Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4155/2025 09.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı idarəsi ilə bağlanmış Bakı şəhəri, Ləhiş qəsəbəsi ünvanında yerləşən sahəsi 0.25 ha olan 305 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1974-cü il tarixli 11979 nömrəli müqavilənin mərhum atası X4 məxsus olması faktının müəyyən dilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixdə vəfat etmiş xx.xx.1924cü il təvəllüdlü atası X2 miras qalmış Bakı şəhəri, Ləhiş qəsəbəsi, ünvanda yerləşən sahəsi 0.25 ha olan 305 saylı bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Bakı şəhəri, 12 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən vərəsəlik işi açılaraq vərəsəliyin dairəsi müəyyən olunmuşdur. Lakin mərhum atası X2 miras qalmış Bakı şəhəri, Ləhiş qəsəbəsi, ünvanda yerləşən sahəsi 0.25 ha olan 305 saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən "hüququn ölmüş şəxsə məxsus olması” haqqında dövlət reyestrindən arayışı (Forma 37) olmadığı üçün qanunvericiliyin tələbinə əsasən Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin rəsmiləşdirilməsi mümkün olmadı. Bu səbəbdən də notariusun sorğusu əsasında həmin arayışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və imtina almışdır. İmtina əsasən ona bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasan torpaq sahəsinin naturada verilməsi bağların-bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa təqdim olumuş notariat ofisinin məktubu ilə “11979’’ nömrəli xx.xx.1974-cü il tarixli bağın icarəyə verilməsinə dair müqavilə arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur, Belə ki, notariat ofisinin məktubunda ata adı “Əlisəfər” kimi, müqavilədə isə “Əliseyfəl “ kimi qeyd olunmuşdur. Hazırda qeyd olunan texniki səhvin düzəldilməsini və xx.xx.1974-ci il 11 tarixli 11979 nömrəli müqaviləni başqa qaydada əldə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, onun təmin edilib, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı idarəsi ilə bağlanmış Bakı şəhəri Ləhiş qəsəbəsi ünvanında yerləşən sahəsi 0.25 ha olan 305 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1974-cü il tarixli 11979 nömrəli müqavilənin mərhum atası X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, o, Ərizəçi xalasıdır. Ərizəçinin atasının adı Əliseyfəl yox, Əlisəfər olub. O, həmçinin göstərmişdir ki, ərizədə göstərilən bağ sahəsi ərizəçinin atasına məxsus olub. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, o, Ərizəçi xalasıdır. Ərizəçinin atasının adı Əliseyfəl yox, Əlisəfər olub. O, həmçinin göstərmişdir ki, ərizədə göstərilən bağ sahəsi ərizəçinin atasına məxsus olub və onun uşaqlığı həmin bağda keçib. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1956-cı il tarixdə, Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Biləcəi qəsəbəsi, məhəllə 5057/68, ev 2, mənzil 64 olmuşdur; Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 10 aprel 1974-cü il tarixli, 11979 nömrəli müqavilənin surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsi Bakı şəhəri, Ləhiş qəsəbəsi ünvanında yerləşən sahəsi 0.25 ha olan 305 saylı bağ sahəsini köməkçi tikililərlə birlikdə icarəyə vermiş, icarədar X5 isə qeyd edilən sahəni, köməkçi tikililərlə birlikdə təhvil almışdır. Bakı şəhəri İcraiyyə Komitəsinin Baş təsərrüfatı idarəsinin 305 nömrəli bağın, 11979 nömrəli inventarlaşdırma vərəqəsindən görünür ki, Bakı şəhəri, Ləhiş qəsəbəsi, Ləhiş bağlarında yerləşən ümumi sahəsi 0,25 kv/metr olan bağ sahibi Əmirqulu Əliheydərovdur. AZ-İ seriyalı 018449 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci ilin 10-cu ayının 05 günündə 815 № ilə qeyd edilmişdir. “Elektron notariat” X1 vasitəsilə “X10” AQİS-dən olan çıxarışdan görünür ki, xx.xx.1924cü il təvəlldlü X6 xx.xx.2002-ci il vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş xx.xx.2003-cü il tarixli, Ə-61 nömrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X10 idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1925-ci il Dzejinski rayonu üzrə qeydiyyat kitablarında 1925-ci il 16 fevralda doğulan X14 (sənəddə olduğu kimi) oğlu qeyd olunur: Atası – Əli Seyfulla Anası – Gülnisə Hümmət qızı Əsas: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat və X10 idarəsi” arxiv fondu, kitab 275, vərəq 388. Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 14 iyun 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 5057/68, məhəllə ev 2, mənzil 64-də yaşayan Ərizəçi və miras əmlakdan bərabər hissələrdə irs almalıdır; Şəhadətnamə verilən miras əmlak- Bakı şəhəri TİB-nin verdiyi xx.xx.2000-ci il və TİBnin verdiyi 30/1920 nömrəli arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5057/68, məhəllə ev 2, mənzil 64-də yerləşən üç otaqdan ibarət mənzil mərhuma məxsusdur. Verilmiş şəhadətnamə TİB-dən qeydiyyatdan keçirilməlidir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 4298 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş xx.xx.1924-cü il təvəllüdlü X2 miras qalmış əmlakına dair vərəsəlik hüququ əsasında şəhadətnamənin verilməsi ilə əlaqədar Bakı şəhəri 12 saylı notariat ofisinə Ərizəçi tərəfindən müraciət olunmuşdur. X3 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün mərhum X2 miras qalmış Bakı şəhəri, Ləhiş qəsəbəsi nüvanında yerləşən sahəsi 0,25 ha olan, 305 saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsindən Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışı (Forma №37) sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Bakı şəhəri 12 saylı notariat ofisinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən torpaq sahəsi üzərində hüquqların miras oyan X4 məxsus olması barədə arayışın verilməsi müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sahənin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, notariat ofisinin məktubu ilə “11979” nömrəli xx.xx.1974-cü il tarixli bağın icarəyə verilməsinə dair müqavilə arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda ata adı “Əlisəfər” kimi, müqavilədə isə “Əliseyfəl kimi” qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair digər hüquqi şəxsin müraciəti olmuşdur. Bu səbəbdən hüquqların dövət qeydiyyatına alınmasından imtina edilmişdir. **********459406336 nömrəli “ASAN Ödəniş” sisteminə məxsus qəbzdən görünür ki, ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 10 aprel 1974-cü il tarixli, 11979 nömrəli müqavilədə, ərizəçinin atası - X3 atasının adı yanlış olaraq “Əliseyfəl” kimi göstərilmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi, bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 10 aprel 1974-cü il tarixli, 11979 nömrəli müqavilədə ərizəçinin atası - X3 atasının adı yanlış olaraq “Əliseyfəl” kimi göstərildiyindən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi hüquqlarını dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı idarəsi ilə bağlanmış Bakı şəhəri, Ləhiş qəsəbəsi ünvanında yerləşən sahəsi 0.25 ha olan 305 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1974-cü il tarixli 11979 nömrəli müqavilənin (ərizəçinin atası) mərhum X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı idarəsi ilə bağlanmış Bakı şəhəri, Ləhiş qəsəbəsi ünvanında yerləşən sahəsi 0.25 ha olan 305 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1974-cü il tarixli 11979 nömrəli müqavilənin mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4155/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4155/2025
09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver