Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4310/2025 26.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: (Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “X15” AQİŞ-dən verilmiş doğum haqqında akt qeydi barədə çıxarışın eyni şəxsə, yəni atası X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası xx.xx.1942-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, öldükdən sonra vərəsəlik işi ilə “Asan Xidmət” mərkəzində ərizəçiyə ata adında uyğunsuzluq olduğundan həmin yanlışlığın aradan qaldırıldıqdan sonra müraciət etməsi bildirilmişdir. Yanlışlıqla bağlı qeydiyyat şöbəsinə müraciət edilsə də imtina verilmişdir. Bu səbəbdən də qeyd edilənlərə əsasən ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Atasının ad və soyadı Vahid Ələsgərovdur. Atasının Zahid adında qardaşı olub, amma uşaq vaxtı vəfat edib. Lakin onlar eyni təvəllüdlü deyildilər.
5. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun qızıdır. Mərhum yoldaşının ad və soyadının Vahid Ələsgərov olmasını təsdiq etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir.
7. Məhkəmə ərizəçinin izahatını, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
Mülki işin materialları:
8. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1942-ci il tarixdə Ağcabədi rayonu, Təzəkənd kəndində anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır.
9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1942-ci il tarixdə Ağcabədi rayonu Təzəkənd kəndində anadan olmuş, atası X5, anası isə X16r.
10. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
11. “X15” AQİS-dən çıxarışa əsasən X2 və Ələskərova Fitand (Fitat) Oruc qızının övladı xx.xx.1942-ci il təvəllüdlü X10r.
12. 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sənədlərdəki ziddiyətin movcudluğunu və dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq X6 doğum haqqında akt qeydində soyadının və adının “Ələskərov Zahit”dən “Ələsgərov Vahid”ə, doğum tarixinin “xx.xx.1942”-ci ildən “xx.xx.1942”-ci ilə dəyişiklik edilməsi mümkün olmamış və “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 14-cü bəndinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
13. Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 57 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon VVAQ şöbəsinin arxivdə mühafizə olunan sənədlərinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, 1931-1948-ci illəri əhatə edən Hacıbədəlli doğum akt kitabının 245-ci səhifəsində 05 aprel 1942-ci il təvəllüdlü X7 doğum aktına rast gəlinmişdir.
14. Azərbaycan SSR X25 X3 Aktları Şöbəsinin 5 nömrəli doğum akt qeydindən görünür ki, 05 aprel 1942-ci ildə anadan olmuş Vahid Ələsgərov adlı uşağın atası X5, anası isə X16r.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
15. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
17. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır.
18. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd olunan sənədlərin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır.
19. Göründüyü kimi “X15” AQİS-dən Çıxarışda ərizəçinin atasının xx.xx.1942-ci il təvəllüdlü X14 olduğu göstərilmişdir. Lakin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və arxiv sənədlərində ərizəçinin atasının xx.xx.1942-ci il təvəllüdlü X4 qeyd edilmişdir. Müəyyən edildiyi kimi “X15” AQİS-dən Çıxarışında göstərilən ərizəçinin atasının adı və doğum tarixi onun digər sənədləri ilə düz gəlmir.
20. Bundan başqa məhkəmə iclasında iştirak etmiş şahidlər izahat verərək Ərizəçi atasının adının xx.xx.1942-ci il təvəllüdlü X13 olmasını təsdiq etmişlər.
21. X1 barəsində “X15” AQİS-dən Çıxarışda qeyd edilən adın eyni şəxsə məxsus olması faktı şübhə doğurmur.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
25. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir.
26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
27. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1942-ci il tarixdə doğulmuş X14 barəsində “X15” AQİS-dən Çıxarışın xx.xx.1942-ci ildə doğulmuş X9 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova