Məhkəmə qərarları › İş №2(001)-417/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-417/2024

26.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-417/2024 26.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh4 və "xxxx" MTKyə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və "xxxx" MTK-yə qarşı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqı-satqısl barədə müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, pul lazım olduğuna görə faizə və ya borca pul axtarırmış, instagram sosial şəbəkəsində qarşısına çıxan ev girovu vasitəsilə kreditə pul verilən bir səhifə görmüşdür. Həmin səhifəyə yazmış və Aslan adlı şəxs onunla əlaqə saxlayaraq bu barədə söhbət etməyini təklif etdi. Onlar görüşmüşlər və söhbət edən zaman ona evinin çıxarışı olmadığını və yalnız evin ona aid olması barədə maliyyə arayışının olduğunu bildirmişdir. Aslan da həmin sənədi girov qoymaqla ona kreditə pul verə biləcəklərini bildirdi. Belə ki, Aslan ona Akif adlı adamın belə işlərlə məşğul olduğunu, yəni girov qoyaraq kreditə pul verdiyini bildirdi. O, da bildirdi ki, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin dəyərindən 16 min manat "xxxx" MTK-ya borcu qalmışdır. Onlar da bildirdilər ki, heç bir problem yoxdur, həmin borcu Akif bağlayacaq təmizlik kağızı aldıqdan sonra mənzili notarius vasitəsilə girov qoyub pul verə bilərlər. O, isı ona 10.000 manat lazım olduğunu bildirmişdir. Onlar bu barədə razılaşmışlar və 26 min manat borc hesablanaraq Akif kredit yolu ilə ona 10 min manat pul verdi, o, isə MTK-ya 16000 manat pul ödədi. Əvvəlcə 10.000 manat borca görə 800 manat kredit ödənilməsi barədə razılaşmışlar. Daha sonra evə olan borca görə onlar əlavə 16000 manat ödədiklərinə görə kredit məbləği aylıq 2000 manata razılaşmışlar. Həmin məbləğ faiz məbləği idi. Əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra evi girovdan çıxaracaqlar. Bunun qarşılığında o, hər ay Akifə atdığı karta 2000 manat kredit pulu ödəməli idi. Sabahsı gün onlar görüşərək Həzi Aslanov ərazisində yerləşən notariusa getmiş və orada Aslan və Akif adlı şəxs onunla görüşdü. Həmin vaxt Akifin arvadıda notariusa gəlmişdir. Aslan ona bildirdi ki, evi Akifin arvadının adına girov qoyacaqdır və o, sənədlərə qol çəkəcək və bundan sonra kredit kağızlarını ona verəcəklər. Aslan ona dedi ki, ev onsuzda onundu, yəni onların onun evi ilə heç bir əlaqəsi yoxdur. Pulu ödəyib qurtardıqdan sonra evi girovdan çıxaracaqlar. Bu sadəcə formal hərəkətdir və heç bir narahatçılıq yoxdur. O, isə onunla razılaşmış və həmin snədlərə imza atmışdır. Bundan sonra o, dəfələrlə Aslan və Akif adlı şəxslərlə əlaqə saxlayaraq kredit kağızlarını tələb etmiş, yəni aldığı borc məbləği və hər ay ödəyəcəyi pulları rəsmi şəkildə etmək üçün sənədləri tələb etmişdir. Lakin Aslan və Akif müxtəlif bəhanələrlə borc barədə kredit kağızlarının ona verməkdən yayınmışlar. O, isə onlara bildirdi ki, kredit kağızını verməyənə qədər heç bir ödəniş etməyəcəkdir. O, kredit borcu barədə sənədi tələb edəndə hər dəfə bugün-sabah deyə onu aldatmışlar. Bu barədə səs və mesaj yazışmaları da sübutdur. Belə ki, o, Aslanla danışan zaman ona ödənişlərini kartla edəcəyi və çekləri də pzünd saxlayacağını bildirmişdir. Habelə onu inandırmaq üçün puları notarius vasitəsi ilə ödəyə biləcəyini də qeyd edirdi, daha sonra isə kart vasitəsi ilə ödəyib çekləri özündə saxlamağını təklif etdi. Həmçinin Aslan ona bildirdi ki, ev onundur və heç kəsin onun evi işi yoxdur. Bütün bu hərəkətləri edən zaman Aslan Akif adlı şəxslə qabaqcadan əlbir olaraq sən demə onu özünə inandırıb aldadaraq, yəni dələduzluq yolu ilə evini ələ keçirmək niyyətində olmuşlar. Buna görə məhkəmə araşdırma aparan zaman onarın hərəkətlərində dələduzluq cinayətinin tərkibi olduğuna görə xüsusi qərar çıxarılaraq baş prokurorluğa göndərilməlidir. Nəticədə o, Akifə pul ödəməmiş və aralarında mübahisə yarandı və Akif ona evə özbaşına girəcəyini bildirsə də, o, evin ona məxsus olduğunu, onların onu aldatdıqlarını bildirdikdə o, zorla evdən çıxaracağı ilə hədələmişdir. Nəhayət 27 noyabr 2022-ci il tarixdə o, evinə gedən zaman evin qapısının divar hissəsinin dağıdıldığını və evinin açarlarının onun xəbəri və məlumatı olmadan dəyişdirildiyini görmüşdür. Həmin gün 102 xidmətinə şikayət etmişdir. Çünki onun evində 11 min manat nəğd şəkildə pulu və 30 qram 750 əyarlı qızılı var idi. Bu barədə də polisə şikayətində bildirmişdir. Polis orqanından onu 36-cı Polis Bölməsinə gəlməyini və şikayətini yazılı şəkildə verməyini bildirdilər. Həmçinin o, evinə gedən zaman qarşılaşdığı bu halı video və foto çəkiliş vasitəsilə qeydə almışdır. Həmçinin bildirir ki, bu hadisə ilə qarşılaşan zaman artıq aldanıldığını bilmiş və evini girov qoymağı barədə evi onların adına keçirdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün notariat ofisinə getmiş və orada həmin müqavilənin surətinin tələb etmişdir. Çünki ilk dəfə yəni avqust ayından notariusda olan zaman nə Aslanı, nədə Akif ona heç bir sənəd təqdim etməmişlər. Çünki Aslan dəfələrlə onu aldadaraq arxeyin salırdı ki, ev onundur və ondan heç narahat olmasın. Nəhayət 27 noyabr 2022-ci il tarixdə o, notariusa gedən zaman orada orada ona bildirmişlər ki, o, evi orada alqı-satqı etmiş və sən demə yalnız ərizə yazaraq MTK-dakı payından imtina etmişdir. Bu barədə etirazını notariat ofisinə bildirmiş və orada da onun həmin ərizəni, həmin gün 27 noyabr 2022-ci il tarixdə ləğv etdirmişdir. Qeyd edir ki, o, Aslan və Akif adlı şəxslərə mənzil satmamışdır. Onun niyyəti onlardan kreditə pul götürmək olmuşdur. Onlarında məqsədi evi girov kimi öz adlarında saxlamaq və pu məbləği ödəniləndə evi qaytarmaq şərti olmuşdur. Lakin o,ərizəni imzaladıqdan sonra onlar hər gün bir bəhanə ilə ona sənəd təqdim etməkdən yayınmışlar. Demək ki, onarın məqsədi əvvəlcədən onu aldadaraq evini ələ keçirmək niyyətləri olmuşdur. Ən vacib hallardan da biri odur ki, ona 2022-ci ilin avqustayında pul həm öz şəxsi eytiyacı və mənzilinin bir hissəsinin təmiri və mətbəx mebeli üçün lazım idi. Əgər o, mənzilini satmışdırsa niyə satdığı mənzilə aldığı borc məbləği ilə mətbəx mebeli alsın. Bunu təsdiq edən ustalar və faktlar mövcuddur. Həmçinin bildirir ki, əgər o, mənzili onlara satmışdırsa onlar niyə ona kart göndərmişlər ki, pulları hər ay həmin kart hesabına köçürtsün. İstintaq orqanı həmin halları araşdırmamış, ümumiyyətlə izahatı alınmalı şəxslrin dairəsini məhdudlaşdırmış, lazımi şəxslərin izahatları alınmamışdır. Belə ki, o, mənzilin xırda qalan təmirinə və mətbəx mebeli üçün 3000 manat pul xərcləmişdir. Bir daha qeyd edir ki, bu fakt onu təsdiq edir ki, o, mənzilini satmamış, əgər satmış olsaydı mənzilə aldığı borcla xərc çəkməzdir. Yuxarıdakı hallardan bir daha başa görünür ki, Aslan və Akif adlı şəxslər onun etibarından sui-istifadə edərək onun mənzilini öz adlarına keçirdərək formal olaraq başqa şəxsə satmışlar. Yuxarıda qeyd etdiyi faktlarla bağlı sübutlarını-vatsap yazışmlarının surətləri video çəkilişləri, səs yazılarını fleş kartda məhkəməyə təqdim edərək, bu hərəkətlərə düzgün hüquqi qiymət verilməsini, onu aldadaraq mənzilini ələ keçirdiklərinə görə, adları çəkilən şəxslərin hərəkətlərin cinayət tərkibinin əlamətləri olduğuna görə xüsusi qərar çıxarılaraq baş prokurorluğa göndərilməli, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, bu məsələdə istintaq orqanı qeyri-obyektiv olmaqla cavabdehlərin mövqeyindən çıxış etmişdir. Aylarla şikayət etməyinə baxmayaraq ilk öncə 22 dekabr 2022-ci il tarixli rədd qərarını əldə edə bilməmişdir. Bundan sonra dəfələrlə etdiyi şikayətlərdə nsonra həmin qərarı 2023-cü ilin mart ayında əldə etmiş və ondan şikayət vermişdir. Xətai rayon Prokurorluğunun qərarı ilə həmin qərar ləğv edildi. Lakin yenə də araşdırma aparılmadı və dəfələrlə etdiyi şikayətdən sonra ona məlum oldu ki, yenə də rədd qərarı verilmişdir. Lakin həmin qərar da yenə hələ ona təqdim edilməmişdir. Əsas şikayəti isə "xxxx" MTK-dən sənədlərin tələb edilməsi idi. Belə ki, mənzilin Çıxarışı olamdığından mənzilin alqı-satqısı barədə müqavilələr MTK tərəfindən aparılırdı. Dəfələrlə polis orqanına müraciət edərək həmin sənədlərin tələb edilməsini və nəyin əsasında alqısatqı edilməsinin araşdırılmasını tələb edirdi. Nəhayət 2023-cü ilin iyul ayında polis orqanına etidyi çox saylı şikayətlərdən sonra müstəntiq Tural Məşədiyev tərəfindən, həmin alqı-satqı müqavilələri MTK-dən götürüldü və həmin sənədlərin surətlərini əldə edərək müqavilələrin etibarsızlığı iddiasını qaldırmaq imkanı əldə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərdiklərini təsdiq edərək göstərmişdir ki, cavabdehlər onu aldadaraq evini ələ keçirmişlər, o, isə sonradan aldadıldığını bilmişdir. Vəkili araşdırıb və müəyyən edilib ki, Akifin başqa oxşar işi olub və apelyasiya məhkəməsi hüquqi qiymət verib. Ona pul verilərkən bildiriblər ki, evi versin onlara sonra qaytaracaqlar. Evi özü alıb tımir etdirmişdir. Ona 10.000 manat pul verilib, 3000 manatın digər xərclərə görə özlərinə çıxmışlar. Şirkətə isə evi qoyub kredit götürməyimi bildirmişdir. Evin o vaxt alıb 1 kv/metrini 1000 manata, təmirinə isə 25000 manatdan çox xərci çıxıb. Göstərdiklərini nəzərə alaraq cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqısatqısl barədə müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddianı müdafiə edirərək göstərmişdir ki, vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış rədd materialı”nda Cavabdeh2 izahat verərkən 61000 manat pulu iddiaçıya verib aldığını bildirmiş, işdə iştirak edən şəxs isə "xxxx" MTK-nin ofisində 75000 manat pul verib evi aldığını bildirirmişdir. İfadələrdə ziddiyatlar çoxdur. Cavabdehlərin yalan danışdıqları sübut olunur. Daha sonra o, məhkəməyə çıxış göndərərək göstərmişdir ki, cavabdehlər dələduzluqla məşğuldurlar. Belə ki, onların bu kimi hərəkətləri ilk deyil və digər məhkəmə mübahisəsidə mövcuddur ki, Cavabdeh2 məhz bu əməllərlə məşqul olaraq müxtəlif şəxsləri aldadıb və onların mülklərini ələ keçiriblər. Belə ki, Cavabdeh2 cavabdehlər X2 qarşı iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(103)- 735-2023 saylı mülki işi olmuşdur. Həmin iş üzrə işin halları və predmeti hazırki mübahisə ilə eynidir. Yəni o, faktda təsdiq edilir ki, Cavabdeh2 bu əməllərə məşğul olaraq müxtəlif şəxsləri aldadıb, onların əmlaklarını qanunsuz ələ keçirmişdir. Həmçinin göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməyərək mərkli niyyətlərini kənarda dayanaraq əsassız ərizələr yazmaqla, güya iddiaçı 1 illik iddia müddətini ötürməsi barədə vəsatətlər verməklə həyata keçirməyə cəhd edirlər. Lakin onlar haqsız olduqlarından məhkəməyə gəlmədiklərinə görə iddianın nə zaman verildiyi barədə məlumatları yoxdur. Yəni iddianın vaxtında verilməsi, habelə vaxtında hüquq mühafizə orqanlarına belə şikayət etməsini qərəzli olaraq nəzərindən qaçırtmışdır. Cinayət işinin materiallarında olan İddiaçı 24 noyabr 2022-ci il tarixli, ondan əvvəlki tarixlərdə və ondan sonrakı tarixlərdə DİN-nin 102 xidmətinə dəfələrlə mraciəti mövcuddur. Həmin müraciətlərdə İddiaçı Akif adlı şəxsin evi girov qoymaq adı altında onu aldadaraq evi başqa şəxsin adına keçirtməsi barədə şikayətləri mövcuddur. Bu hallar onu sübut edir ki, iddiaçı ilk günlərdən Cavabdeh2 onu aldatdığını anlamış və polisə müraciət etmişdir. Bundan başqa Cavabdeh2 cinayət işinin materialarında verdiyi izahatında bildirmişdir ki, 2022-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğul oan Aslan adlı şəxs ona zəng edərək Xətai rayonu, R.Quliyev 29 ünvanında satdıq mənzil olduğunu bildirmişdir. Həmin mənzilə baxdıqdan sonra Süleymanla razılığıa gəlmişlər. 27 avqust 2022-ci il tarixdə "xxxx" MTK onunla Süleyman arasında alqı-satqı olmuşdur. Süleyman həmin şirkətə borclu olduğundan və həmin zaman mənzil "xxxx" MTK-ya aid olduğundan şirkət həmin mənzili 61.000 manata ona satmışdır. Süleymanın ərizəsi ilə tanış olduğu zaman güya ona kreditə pul verdiyini bildirmişdir. Qeyd edir ki, notariusun qabağında onun vacib pula ehtiyacı olduğunu bildirərək ondan 7000 manat borc istəmişdir. O, pulu ona vermiş, lakin həmin tarixdən sonra o, pulu ona verməmişdir. Votsap sosial yazışmalarında da məqsədi borcu ondan almaq olmuşdur. Qeyd edir ki, o, evdən çıxmlı olduğu halda evən çıxmamış, nəticədə kirayə puluda ödəməmişdir. Halhazırda ev yoldaşı Sevda Quliyevadan başqa şəxsə satmışdır. Göründüyü kimi Cavabdeh2 tamamilə saxta izahat vermişdir. Belə ki, əgər Cavabdeh2 evi Süleymandan 61.000 manata alırsa nəyə görə Süleymana öz etirafına əsasən notariusun qarşısında 7000 manat borca pul verir. Bu hal kifayət edir ki, Alif Quliyevin əməllərinə hüquqi qiymət verərkən onun saxtakarlıqla başqa şəxslərin mükiyyətlərini ələ keçirtmək niyyətinin olmasını sübut etmiş olsun. Yəni bu şəxslərin məqsədi müxtəlif şəxsləri kreditə pul vermək adı ilə əmlaklarına sahib olub sonra da başqa şəxslərin adına keçirtməklə mülkiyyəti ələ keçirtmək olmuşdur. Akif adlı şəxs tərəfindən təhqiqat zamanı təqdim edilmiş X9 izahatında bildirdi ki, Akif evi Süeymandan almaq barədə razılaşdı. Lakin Süleyman mənzilə görə binaya 16000 manat borclu olduğundan binanın nəzarətçisi mənzili alqı-satqı edə bilməyəcəyini dedi. Akif həmin borcu alqı-satqı zamanı həmin məbləğdən çıxacağını bildirmiş, Süleyman Akiflə razılaşmışdır. Notariatda Akif Selymana 7000 manat verdi. Daha sonra həmin binaya qayıtdıq və ofisdə alqı-satqı olundu. Akif mənzilin 16000 manat borcunu ödədi, sonra Akif salafan torbada 4-5 bağlama manat Süleymana pul verdi. Həmin an o, kənarda olduğundan məbləği tam görə bilməmişdir. Qeyd edilən izahat bir daha cavabdehlərin mövqeyini yalan olmaqla gülünc doğurduğunu sübut edir. Cavabdehlərin yalanını və saxtakarlıqlarını bir daha aşkar edir. Cavabdeh2 alqı-satqı edib Süleymana pu verib ev alırdısa niyə notariatda 7000 manat borc verirdi, sonra isə "xxxx" MTK-ya gələndə 4-5 bağlama pu verir. Burada məntiz nədən ibarətdir, bu sualın cavabını verməyə adam tapa bilmirlər. Akif, arvadı və digər cavabdehlər məhkəmədə yayınmaqla etdikləri əməli gizlətməyə çalışırlar. Qeyd edilən hallardan belə məlum olur ki, Cavabdeh2 İddiaçı mübahisəli mənzili almaq üçün nəğd 61.000 manat pul ödəmişdir. Bu cinayət işi üzrə rədd materiallarına və Cavabdeh2 etirafına istinad etsək onun tərəfindən mübahisəsiz oduğunu görərik. İndi isə məhkəmə prosesləri zamanı Cavabdeh4 onun nümayəndəsi qismində təmsil edən, güya mənzili faktiki alan, mənzildə faktiki yaşayan və sahiblik edən qardaşının izahına diqqət edək. O, məhkəmə iclasında ziddiyyətli və fərqli izahatlar vermişdir. Bunun səbəbi isə məlumdur. Hər dəfə məhkəmə iclasından çıxdıqdan sonra Akif adlı şəxsl əlaqə saxlamış, onunla danışaraq növbəti iclasda hansı istiqamətdə izahat verməsi dəqiqləşdirilməlidir. Bu isə yalnış nəticə vermişdir. Belə ki, cavabdeh təcrübəsiz olduğundan ziddiyyətli ifadələr verməklə haqsız olduğunu özü sübut etmişdir. Belə ki, Cavabdeh4 nümayəndəsi bir iclas zamanı mənzili özünün 75000 manat məbləğini ödəməklə Süleymandan aldığını dedi. Daha sonrakı iclaslarda mənzili Süleymanın qardaşından aldığını bildirmişdir. Hətta bu barədə bir akt da tərtib edilmişdir ki, bu isə gülüncdür və mümkün ola bilməzdi. Cavabdeh2 arvadı Cavabdeh1 adına olan mənzil barədə İddiaçı alınması tamamilə yalandır. Belə çıxır ki, Süleyman mənzili 2 dəfə sataraq varlanmışdır. Bu işdə isə Cavabdeh2 səssiz qalmış və ödədiyi 61000 manatı tələb etməmişdir. Cavabdeh bu qəribə və mümkün olmayan halı məhkəməni də inandıra bilməz. Yuxarıda qeyd edilən hallardan başqa Cavabdeh2 və Aslan adlı şəxslərin sıs yazıları fleşkart formasında və smsləri kserosurət formasında məhkəməyə təqdim edilmişdir. Həmin səs yazılarında Aslan adlı şəxsin səs yazıları mövcuddur ki, Aslan orada bildirir ki, evi Süleyman səndən heç kim ala bilməz, ev sənindir, pulu ödəyəndən sonra evi sənin adına keçirəcəklər. Lakin bunlara baxmyaraq Aslan həmin mənzilin alqı-satqı edilməsi barədə yalan izahat vermişdir. Hansı ki, səs yazıları təhqiqata təqdim edilsə də, həmin səs yazıları barədə ona heç bir sual verilməmişdir. Bu isə təhqiqat zamanı polisin qərəzli və səhlənkar iş aparmasının bariz sübutudur. Bütün bu kəskin ziddiyyətlər onu sübut edir ki, cavabdehlər əlbir olaraq iddiaçının mənzilini qanunsuz mənimsəyərək, ələ keçirtmişlər. Belə ki, iş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, mənzilin alqı-satqı edilən zaman dəyəri 130.000 manat olmuşdur. Bu isə bir daha onu sübut edir ki, həmin mənzil nəinki 61.000 manata, hətta 75.000 manata belə satıla bilməz. İddiaçı həmin mənzilinin təmirinə kifayət qədər pullar xərcləmiş və bu ekspert rəyində öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini və cavabdehlər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, evə maklernən gəlib baxıb bəyənmiş, sonra isə ofisə gedib müqavilə bağlamışlar. Kimdən aldığını bilmir. Süleymanın qardaşı onlara evi göstərmiş, ondan da evi almışlar. Cavabdeh2 ona xalasının əri kimi təqdim etdilər. Evin sənədlərinə baxmamış və müqaviləni bilmir kimin adınadır. Cavabdeh1 iddia ərizəsinə müddətin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddiaçı iddia ərizəsini belə əsaslandırı ki, güya ona borca pul lazım olduğu üçün aldığı borcun müqabilində adına borc müqaviləsi bağlanmış, mənzili girov qoymaq niyyətində olsa da, mənzilin müqaviləsi onun iradə və isyətinə zidd olaraq başqasının adına dəyişdirilib. Eləcə də iddiçının iddia ərizəsindən o da məlum olur ki, iddiaçı valideyinlərinində iştirakı ilə "xxxx" MMC-nin onunla, sonradan isə X8 ilə bağlanmışdır. ünvan 2 ünvanında yerləşən yaşayış binasının 6 nömrəli mənzilinin pay kimi verildiyi barədə müqavilələrin bağlanmasından xəbərdar olub və bu fakt iddiaçının özü tərəfindən də təkzib olunmur. Belə ki, iddiaçı özüdə bildirir ki, o, mənzilə dair müqavilənin başqa şəxsin adına bağlanmasına razılıq verib, lakin sonradan aldadıldığını başa düşüb. İddiaçı özüdə bildirdiyi kimi müqavilə bağladığı andan hüquqlarının pozulduğunu, yalnız müqavilə bağladığını iddia etdiyi halda müddət keçdikdən sonra hazırki iddiası ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd) nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxsin əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı o və digər cavabdehlərə qarşı müqavilənin etibarsız hesab ediməsi və mənzilin mülkiyyətinə qaytarılması tələblərinə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, cavabdeh "xxxx" MTK isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, eləcə də cavabdeh "xxxx" MTK-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - "xxxx" MTK-nin direktoru X12 ilə Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, 6 nömrəli mənzil, izoləolunmuş 2 otaqdan ibarət bir pay kimi sonuncuya verməyi öz öhdəsinə götürmüş, sonuncu isə müqavilə üzrə mənzilin dəyəri 1 kv/metrə sahə üçün 850 manat təşkil etmiş, 72 kv/metrə olan mənzil üçün Cavabdeh1 tərəfindən cəmi 61.200 (altmış bir min iki yüz) manat ödənilmişdir. - 28 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MTK-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən binanın, 1-ci blokun, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, izoləolunmuş 2 otaqdan ibarət, 6 nömrəli mənzilin pay dəyəri 61.200 (altmış bir min iki yüz) manat payçı Cavabdeh1 tərəfindən ödənilmişdir. - "xxxx" MTK-nin direktoru X12 ilə X8 arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, ünvan 4 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, 6 nömrəli mənzil, izoləolunmuş 2 otaqdan ibarət bir pay kimi sonuncuya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv/metrə sahə üçün 1040 manat təşkil etmiş, 72 kv/metrə olan mənzil üçün X8 tərəfindən cəmi 75.000 (yetmiş beş min) manat ödənilmişdir. - 22 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MTK-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən binanın 1-ci blokun, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, izoləolunmuş 2 otaqdan ibarət, 6 nömrəli mənzilin pay dəyəri 75.000 (yetmiş beş min) manat payçı X8 tərəfindən ödənilmişdir. - “Elektron notariat” X1 xx.xx.2022-ci il tarixli Çıxarışından görünür ki, etibar edən İddiaçı etibar edilən Cavabdeh2 xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-i ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6 saylı müqaviləyə əsasən ona məxsus ünvan 5 ünvanında inşa edilən 4 mərtəbəli mansardlı evin 3-cü mərtəbə, ümumi sahəsi 71 kv.m olan 2 otaqlı, 6 saylı mənzilini (ümumi sahəsi 71 kv.m-ə dair etibarnamədə göstərilən ünvanı və ya Ərazi İdarəsi tərəfindən verilmiş həmin mənzilə dair yeni ünvanı) mənzilini idarə və istifadə etməyi, kommunal xidmət haqqlarını ödəməyi, qaz, su, işıq, telefon çəkilişi ilə bağlı adımdan bütün əməliyyatları aparmağı, bununla əlaqədar adından müqavilələri imzalamağı, sayğac quraşdırmağı, dəyişdirməyi, abunə kodu almağı, abunə kodlarını digər şəxsin adına dəyişməyi, təyinatı üzrə müvafiq sənədləşdimə işlərini aparmağı, mənzili özəlləşdirməyi, bütün əsaslar üzrə sənədləri təqdim etməyi, üzərində qadağa olmadığı halda istənilən sərəncam verməyi: satmağı, satdığına dair pulunu almağı, ilkin alqı-satqdı müqaviləsi bağlamağı, notariat ofisində adımdan müqavilələr .mzalamağı, adımdan razılıq ərizələri yazmağı, yüklülük barədə arayış almağı, rüsumları ödəməyi, ilkin alqı-satqı müqaviləsini ləğv etməyi, yeni müqavilələr bağlamağı, müvafiq orqandan adıma Reyestrdən Çıxarış, Texniki Pasport almağı, bu işlərlə bağlı ƏMDK yanında DƏDRX- mn müvafiq ərazi idarəsində, müvafiq orqanlarda, fiziki və hüquqi şəxslər qarşısında, Asan xidmət mərkzələrində, notariat ofisində, bankda, Azəriqazda, Azərsuda, Azərişıqda, telefon qovşaqlarında, idarə və qurumlarında, bələdiyyədə, icra orqanlarında, “Ocag Construction’’ MMC-də məni təmsil etməyi, notarial qaydada rəsmiləşdirilmiş sənədlərə imza etməyi, sənəd verib-almağı, bölg-sxemini imzalamağı, bütün növ arayışları, çıxarışları almağı, ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. - “Elektron notariat” X1 Çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində ərizəsində bildirmişdir ki, “Ocag Construction’’ MMCnin xx.xx.2021-ci il tarixli, 6 saylı müqaviləsinə əsasən ünvan 6 ünvanında inşa edilən 4 mərtəbəli mansardlı evin 3-cü mərtəbə, ümumi sahəsi 71 kv/metr olan 2 otaqlı, 6 saylı mənzilə dair müqavilə və pay haqqı vardır. Həmin pay haqqından imtina etmiş və mənzilin satılmasına etiraz etməmişdir. Pay haqqı ilə əlaqədar “Ocag Construction’’ MMC-nə qarşı iddia və tələbi yoxdur və gələcəkdə həmin mənzillə bağlı iddia qaldırmayacaqdır. - İddiaçı ünvan 7 ünvanladığı (**********505) nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində 8i- 3105 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə verdiyini, ərizəni verdikdən sonra aldanıldığını bildiyi üçün yuxarıda qeyd edilən ərizəsindən imtina etmişdir. Yuxarıda göstərilən ərizədən imtina etməyi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsi ilə ərizəni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. - “Elektron notariat” X1 Çıxarışından görünür ki, etibar edən İddiaçı etibar edilən Cavabdeh2 xx.xx.2025-ci il tarixədək vermiş olduğu etibarnaməyə 03.2.2022-ci il arixdə xitam verilmişdir. - Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi MMC-nin 14 mart 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 saylı mənzilin 2022-ci tarixinə real bazar dəyəri 130.000 manat müəyyən edilmişdir. - Vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış 1183/22 nömrəli rədd materialından görünür ki, Xətai RPŞ-nin Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı DİN 102 Xidməti-Zəng mərkəzinə müraciət edərək Akif adlı şəxs ilə evinin girov qoyaraq kredit müqaviləsi bağlaması, lakin həmin şəxsin evini satmasını bildirmiş, həmin şikayət üzrə araşdırma zamanı dindirilmiş Cavabdeh2 izahatında göstərmişdir ki, 2022-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğu olan Aslan adlı şəxs ona zəng edərək ünvan 8 ünvanında yerləşən mənzil satıldığını demişdir. O, həmin mənzilə baxdıqdan sonra, ev sahibi Süleyman adlı şəxs ilə razılığa gəlmişlər. O, evin alqı-satqısına Süleymanın etiraz etməməsi barədə notariusda etibarnamə almışdır. xx.xx.2022-ci il tarixdə, tərəflər yəni o, Süleyman və "xxxx" MTK ilə aralarında evin alqısatqısı olmuşdur. Süleyman həmin şirkətə borclu olduğuna görə şirkət mənzili ona 61.000 manat pula satmışdır. Həmçinin araşdırma zamanı X13 izahatında göstərmişdir ki, Cavabdeh2 onun tanışı olduğunu, Akif ilə birikdə Binəqədi rayonu ərazisində olan zaman, Akif Xətai rayonu, ərazisində ev almaq üçün razılaşdığını və notariusda evi rəsmiləşdirmək üçün birlikdə getməyini xahiş etmişdir. O, Akif ilə birikdə həmin mənzilin həyətinə getmiş, həmin vaxt ev sahibi Süleyman və Aslan adlı şəxs də orada olmuşdur. Akif və Süleyman evin alqı-satqısı barədə razılaşmışlar. Akin Süleymanın mənzilə görə binaya 16.000 manat pul borcu olduğundan binanın nəzarətçisi mənzilin alqı-satqı edilə bilinməyəcəyini demişdir. Akif həmin vaxt borcun alqı-satqı zamanı əsas məbləğdə çıxacağını demişdir. Akif və Süleyman notariusa getmişlər Süleyman evdən imtina barədə ərizə yazmışdır. Daha sonra birikdə binaya qayıdaraq evi alqı-satqı etmişlər. Həmçinin araşdırma zamanı X10 dindirilmiş və ifadəsində göstərmişdir ki, o, sosial şəbəkə yaradaraq ev alqı-satqısı ilə məşğuldur. Təxminən 2022-ci ilin iyun ayında Süleyman adlı şəxs ona zəng edərək Xətai rayonu ərazisində mənzil olduğunu, mənzili satmaq qərarına gəldiyini bildirmişdir. Lakin mənzilin yerləşdiyi binaya 16.000 manat pu borclu olduğuna görə mənzili sata bilmədiyini demişdir. O, tanışı Akif adlı ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Bir neçə gün sonra o, Akif və şirkətin rəsmi nümayəndəsi evin qarşısında görüşmüşlər. Birlikdə Süleymanın yaşadığı mənzilə baxmış, Akif mənzili almaq qərarına gəlmişdir. Həmin günün səhərisi Süleymanın yaşadığı evin yaxınlığında yerləşən şirkətin ofisinə getmişlər. Akif Süleymanın şirkətə olan borcunu ödəmiş, mənzi alqı-satqı olunmuşdur. O, Süleyman ilə ilk dəfə əlaqə saxlayan zaman Süleyman evi girov qoymaq yox, satmaq istədiyini bildirmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında mənzil alqı-satqısı barədə yaranmış mübahisələr mülki xarakterli olduğundan, həmin mübahisələr mülki qanunvericilik əsasında tənzim olunmalıdır. Ona görə də cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də İddiaçı Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. - Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı qeyd edilən qərardan narazı qalaraq Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmiş və həmin müraciət əsasında Bakı şəhər Xətai Rayon Prokurorunun 15 fevral 2023-cü il tarixli qərarı iləİddiaçı müraciəti əsasında RPİ-nin TŞ-də toplanmış 1183/22 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə baş təhqiqatçı, polis kapitanı Tural Abdullayevin 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir. - Həmçinin Xətai RPİ-nin İŞ-də xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış 1183/22 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından, toplanmış material üzrə Azərbaycan RespublikasıCM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı pul lazım olduğuna görə faizə və ya borca pul axtarırmış, instagram sosial şəbəkəsində qarşısına çıxan ev girovu vasitəsilə kreditə pul verilən bir səhifə görmüşdür. Həmin səhifəyə yazmış və Aslan adlı şəxs onunla əlaqə saxlayaraq bu barədə söhbət etməklərini təklif etmişdir. Onlar görüşmüşlər və söhbət edən zaman o, Aslana evinin çıxarışı olmadığını və yalnız evin ona aid olması barədə maliyyə arayışının olduğunu bildirmiş, Aslan isə həmin sənədi girov qoymaqla ona kreditə pul verə biləcəklərini bildirmişdir. Belə ki, Aslan ona Akif adlı adamın belə işlərlə məşğul olduğunu, yəni girov qoyaraq kreditə pul verdiyini bildirmişdir. O, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin dəyərindən 16 min manat "xxxx" MTK-ya borcu olduğunu, onlar isə heç bir problemin olmadığını, qeyd edilən borcun Akifin bağlayacağını, təmizlik kağızı alındıqdan sonra mənzili notarius vasitəsilə girov qoyub ala biləcəyini göstərmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 10.000 manat lazım olduğunu bildirmiş və bu barədə tərəflər arasında razılıq olmuş, 26 min manat borc hesablanaraq Akif kredit yolu ilə İddiaçı 10.000 manat pul vermiş, o, isə MTK-ya 16000 manat pul ödəmişdir. Əvvəlcə 10.000 manat borca görə 800 manat kredit ödənilməsi barədə razılaşmış, daha sonra evə olan borca görə onlar əlavə 16000 manat ödədiklərinə görə kredit məbləği aylıq 2000 manata razılaşmışlar həmin isə məbləğ faiz məbləği olmuşdur. Əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra evi girovdan çıxaracaqları ilə bağlı razılaşmışlar, bunun qarşılığında isə İddiaçı hər ay Akifin karınta 2000 manat kredit pulu ödəməlidir. Bir gün sonra onlar görüşərək Həzi Aslanov ərazisində yerləşən notariusa getmiş və orada Aslan və Akif adlı şəxs onunla görüşərək, həmin vaxt Akifin arvadıda notariusa gəlmişdir. Aslan ona bildirmişdir ki, evi Akifin arvadının adına girov qoyacaq və o, sənədlərə qol çəkəcək və bundan sonra kredit kağızlarını ona verəcəklər. Pulu ödəyib qurtardıqdan sonra evi girovdan çıxaracaqlar. Bu sadəcə formal hərəkətdir və heç bir narahatçılıq yoxdur. O, isə onunla razılaşmış və həmin snədlərə imza atmışdır. Bundan sonra o, dəfələrlə Aslan və Akif adlı şəxslərlə əlaqə saxlayaraq kredit borc məbləği və hər ay ödəyəcəyi pulları rəsmi şəkildə etmək üçün sənədləri tələb etmiş lakin Aslan və Akif müxtəlif bəhanələrlə borc barədə kredit kağızlarının ona verməkdən yayınmışlar. Nəticədə o, Akifə pul ödəməmiş və aralarında mübahisə yaranmış və Akif ona evə özbaşına girəcəyini bildirsə də, o, evin ona məxsus olduğunu, onların onu aldatdıqlarını bildirdikdə o, zorla evdən çıxaracağı ilə hədələmişdir. Nəhayət 27 noyabr 2022-ci il tarixdə o, evinə gedən zaman evin qapısının divar hissəsinin dağıdıldığını və evinin açarlarının onun xəbəri və məlumatı olmadan dəyişdirildiyini görmüşdür. Həmin gün 102 xidmətinə şikayət etmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, ilk dəfə yəni avqust ayında notariusda olan zaman nə Aslan, nədə Akif ona borc məbləği ilə bağlı heç bir sənəd təqdim etmədiklərindən o, 27 noyabr 2022-ci il tarixdə notariusa gedən zaman orada ona bildirmişlər ki, o, evi notariatda alqı-satqı etmiş yalnız ərizə yazaraq MTK-dakı payından imtina etmişdir. Bu barədə etirazını notariat ofisinə bildirmiş, Aslan və Akif adlı şəxslərə mənzili satmadığından, orada həmin tarixdə ərizəni ləğv etdirmişdir. Məhkəmə ilk olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, Cavabdeh2 məhkəmə iclaslarına gəlməsə də, onun təhqiqat zamanı verdiyi izahatından müəyyən edilmişdir ki, 2022-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğu olan Aslan adlı şəxs ona zəng edərək ünvan 8 ünvanında yerləşən mənzil satıldığını demişdir. O, həmin mənzilə baxdıqdan sonra, ev sahibi Süleyman adlı şəxs ilə razılığa gəlmişlər. O, evin alqı-satqısına Süleymanın etiraz etməməsi barədə notariusda etibarnamə almışdır. xx.xx.2022-ci il tarixdə, tərəflər yəni o, Süleyman və "xxxx" MTK ilə aralarında evin alqı-satqısı olmuşdur. Süleyman həmin şirkətə borclu olduğuna görə şirkət mənzili ona 61.000 manat pula satmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, işdən görünüdüyü kimi tərəfər arasında yaranmış mübahisəyə səbəb Cavabdeh2 İddiaçı arasında xx.xx.2022-ci il tarixdə notariat ofisində verilmiş etibarnamə olmuşdur. İddiaçı 10.000 manat pul lazım olduğundan, tərəflər arasında şifahi razılıq olmuş, 26 min manat borc hesablanaraq Akif kredit yolu ilə İddiaçı 10.000 manat pul vermiş, o, isə MTK-ya 16000 manat pul ödəmişdir. Əvvəlcə 10.000 manat borca görə 800 manat kredit ödənilməsi barədə razılaşmış, daha sonra evə olan borca görə onlar əlavə 16000 manat ödədiklərinə görə kredit məbləği aylıq 2000 manata razılaşmışlar həmin isə məbləğ faiz məbləği olmuşdur. Əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra evi girovdan çıxaracaqları ilə bağlı razılaşmışlar, bunun qarşılığında isə İddiaçı hər ay Akifin karınta 2000 manat kredit pulu ödəməlidir. Lakin nəticədə İddiaçı aldanıldığını bildiyi səbəbindən xx.xx.2022-ci il tarixdə 8İ-3105 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən imtina etdiyini bildirərək yuxarıda göstərilən ərizədən imtina etmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə aşağıdakılara görə razılaşır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllədə (Maddə 390.1-ci) fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmələri, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilmələri təsbit olunmuşdur. Müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Yəni Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hüquq ədəbiyyatında əqdlərin etibarlılıq şərtləri ümumi və xüsusi şərtlərə bölünmüşdür. Ümumi etibarlıq şərtlərinə bütün əqdlər baxımından tələb olunan şərtlər - fəaliyyət qabiliyyətinin zədəli olmaması, əqdin mövzusu şəxsiyyətə zidd olmamsı, əqdin imperativ normalara zidd olmaması, iradə ifadəsinin zədəli olmaması və iradə ifadəsinin görünüş üçün olmaması. Xüsusu etibarlıq şərtlərinə yalnız müəyyən qrup əqdlərə tələb olunan şərtlər daxildir- əqdin məcburi formaya uyğun olması, sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olması, əqdin ağır şərtlə bağlanmaması. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmənin qənaətinə görə hazırkı halda müqavilənin etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır. Belə ki, məhkəmə orta bazar qiyməti 130.000 manat olan mənzilin 61.000 manata satılması ilə bağlı iddiaçının sağlam iradə ifadəsinin olmasını ağlabatan hesab etmir. Fərz olunsa ki, əgər Cavabdeh2lə İddiaçı arasında notariat kontorunda mənzilin 61.000 manata Cavabdeh1 mülkiyyətinə verilməsi ilə bağlı razılaşma olmuşdursa, o, zaman İddiaçı təkrar notariat kontoruna müraciət etməyə səbəbi omazdır. Mübahisəli mənzillə bağlı qiymətləndirmə təyin edilmiş və S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi MMC-nin 14 mart 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 saylı mənzilin 2022ci tarixinə real bazar dəyəri 130.000 manatdır. Belə olduğu halda İddiaçı qeyd edilən mənzili cavabdehə faktiki dəyərindən 50 faiz aşağı qiymətə, yəni 61.000 manata satması inandırıcı deyil. Yuxarıda qeyd edilənləri, eləcə də İddiaçı aldanıldığını bildiyi səbəbindən xx.xx.2022-ci il tarixdə 8İ-3105 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən imtina etdiyini, bundan əlavə iddiaçının dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək araşdırma aparılmaını tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 təhqiqat zamanı mənzili 61.000 manata almasına dair sübut təqdim edə bilməməsi, İddiaçı iddia ərizəsində göstərdiklərinin doğru olduğundan xəbər verir. Yəni iddiaçı ilə Cavabdeh2 arasında borc müqaviləsinin bağlanmasına yönəlmiş razılıq olmuş və Cavabdeh2 iddiaçıya borca pul verməyi öhdəsinə götürmüşdür. Lakin notariat ofisində borc yox, mənzillə bağlı bütün səlahiyyətlərin verilməsi onu deməyə əsas verir ki, iddiaçının adına olan qeydin (hazırda ləğv edilmiş) qeyri-dəqiq olmadığını bildiyinə şübhə yaratmasın. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “....Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.”. Ali Məhkəməsinin bir çox qərarlarında forlmalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, əqdlərin etibarsızlıq şərtləri araşdırılan zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib-verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olubolmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə həmçinin cavabdeh X7 aid hissədə qeyd edir ki, Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə 20 fevral 2024-cü ilə təyin edilmiş məhkəmə iclasında izahatında bildirmişdir ki, onlar evə baxmağa gələndə iddiaçı yatmışdır. Evi qardaşı ilə makler göstərmiş, evin alınması üçün isə 75000 manat pul verilmişdir. Evi Akif adlı kişidən və bir qadından almış, onun arvadı kimi təqdim etmişlər. Pulu hamının yanında qoymuş masanın üstünə və hamı götürüb saymışdır. Akifin arvadını tanımır, onun qardaşını tanıyır və o, gəlib dedi ki, ev onlarındır. Mənzilin ilkin sənədi kimin adına rəsmiləşdirdiyindən isə məlumatı yoxdur. O, 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında isə izahatında bildirmişdir ki, evə maklernən baxıb bəyənmiş, sonra ofisdə gedib müqavilə bağlamışlar. Kimdən aldığını isə bilmir. Evi Süleymanın qardaşı göstərmiş, ondan da evi almışlar. Cavabdeh2 ona xalasının əri kimi təqdim etmişlər. Evin sənədlərinə baxmamış, bilmir kimin adına olub müqavilə. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin 75.000 manat məbləğini ödəməklə Süleymandan alınması, daha sonra mənzilin Süleymanın qardaşından alınması ilə bağlı Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə ziddiyyətli izahatları onu deməyə əsas verir ki, güya iddiaçı mübahisəli mənzili həm Cavabdeh2, sonra da Səadət Qasımzadəyə satmışdır. Belə ziddiyyətli məqamlar isə bir daha mübahisəli mənzillə bağlı cavabdehin vicdanlılığını istisna edir. Həmçinin müəyyən edilmişdir ki, ev Cavabdeh4 satılarkən evin qazı, suyu və işığı olmamış, lakin ev təmirli olmuşdur. Qeyd edilən hal isə özlüyündə bir daha onu deməyə əsas verir ki, iddiaçı cavabdehdən borc məbləğinin alınmasına səbəb kimi göstərdiyi hallardan biri də evin təmirinə vəsait lazım olduğunu bildirməsidir ki, bu hissədə də iddiaçının göstərdikləri doğrudur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzilin Səadət Qasımzadə tərəfindən 75.000 manata alınması, eləcə də rəsmiləşdirmə aparılarkən mənzilin kimin adına rəsmiləşdirdiyindən məlumatlarının olmaması, mübahisəli mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsində "vicdanlılıq görünüşü”nü yaratmaq məqsədi daşımışdır. Qeyd olunanlar əsasında bir daha sübut olunur ki, cavabdeh Səadət Qasımzadə mübahisəli mənzili əldə edərkən iddiaçının adına olan mənzillə bağlı qeydin qeyri-dəqiq olmasını bilmiş, alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Onun vicdanlı alıcı hesab edilməsi üçün Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələrində nəzrədə tutulmuş əsaslar müəyyən olunmur. "T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqısatqısı müqaviləsi görünüş üçün bağlanmış əqd olduğundan, etibarsız hesab edilməli, həmin mənzil iddiaçının mülkiyyətinə qaytarılmalıdır. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. İddiaçı yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan məzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında İddiaçı mübahisəli mənzilə mülkiyyətinə dair "xxxx" MTK-nin müqaviləsində aparılmış qeydlər də dəyişdirilməli olacaqdır. Məhkəmə həmçinin cavabdeh X5 hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, iş materilları ilə müəyyən edilmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni 27 noyabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə şikayət etmiş və həmin şikayət əsasında araşdırma aparılaraq, Xətai RPŞ-nin, Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmiş və həmin müraciət əsasında Bakı şəhəri Xətai Rayon Prokurorunun qərarı ilə Xətai RPŞ-nin, Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək, material Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonradan iddiaçı xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı X14 hüquqlarının pozulduğunu bildiyi vaxtdan təxminən 3 ay sonra hüquq mühafizə orqanlarına, sonrada məhkəməyə müraciət etmişdir. Belə olduğu halda iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürməsi müəyyən edilmir. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçı tələbində Aslan və Akif adlı şəxslərin qabaqcadan əlbir olaraq onu inandırıb dələduzluq yolu ilə evini ələ keçirmək niyyətində olduqlarını bildirib, onlar barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbində göstrəilən Aslan və Akif adlı şəxslərlə bağlı, ümumiyyətlə mənzilin ələ keçiriməsi ilə bağlı istintaq orqanı tərəfindən araşdırma aparıldığından məhkəmə hesab edir ki, həmin məsələ ilə bağlı qərar qəbul edilməsinə zərurət yoxdur. Məhkəmə bir daha vurğulayır ki, mülki qanunvericilikdə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırkı halda isə iddiaçının iradəsinin xx.xx.2022-ci il tarixli etibarnamə ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin özgənikiləşdirilməsinə yönəlməsi iş üzrə sübuta yetmir. Beləliklə, qeyd olunan xüsusuatları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və "xxxx" MTK-yə qarşı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqı-satqısl barədə müqavilələri etibarsız hesab edilməl və həmin mənzil İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru X12 ilə Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru X12 ilə X8 arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli alqı-satqısı barədə müqavilələri etibarsız hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzil İddiaçı qaytarılsın. İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar