Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4363/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 3126-cı məhəllə ünvanında su hesabına 06 may 2017-ci il tarixə hesablanmış 2174,94 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia yolverilməz olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-2610/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Binəqədi rayonu, 7-ci mkr., 3126 məhəllə ünvanında su hesabına hesablanan 2174,94 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnaməyə əsasən Cavabdeh ASC-nin İddiaçı su sərfiyyatına görə tələb etdiyi 2174,94 manat borcun silinməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı izah edilməlidir ki, borcun silinməsi ilə bağlı onun müvafiq icra şöbəsinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 266- 269-cu maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4363/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4363/2022
20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver