Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-42/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdeh (eyni zamanda digər Cavabdeh nümayəndəsi) X2 iştirakı ilə, İddiaçı şirkətinin cavabdehlər Cavabdeh və X5 qarşı “cavabdehin 3 saylı mədənin 6-ci sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” barədə iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti cavabdehlər Cavabdeh və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh və X2 Şirkətin Saziş ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx xxxxxx 2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 Şirkətin Saziş ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-ci sahəsində inşa edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanı verilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edilmişdir ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X22 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, cavabdehlər Cavabdeh və X2 Şirkətin Saziş ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatları ilə eyni məzmunli izahat vermişdir. Əlavə olaraq, qeyd etmişdir ki, o həmin evi 1999-cu il tarixindən tikmiş və istifadə etmişdir. İddiaçı ilə torpağın mülkiyyətçisi arasında müqavilə isə 2005-ci ildə işləməyən neft quyularının bərpası və istismarı məqsədilə bağlanmışdır. Demək ki, iddiaçının qeyd edilən ərazidən istifadə hüququ onun evini tikdiyi vaxtdan 6 il sonra yaranmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ekspert rəyindən görünür ki, onun evinin yerləşdiyi torpaq sahəsində və ətrafda hər hansı neft quyusu yoxdur.xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyində ekspertin qarşısına qoyulan mühüm suallara cvb verməyib. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa hüququ yoxdur. İddiaçı şirkəti ilə neft şirkəti arasında olan müqavilə neft quyularının bərpası ilə bağlıdır. Burada isə quyu yoxdur. Həmçinin iddia müddəti ötürülmüşdür. O evi 20 il əvvəl tikmişdir. Tikiliyə dair sənədi və tikilinin yerləşdiyi torpaq sahəsinə dair alğı-satqı müqaviləsi yoxdur. Cavabdeh X9 xx xxxxxx 2019-cu il tarixində iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki,1999-cu il tarixində mülkiyyətçi “Binəqədi Oyl” neft şirkəti Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanında yerləşən torpaq sahəsinin İslamov Məhərrəm Söhbət oğluna pay kimi verilməsinə etiraz etməməsi barədə 160 saylı məktubla müraciət etmişdir. Torpaq üzərində istifadə etmə hüququ yaranan Məhərrəm İslamov hasara aldığı torpaq sahəsini onun istifadəsinə vermişdir. Həmin sənədə əsasən qeyd edilən ünvanda 1999-cu ildən fərdi ev tikərək ailəsi ilə birlikdə yaşayır. Binəqədi Rayon Məhkəməsinin 2-1322/1996-cı il tarixli qətnaməsinə əsasən evdən istifadə hüququ tanınmış, o və onun ailə üzvləri mənzilə passport qeydiyyatına alınmışlar.2015-ci ildə qeyd olunan ünvanda yerləşən minlərlə evin arasından, zəngin görünən evi, yəni onun evinin sökülməsinə dair iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Məhkəməyə yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədləri təqdim etdikdən sonra iddiaçı tərəf ondan rüşvət istyərək məhkəmə təqibini dayandıracağını bildirmişdir. Bu barədə şikayəti Binəqədi rayon prokurorluğunda araşdırılır.Bir neçə ay bundan öncə məlum oldu ki, 2(001)-11830/2015 saylı Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh qeyd olunan ünvandakı yeganə evi yox, onlara məlum olmayan Biləcəri qəsəbəsində yerləşən naməlum evin sökülməsinə dair qətnamə qəbul edilmişdir. 2018-ci il tarixində o, qeyd edilən ünvandakı mülkünün qeydə alınmasına dair Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İşə 3-cü tərəf kimi cəlb edilən cavabdeh onu yenidən şantaj edib evini sökdürəcəklərini bildirmişlər.Ona görə də, məcbur olaraq iddia ərizəsini geri götürmüş və əlavə sübutlar toplamağa çalışmışıdır. Cavabdehin yenidən belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb ona təzyiq göstərib istədiyinə nail olmaq məqsədidir. Məhkəmənin 2-1(81)-2184/2018-ci il tarixli iş üzrə ekspert rəyindən görünür ki, evinin yerləşdiyi ünvanda neft sənayesinə aid hər hansı qurğular yoxdur. Ətrafda fərdi evlər tikilmişdir. Hər hansı kommunikasiya xəttləri üzərində yerləşmir. İşdə mövcud olan İslam Məhərrəmovun məhkəməyə yönəlmiş ərizəsindən görünür ki, ona verilmiş 6 sot torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir.Binəqədi Rayon MƏhkəməsinin 2006-cı il tarizli qətnamsindən görünür ki, Cavabdeh 1999-cu ildən sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi tikərək yaşamış, nəticədə həmin evdən və torpaqdan istifədə etmək hüququ əldə etmişdir. Həmin sənəd Dövlət Reyestri Haqqında qanunun 8.0.10.2 saylı bəndinə əsasən daşınmaz əmlakın mülkiyyət üzərində hüquqmüəyyənedici sənədin verilməsi , mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Bildiri ki, evin tikilməsi zamanı 1999-cu illərdə ölkədə mülkiyyətin əldə edilməsi qanunla əsaslandırılmamışdır. Ona görə də Əmlak Məsələləri Dövlət Reyestri xidməti haqqında qanunun 8.0.9.2 saylı bəndinə əsasən 2013-cü ilə qədər mülkiyyətin qeydə alınması zamanı Binəqədi Neft Şirkətinin 1999-cu il tarixli sənədi mülkiyyətin qeydə alınması üçün əsasıdır. 20 ildən çox öz şəxsi vəsaiti hesabına tikdiyi, yaşadığı, dövlət rüsumunu ödədiyi mülkünü müxtəlif ünsürlərin qanunsuz təsirindən qorunması məqsədi ilə silah əldə edib onları məhv etməkdən belə çəkinən namussuzdur. Cavabdeh X9 xx xxxxxx 2019-cu il tarixində iddia ərizəsinə olan əsaslandırılmış etirazının məhkəməyə ünvanlayaraq evinin sökülməsi və onun oradan çıxarılmasına dair iddia tələbinin təmin edilməməsini, iddiaçı tərəfin ictimai təhlkəli əməllərinin qarşısının alınması, gələcəkdə mənzil və digər hüquqlarının təmin edilməsi üçün xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Şirkətinin Binəqədi rayonu üzrə filialının ona məxsus evin sökülməsi və onun həmin evdən çıxarılmasına dair iddiası təxribat xarakterli olmaqla qanunsuzdur. Belə ki, iş materiallarında “xxxx” Şirkətinin 9/412 saylı 1999-cu il tarixli Binəqədi RİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə unvanladığı məktubu mövcuddur. Bu məktubda onun evinin yerləşdiyi torpaq sahəsinin xx.xx.1996-cı il tarixdə Binəqədi RİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə ayırdığı göstərilir. “xxxx” Şirkəti Biləcəri nümayəndəliyinə pay torpağı kimi ayrılmş torpaqdan bir payının İslamov Məhərrəmə ayrılmasına etiraz etməməsini bildirmişdir. İşdə xx.xx.2018-ci il tarixli, 8İ-7186 saylı qeydlə, notariusda təsdiq olunmuş İslamov Məhərrəmin ərizəsinə əsasən sözügedən torpağın 1999-cu il tarixindən onun istifadəsinə verilməsi təsdiq olunur. İş materiallarında olan 2-1322/2006 saylı Binəqədi Rayon Məhkəməsinin qətnaməsində onun qeyd olunan ünvanda öz şəxsi vəsaiti əsasında tikdiyi evə istifadə və idarəetmə hüququ tanınıb və onun ailə üzvləri ilə birlikdə həmin ünvana passport qeydiyyatına alınması qət edilmişdir. 2004-cü il ADNŞ və İddiaçı aralsında imzalanmış saziş şərtlərinə əsasən iddiaB Binəqədi və digər kənd ərazilərindəki fəaliyyətdə olmayan neft quyularının bərpası, neft və qaz istismarını, əldə edilən mənfəətin pay bölgüsü nəzərdə tutulur. İcarəyə götürülmüş həmin ərazilərin mülkiiyyətçisi ADNŞ kimi qalır. Ərazidəki sakinlərin istifadə etdikləri torpaq sahəsinə ASNŞ iddia qaldıra bilər. Bu bir daha iddiaçının ona ünvanladığı və nüsxəsini əlavə etdiyi 03\149 xx xxxxxx 2019 saylı məktubdan aydın görünür. Vüqar İskəndərov onun evinin sökülməsinə dair iddia ərizəsini imzalamaqla vəzifə səlahiyyətlərini aşmış, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülkiyyət üçün ümumi iddia müddəti 10 ildir. O, artıq 20 ildir ki, həmin mülkdən istifadə edir və ona sahiblik edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X22 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X22 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. İslamov Məhərrəm Söhbət oğlu tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanan xx xxxxxx 2018-ci il tarixində notarial qaydada təsdiq olunan ərizəsinin surətindən görünür ki, O, və X1 Neft Şirkətinə məxsus Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanında yerlən 12 sot torpaqda fərdi ev tikmək üçün şirkətə müraciət etmişlər. № 2-132/2006 saylı məktubla Şirkət həmin torpaq sahəsində ev tikilməsinə etiraz etmməməsi və torpaq sahəsinin onlar üçün sənədləşdirilməsinə görə Binəqədi rayonu, Biləcəri Qəsəbə Bələdiyyəsinə məktub ünvanlamışdır. Lakin onun ev tikmək imkanı olmadığından torpağı Cavabdeh istifadəsinə vermiş, o , da qeyd edilən ünvanda 1999-cu ildə fərdi yaşayış evi ailəsi ilə birlikdə orada yaşamışdır. Qeyd olunanları nəzərə alıb, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 6 sotdan bir qədər artıq torpaq sahəsinin və onun üzərində olan tikililərin Cavabdeh mülkiyyəti kimi qeydə alınmasını xahiş etmişdir. “xxxx” neft və qazçıxarma idarəsinin rəisi İ.İ.Əliyev t tərəfindən Binəqədi RİH-nin Biləcəri qəsəbə nümayəndəsi E.İmanova yazılan məktubdan görünür ki, onun 160 saylı, xx xxxxx 1999-cu il məktubuna cavab olaraq bildirilir ki, onlara ünvanlanan xx xxxx 1996-cı il tarixli o1-9/527 saylı məktubla verilmiş iki pay torpaq sahəsinin birinin X6, ikincisinin isə X3 verilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-11830/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanında tikilimiş özbaşına tikilinın Cavabdeh hesabna sökülməsi və cavabdehin qanunsuz tikilidən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2410/2020 saylı qətnaməsindən görünür ki, cavabeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2015-ci il traixli, 2(001)-11830/2015 saylı qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Həsən küçəsi, ********* saylı mübahisəli evin cavabdehə məxsus olmaını başqa sözlə cavabdehin yönələn tələbə cavab verməli olmasını sübuta yetirə bilməmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2-1322/2006 saylı, xx xxx 2006-cı il tarixli qətnaməsindən görünür ki, vətəndaş Cavabdeh ərizəsinin təmin edilməsi, Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 7, 4 saylı evə yaşayış hüquqlarının tanınması, onların həmin ünvanda qeydiyyata götürülmələrinin Binəqədi RPİ –nin Qeydiyyat və ŞVŞ-nə tapşırılması qət edilmişdir. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixində verilən çıxarışdan görünür ki, X9 ilə X11 arasında xx xxxxxx 1989-cu il tarixində nikah baölanmış, nikah bağlandıqdan sonra arvada “Şükürova” soyadı verilmişdir. İddiaçı Şirkəti tərəfindən cavabdehlərə ünvanlanan 03\149 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin daimi istifadəsində olmaqla, məlum “Hasilatın Paylı Bölgüsü haqqında” sazişə və “X19”nə əsasən yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə İddiaçı əməliyyat şirkətinin Azərbaycam Respublikasındakı filialının qanunu istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. 1 saylı Bakı İnzibati-iqtiadi Məhkəməsini xx xxx 2018-ci il tarixli, 2-1(81)-2184/2018 saylı qərardadına əsasən təyin edilən məhkəməm mühəndis-texniki ekspertizasının nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, 14393 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanında yerləşən torpaq sahəsinin “Binəqədi Oyl” ƏŞ üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə o, cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanında yerləşən torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşməməsi müəyyən edilir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2144/2019 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Ekspertin qarşısında qoyulan suallardan biri kimi qeyd edilən “Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin 2(001)-11830/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanda tikilmiş özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi və cavabdehin qanunsuz tikilidən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədə göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanı ilə hazırki iddia tələbində qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanının coğrafi koordinatları üst üstə düşürmü?” sualın məqsədi eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaq olmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2(001)-2144/2019 saylı mülki iş üzrə ekspertiza aparılmasından imtina edilmişdir. Mübahisənin düzgün həlli üçün 2(001)-2144/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixində təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. X15 əlavə sənədlərin təqdim edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək ekspert qarşısında qoyulan sulların cavablanırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin yerquruluş mütəxəssislərinin tərtib edəcəkləri rəyin və Cavabdeh inşa etdiyi tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlərinin ekspertiza tədqiqatına təqdim olunmasını xahiş etmişdir. Vəsatətin təmin edilməsi üçün xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən və cavabdehlərdən yerquruluş mütəxəssisləri tərəfindən tərtib edəcəkləri rəyin, cavabdehlər Şükürova Yasəmən Həmzə qızı və X9 tərəfindən inşa olunan tikiliyə dair hüquqmüəyyənedici sənədlərin ekspertiza mərkəzinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəmənin mülki iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı şirkəti tərəfindən təqdim edilən koordinatları oxumaq mümkün olmadığından, qərardadda mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Mübahisənin düzgün həlli üçün 2(001)-2144/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixində təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin cavabdehlər Şükürova Yasəmən Həmzə qızı və X9 tərəfindən inşa olunan tikiliyə dair hüquqmüəyyənedici sənədlər Mərkəzə təqdim edilmədiyindən mülki iş üzrə rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, Şükürova Yasəmən Həmzə qızı və X9 tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Lakin 1 saylı mədənin 4-cü sahəsində yerləşən 142006 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində və neft xəttinin təhlükəsizlik zolağı daxilində yerləşməsi barədə bazada məlumat mövcud deyil. Cavabdeh Həmzə qızı və Şükürov Əlvan Əliheydə oğlu tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı Şirkəti tərəfində məhkəməyə təqdim olunmuş koordinatlara əsasən məqsədli təyinatına və hüquqi rejiminə görə Dövlət Mülkiyyəti olub, sənaye təyinatlı torpaq sahələrinə aid edilir. Cavabdeh Həmzə qızı və Şükürov Əlvan Əliheydə oğlu tərəfindən inşa olunan tikilinin şəhərsalma norma və qaydalarına uyğun inşa edilib, edilməməsinin müəyyən edilməsi səlahiyyətlərinə aid deyildir. Qeyd olunan qətnamədə göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanı ilə hazırki iddia tələbində qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4 ünvanının coğrafi koordinatları üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/874 saylı ekspert rəyindən görünür ki, 2(001)-149/2020 saylı ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Geodeiya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə uyğunlaşdırılmışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Həmin torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə dövlət mülkiyyəti olmaqla , sənaye təyinatlı torpaqlara aiddir. Tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq cavabdehin mülkiyyətində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şirkətinin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh Həmzə qızı və Şükürov Əlvan Əliheydə oğlu Şirkətin Saziş ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-ci sahəsində inşa edilmiş özbaşına tikilidən tikildən çıxarılsınlar, özbaşına tikili cavabdehlərin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul müştərək qaydad Cavabdeh Həmzə qızından və Şükürov Əlvan Əliheydə oğlundan İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-42/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-42/2021
04.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver