Məhkəmə qərarları › İş №2(001)-4196/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4196/2021

08.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4196/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi və vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” İstehsalat Birliyi tərəfindən hesablanmış 2.863 manat məbləğində cərimə borcunun silinməsi və cavabdeh “xxxx” İstehsalat Birliyindən 350 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iddia ərizəsinə əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “xxxx” İstehsalat Birliyi tərəfindən hesablanmış 2.863 manat məbləğində cərimə borcunun silinməsini və 350 manat məbləğində dəymiş maddi zərərin əvəzinin tutulmasını tələb etsə də, öz tələblərini əsaslandırdığı hallara dair hər hansı sübut, o cümlədən, yaşayış sahəsinin ünvanı, habelə sahənin ona məxsus olması barədə məlumat, təbii qazın istifadə edilməsinə dair cavabdehlə bağlanmış müqavilə, iddia üzrə silinməsi tələb edilən məbləğdə cərimənin yazılmasına əsas olmuş sənədlər məhkəməyə təqdim etməmişdir. İşin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən bu nöqsanların aradan qaldırılması üçün məhkəmə tərəfindən iddiaçıya müddət müəyyən edilmişdir. Lakin həmin müddət ərzində də bu nöqsanlar aradan qaldırılmamışdır. Bu da öz növbəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbləri baxımından mülki işin baxılmamış saxlanılması üçün əsas yaradır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi və vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar