Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4261/2020 30.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Fizuli oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Fizuli oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşavış evinin giriş B blokunda 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,5 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı, mənzilə dair İddiaçı MTK ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu il tarixli B-229/11 saylı, ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı, mənzilə dair İddiaçı MTK ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu il tarixli B- 231/10 saylı ünvan 3 /15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,40 kvmetr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, mənzilə dair İddiaçı MTK ilə Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixli C-121/14 saylı, ünvan 2 ünvanında inşa olunan 3-girişli 21 mərtəbəli yaşayış evinin giriş C blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 kv.m yaşayış sahəsi, 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilə dair “İddiaçı ” MTK ilə Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixli C-122/06 saylı, ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşavış evin m giriş C blokunda 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m yaşayış sahəsi. 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, mənzilə dair “İddiaçı ” MTK ilə Cavabdeh2 arasında xx xxxxxx 2018-ci İl tarixli C-İ20/18 saylı, ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87.90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı, mənzilə dair İddiaçı MTK ilə Cavabdeh3 Fizuli oğlu arasnulu xx xxxxxx 2019-cu il tarixli B- 104/03 saylı mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. Lakin iddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı üç fərqli cavabdehlərə qarşı onlarla bağlanmış ayrı-ayrı müqavilələrdən irəli gələn və bir biri ilə bağlılığı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə zidd olduğuna görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan o, ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Fizuli oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4261/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4261/2020
30.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver