Məhkəmə qərarları › İş №2(001)-4278/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4278/2020

19.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4278/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət hüququna dair şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X12 Nazirliyi Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixdə Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203- ünvanında yerləşən 12 saylı maqazin barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 002244 saylı şəhadətnamənin qismən etibarsız hesab edilməsi, yəni həmin şəhadətnamədə formal olaraq Cavabdeh2 adının göstərilməsi hissəsində; Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278.65 kv.m olan qeyri yaşayış sahəsi barəsində Cavabdeh3 adına xx.xx.2016-cı il tarixdə verilmiş ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq, X12 Nazirliyi Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx xxxx 2004-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 002244-saylı şəhadətnamənin qismən, yəni həmin şəhadətnamədə formal olaraq Cavabdeh2 adının göstərilməsi hissəsində və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278.65 kv.m olan qeyri yaşayış sahəsi barəsində Cavabdeh3 adına xx xxx 2016-cı il tarixdə verilmiş ******* nömrəli çıxarışın (həmin çıxarışın verilməsinə əsas olmuş bütün sənədlər etibarsız hesab olunmuşdur) etibarsız hesab edilməsi və Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278.65 kv.m olan qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4278/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət hüququna dair şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin X12 Nazirliyi Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004cü il tarixdə Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203- ünvanında yerləşən 12 saylı maqazin barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 002244 saylı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278.65 kv.m olan qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması hissəsində icraata xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X9 ilə 1981-ci ildə ailə həyatı qurmuşlar. R.Kərimov uzun müddət Binəqədi rayonunda 12 saylı univermağın müdiri işləmişdir. X12 Nazirliyi Dövlət X11 və Özəlləşdirilməsi Departamentinin xx xxxxxx 2003-cü il tarixdə keçirdiyi hərrac nəticəsində həmin mağaza 69150000 köhnə manatla ona satılmış və dəyəri tam olaraq ödənilmişdir. Bu alqı satqı 46102-saylı hərrac protokolu ilə rəsmiləşdirilmişdir. 2004-cü ildə həmin ümumi sahəsi 557.3 kv.m olan mağazaya mərhum həyat yoldaşı R.Kərimovun adına şəhadətnamə verilmişdir. Lakin sonradan həmin şəhadətnaməyə Departamentin məsləhəti ilə Cavabdeh2 adı da salınaraq rəsmiləşdirilmişdir. Buna səbəb isə tələb olunan rüşvəti verməkdən imtina etməsi olmuşdur. Halbuki, həmin qeyri yaşayış sahəsinə Cavabdeh2 heç bir aidiyyəti olmamış əmlakın dəyəri mərhum həyat yoldaşı tərəfindən tam olaraq ödənilmişdir. xx.xx.2004-cü ildə mağazanın mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmiş və həmin şəhadətnamədə hər ikisinin adları göstərilmişdir. Bundan sonra X9 məcburiyyət qarşısında qalıb Cavabdeh2 ilə əmlak bölgüsü haqqında formal müqavilə bağlamış və mağaza onların ikisi arasında bərabər paylarla bölünmüş və hər ikisinin adına mülkiyyət hüququ haqqında şəhadətnamə alınmışdır. xx xxxxxx 2005-ci ildə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 öz hissəsini Cavabdeh3 satmış və sonuncuya xx xxxxxx 2005-ci ildə mülkiyyət hüququnu haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Cavabdeh3 xx.xx.2016-cı il tarixdə həmin mağazanın 278.65 kv.m hissəsinə Çıxarış verilmişdir. Müvafiq məhkəmə qətnamələri ilə xx xxxx 2004-cü il tarixdə Cavabdeh2 ilə X9 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Bundan sonra hüquqlarının dövlət qeydiyyatına alınması barədə Əmlak Komitəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, xx.xx.2004-cü il tarixdə Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə və Cavabdeh3 adına xx.xx.2016-cı ildə verilmiş Çıxarış etibarsız hesab edilməmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1-saylı Bakı şəhər Ərazi İdarəsinin(İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) nümayəndəsi və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəməyə iclasında iştirak etməmişlər, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X11 və Özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən xx xxxx 2007-ci il tarixli, № 002244 saylı bu şəhadətnamə ilə Cavabdeh2 və X9 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı, ümumi sahəsi 557,3 kv.m olan əmlakı dövlət büdcəsinə ********* manat pul köçürməklə alınmışdır. 12 saylı mağaza alıcının toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh3 adına xx xxx 2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 15748 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən verilən xx xxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 2010-cu il tarixində ölmüş X5 vərəsəsi İddiaçı miras əmlakdan 1/10 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-12157/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr-ti 203 ünvanında yerləşən ümumi sahəsi 278,65 kv.m olan qeyri yaşayış sahəsindən ibarətdir. Qeyri yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüququ haqqında və 1/10 hissəsinə isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 3/10 hissədə isə açıq saxlanılır. Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən verilən xx xxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 2010-cu il tarixində ölmüş X3 qalmış arvadı İddiaçı birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-12157/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr-ti 203 ünvanında yerləşən ümumi sahəsi 278,65 kv.m olan qeyri yaşayış sahəsindən ibarətdir. Qeyri yaşayış sahəsinin 2/10 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışdan görünür ki, xx xxxx 2020-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 7/10 hissəsi İddiaçı, 1/10 hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri üzrə kiçik dövlət müəssisələrinin satışı üzrə keçirilən hərracda iştirak etmək üçün verilən 05 saylı biletdən görünür ki, həmin bilet X5 ilkin satış qiyməti 69150000 manat olan 12 saylı mağazasının hərrac vasitəsilə satışında iştirak etməsi üçün verilmişdir. xx xxxxxx 2003-cü il tarixli, 46/02 saylı hərrac protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı t/h mağazasının satılması məqsədilə keçirilən hərracın qalibi X9 olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7435/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7191/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1326/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1-saylı Bakı Ərazi İdarəsinə, 11 saylı notariat kontoruna, 40 saylı Notariat Kontoruna və 46 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi və s. tələbinə dair iddiasının təmin edilməsi, xx xxxx 2004-cü il tarixdə Bakı şəhəri, 46 saylı Notariat X2 ilə Cavabdeh2 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilənin, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx xxxx 2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı X7 Ərşad Həsən oğlu ilə Cavabdeh3 ilə arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx xxxxxx 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, istər xx xxxx 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı Notariat X2 ilə Cavabdeh2 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, istərsə də xx xxxxxx 2005-ci il tarixli Bakı şəhəri 40 saylı X7 Ərşad Həsən oğlu ilə Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsi yalnız görünüş üçün bağlanmış əqdlər olduğundan əhəmiyyətsiz əqdlərdir və buna görə də, həmin müqavilələr, həmçinin onlar əsasında verilmiş sənədlər etibarsız hesab olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6620/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1873/2019 saylı , xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7191/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1-saylı Bakı Ərazi İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1-saylı Bakı Ərazi İdarəsinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işin hallarından Cavabdeh2 mübahisəsi gedən əmlakla heç ir bağlılığının olmadığı, mağazanın hərraca çıxarılmasında və alınmasında iştirak etmədiyi, adının hərrac barədə şəhadətnaməyə folmal olaraq yazılaraq mağazanın ½ hissəsinin onun adına rəsmiləşdirilməsi, sonradan mağazanın ½ hissəsinin Cavabdeh2 Cavabdeh3 keçirilməsinin də, formal olaraq həyata keçirildiyi və real alğı-satqının baş vermədiyi müəyyən olunduğundan mübahisələndirilən müqavilələr etibarlı əqdlər kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum X14 Həsənov, eləcə də sonuncu ilə Cavabdeh3 arasında müvafiq hüquq münasibəti yaranmamış, müqavilələr imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyi olmamışdır. Beləliklə də, qanunvericinin müvafiq müqavilələr üçün nəzərdə tutduğu əsas şərt reallaşmamış , adı şəkilən şəxslər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər. xx xxxx 2020-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X12 Nazirliyi Dövlət X11 və özəlləşdirilməsi departamentinin xx xxxxxx 2003-cü il tarixində keçirdiyi hərrac nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza dəyəri ödənilməklə X1. 2004cü il tarixində Rəfail Kərimovun adına çıxarış verilmişdir. Sonradan xx xxxx 2004-cü il tarixində Cavabdeh2 ilə iddiaçının mərhum əri arasında formal müqavilə bağlanmış və şəhadətnaməyə Cavabdeh2 adı daxil edilmişdir. Halbuki, əmlakın dəyəri Rəfail Kərimov tərəfindən tam ödənilmişdir. xx xxxxxx 2005-ci ildə alqı-satqı müqaviləsi ilə Cavabdeh2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh3 satılmışdır. Bu barədə ona xx xxx 2016-cı il tarixində ******* saylı çıxarış verilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxx 2004-cü il tarixdə Bakı şəhəri, 46 saylı Notariat X2 ilə Cavabdeh2 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx xxxx 2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı X7 Ərşad Həsən oğlu ilə Cavabdeh3 ilə arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx xxxxxx 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7435/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7191/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Hazırda İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən RX seriyalı, ******* saylı xx xxx 2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, hazırki mülki işdə məhkəmə yalnız M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278.65 kv.m olan qeyri yaşayış sahəsi barəsində Cavabdeh3 adına xx xxx 2016-cı il tarixdə verilmiş ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair tələbə baxır, çünki tələblərin digər hissəsinə münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı) Yuxarıda sadalanan məhkəmə aktlarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh3 adına xüsusi mülkiyyət kimi rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən RX seriyalı, ******* saylı xx xxx 2016-cı il tarixli çıxarışın verilməsinə əsas olan müqavilə etibarsız hesab edilmişdir. Bu halın məhkəmə tərəfindən araşdırılmasına ehtiyac yoxdur. Beləliklə, çıxarışın verilməsinə əsas olan müqavilələr etibarsız hesab olunduğundan və etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən RX seriyalı, ******* saylı xx xxx 2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən sahəsi 278.65 kv.m olan qeyri yaşayış sahəsinin Cavabdeh3 adına rəsmiləşdiriməsi üçün verilən RX seriyalı, ******* saylı xx xxx 2016-cı il tarixli çıxarış etibarsız hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən sahəsi 278.65 kv.m olan qeyri yaşayış sahəsinin Cavabdeh3 adına rəsmiləşdiriməsi üçün verilən RX seriyalı, ******* saylı xx xxx 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar