Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4209/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 2073.6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 125 ünvanında yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onun ünvanına smartkart tipli sayğac quraşdırılmış sonradan mexaniki sayğacla əvəz edilmişdir. Birliyin əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı və başqa sayğacdan istifadə etməyi haqqında cərimə yazılıb. Bunların heç birindən xəbəri olmayıb. Qaz idarəsində o həmin aktı və şəkilləri tələb etsə də, aktları versələr də, şəkilləri verməmişlər. Onlara komissiya təşkil edərək baxış keçirilməsi təklif edilsə də, ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Sonradan ona məlum oldu ki, 2073.6 manat cərimə yazıblar. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, o, 2 sayğacdan istifadə etməmişdir. Sayğacı Azəriqazın əməkdaşları dəyişən vaxt o, evdə olmamışdır. Evə gəldikdən sonra sayğacın dəyişildiyini görmüşdür. Evdə dörd göz qaz piltəsindən və su qızdıran kalonkadan istifadə edir. Onun Suraxanı rayonunda heç bir qohumu, tanışı yoxdur. Akt-a o imza atmamışdır. 2024-cü ilin iyul ayından sentyabr ayınadək Şamaxıda qaynatası gildə qalmışdır.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın dəlillərinə uyğun izahat vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2016-cı ildə Suraxanı rayonu ərazisində yerləşən mənzildən çıxarılan sayğac iddiaçının evində aşkar edilmişdir. Həmin vaxt əslində iddiaçının adına qeydiyyata alınan sayğac başqa olmuşdur. Hansı ki, həmin sayğac iddiaçının ünvanına 2016-cı ilin 3-cü ayında quraşdırılmışdır. Çəkilən şəkillərdə olan koordinat da onu göstərir ki, qeydiyyatda olmayan sayğac iddiaçının ünvanında aşkar edilmişdir. Həmin vaxt əslində həmin ünvanda qeydiyyatda olan sayğac iddiaçının özündə olmuşdur. Ehtimal edir ki, iddiaçı işləməyən sayğacı quraşdırmaqla, əməkdaşların mütəmadi olaraq apardıqları monitorinqdən yayınmağa çalışmışdır. Hansı ki, məhz buna görə də iz itirmək üçün mütəmadi olaraq ödənişlər etmişdir. Onun 2016-cı ildə çıxarılan sayğacın iddiaçının əlinə necə keçməsi ilə bağlı hər hansı fikri yoxdur. Lakin qeydiyyatda olmayan sayğacın həqiqətən də iddiaçının Binəqədi ərazisində yerləşən evində aşkar edilməsi fotoşəkildəki koordinatla təsdiq edilir.
5. İddiaya etiraz isə belə əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Regional Qaz Satışı Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan göründüyü kimi, İddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən sonuncunun təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi faktı, yəni “Abonent bazada qeydiyyatda olan G4 markalı smart tipli 1602AZ**********1 nömrəli sayğacı özbaşına olaraq yerinə qeydiyyatdda olmayan smart tipli 1302AZ**********28 nömrəli sayğacın quraşdırıldığı” aşkar edilmişdir. Daha sonra 1302AZ**********28 nömrəli G-4 markali smart tipli qeydiyyata olmayan sayğac aşkar olunaraq sökülmüşdür. Həmin sayğac xx.xx.2016-cı il tarixli, 51032782 nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən **********00001 kodundan çıxarılmış və sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir (akt əlavə olunub). **********01255 abonent kodunda aşkar edilmiş 1302AZ**********28 nömrəli G-4 markali smart tipli sayğac sökülmüş və abonentə məxsus 1602AZ**********1 nömrəli G-4 markalı smart tipli sayğac yerinə bərpa olunmuşdur. Lakin tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən sayğac əvəzlənməsi aktı isə bir gün sonra **********01255 Abonent koduna qeydiyyatda olan sayğacın növbədən kənar dövlət yoxlanılması məqsədi ilə tərtib olunmuşdur, yəni yenidən həmin qeydiyyatda olan sayğac quraşdırılmış və ploblanmışdır. Bu barədə həmin akt iddiaçının imzası ilə təsdiqlənmişdir (akt əlavə olunub). İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” tərtib edilmişdir. Bu qanunazidd, qərəzli və təqsirli hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi İddiaçıya yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********01255 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Həmçinin bildirmək istərdik ki, ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X2nın pozulması haqqında” Akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli Tələbnaməyə əsasən itirilmiş təbii qazın həcmi 17280 m3 təsdiq edilmişdir. Bu əsasla da Cavabdeh İB-nə qanunazidd təqsirli hərəkət nəticəsində dəymiş ziyan 2073,60 manat məbləğində hesablanmışdır. Göründüyü kimi iddiaçı işlətdiyi təbii qazın dəyərinə görə hesablanmış borcun silinməsini Məhkəmədən xahiş edir. Bu hal isə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. 443.2ci maddəsinə əsasən “Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq tamamilə əsassız olan (bir cümlə də belə tələb əsaslandırılmayıb) və hər hansı sübuta, maddi və prosessual normaya söykənməyən iddia ərizəsinə öz etirazımızı bildiririk. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 125 ünvanında yerləşən evə dair İddiaçı ilə Cavabdeh İB arasında qazın alqı-satqısı ilə bağlı 2016-cı ilin 3-cü ayından müqavilə münasibətləri yaranmışdır və istehlakçıya **********01255 abonent kodu verilmişdir. Qasrep saldosundan görünür ki, həmin vaxt abonentin sayğac nömrəsi GPG 15032681 olmuşdur. Həmin saldodan müəyyən edilir ki, 2017-ci ilin 5-ci ayından abonentin sayğacının nömrəsi GPG 16104841 olmuşdur.
7. xx.xx.2023-cü il tarixdə abonentin ünvanına baxış keçirilən zaman abonentin ünvanında başqa sayğac, yəni 00067628 nömrəli aşkar edilmişdir. Hansı ki, həmin sayğac xx.xx.2016-cı il tarixdə çıxış boğazında qaz sızmasına görə Suraxanı rayonu ərazisində yerləşən və abonent Ağayev Elnura məxsus olan evdən çıxarılmışdır. Bu barədə ******* saylı AKT tərtib edilmişdir. Bunun davamı olaraq cavabdehin nümayəndəsi iddia edir ki, abonentin ünvanında əslində qeydiyyatda olan 16104841 nömrəli sayğac həmin vaxt iddiaçının özündə olmuş və birliyin nümayəndələri tərəfindən yerinə quraşdırılmışdır. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə birliyin nümayəndələri həmin sayğaca da müdaxilə edilmiş olması ehtimalından çıxış edərək 16104841 nömrəli sayğacı çıxardaraq, yerinə 13788109 nömrəli sayğac quraşdırılmış və bu barədə ******* saylı AKT tərtib edilmişdir.
8. Abonentin təbii X2nı pozması ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı AKT-a əsaslanaraq, xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və abonentin vurduğu zərərin həcminin 17280 kub.m olduğu müəyyən edilmişdir. Dəymiş zərər hesablanaraq 2073.6 manat abonentə borc kimi yazılmışdır.
9. 02.11.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən Bakı şəhəri Baş Polis idarəsinə “vətəndaşarın qanunsuz hərəkətləri barədə” müraciət ünvanlanmışdır.
10. Hazırda iddiaçı həmin borcu mübahisələndirir və cavabdehin etirazına münasibətdə bildirir ki, iddia edildiyi kimi onda 2 sayğac olmamış, onun birliyin nümayəndələri tərəfindən hansı sayğacı quraşdırmalarından xəbəri olmamış və mütamadi olaraq qaz sərfiyyatına görə ödənişlərini etmişdir. Eyni zamanda birliyin nümayəndələri sayğacı çıxaran zaman, yeni sayğac quraşdıran zaman evdə olmamış və hər hansı AKT-a imza etməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
12. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
13. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
14. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2nın” 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
16. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
17. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
18. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
25. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
26. İşin halları ilə müəyyən edilir ki, cavabdeh ona görə abonentə borc hesablamışdır ki, abonentin ünvanına 2023-cü ildə baxış keçirilən zaman həmin ünvanda qeydiyyatda olmayan sayğac aşkar etmişlər. Hansı ki, həmin sayğac 2016-cı ildə başqa ərazidə, başqa abonentin ünvanından çıxarılmışdır. Yəni cavabdeh özlərinin çıxartdıqları və əslində laboratoriya yoxlanışından sonra yararlı olmadığı halda məhv etməli olduqları sayğacın iddiaçının ünvanında aşkar edilməsində sonuncunu təqsirli hesab edirlər və buna görə də həmin hüquqazidd fakta görə iddiaçını məsuliyyətə(cərimə yazmaqla) cəlb etmişlər. Halbuki, həmin sayğacın iddiaçının əlinə necə keçməsi barədə hər hansı mövqeyi olmayan cavabdehin, iddiaçının təqsirliliyi barədə qənaəti əsaslı hesab edilə bilməz. Belə ki, həmin sayğacın iddiaçının ünvanında mövcudluğu 2 halda mümkün ola bilərdi. Birincisi həmin sayğac ya iddiaçı tərəfindən cavabdehin anbarından oğurlanmışdır, ya da cavabdehin əməkdaşları məhv edilməli və ya istismardan çıxartmalı olduqları sayğacı iddiaçıya vermiş, ya da ünvanına quraşdırmışdır. Bununla bağlı isə cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir.
27. Bundan əlavə qeyd edilən hüquqa zidd faktın aşkar edilməsi də mötəbər sübutlarla təsdiq olunmur. Çünki təqdim edilən foto şəkillər həmin sayğacdan məhz iddiaçının istifadə etdiyini təsdiq etmir. Hansı ki, qoşulu olmayan sayğac görüntüsü və bu görüntünün məhz iddiaçının yaşadığı ünvanın yaxınlığında çəkilməsi əməldə iddiaçının təqsirini müəyyən etmir.
28. Bundan başqa xx.xx.2023-cü il tarixli, ******* saylı aktın iddiaçı tərəfindən imzalanması şübhə doğurmuş və vizual baxışla iddiaçının imzası ilə AKT-dakı imzanın fərqli olması müşahidə edilmişdir. Eyni zamanda iddiaçı da həmin aktı imzalamadığını və sayğacın çıxarıldığı və quraşdırıldığı vaxt evdə olmadığını bildirmişdir. Cavabdeh tərəf isə tərtib edilən aktın mötəbərliyini sübut etməli olduğu halda, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir.
29. Bununla yanaşı qeyd edilməlidir ki, əgər cavabdeh qanunsuz qoşulma faktını aşkar etmişdirsə, bu barədə tərtib etdiyi AKT-ın bir nüsxəsini müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idi. Hazırki mübahisədə isə əgər cavabdeh belə bir hüquqazidd əməl aşkar etmişdi idisə, bu barədə tərtib etdiyi AKT-ı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə göndərməli idi. Lakin iddiaçı vurulan zərərin həcminin 5000 manatdan aşağı olmasına baxmayaraq, formal olaraq Bakı şəhər Baş Polis İdarəsinə müraciət etməklə qanunla ona həvalə edilmiş vəzifəsini icra etməmişdir. Tətbiq edilən prosessual normalar
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
33. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
34. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
36. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
37. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
39. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2073,6 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********01255) silinməli və istehlakçının ödəməkdən azad olduğu 40,73 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2073,6 (iki min yetmiş üç manat, altmış qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********01255) silinsin. Cavabdehndən 40,73 (qırx manat, yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev