Məhkəmə qərarları › İş №2(001)-4370/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4370/2025

18.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4370/2025 18.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı “ödənilməmiş əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı “ödənilməmiş əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən onun əmək hüquqlarının pozulması səbəbindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ona ödənilməmiş əmək haqqının, işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində olmaqla 1969.35 manat məbləğində pul vəsaitinin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyini, aidiyyət qaydalarını pozmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı vəsatətlə müraciət edərək, vəsatətin təmin edilməsini xahiş etməklə yanaşı, iddia tələbinin cavabdehin hüquqi ünvanı üzrə qeydə alındığı yerin məhkəməsinə verilməli olduğunu, cavabdehin hüquqi ünvanının Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşmədiyini, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığını, Abadlaşdırma və X2 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin hüquqi ünvanının ünvan 2kəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və cavabdeh tərəfindən verilmiş vəsatəti araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməli, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı “ödənilməmiş əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(001)- 4370/2025 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, Abadlaşdırma və X2 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin hüquqi ünvanı ünvan 3 belə qənaətə gəlir ki, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşdiyindən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı “ödənilməmiş əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(001)-4370/2025 nömrəli mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar