Məhkəmə qərarları › İş №2(001)-4174/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4174/2020

29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4174/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1999-cu il tarixli 03 saylı Qərarından Çıxarışın və torpaq sahəsinin yerləşmə sxeminin ona-X1 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçinin vəkili ərizəyə dəqiqləşmə təqdim edərək, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1999-cu il tarixli 03 saylı Qərarından Çıxarışın və torpaq sahəsinin yerləşmə sxeminin ona-Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, adına Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1999-cu il tarixli 03 saylı Qərarına əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən ölçüsü 1200 kv.m təşkil edən 1349 saylı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Torpaq sahəsi ona təhvil verilmişdir və hal-hazırda onun sahiblik və istifadəsindədir. Lakin Qərar verilən zaman soyadı səhvən “Aliyev” əvəzinə “Əliyev” kimi göstərilmişdir. Adına ayrılmış torpaq üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirmək istərkən bildirilmişdir ki, soyadda olan səhvə görə bunun mümkün deyildir. Məhkəmə iclasında izahatı alınan ərizəçinin nümayəndəsi ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1999-cu il tarixli 03 saylı Qərarından Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1991-ci il tarixli 123 saylı və xx xxxxxxxx 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınsın. Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. X5 aşağıdakı vətəndaş qrafasında əlyazma ilə “Ümumi sahə N 1349 X4 Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsi ev 28, mənzil 7” yazılmışdır. Maştağa qəsəbəsinin Baş Planından Çıxarışın və plana uyğun Yerləşmə Sxeminin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sabunçu RİH-nin Mahtağa qəsəbə Nümayəndəliyinin 03 saylı xx xxxx 1999-cu il tarixli sərəngamı ilə vətəndaş X2 Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi ümumi sahədən fərdi yaşayış evi tikmək üçün 1349 saylı torpaq sahəsi ayrılmışdır. Nərimanov rayonu MKTB-nin 53 saylı MKİS xx.xx.2020-ci il tarixli Arayışından görünür ki, X4 M.Sənani keçmiş N.Rəfibəyli 28 nömrəli evin 7 saylı mənzilində pasport qeydiyyatında olmuş, ev söküldüyündən qeydiyyatdan xx.xx.2007-ci ildən çıxmışdır. Həmin sənəddə xx.xx.1992-ci il tarixdə Aliyev yox X4 olmuşdur. İş materiallarında olan Bakı şəhəri,Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 1200 kv.1349 saylı torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. Müraciət edilən məsələ ilə əlaqədar məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi soyadı “Aliyev” kimi qeyd olunmuşdur. İş materiallarında olan AC seriyalı, 147562 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi soyadı “Aliyev” kimi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi adına Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1999-cu il tarixli 03 saylı Qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən ölçüsü 1200 kv.m təşkil edən 1349 saylı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Naməlum səbəbdən adına verilmiş torpaq sahəsi üzrə sənədlərdə soyadı “Əliyev” kimi göstərilmişdir. Adına ayrılmış torpaq sahəsinin sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək qeyd edilən sahəni mülkiyyətinə keçirmək istərkən bildirilmişdir ki, şəxsiyyət vəsiqəsində soyadı Aliyev kimi, ayrılmış torpaq sahəsi üzrə isə Əliyev kimi qeyd edildiyindən yanlışlıq aradan qaldırıldıqdan sonra ərizəsinə baxıla bilər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir və başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyənedilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasə Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki işin faktiki halı ondan ibarətdir ki, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində fərdi yaşayış evi tikmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 03 saylı Qərarı ilə ünvan 1 ünvanında qeydiyyatda olan X2 1349 saylı torpaq sahəsi ayrılmışdır. Lakin Ərizəçi iddia edir ki, onun soyadı həmin sənədlərdə səhvən Əliyev kimi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında təsdiq edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş və müvafiq mübahisələndirilən sənədlərdə qeyd edilən şəxs hazırki soyadı ilə Ərizəçi olmuşdur. Göründüyü kimi ərizəçinin şəxsiyyət vəsiqəsindəki məlumatlarla müvafiq sənədlərdəki soyadı arasında uyğunsuzluq yaranmışdır, göstərilən sənədlər hüquq müəyyənedici sənədlərdir və nəticədə mübahisə predmeti olan mənzili özəlləşdirə bilməmiş və ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir və həmin uyğunsuzluğun aradan qaldırılması başqa qayda mümkün deyildir. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1999-cu il tarixli 03 saylı Qərarından Çıxarışın və həmin qərarın əsasında fərdi yaşayış evi tikmək üçün ayrılmış 1349 saylı torpaq sahəsinin yerləşmə sxeminin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1999-cu il tarixli 03 saylı Qərarından Çıxarışın və həmin qərarın əsasında fərdi yaşayış evi tikmək üçün ayrılmış 1349 saylı torpaq sahəsinin yerləşmə sxeminin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar