zinət əşyalarının əvvəllər iddiaçıda olub-olmamasının araşdırılmasını zəruri hesab edir. İddiaçı iddia tələbinin bu hissəsinə sübut kimi mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin tədqiqi yolu ilə tərtib edilmişdir. Rəyin əsaslandırma hissəsinə sözügedən fotoşəkillər əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarının maddi dəyərinin əsas göstəricisi onun əyarı, çəkisi, istehsal tarixidir. Fotoşəkil əsasında isə qızılın əyarını qismən müəyyən etmək mümkün olsa da, onun çəkisini, istehsal tarixini müəyyənləşdirmək qeyrimümkündür. Belə nəticəyə gəlinir ki, qızılların adları, əyarı, çəkiləri və s. barədə məlumatı mütəxəssis məhz iddiaçı tərəfdən əldə etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinə cavabdehin nümayəndəsinin münasibətini haqlı hesab edir və qeyd edir ki, əgər mütəxəssis rəyi iddia tələbində göstərilən qızıl-zinət əşyalarının Cavabdeh1 olmasına sübut kimi qəbul edilərsə, demək İddiaçı sonsuz sayda qızıl-zinət əşyası adını qeyd edib, həmin əşyaların Cavabdeh1 qaldığını bildirib onları tələb edə bilər. Belə ki, sübutetmə yükü baxımından mübahisəli qızıl-zinət əşyaların əşyalarının iddiaçıya hədiyyə kimi verildiyini və onların məhz cavabdehdə olduğunu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Lakin iddia tələbində adları göstərilən qızıl-zinət əşyalarının tərəflər arasında ailə münasibətləri pozulanadək iddiaçıda olmasını təsdiq edən əsaslı sübut məhkəməyə təqdim edilmədiyi müəyyən olunur. Bu fakt işin məhkəmə araşdırılması ilə də təsdiq edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 atası Cavabdeh1 qızılların saxlandığı qutunu özü ilə götürdüyünü bildirsə də, bu ifadə də iddia tələbində göstərilən qızıl-zinət əşyalarının Cavabdeh1 olmasını təsdiq etmək üçün kifayət edəcək sübut deyil. Belə ki, həmin ifadədə şahid qızıl əşyalarının fərdi növlərini, onların xüsusiyyətlərini təsfir etməmiş, buna münasibətdə fikirini ümumi sözlərlə ifadə etmişdir. Bu isə həmin qutudakı qızılların məhz iddia tələbində adları göstərilən qızıllar olmasının müəyyən edilməsinə kifayət etmir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. İddia tələbinin digər, cavabdehin işi ilə bağlı yaranmış problemin həlli ilə bağlı iddiaçıdan aldığı 35000 manatın və evdən götürdüyü 2000 ABŞ dolları məbləğində pulun iddiaçıya verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 35000 manatın 32000 manat hissəsini Maraqlı şəxs QSC-dən, 3000 manatını isə bacısından borc alıb cavabdehə göndərdiyini bildirsə də, bankdan həmin məbləğdə pulu götürməsi ilə bağlı məhkəməyə sübut təqdim edə biləcəyi halda bunu etməmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş bacısı X7 özündə olan, başqa şəxslərə məxsus 3000 manat pulu həqiqətən də Cavabdeh1 işindəki problemin həlli ilə bağlı İddiaçı verdiyini bildirmiş, lakin Aygül Hüseynovanın keçmiş əri Aygülün heç vaxt lotereya oynamadığını, evdə əlavə pulun olmadığını demişdir. Beləliklə, iddia tələbi cavabdehdən 35000 manatın tutulması hissəsində də sübuta yetirilmədiyindən, bu hissədə də təmin edilməməlidir. İddiaçının mediasiya sessiyası zamanı cavabdehə 10000 manat verməsini cavabdeh özü də etiraf etdiyindən, məhkəmə hesab edir ki, mediasiyada bağlanmış barışıq sazişi icra edilmədiyindən, iddia bu hissədə əsaslıdır və cavabdehdən 5000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia ilə bağlı onu da qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi, Bakı şəhəri 23 saylı notariat ofisi, Samux rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilmiş, iddia tələbi isə müqavilələrin etibarsız hesab edilməsi olmuş, sonradan iddiaçı tələbi dəyişdirmiş və hazırki qətnamədə göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Yekun məzmunlu iddia tələbində Baş X27 İdarəsinə, Bakı şəhəri 23 saylı notariat ofisinə, Samux rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələb müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh1 iddia tələbinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbinin birinci hissəsi birgə nikah dövründə əldə edilmiş və cavabdehə saxlanması üçün verilən 43000 manatın 21500 manat hissəsinin İddiaçı ona qaytarılması təşkil edir. İddiaçı (Cavabdeh1) tələbinin bu hissəsini uşaqlarına ev almaq üçün özünə məxsus əmlakları satıb, pulun bir hissəsini ailənin xərclərinə sərf etməsi, qalan 43000 manatı isə saxlanmaq üçün İddiaçı verməsi ilə əsaslandırsa da, pulun cavabdehə verilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 məhkəmə iclasındakı izahatında cavabdehin mediasiya sessiyası zamanı ona 10000 manat verməsini və mənzilin əvəzində 33000 manatı verməyə hazır olduğunu, həmin pulun məhz onun cavabdehə saxlamaq üçün verdiyi 43000 manat olduğunu bildirsə də, məhkəmə bunu iddianın təmin edilməsinə kifayət sübut kimi qəbul etmir və hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Cavabdeh1 iddia tələbinin digər hissəsini birgə nikah dövründə İddiaçı bank hesabına yerləşdiyilmiş və münasibətləri pozulduqdan sonra sonuncu tərəfindən çıxarılmış pulun yarısının ona ödənilməsi təşkil edir ki, məhkəmə iddianın bu hissəsinə münasibətdə bildirir ki, Maraqlı şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı aid AZ50ACAB******************** nömrəli hesaba 15 mart 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək, yəni birgə nikah dövründə ümumilikdə 19588,91 manat pul mədaxil edilmiş, 24 fevral 2022-ci il tarixdə, yəni tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra tam məbləğ hesabdan çıxarılmışdır. Həmin pulun ailənin xərclərinə sərf edilmədiyi məlum olduğu üçün məhkəmə hesab edir ki, 19588,91 manatın yarısı, yəni 9794,45 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilməli, beləliklə iddia bu hissədə təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin “Hyundai Elantra” markalı avtomobilin üzərində Cavabdeh1 ½ hissədə payının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Hyundai Elantra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci ildə, yəni tərəflərin birgə nikah dövründə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və hazırda onun mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli, həmin avtomobil birgə mülkiyyət hesab edilməklə, avtomobilin üzərində ½ hissədə Cavabdeh1 payı müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilk iddiası qismən təmin edilməli, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə Cavabdeh1 ayrılmış 400 kv.metr torpaq sahəsi, habelə RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil üzərində İddiaçı ½ hissədə payı müəyyən edilməli, həmçinin, Cavabdeh1 5000 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissələrdə təmin edilməməlidir. Cavabdeh1 qarşılıqlı iddiası da qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” markalı (istehsal ili 2015-ci il), **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 ½ hissədə payı müəyyən edilməli, habelə, 9794,45 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. İddia digər hissədə təmin edilməməlidir. İlk iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Habelə, T.Ə.Məlikməmməd oğlunun iddia tələbini avtomobil üzərində payının müəyyən edilməsi və ümumilikdə 52794,45 manatın İddiaçı tutularaq ona ödənilməsi təşkil edir. Belə olan halda Cavabdeh1 tərəfindən ödənilməli dövlət rüsumunun miqdarı iddia tələbinin qiymətləndirilməyən hissəsinə görə 100 manat, qiymətləndirilən hissəsinə görə isə 248,4 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, qarşılıqlı iddia qismən təmin edildiyindən, tələbin təmin edilmiş hissələri üzrə ödənilməli dövlət rüsumu Cavabdeh1 özünə aid edilməklə, tələbin təmin edilməmiş hissəsinə görə 219 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının Cavabdeh1 və digərlərinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə Cavabdeh1 ayrılmış 400 kv.metr torpaq sahəsi üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının ½ hissədə payı müəyyən edilsin. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının ½ hissədə payı müəyyən edilsin. Cavabdeh1 5000 manat pul tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilsin. İlk iddia digər hissələrdə təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” markalı (istehsal ili 2015-ci il), **-RU- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 ½ hissədə payı müəyyən edilsin. Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızından 9794,45 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1 ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli 219 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4071/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4071/2022
26.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver