Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4263/2020 30.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MTK iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, C-223/17 saylı müqavilə üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, C- 177/20 saylı müqavilə üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı, İddiaçı MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, C-189/14 saylı müqavilə üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,8 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B02 saylı və İddiaçı MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, B-125/19 saylı müqavilə üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,8 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı birbiri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddənin məzmunundan aydın olur ki, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. Lakin iddia ərizəsindən görünür ki, eyni iddiaçı fərqli cavabdehlərə qarşı bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Yəni iddiaçı bir-biri ilə bağlı olmayan cavabdehlərin MTK ilə müxtəlif vaxtlarda, ayrı-ayrı bağladıqları müqavilələrin etibarsızlığını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan hesab edirəm ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması bir-biri ilə əlaqəli olmayan cavabdehlərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa iddia ərizəsi həmçinin ona görə geri qaytarılmalıdır ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi həmin norma mülkiyyət hüququnun müdafiəsi vasitəsi olan əşya hüququ iddiaları ilə bağlıdır. Yəni MPM-nin 39.1-ci maddəsinin təhlili onu göstərir ki, həmin norma özündə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə(deklarasiya iddiası), tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə(vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə(neqator iddia) iddiaları ehtiva edir. İddianın mahiyyəti ünvan 1 ünvanda inşa olunan yaşayış binasındakı mənzillərlə bağlı iddiaçı ilə cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və faktiki olaraq iddiaçının mülkiyyət hüququnun bərpa olunmasından, tanınmasından,hüquqlarının pozulmasının aradan qaldırılmasından ibarətdir. Məhkəmənin bu mövqeyi Mülki Məcəllənin 337.5-ci maddəsinin(restitusiya) mahiyyətindən irəli gəlir. Buna görə məhkəmə hesab edir ki, tikinti, mənzillər Bakı şəhəri Nərimanov Rayonu ərazisində yerləşdiyinə görə iddia müstəsna aidiyyət qaydalarına uyğun olaraq mənzillərin olduğu yerə görə verilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə o qənaətə gəlir ki, iddia ərizəsi yuxarıda göstərilən əsaslara görə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4263/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4263/2020
30.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver