Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4131/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 10 iyun 1975-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi Surgeyevnanın ərizəsinə dair mülki işə 03 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı – 10 iyun 1975-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, bacısı X3 uzun müddətdir ki, əmək qabiliyyətsizdir, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir və kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. Həmçinin, öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. X3 öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil. Buna görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, maraqlı şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi X1 bacısıdır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq S.V.Mişakovanın psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının 09 iyul 2021-ci il tarixli, 1500 saylı rəyində qeyd olunmuşdur ki, X2 epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi müəyyən olunur. S.V.Mişakova öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 10 iyun 1975-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4131/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4131/2021
03.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver