Məhkəmə qərarları › İş №2(3-8)-529/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-529/2026

23.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-529/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh direktoru nümayəndə2, cavabdehin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mədəniyyət Nazirliyi X7 Idarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ####### 2*25-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Qara Qarayev adına * saylı Uşaq Musiqi Məktəbinin direktoru nümayəndə2 tarixi nömrəli əmri ilə Qara Qarayev adına * saylı Uşaq Musiqi Məktəbinin fortopiano müəllimi vəzifəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 7*-ci maddəsində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. 2*24-2*25-ci tədris ilinin əvvəlində direktor əvəzi Gülnar Babayevanın hazırladığı Attestasiyası ilə bağlı məlumat vərəqəsini imzalamamış, eyni zamanda ona rəsmi xəbərdarlıq edilməmiş və SIMA tətbiqində my culture.gov domenində reqstrasiya olunmamışdır. ## #### 2*25-ci il və ## #### 2*25-ci il tarixlərində Qara Qarayev adına Uşaq Musiqi Məktəbində işçilər attestasiyaya çağırış üçün sms və digər tətbiqlər vasitəsilə bildirişlər gəlsə də, ona heç bir məlumat verilməmişdir. ## ### 2*25-ci il tarixdə iştirakla bağlı bildiriş gəlsə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən (XV 1**52*25593) attestasiyada üzürlü olaraq iştirak edə bilməmişdir. *4.*6.2*25ci il tarixində bildiriş alsa da, Nazirlər Kabinetinin qərarına əsasən bir dəfə iştirak etməmək hüququndan istifadə edərək iştirakdan imtina etmişdir (forma 27 təqdim etmişdir). ## #### 2*25-ci ildə ** №-li əmrdə göstərilir ki, 27 may tarixində növbəti attestasiya iclasına dəvət olunub, əslində həmin tarixə heç bir rəsmi məlumat verilməmişdir. Iddiaçı ona verilmiş ** №-li ## ### 2*25-ci il tarixli intizam tənbehini əsassız hesab edir. Əmrin sonunda direktorun adının yazılmaması ƏM 82-ci maddəsinin birinci hissəsinə ziddir. ## #### 2*25-ci il tarixində növbəti attestasiya imtahanında xəstəlik vərəqi olduğu üçün eyni zamanda ##.##.2*25-ci il tarixində işdə iştirak etməmişdir (XV 23*62*25981). ##.##.2*25-ci il tarixində rəsmi bildirişlə sinif jurnalının məktəb rəhbərliyinə təqdim edilməməsi ilə bağlı izahat vermək üçün vatsap tətbiqi vasitəsilə məktəbə dəvət olunmuşdur. Əmək qabiliyyətini müvəqqəti itirdiyini, eyni zamanda göndərilən bildirişin rəsmi göndərilmədiyini və ##.##.2*25-ci il tarix ilə göndərilməsinə etiraz edərək iclasa getməmişdir. ##.##.2*25-ci il tarixində iş vaxtında işdə olmuş və ona heç bir rəsmi məlumat verilməmişdir. *1.*7.2*25-ci il tarixində məktəb həmkarlar təşkilatının sədri Famil Həsənov vatsap üzərindən onun şəxsi istifadəsində olan nömrəyə bildiriş yazaraq *2.*7.2*25ci il tarixli, 14:**-da olan iclasda onun ƏM 7* “ç” maddəsi ilə işdən çıxarılmasına baxılacağını və iştirak etməsinin heç nəyi dəyişməyəcəyini bildirmişdir. *2.*7.2*25-ci il saat 14:** tarixli iclasa getmiş və iclasda iştirak edərək səs qeydi apardığını elan etmiş, eyni zamanda hər hansı bir təxribatın olunmaması üçün öncədən polisə müraciət etdiyini bildirmişdir. Iclasın göndərildiyini, iştirak edənlərin kimliyini və rəyasət heyətinin üzvlərinin kimlərdən ibarət olduğunu tələb etsə də, Famil Həsənov direktorun razılığı ilə iclasın onsuz da qərarında israrlı olduqlarını bildirmişdir. Rəyasət heyətin sayarkən 4 nəfərin olduğunu (onlardan 3-ü inzibati vəzifə daşıyır) bildirdi. Buna haqlı etirazını bildirsə də qeyd etdi ki, beşinci adam digər inzibati vəzifə tutan Iradə Bədəlovanı siyahıya əlavə edəcəkdir. Qanunsuzluğuna etiraz etdikdə 4 nəfərin birinin çıxarılacağı, sonunda da 4 nəfərin iştirakı ilə qərar verilməsini və protokolu təqdim etməyi xahiş etsə də iclasın pozulduğunu bildirmiş və o, gedəndən sonra iclas keçiriləcəkdir. Daha sonra təxribata əl ataraq polis çağırılmış və iclas pozulmuşdur. Təqribən saat 17:25 radələrində məktəbi tərk etmiş və həyəcanla çoxlu dərman tabletkaları qəbul edərək özünə qəsd və alçaldıcı münasibətə etiraz etmişdir. Ardınca məlum olmuşdur ki, huşunu itirmiş, yad adamların vasitəsilə dəvət olunan X1 həkimləri Sumqayıt X1 xəstəxanasına yerləşdirmişlər. Xəstəxanada olarkən ona SIMA tətbiqi vasitəsilə bildiriş gəlmiş və onunla bağlanmış əmək müqaviləsinə *3.*7.2*25 12:*2 tarixində xitam verildiyi bildirilmişdir. Hansı ki, o, poçt vasitəsi ilə təcili xəbarnaməli teleqram ilə onunla bağlanmış əmək müqaviləsinə xitam olunmasının səbəbini soruşsa da ona bildirilmişdir ki, *2.*7.2*25-ci il tarixli iclasdan sonra onlara bildiriş vermədən, dəvət etmədən yeni iclasa çağıraraq (zaman baxımından mümkünsüzdür) protokol edilmiş və onun barəsində xitam verilməsinə razılıq ifadə olunmuşdur.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2*25-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddənin “ç” bəndində göstərilən halların olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etdiyi sənədlər ilə də öz təsdiqini tapması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2*25-ci il və ## #### 2*25-ci il tarixlərdə Qara Qarayev adına Uşaq Musiqi Məktəbində işçilər attestasiyaya çağırış üçün sms və digər tətbiqlər vasitəsilə bildirişlər gəlsə də, ona heç bir məlumat verilməmişdir. ## ### 2*25-ci il tarixdə iştirakla bağlı bildiriş gəlsə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən (XV 1**52*25593) attestasiyada üzürlü olaraq iştirak edə bilməmişdir. *4.*6.2*25ci il tarixində bildiriş alsa da, Nazirlər Kabinetinin qərarına əsasən bir dəfə iştirak etməmək hüququndan istifadə edərək iştirakdan imtina etmişdir (forma 27 təqdim etmişdir). ## #### 2*25-ci ildə ** №-li əmrdə göstərilir ki, 27 may tarixində növbəti attestasiya iclasına dəvət olunub, əslində həmin tarixə heç bir rəsmi məlumat verilməmişdir. Iddiaçı ona verilmiş ** №-li ## ### 2*25-ci il tarixli intizam tənbeli əsassızdır. Əmrin sonunda direktorun adının yazılmaması ƏM 82-ci maddəsinin birinci hissəsinə ziddir. ## #### 2*25-ci il tarixdə növbəti attestasiya imtahanında xəstəlik vərəqi olduğu üçün eyni zamanda ##.##.2*25-ci il tarixdə işdə iştirak etməmişdir (XV 23*62*25981). ##.##.2*25-ci il tarixdə rəsmi bildirişlə sinif jurnalının məktəb rəhbərliyinə təqdim edilməməsi ilə bağlı izahat vermək üçün vatsap tətbiqi vasitəsilə məktəbə dəvət olunmuşdur. Əmək qabiliyyətini müvəqqəti itirdiyini, eyni zamanda göndərilən bildirişin rəsmi göndərilmədiyini və ##.##.2*25-ci il tarix ilə göndərilməsinə etiraz edərək iclasa getməmişdir. ##.##.2*25-ci il tarixində iş vaxtında işdə olmuş və ona heç bir rəsmi məlumat verilməmişdir. *1.*7.2*25-ci il tarixində məktəb həmkarlar təşkilatının sədri Famil Həsənov vatsap üzərindən onun şəxsi istifadəsində olan nömrəyə bildiriş yazaraq *2.*7.2*25-ci il tarixli, 14:**-da olan iclasda onun Əmək Məcəlləsinin 7* “ç” maddəsi ilə işdən çıxarılmasına baxılacağını və iştirak etməsinin heç nəyi dəyişməyəcəyini bildirmişdir. *2.*7.2*25-ci il saat 14:** tarixli iclasa getmiş və iclasda iştirak edərək səs qeydi apardığını elan etmiş, eyni zamanda hər hansı bir təxribatın olunmaması üçün öncədən polisə müraciət etdiyini bildirmişdir. Iclasın göndərildiyini, iştirak edənlərin kimliyini və rəyasət heyətinin üzvlərinin kimlərdən ibarət olduğunu tələb etsə də, Famil Həsənov direktorun razılığı ilə iclasın onsuz da qərarında israrlı olduqlarını bildirmişdir. Rəyasət heyətin sayarkən 4 nəfərin olduğunu (onlardan 3-ü inzibati vəzifə daşıyır) bildirdi. Buna haqlı etirazını bildirsə də qeyd etdi ki, beşinci adam digər inzibati vəzifə tutan Iradə Bədəlovanı siyahıya əlavə edəcəkdir. Qanunsuzluğuna etiraz etdikdə 4 nəfərin birinin çıxarılaraq, sonunda da 4 nəfərin iştirakı ilə qərar verilməsini və protokolu təqdim etməyi xahiş etsə də iclasın pozulduğunu və o gedəndən sonra iclasın keçiriləcəyini bildirmişdir. Daha sonra təxribata əl ataraq polis çağırılmış və iclas pozulmuşdur. Təqribən saat 17:25 radələrində məktəbi tərk etmiş və həyəcanla çoxlu dərman tabletkaları qəbul edərək özünə qəsd və alçaldıcı münasibətə etiraz etmişdir. Ardınca məlum olmuşdur ki, huşunu itirmiş, yad adamların vasitəsilə dəvət olunan X1 həkimləri Sumqayıt X1 xəstəxanasına yerləşdirmişlər. Xəstəxanada olarkən ona SIMA tətbiqi vasitəsilə bildiriş gəlmiş və onunla bağlanmış əmək müqaviləsinə *3.*7.2*25 12:*2 tarixində xitam verildiyi bildirilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh direktoru nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. 1*. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mədəniyyət Nazirliyi X7 Idarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

15. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 1*. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; Maddə 11. Işəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 7*. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. Işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 8*. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar

1. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin X6 qabaqcadan razılığı alınmaqla xitam verilir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

17. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının *8.11.2*18-ci il tarixli, */* nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi” Bənd 6.3. Müəllimin vəzifələri: - sinif jurnalını, gündəlik dərs planını, şagirdlərin fərdi vərəqələrini aydın və ətraflı yazmaq;

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

2*. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşaraq, həmçinin iddiaçının intizam tənbehin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, Sumqayıt şəhər Qara Qarayev adına * nömrəli uşaq musiqi məktəbinin ##.##.2*25-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçıya ##.##.2*25-ci il, ##.##.2*25-ci il tarixlərdə keçirilən attestasiyada iştirak etməməsi əsası ilə şiddətli töhmət verilmiş, lakin həmin əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

22. Daha sonra iddiaçıya sinif jurnallarını və gündəlik dərs planlarını təqdim etməsi təklif edilsə də, sonuncu sinif jurnallarını və gündəlik dərs planlarını təqdim etməmiş, bununla da əmək funksiyasını təkrarən pozmuş, nəticə işəgötürən tərəfindən də Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi səbəbi iddiaçının əsassız olaraq atesstasiyadan yayınması ilə bağlı deyil, barəsində tətbiq edilmiş intizam tənbehin nəticə çıxarmayaraq sinif jurnallarını və gündəlik dərs planlarını tərtib etməməklə əmək funksiyasını təkrarən pozması faktı ilə bağlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası iddiaçının istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində bildirdiyi dəlilləri əsassız hesab edir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının məktəblərində sinif jurnalı anlayışının olmadığını, ilin əvvəlində qaralama formasında tərtib olunduğunu, Mədəniyyət Nazirliyi tərəfindən isə tədris ili üzrə onlara jurnalın təqdim edilmədiyini iddia etsə də, birinci instansiya məhkəməsinin *2.1*.2*25-ci il tarixli məhkəmə iclasında verdiyi izahatda tərtib edilmiş aktın natamam olduğu və onların heç vaxt jurnala nəzarət etmədiklərini bildirmişdir. Halbuki, tərtib olunmuş ##.##.2*25-ci il tarixli akt məhz iddiaçının sinif jurnalını təhvil vermək üçün məktəbə dəvət olunmasıilə bağlı olmuşdur. Lakin iddiaçının göstərilənlərdən fərqli olaraq məhkəmə kollegiyasının iclasında verdiyi izahat həqiqətən də onun sinif jurnalını və gündəlik dərs planını tərtib etməməsini təsdiqidir. Belə ki, iddiaçı apellyasiya şikayətində belə bir jurnalın və dərs planlarının olmamasını bildirməklə, dolayısı ilə qeyd olunan sənədləri tərtib etmədiyini etiraf etmiş olur. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının *8.11.2*18-ci il tarixli, */* nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nin 6.3-cü bəndinə əsasən sinif jurnalını və gündəlik dərs planını tərtib etmək müəllimin vəzifəsi olmuşdur. Odur ki, Rüsxarə Zeyninin jurnal təqdim etməməsi təhsil prosesinin təşkili və hesabatlılığında ciddi pozuntu yaratmaqla, məktəbin sənədləşmə fəaliyyətini və nəzarət imkanlarını məhdudlaşdırdığından, işəgötürən haqlı olaraq bu halı əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının xəstəxanada olarkən SIMA tətbiqi vasitəsilə gəlmiş bildirişdə onunla bağlanmış əmək müqaviləsinə *3.*7.2*25-ci il saat 12:*2-də xitam verildiyi bildirilməsi ilə bağlı dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, Sumqayıt şəhər Q.Qarayev adına * nömrəli uşaq musiqi məktəbinin *1.*7.2*25-ci il tarixli ** saylı müraciəti əsasında Sumqayıt şəhər Q.Qarayev adına * nömrəli uşaq musiqi məktəbinin X6 *2.*7.2*25-ci il tarixli qərarı ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir.

25. Iddiaçı özünün *3.*9.2*25-ci il tarixli məhkəmə iclasında verdiyi izahatda işdən çıxarılması barədə həmkarların *2.*7.2*25-ci il tarixli iclasından sonra evə gəldikdə bir neçə dərman qəbulu ilə bağlı zəhərlənmə olduğundan, növbəti gün qonşusuna təcili yardıma məlumat verməklə onu xəstəxanaya aparmasının xahiş etməsi və həmin günü xəstəxanada olması ilə bağlı tibbi sənədi məktəbə təqdim etsə də, ona artıq məktəbin işçisi olmadığı bildirilməsi barədə məsələlə aydınlıq gətirilməsi üçün X1 Xəstəxanasının sorğu verilmiş və *9.*6.2*26-cı il tarixli 547 №li cavab məktubunda İddiaçı *3.*7.2*25-ci il tarixdə saat *9:**-da xəstəxananın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etdiyi, ona “dərman zəhərlənməsi” diaqnozu qoyularaq ona dərhal ilkin yardımlar olunduğu və yardımlardan sonra xəstənin vəziyyəti yaxşılaşdığından ambulator nəzarətə buraxılmışdır.

26. Göründüyü kimi bütün bunlar Sumqayıt şəhər Q.Qarayev adına * nömrəli uşaq musiqi məktəbinin *1.*7.2*25-ci il tarixli ** saylı müraciəti əsasında həmin məktəbinin X6 *2.*7.2*25-ci il tarixli qərarının ertəsi günü, yəni *3.*7.2*25-ci il tarixdə baş versədə, əmək intizamına riayət edərək işəgötürəni vaxtında məlumatlandırmadığından, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildikdən sonra iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi tibbi sənəd işəgötürən üçün heç bir hüquqi nəticə doğura bilməz. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir.

27. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Bu baxımdam məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385.2, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar