Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4310/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Maraqlı şəxs X6 Cəmiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla “xxxxxxxx” Açıq Səhimdar Cəmiyyətinə qarşı smetanın etibarsız hesab edilməsi və yaşayış evinin elektrik enerjisi ilə təhciz edilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhimdar Cəmiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli smetanın etibarsız hesab olunması və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, mədən 4 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təhciz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, arvadı, yəni hazırki iş üzrə iddiaçı Abıyeva X2 rayonu, Yuxarı Sulutəpə qəsəbəsi mədən – 4 ünvanında yerləşən fərdi yaşayış evinin X1 qoşulması üçün xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı 'ASAN Kommunal” mərkəzi vasitəsi ilə "xxxxxxxx” ASC-yə müraciət etmiş, müraciəti qeydiyyata alınaraq ona bildiriş verilmişdir. Həmin bildirişdə "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə (0.4kV-luq şəbəkədən 1 fazalı,5 kVt gücündə) 24 gün müddətinə qoşulması məbləği " -nə uyğun olaraq 160 manat, yük hesabatının hazırlanması üçün isə 7,5 manat, ümumi rüsum 167.5 manat hesablamışdır. Bir neçə gün sonra "xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş, ölçü işləri aparılmışdır. xx.xx.2020-ci il tarixdə "xxxxxxxx” ASC tərəfindən ona AXM 20/0063 saylı cavab məktubu ünvanlanmışdır. Cavab məktubunda Nazirlər Kabinetinin (NK) xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarının 1.2.6-cı bəndinə istinad olunaraq evimin elektrik enerjisi ilə təchiz edilməsinin mümkünsüzlüyü, yaşayış evimin 0.4 kV-luq 235 saylı transformatordan 570 metr, sonuncu işıq dirəyindən isə 70 metr məsafədə yerləşməsi göstərilmişdir. Həmin 70 metr məsafə üçün istifadə ediləcək mal-materiala görə 1343 manat smeta dəyəri hesablanmış və ödənilməsi ona həvalə edilmişdir. 70 metr olan məsafəyə 1343 manat hansı bazar qiymətinə, hansı qanuna nisbətdə hesabladıqlarını belə açıqlaya bilmirlər. “xxxxxxxx" ASC cavab məktubunda "sizin yaşayış evinizin elektrik enerjisi ilə təchiz edilməsi mümkünsüzdür ” deməklə, “verilmiş texniki şərtin 1 ay müddətində etibarlıdır" qeyd etməklə qanunsuz qərar vermişdir. Bununla da “xxxxxxxx" ASC Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarının 1.3-cü və xx.xx.2013-cü il tarixli 234 nömrəli qərarın 1.6-cı, 2.13-cü bəndlərinin tələblərini və iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Sadalanan bəndlərdə “hər bir sifarişçinin X1 (ETŞ-yə) qoşulma hüququ vardır" tələbi qeyd edilir. Amma xxxxxxxx ASC “mümkünsüzdür" deyir. Belə ki, “xxxxxxxx" ASC-nin istinad etdiyi 326 nömrəli qərarın 1.2.6 - cı bəndində qeyd edilən 400 metr məsafə - " mövcud 0.4kV-luq şəbəkə "- sinin olduğu yerdir, qoşulma nöqtəsi deyildir. Nazirlər Kabinetinin 326 nömrəli qərarın 1.2.12-ci və 3.2ci , 234 nömrəli qərarın isə 2.26,1-ci və 2.27.3-cü bəndlərində qoşulma nöqtəsi kimi yarımstansiya, transformator, paylayıcı lövhə və elektrik xətləri göstərilmişdir. Buna görədə yalnız transformator yaşayış evimə qoşulma nöqtəsi kimi qəbul edilə bilməz. Çünki yaşayış evimə qəraralarda qeyd edildiyi kimi ən yaxın məsafədə (70 metr) elektrik xətti, ən uzaq məsafədə isə (570metr) transformator yerləşir. Buna görədə qoşulma nöqtəsi kimi ən yaxın məsafə elektrik xətti qəbul edilməlidir. Məişət abonentlərinin Nazirlər Kabinetinin 326 nömrəli qərarın 1.4-cü bəndində göstərilən müddətdə elektrik şəbəkəsinə qoşulma haqqı (istifadə edilən mal-material xərcləri də daxil olmaqla) - 326 nömrəli qərarın 1.2.5-ci, 1.10-cu, 2.2-ci, həmçinin 327 nömrəli qərarın 1-ci bəndində göstərilmişdir. Sonda R.Z.Abıyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh müəssisəyə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, müəssisə tərəfindən səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin olunmamış, iddiaya yazılı münasibət məhkəməyə ünvanlandırılmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı yaşadığı mənzilin elektrik enerjisi ilə təmin olunması üçün tələb olunan dövlət rüsumu ümumilikdə 167,5 manat müəyyən edilmişdir. “xxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlandırılmış xx xxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, mədən 4-də yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə “xxxxxxxx” ASC-yə məxsus 0,4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil. (Nazirlər Kabinetinin 326 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 KV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinin qoşulması Qaydası”nın 1.2.6 bəndinə əsasən). Fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə yuxarıda göstərilən “Qaydalar”ın 1.3 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olraq sizə texniki şərtlər və smeta verilir. xx xxxxxx 2020-ci il tarixli smetadan görünür ki, iddia tələbində göstərilən mənzilin elektrik enerjisi ilə təmin olunması üçün tələb olunan avadanlıq və material cəmi 984,87 manat, tikinti quraşdırma işləri 189,77 manat, cəmi 1138,64 manat, ƏDV ilə birlikdə cəmi məbləğ 1343,6 manatdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Aşağıdakılara görə məhkəmə iddiaçının dəlilləri ilə razılaşır: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın: (2.1.) Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir. (2.2.) Sifarişçi bu Qaydanın 2.1-ci bəndinə əsasən texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edərkən, ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir. (2.3.) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, ETM-in nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır. (2.6.) Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. (2.7.) Qeydiyyat zamanı həmin sənədlərin bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinin tələblərinə uyğunluğu yoxlanılır. Sənədlər tələblərə uyğun olduqda, sifarişçi qoşulma haqqını ETM-in bank hesabına köçürür və vəsaitin köçürülməsini təsdiq edən sənədi ETM-in nümayəndəsinə təqdim edir. (2.8.) Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat dərhal sifarişçiyə bildirilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bu halda sifarişçi qoşulma haqqını sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəyir. (3.1.) Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir. (4.1.) Bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq həmin gün ETM ilə sifarişçi arasında iki nüsxədə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır və ETM elektrik enerjisinin verilməsini təmin edir. Göründüyü kimi texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi müəyyən edilmiş qaydada zəruri sənədləri təqdim etməklə tikinti obyektinin yerləşdiyi ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə müraciət edir, sənədlər tələblərə uyğun olduqda, sifarişçi yalnız qoşulma haqqını ETM-in bank hesabına köçürür və vəsaitin köçürülməsini təsdiq edən sənədi ETM-in nümayəndəsinə təqdim edir. Bu zaman Sifarişçidən sözügedən Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlərin tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği”nə əsasən gücü 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) qoşulma haqqının məbləği (ƏDV ilə) 160 manat təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.1ci bəndinin ikinci cümləsində “layihə-smeta” sözləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 267 nömrəli Qərarına əsasən “layihə” sözü ilə əvəz edilmişdir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni “xxxxxxxx” ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə mübahisəli smetanın qanuni və əsaslı olaraq tərtib edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qanunvericilikdə nəzərdə tutulmayan smetanı təqdim etməklə və bu əsasla onun evinin elektrik enerjisi ilə təhciz etməkdən imtina etməklə haqlı olmamışdır. Buna görə də, iddia tələbi smetanın etibarsız hesab olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı tələbin Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, mədən 4 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təhciz edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, evin elektrik enerjisi ilə təhciz edilməsi üçün ilk növbədə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na uyğun olaraq müraciət edərək sözügedən evin elektrik enerjisi ilə təhciz edilməsini tələb edə bilər. Bu müraciətin Qaydalara uyğun olub-olmaması hazırkı halda məhkəmə araşdırılmasının predmeti olmadığından məhkəmə birmənalı olaraq iddiaçının evinin elektrik enerjisi ilə təhciz edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbini təmin edə bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, “xxxxxxxx” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, mədən 4 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik təhcizatı üçün tərtib olunmuş xx.xx.2020-ci il tarixli smeta etibarsız hesab edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. “xxxxxxxx” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, mədən 4 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik təhcizatı üçün tərtib olunmuş xx.xx.2020-ci il tarixli smeta etibarsız hesab edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4310/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4310/2020
28.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver