Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4359/2025 08.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (ünvan 17 Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (ünvan 17 Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 kv/m qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 40-62 reyestr nömrəli, AN- İN20671488 saylı alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 kv/m qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 40-1234 reyestr nömrəli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 39 b saylı binanın zirzəmisində, ümumi sahəsi 35,2 kv/m olan qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair ünvan 17 Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 40-321 reyestr nömrəli AN-İN ******* saylı alqı-satqı müqaviləsinin, İddiaçı1 ilə X18 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 28 saylı evin qarşısında, ümumi sahəsi 18,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj) Bakı şəhəri 19 saylı Notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 40-56 reyestr nömrəli, AN-İN20671483 saylı alqı-satqı müqaviləsinin Cavabdeh4 ilə X18 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 28 saylı evin qarşısında, ümumi sahəsi 18,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj), Bakı şəhəri 51 saylı Notariat kontorundan bağlanmış xx.xx.2018-ci il tarixli, 40-486 reyestr nömrəli, AN-İN20695878 saylı alqı-satqı müqaviləsinin İddiaçı1 ilə X18 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 24 saylı evin qarşısında, ümumi sahəsi 15,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj) Bakı şəhəri 19 saylı Notariat kontorundan bağlanmış xx.xx.2018ci il tarixli, 40-55 reyestr nömrəli, AN-İN°0671484 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi və əmlakın alqısatqıdan əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 1993-2004-cü ilədək Binəqədi rayon MKTB-də, 2004-2012-ci illərdə "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş, 2013-2017-ci illərdə isə BŞİH MKTD-də idarə rəisi vəzifəsində işləmişdir. 2017-ci ildən işsizdir. İş üzrə İddiaçı2 2008-ci ildən BTİ-də işləyən şəxs kimi tanımışdır. 2017-ci ilin iyun ayında İddiaçı2 ona müraciət edərək, sonradan tanıdığı cababdeh Cavabdeh5 direktoru olduğu «Təməl» KM-nin balansında olan, BŞİHB-nin sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış almaq istədiyini və bu işdə ona kömək etməyi ona bildirmişdir. O da vəziyyəti İddiaçı2 demiş və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Bir-neçə gündən sonra Sədi onun adına verilmiş etibarnaməni və torpaq sahəsinin sənədlərinin surətini ona təqdim etmişdir. O, nümayəndə kimi məsələnin həlli ilə məşğul olacaqdır. Ümumi razılıqla həmin il iyul ayının axırlarında Sədi hissə-hissə olmaqla, ona cəmi 367.000 manat pul vermişdir. Sonuncu dəfə gətirdiyi pulun üstündən 27.000 manat götürüb Ələvsər üçün torpaq sahəsi alan maklerlər Cavabdeh1 və Cavad Qasımova vercəyini demişdir. Onlar Ələvsərin adından çıxış edirdilər. Nəhayət ortada olan işbazlar Məmməd və Cavad Cavabdeh5 aldığı pulları hədə-qorxu, aldatma yolu ilə əllərindən aldılar. Bu səbəbdən, yəni Ələvsərdən aldığı pulları Məmməd və Cavad vasitəsilə qaytarmağına baxmayaraq Sədinin və onun barəsində AR CM- nin 178.3.2 maddəsi ilə cinayət işi açıldı və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Onların barələrində olan cinayət işindən Ruslan və qeyriləri barəsində cinayət işi ayrıldı. Ələvsərdən aldıqları pulları qaytarmaq məqsədilə Sədi və o, tədbirlər görməyə başlamışlar. O, xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan, ümumi dəyəri 250.000 manat ikisi qaraj, ikisi zirzəmi olmaqla dörd obyektini borcunun yerinə Ələvsərə girov qoyulması üçün, Sədinin adına etibarnamə vermişdir. Ona görə Sədinin adına etibarnamə vermiş ki, Ələvsərin adından hərəkət edən Məmməd və Cavad Sədinin borca görə ailəsi ilə təhdid edirdilər, hətta Sədinin həyat yoldaşı gəlib ondan xahiş etdi ki, uşaqları təhlükədədir, yalvardı ki, obyektləri girov qoymaq üçün əri Sədinin adına etibarnamə versin. O da vəziyyətin belə olmasını görüb obyektləri girov qoymaq üçün Sədinin adına etibarnamə vermişdir. Sonradan məlum oldu ki, Sədi onun əmlaklarını girov qoymaq əvəzinə təhdid altında ünvan 15riat kontorunda əvvəldən Ələvsərin adından çıxış edən Cavabdeh1 va Cavad Qasımovun adına və onların təqdim etdikləri adamların adına alqı-satqı qaydasında özgəninkiləşdirib. Məmməd və Cavad Sədini ailəsi və uşağı ilə təhdid etdiklərindən hədə qorxu ilə onun obyektlərini dəyərindən dəfələrlə ucuz qiymətə rəsmiləşdirib ələ keçiriblər. Ən başlıcası isə sonradan məlum oldu ki, Ələvsərə olan borca görə girov qoyulması üçün verdiyi obyektlər, nə də obyektlərin alqı-satqı pulu Ələvsərə verməyib, obyekləri Məmməd və Cavad ələ keçiriblər. Obyektərinə görə Sədi tərəfindən ona bir manat da pul verilməyib. Nəticədə əmlakları əlindən çıxmış və pulu da ona verilməmişdir. Qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanarkən mülkiyyətçi olaraq onun iradəsi olmamışdır. Müqavilənin etibarlı olmasının dörd şərtlərindən biri iradə və iradənin vahidliyi hesab edilir. Əgər bu şərti pozularsa, müqavilə etibarsız sayılır. Zorakılıq, aldatma, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanan müqavilə iradəsi qüsurlu olan müqavilələrə aiddir. Hazırkı müqavilədə iradə ifadəsi tərəf kimi onun deyil, qarşı tərəflə pis niyyətlə razılaşan nümayəndənin iradəsidir. O, hazırkı müqavilənin doğurmalı olduğu hüquqi nəticənin baş verməsini arzu etməmiş və istəməmişdir. Əslində daha artıq qiymətə olan obyektləri cəmi 70.000 manata alqı-satqı etmişlər. Qeyd etdiyi kimi obyektlərin 250.000 manat qiyməti vardır. Hazırkı müqavilə iradə ifadəsindən məhrumdur. Nəzərə almaq lazımdır ki, alqı-satqı müqaviləsi iki tərəfi əqddir. Mülki hüquqda real əqdlər və konsensual əqdlər fərqləndirilir. Konsensual əqdlərin bağlanması üçün əqddə iştirak edən şəxslərin iradə ifadələri və razılığı kifayət etsə də, real əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflərin müqaviləsi ilə yanaşı həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanmış hesab edilməsi üçün tərəflərin sazişi kifayət etmir, bununla yanaşı pul və ya əşya qarşı tərəfə verilməlidir. Onu da qeyd edir ki, əmlaklarına dair müqavilələrin etibarsızlığına əsas olmuş halları bildiyi və bilməli olduğu vaxtdan iddia müddəti tərəfindən ötürülməmişdir. Çünki o, əmlaklarında bağlı etibarnamə verdikdə 367.000 manat borcdan əmlakların qiymətinin çıxılacağı niyyəti ilə vermişdir. Lakin barəsində Ələvsər şikayət etdikdən sonra məlum oldu ki, əmlakların pulu Ələvsərə çatdırılmayıb. İstintaq zamanı bu xüsusatı həll ediləcəyinə ümid etdi və ona qarşı ittiham verilərək, iş məhkəməyə göndəriləndən və barəsində ittiham hökmü çıxarıldıqdan sonra başa düşmüş ki, o, aldanmışdır. Həm əmlakları əlindən çıxmış oldu, həm də Ələvsərə olan 367.000 manat ümumi borc yerində qaldı. Buna görə də hesab edir ki, AR MM-nin 354-cü və 373.2 maddəsində nəzərdə tutulmuş müddətlər tərəfindən ötürülməmişdir. Onu da qeyd edir ki, 4 ilə yaxın müddətdə CÇM-də İddiaçı2la məhkum kimi cəza çəkmişlər. Məhkəmələr işə baxdığı müddətdə Cavabdeh5 olan 367.000 manat pulu təkrar ödəməli oldu. Əmlakları isə cavabdehlər tərəfindən ələ keçirildi. Onlar CÇM-də olarkən Cavabdeh5 ərizə yazaraq bildirmişdir ki, ondan hər hansı bir tələbi yoxdur. Onun pullarını Mamed və Cavad adlı maklerlər ələ keçirmişlər. Ələvsər həm Binəqədi RPİ-nin 6- cı PŞ-nə şikayət ərizəsi vermişdir. Həm də ərizənin surəti CÇM-də olarkən poçt vasitəsilə onlara da, göndərilmişdir. Qeyd olununlara görə və aşağıdakı maddi hüquq normalarına əsasən ərizəni və qarajlardan ibarət dörd obyektinin alqısatqısına dair müqavilələr etibarsız hesab edilməli və həmin müqavilələr əsasında verilmiş çıxarışlar ləğv edilməlidir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, görüniddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından hazırki tələb üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlərə və əmlaklara görə dəfələrlə cəza çəkiblər. 4 ədəd əmlak özkəninkiləşdirilibdir. Cavabdeh5 ərizə yazaraq bildirmişdir ki, ondan hər hansı bir tələbi yoxdur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsi ilə ərizə göndərərək, Şirvan Kommersiya Məhkəməsində prosesi olduğu üçün, təyin olunan məhkəmə prosesində iştirak edə bilməyəcəyini, eləcə də iddia tələbinə dair vermiş olduğunu etiraz ərizəsini müdafiə etdiyini, işə tərəflərin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmaması barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 elektron kabinet vasitəsi ilə ərizə göndərərək üzrlü səbəbdən, səhhəti ilə əlaqədar təyin olunan məhkəmə prosesində iştirak edə bilməyəcəyini, hazırkı iş üzrə iddia tələbinin əsassız olmasına dair etiraz və mülahizə tərəfindən təqdim edildiyini, işə tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədiyini göstərib və iddia tələbinin təmin olunmaması barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. 3-cü şəxs ünvan 17 Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi notariusu R.Z.Sadıov ərizə göndərərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, habelə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli inventar nömrəsi 11/66 daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 28 saylı evin qarşısında yerləşən qarajın hüquq subyekti İddiaçı1dur. Vİ-ЖГ seriyalı 407906 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X6 arasında rəsmi nikah Binəqədi rayonu “Leyla” nikah evində, 09 aprel 1994-cü il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 250 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına «Rüstəmova» soyadı verilmişdir. Bakı şəhəri 44 saylı Notariat Ofisində təsdiq edilmiş X5 10 mart 2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 3nda yerləşən qaraj sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 44 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 12 mart 2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 mülkiyyətində Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli inventar nömrəsi 11/66 daşınmaz əmlakın texniki pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 28 saylı evin qarşısında yerləşən qarajı idarə etməyi, sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı2 1 il müddətinə (xx.xx.2019-cu il tarixədək) etibar etmişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisində təsdiq edilmiş AN-İN ******* nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 18.7 kv/metr olan qeyriyaşayış binasının (qaraj) tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 10000 (on min) manata X2. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və X13 Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 ünvanlanmış ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 10000 manata satılması ilə bağlı razılığa gəlmişlər. X10 müqavilənin torariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını və satıcı İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 həmin məbləğin müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsi ilə ona ödəniləcəyi ilə bağlı izah olunmasını xahiş etmişlər. Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu H.H.Hacızadənin "xxxx" ASC-nin invest filialına ünvanladığı xx.xx.2018-ci il tarixli, 131 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan X13 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olan 10000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı2 "xxxx" ASC-də olan AZ82MUGA**********0041AZM28 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin İnvest filialına məxsus xx.xx.2018-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, X19 alqı-satqı müqaviləsi üzrə (130 saylı, xx.xx.2018-ci il tarixli məktuba əsasən) 10000 manat vəsait mədaxil edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli inventar nömrəsi 11/780 daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 saylı evin qarşısında yerləşən qarajın hüquq subyekti İddiaçı1dur. Bakı şəhəri 44 saylı Notariat Ofisində təsdiq edilmiş X5 10 mart 2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 7nda yerləşən qaraj sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisində təsdiq edilmiş AN-İN ******* nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satıq müqaviləsindən görünür ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 15.7 kv/metr olan qeyriyaşayış binasının (qaraj) tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 10000 (on min) manata X2. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və X13 Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 ünvanlanmış ərizəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının 10000 manata satılması ilə bağlı razılığa gəlmişlər. X10 müqavilənin torariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını və satıcı İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 həmin məbləğin müqavilə müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsi ilə ona ödəniləcəyi ilə bağlı izah olunmasını xahiş etmişlər. Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu H.H.Hacızadənin "xxxx" ASC-nin invest filialına ünvanladığı xx.xx.2018-ci il tarixli, 130 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan X13 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olan 10000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı2 "xxxx" ASC-də olan AZ82MUGA**********0041AZM28 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin İnvest filialına məxsus xx.xx.2018-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, X19 alqı-satqı müqaviləsi üzrə (131 saylı, xx.xx.2018-ci il tarixli məktuba əsasən) 10000 manat vəsait mədaxil edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan qeyri yaşayış sahəsi 12 iyul 2014-cü il tarixdə İddiaçı1 adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri 44 saylı Notariat Ofisində təsdiq edilmiş X5 10 mart 2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisində təsdiq edilmiş AN-İN ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satıq müqaviləsindən görünür ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan qeyri yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 40000 (qırx min) manata Cavabdeh1 satmışdır. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və Cavabdeh1 Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 ünvanlanmış ərizəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən qeyriyaşayış sahəsini 40000 manata satılması ilə bağlı razılığa gəlmişlər. Alıcı Cavabdeh1 müqavilənin torariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını və satıcı İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 həmin məbləğin müqavilə müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsi ilə ona ödəniləcəyi ilə bağlı izah olunmasını xahiş etmişlər. Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu H.H.Hacızadənin "xxxx" ASC-nin invest filialına ünvanladığı xx.xx.2018-ci il tarixli, 145 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olan 40000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı2 "xxxx" ASC-də olan AZ82MUGA**********0041AZM28 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin İnvest filialına məxsus xx.xx.2018-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə (145 saylı, xx.xx.2018-ci il tarixli məktuba əsasən) 40000 manat vəsait mədaxil edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya MH, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən 39b nömrəli binanın zirzəmisində 35.2 kv/metr ümumi, 35.2 kv/metr əsas, - kv/metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli kitabının 2988 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 44 saylı Notariat Ofisində təsdiq edilmiş X5 10 mart 2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 44 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 15 mart 2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı1 Azərbaycan Respublikası Nazirlə Kabineti yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********* qeydiyyat nömrəsi, **********03-05101-083003 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən ünvan 12nında yerləşən qeyri yaşayış sahəsini idarə etməyi, yüklülüyə dair arayış aldıqdan sonra onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı2 2 ay müddətinə (xx.xx.2019-cu il tarixədək) etibar etmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüynə) dair dövlət reyestrindən Arayışdan görünür ki, İddiaçı1 mülkiyyətindən olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli kitabının 2988 nömrəli vərəqində qeydiyyata alınmış qeyri-yaşayış sahəsi üzərində xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən mə\hdudiyyət və yüklülük qeydiyyata alınmayıb. ünvan 17 Ofisində təsdiq edilmiş AN-İN ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ünvan 12nında yerləşən ümumi sahəsi 35.2 kv/metr olan qeyri yaşayış sahəsini tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 10000 (on min) manata Cavabdeh2 satmışdır. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və Cavabdeh2 ünvan 17 Ofisinin xüsusi notariusu X8 ünvanlanmış ərizəsindən görünür ki, ünvan 12nında yerləşən qeyriyaşayış sahəsini 10000 manata satılması ilə bağlı razılığa gəlmişlər. Alıcı Cavabdeh2 müqavilənin torariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını və satıcı İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 həmin məbləğin müqavilə müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsi ilə ona ödəniləcəyi ilə bağlı izah olunmasını xahiş etmişlər. ünvan 17 Ofisinin xüsusi notariusu X7 "xxxx" ASC-nin 6 saylı şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 573 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanında qeydiyyatda olan Cavabdeh2 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olan 10000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı2 "xxxx" ASC-də olan AZ82MUGA**********0041AZM54 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin İnvest filialına məxsus xx.xx.2019-cu il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə (573 saylı, xx.xx.2019-cu il tarixli məktuba əsasən) 10000 manat vəsait mədaxil edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən; ünvan 14 ünvanda yerləşən, ümumi sahəsi 60 kv.metr olan qeyri-yaşayış sahəsi, ünvan 15riat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-62 reyestr nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə (AN-İ№ 0671488) əsasən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixində qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli 4Ə-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İ№ 0725883) əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 16 ünvanda yerləşən ümumi sahəsi 35.2 kv.m olan qeyri yaşayış sahəsi ünvan 17 ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli 4Ə-321 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN********) əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 3nda yerləşən, ümumi sahəsi 18.7 kv.m olan qeyri-yaşayış binası (qaraj) Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-56 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN********) əsasən X1. X4 ünvanı Bakı şəhəri 51 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-486 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN********) əsasən Cavabdeh4 satmışdır və hazırda adındadır. ünvan 7nda yerləşən, ümumi sahəsi 15.7 kv.m olan qeyri yaşayış binası (qaraj) Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-55 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN°0671484) əsasən X1 və hazırda adındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4704/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 39b ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Ə.Naxçıvani küçəsində yerləşən 28 saylı evin qarşısında, ümumi sahəsi 18.7 kv.m. olan qeyri-yaşayış sahəsinin (qarajın) və Bakı şəhəri, Ə.Naxçıvani küçəsində yerləşən 24 saylı evin qarşısında, ümumi sahəsi 15.7 kv.m. olan qeyri-yaşayış sahəsinin (qarajın) üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.http://e-qanun.az/framework/46944 Maddə 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin xx.xx.2018-ci il tarixli, 40-62 reyestr nömrəli, AN-İN20671488 saylı, xx.xx.2018-ci il tarixli, 40-1234 reyestr nömrəli, AN-İN ******* saylı, xx.xx.2019-cu il tarixli, 40-321 reyestr nömrəli AN-İN ******* saylı, xx.xx.2018-ci il tarixli, 40-56 reyestr nömrəli, AN-İN20671483 saylı, xx.xx.2018-ci il tarixli, 40-486 reyestr nömrəli, AN-İN20695878 saylı və xx.xx.2018-ci il tarixli, 40-55 reyestr nömrəli, AN-İN°0671484 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İşin müəyyən edilən hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri 44 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 12 mart 2018-ci il tarixli etibarnaməyə əsasən İddiaçı1 mülkiyyətində Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli inventar nömrəsi 11/66 daşınmaz əmlakın texniki pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 28 saylı evin qarşısında yerləşən qarajı, 12 mart 2018-ci il tarixli etibarnaməyə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013cü il tarixli inventar nömrəsi 11/780 daşınmaz əmlakın texniki pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 saylı evin qarşısında yerləşən qeyri yaşayış binasını (qarajı), 12 mart 2018-ci il tarixli etibarnaməyə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi, **********19-05101-083004 saylı reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10ünvanında yerləşən qeyri yaşayış sahəsini və 15 mart 2019-cu il tarixli etibarnaməyə əsasən Azərbaycan Respublikası Nazirlə Kabineti yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********* qeydiyyat nömrəsi, **********03-05101-083003 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən ünvan 12nında yerləşən qeyri yaşayış sahəsini idarə etməyi, sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə iddiaçı X11 (Vİ-ЖГ seriyalı 407906 saylı nikah haqqında şəhadətnamə əsasında) arvadı X9 Bakı şəhəri 44 saylı Notariat Ofisində təsdiq edilmiş 10 mart 2018-ci il tarixli ərizələrinə əsasən (əri) İddiaçı1 mülkiyyətində olan ünvan 3nda yerləşən qaraj sahəsinin, ünvan 7nda yerləşən qaraj sahəsinin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Daha sonra müəyyən edilmişdir ki, ünvan 3nda yerləşən, ümumi sahəsi 18.7 kv.m olan qeyri-yaşayış binası (qaraj) Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-56 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN********) əsasən İddiaçı1 etibarnamə əsasında nümayəndəsi İddiaçı2 tərəfindən X1. X4 ünvanı Bakı şəhəri 51 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-486 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN********) əsasən Cavabdeh4 satmış və hazırda adındadır. ünvan 7nda yerləşən, ümumi sahəsi 15.7 kv.m olan qeyri yaşayış binası (qaraj) Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-55 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN°0671484) əsasən X3 və hazırda adındadır. ünvan 14 ünvanda yerləşən, ümumi sahəsi 60 kv.metr olan qeyri-yaşayış sahəsi, ünvan 15riat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-62 reyestr nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə (AN-İN° 0671488) əsasən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixində qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli 4Ə-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN°0725883) əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. ünvan 16 ünvanda yerləşən ümumi sahəsi 35.2 kv.m olan qeyri yaşayış sahəsi ünvan 17 ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli 4Ə-321 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İN********) əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, İddiaçı1 əsas arqumenti ondan ibarətdir ki, alqı-satqı müqaviləsi bağlanarkən mülkiyyətçi olaraq onun iradə ifadəsi olmamışdır. Halbuki, iddia tələbində etibarsızlığı tələb edilən alqı-satqı müqavilələri məhz iddiaçının verdiyi etibarnamə əsasında onun adından İddiaçı2 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normada müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Bu baxımdan məhkəmə hesab edir ki, Bakı şəhəri 19 sayıl Notariat Ofisində İddiaçı1 etibarnaməsi üzrə nümayəndəsi İddiaçı2 ilə cavabdehlər arasında bağlanmış xx.xx.2018ci il tarixli, 40-62 reyestr nömrəli, AN-İN20671488 saylı, xx.xx.2018-ci il tarixli, 40-1234 reyestr nömrəli, AN-İN ******* saylı, xx.xx.2019-cu il tarixli, 40-321 reyestr nömrəli AN-İN ******* saylı, xx.xx.2018-ci il tarixli, 40-56 reyestr nömrəli, AN-İN20671483 saylı, xx.xx.2018-ci il tarixli, 40-486 reyestr nömrəli, AN-İN20695878 saylı və xx.xx.2018-ci il tarixli, 40-55 reyestr nömrəli, AN-İN°0671484 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların mövcudluğuna dair iddiaçı heç bir sübut təqdim edə bilməmiş, iddianı formal mülahizələrlə əsaslandırmışdır. İddia tələbinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəsilində müəyyən olunmuş əqdlərin etibarsızlığı baxımından yanaşdıqda da iddia uğursuzdur. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya Məcəllədə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırkı halda alqı-satqı müqavilələri üzrə bütün mühüm şərtlər yerinə yetirilmiş, müqavilə tərəflərin tam sərbəst iradələri əsasında bağlanmışdır. Başqa sözlə mübahisələndirilən əqdlərin məzmunu qanuni olmaqla yanaşı onu bağlayan şəxslər hüquq və fəaliyyət qabiliyyətli olmuş, əqddə iradənin və iradə ifadəsinin bir birinə uyğun gəlməklə əqdin qanunla müəyyən edilmiş formasına əməl olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri 19 sayıl Notariat Ofisində İddiaçı1 etibarnaməsi üzrə nümayəndəsi İddiaçı2 ilə cavabdehlər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 40-62 reyestr nömrəli, AN- İN20671488 saylı, xx.xx.2018-ci il tarixli, 40-1234 reyestr nömrəli, AN-İN ******* saylı, xx.xx.2019-cu il tarixli, 40-321 reyestr nömrəli AN-İN ******* saylı, xx.xx.2018-ci il tarixli, 40-56 reyestr nömrəli, AN-İN20671483 saylı, xx.xx.2018-ci il tarixli, 40-486 reyestr nömrəli, AN-İN20695878 saylı və xx.xx.2018-ci il tarixli, 40-55 reyestr nömrəli, AN-İN°0671484 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, həmçinin iddia tələbinin alqı-satqı müqavilələri əsasında DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi və əmlakların alqı-satqıdan əvvəlki hüquqi vəziyyətinə qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olduğundan, iddia tələbinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi rədd edildiyindən, həmin hissədə də, rədd edilməlidir. İş üzrə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, cavabdehlərin “iddia müddətinin ötürməsi” ilə bağlı dəlillərinə qiymət verməyə lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (ünvan 17 Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (ünvan 17 Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4359/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4359/2025
08.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver