Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4322/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini qeyd etməklə, sənədlərin ona məxsus olması faktının müəyyən edilməs barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən ərizəçiyə Ləhiş bağlar sahəsində 183 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5202 nömrəli bağ ayrılmış və bu barədə ərizəçiyə X1 və İstismarı Birliyinin 183 nömrəli BTK-nin 24 nömrəli orderi verilmişdir. Lakin, 1990-cı ildə order yazılan zaman texniki səhvə yol verilmiş və ərizəçinin ata adı Cahangir olduğu halda orderdə səhvən Cavanşir yazılmışdır. Order o zaman kiril əlifbası ilə yazıldığından və adların yazılış qaydası çox oxşar olduğundan, ərizəçinin ata adının səhv yazılmasına fikir verməmişdir. Ərizəçi 1990-cı ildən bu günə qədər ona məxsus və ailə üzvlərinin istifadəsində olan bağ sahəsini özəlləşdirmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin ona verilən orderdə ata adı səhv yazıldığından həmin təşkilatın nümayəndəsi şifahi qaydada sənədləri qəbul etməkdən imtina etmişdir. Daha sonra ərizəçi yazılı qaydada ərizə və sənədləri poçt vasitəsilə DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək bağ sahəsinə çıxarışın verilməsini və ya imtinaya səbəbin yazılı qaydada göstərilməsini xahiş etmişdir. Lakin, həmin təşkilat özünün 19 mart 2021-ci il tarixli məktubu ilə bağ sahəsinin orderində ata adının «Cavanşir» şəxsiyyət vəsiqəsində isə «Cahangir» kimi qeyd olunduğunu göstərmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarın arxiv arayışının verilməsini xahiş etmiş və cavab olaraq Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarından arxiv çıxarışı ərizəçiyə verilmişdir. Lakin həmin çıxarışda torpağa dair məlumatlar düzgün olsa da, yenə də ərizəçinin ata adında yanlışlığa yol verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 183 nömrəli kooperativin 24 nömərli orderinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhə icraiyyə komitəsinin 13 iyun 1990-ci il tarixli, 4/143 nömrəli qərarına əsasən Ərizəçi Cavanşir oğluna Ləhiş bağlar sahəsində 183 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5202 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhər Soveri İcraiyyə Komitəsinin 13 iyun 1990-ci il tarixli, 4/143 nömrəli qərarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş surətinə əlavə edilmiş 183 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısından görünür ki, siyahının 24-cü sətrində Ərizəçi deyil, Ərizəçi İbrahim oğlu qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, siyahıda göstərilən Ərizəçi İbrahim oğlunun ünvanı kimi ünvan 1 Ərizəçi ünvanı ilə eynilik təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun dayısıdır və uşaqlığı ərizəçinin Ləhiş bağlar sahəsindəki bağında keçib. Bu yaxında dayısı həmin bağ sahəsini sənədləşdirməyə çalışanda ona məlum olmuşdur ki, sənədlərdə ata adı müxtəlif formalarda yazılıb və bu ziddiyyətlərin yalnız məhkəmə yolu ilə aradan qaldırılması mümkündür. Qeyd olunan ziddiyyətlər aradan qaldırılmasa, ərizəçi uzun illərdir ona məxsus olan bağ sahəsini sənədləşdirmək imkanından məhrum olacaq. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19.03.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, iş materiallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarında və X1 və İstismarı Birliyinin 183 nömrəli BTK-nin 24 nömrəli orderində Ərizəçi ata adı düzgün yazılmamış, həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir və səhvlərin hal-hazırda aradan qaldırılması mümkün deyil. Bu səbəbdən də ərizəçi bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ləhiş bağlar sahəsində 183 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5202 saylı bağın Ərizəçi İbrahim oğluna ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarının və həmin bağ sahəsinin Ərizəçi Cavanşir oğluna verilməsi barədə X1 və İstismarı Birliyinin 183 nömrəli BTK-nın 24 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ləhiş bağlar sahəsində 183 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5202 saylı bağın Ərizəçi İbrahim oğluna ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarının və həmin bağ sahəsinin Ərizəçi Cavanşir oğluna verilməsi barədə X1 və İstismarı Birliyinin 183 nömrəli BTK-nın 24 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4322/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4322/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver