Məhkəmə qərarları › İş №2(103)-1586/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1586/2025

21.04.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-1586/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı1, iddiaçı2, İskəndərli Rauf Baloğlan oğlunun, iddiaçı3 İsrafil oğlunun, iddiaçı5, İbrahimov Elvin Tofiq oğlunun və iddiaçı7 (“X26 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “xxxx” ASC-yə qarşı mülki iş üzrə (açar sözlər: işçiyə vurulmuş maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi (vəkili) vəkil3, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar iddiaçı1, iddiaçı2, İskəndərli Rauf Baloğlan oğlunun, iddiaçı3 İsrafil oğlunun, iddiaçı5, İbrahimov Elvin Tofiq oğlunun və iddiaçı7 (“X26 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “xxxx” ASC-yə qarşı "əmək haqqlarının və qanunla nəzərdə tutulmuş digər ödəmələrin düzgün hesablanmaması nəticəsində qalıq əmək haqqı borclarının, digər ödənişlərin, son haqqhesabın və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ####### 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşəgötürən “xxxx” ASC ilə (bundan sonra-cavabdeh) işçi iddiaçı1 (bundan sonra- iddiaçı1) arasında bağlanmış ## ###### 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, sonuncu ## ###### 2019-cu ildən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 8 ay 7 gün müddətinə, yəni ## ######## 2019-cu il tarixədək təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, iddiaçı1 dənizdə növbəli iş üsulu ilə işləyir və ona hər ay 2.819 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. iddiaçı1 istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20% həddində əlavə haqq verilir. ## #### 2017-ci il, ## ######## 2019-cu il, ## ######## 2020-ci il və ## #### 2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2.884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İşəgötürənin ## #### 2021-ci il tarixli, ***-k saylı əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim iddiaçı1 ## ###### 2021- ## ###### 2022-ci il iş dövrü üçün ## #### 2021-ci ildən ## ###### 2021-ci il tarixədək 30 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. Cavabehlə işçi iddiaçı2 (bundan sonra- iddiaçı2) arasında bağlanmış ## #### 2015-ci il tarixli, ***-***/** saylı əmək müqaviləsinə əsasən, sonuncu ## #### 2015-ci ildən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, iddiaçı2 dənizdə növbəli iş üsulu ilə işləyir və ona hər ay 2.002 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20% həddində əlavə haqq verilir. ## #### 2017-ci il, ## ###### 2017-ci il, ## ###### 2018-ci il və ## #### 2020-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2.884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İşəgötürənin ## #### 2021-ci il tarixli, ***-k saylı əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim iddiaçı2la bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) ## #### 2021-ci ildə xitam verilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi 2 təqvim günü məzuniyyətə görə pulu əvəzinin ödənilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. Cavabdehlə işçi İskəndərli Rauf Baloğlan oğlu (bundan sonra-Rauf İskəndərli) arasında bağlanmış ## #### 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu ## #### 2015-ci ildən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, Rauf İskəndərli dənizdə növbəli iş üsulu ilə işləyir və ona hər ay 2.612 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20 faizi həddində əlavə haqq verilir. ## ######## 2020-ci il tarixli əlavə sazişlə əmək müqaviləsinin müddəti uzadılmış, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İşəgötürənin ## #### 2021-ci il tarixli, ***-k saylı əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Rauf İskəndərli ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) ## #### 2021-ci il tarixdən xitam verilməsi əmr olunmuşdur. Cavabdehlə işçi iddiaçı3 İsrafil oğlu (bundan sonra-iddiaçı3) arasında bağlanmış ## ###### 2018-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu ## ###### 2018-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. iddiaçı3 dənizdə növbəli iş üsulu ilə işləmiş və ona hər ay 2.819 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilmişdir. iddiaçı3 istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20% həddində əlavə haqq verilmişdir. ## ######## 2020-ci il və ## #### 2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2.884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İşəgötürənin ## #### 2021-ci il tarixli, ***-k saylı əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim iddiaçı3 ## ###### 2021-## ###### 2022-ci il iş dövrü üçün ## #### 2021-ci ildən ## ###### 2021-ci il tarixədək 32 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. Cavabdehlə işçi iddiaçı5 (bundan sonra- iddiaçı5) arasında bağlanmış ## ###### 2018-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu ## ###### 2018-ci ildən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 8 ay müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, iddiaçı5 dənizdə növbəli iş üzulu ilə işləmiş və ona hər ay 2.100 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilmişdir. iddiaçı5 istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20% həddində əlavə haqq verilir. ## ####### 2019-cu il və ## #### 2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İşəgötürənin ## #### 2021-ci il tarixli, ***-k saylı əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim iddiaçı5 ## ###### 2021- ## ###### 2022-ci il iş dövrü üçün ## #### 2021-ci ildən ## #### 2021-ci il tarixədək 30 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. Cavabdehlə işçi İbrahimov Elvin Tofiq oğlu (bundan sonra-Elvin İbrahimov) arasında bağlanmış ## #### 2015-ci il tarixli, ***-***/** saylı əmək müqaviləsinə əsasən, sonuncu ## #### 2015-ci ildən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, Elvin İbrahimov dənizdə növbəli iş üsulu ilə işləyir və ona hər ay 2.002 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. Elvin İbrahimova istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20% həddində əlavə haqq verilir. Onlar arasında bağlanmış ## #### 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2.884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İşəgötürənin ## #### 2021-ci il tarixli, ***-k saylı əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Elvin İbrahimovla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) ## #### 2021-ci il tarixdən xitam verilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi 2 təqvim günü məzuniyyətə görə pulu əvəzinin ödənilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. Cavabdehlə işçi iddiaçı7 (bundan sonra-iddiaçı7) arasında bağlanmış ## ###### 2018-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu ## ###### 2018-ci ildən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, ## ######## 2019-cu il tarixədək təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, iddiaçı7 dənizdə növbəli iş üzulu ilə işləyir və ona hər ay 1.918 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. iddiaçı7 istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20% həddində əlavə haqq verilir. ## ######## 2019cu il və ## ######## 2020-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 1.962 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İşəgötürənin ## #### 2021-ci il tarixli, ***-k saylı əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim iddiaçı7 ## ###### 2021- ## ###### 2022-ci illər iş dövrü üçün ## #### 2021-ci ildən ## #### 2021-ci il tarixədək 27 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. İddiaçılar 2021-ci ilin iyul ayında ərizələrlə işəgötürənə müraciət edərək, cavabdehdən işdən çıxmaları ilə əlaqədar əlavə məzuniyyətin verilməsini və bütün haqqhesabların yenidən yoxlanılaraq, fərqin onlara ödənilməsini xahiş etmişlər. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış məktubların surətindən görünür ki, ərizələrində qeyd olunan məsələlərlə bağlı audit ayrıldığı və yoxlamalar aparıldığı, qısa müddət ərzində cavab veriləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat İddiaçılar iddiaçı1, iddiaçı2, Rauf İskəndərli, iddiaçı3, iddiaçı5, Elvin İbrahimov və iddiaçı7 (cəmi - 7 nəfər) “X26 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı iddiaçı1 xeyrinə 402.096,45 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9.816,95 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 45.586,91 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5.000 manat ayrı-seçkiliyə məruz qoymaya görə kompensasiya, 10.000 manat mənəvi zərər olmaqla, cəmi 472.800,31 manat; iddiaçı iddiaçı2 xeyrinə 358.138,78 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 8.809,21 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 36452.46 manat son haqqhesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10.000 manat mənəvi zərər olmaqla, cəmi 413.700,45 manat; iddiaçı Rauf İskəndərlinin xeyrinə 362.167,26 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9.544,20 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 36.837,99 manat son haqq- hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10.000 manat mənəvi zərər olmaqla, cəmi 409.305,25 manat; iddiaçı iddiaçı3 xeyrinə 333.005,24 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9.831,51 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 35.048,64 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrıseçkiliyə məruz qoymaya görə zərər, 10.000 manat mənəvi zərər olmaqla, cəmi 393.185,39 manat; iddiaçı iddiaçı7 xeyrinə 232.656,40 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 6.788,30 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 26.695,52 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5.000 manat ayrı-seçkiliyə məruz qoymaya görə kompensasiya, 10.000 manat mənəvi zərər olmaqla, cəmi 281.440,22 manat; iddiaçı Elvin İbrahimovun xeyrinə 37.0357,79 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9.804,74 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 38.238,40 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10.000 manat mənəvi zərər olmaqla, cəmi 428.700,93 manat manat; iddiaçı iddiaçı5 xeyrinə 280.443,34 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 7.899,44 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 32.222,20 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5.000 manat ayrıseçkiliyə məruz qoymaya görə kompensasiya, 10.000 manat mənəvi zərər olmaqla, cəmi 335.864,98 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar əmək müqavilələrinə əsasən cavabdehlə əmək münasibətlərində olmuşlar, Təcili və Təxirəsalınmaz tibbi yardım həkimi vəzifəsində işləmişlər (əmək müqavilələri və əlavə sazişlər iddia ərizəsinə əlavə olunur). Cavabdeh işə üçüncü şəxs qismində cəlb olunan “X27 B.V” Azərbaycan filialı (bundan sonra- üçüncü şəxs) ilə 2018-cı ilin dekabr ayında bağladığı əməkdaşlıq müqaviləsinə əsasən həkimlər (iddiaçılar) əmək müqaviləsinin 3.1-ci maddəsinə əsasən cavabdehin göndərişi ilə üçüncü şəxsin müxtəlif gəmilərində çalışmış, maaşların hesablanması isə üçüncü şəxs tərəfindən göstərilmiş qaydada aparılmış və ödənişlər cavabdehin qaimələri əsasında üçüncü şəxs tərəfindən maliyyələşmişdir. İddiaçılar dənizdə müxtəlif gəmilərdə növbəli iş üsulu (vaxta üsulu) ilə işləmiş və onlara iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir. Əmək müqavilələrinə əsasən iş saatları və istirahət günləri illik iş vaxtı normasına riayət olunmaqla müddəti 30 gündən çox olmamaqla müxtəlif müddətli vaxta və vaxtalararası istirahət günləri müəyyənləşdirilən vaxta muzd rejimi müəyyən edilmişdir. Əmək müqavilələrində işçilərin gündəlik iş vaxtlarının 12 saatdan artıq olmaması, istirahət günlərinin həftənin istənilən gününə düşməsi, hər bir iddiaçının vəzifə maaşı və tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq maksimum əmsalın ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqavilələri standart formada tərtib edilmiş və bütün həkimlərlə eyni şərtlərlə bağlanmışdır. Əmək müqavilələrinin müddəti bitdikdən sonra dəfələrlə müxtəlif müddətlərə uzadılmış müqavilələr növbəti dəfə prolonqasiya olunmamış (əmək müqavilələrinə xitam verilməmişdən 9 ay əvvəlki tarixdən etibarən kontraktların müddətləri qısaldılmışdır, müvafiq olaraq əvvəlcə 1 ildən 6 aya, sonra isə 3 ay müddətinə bağlanmışdır; cavabdeh 3 ay müddətinə bağladığı müqavilələri 1 ay müddətinə bağlamaq istəsə də, iddiaçılar buna razılaşmamışdır) və əmək müqavilələrinə xitam verilməsi barədə əmrlər verilmişdir (əmək müqavilələri, əlavə sazişlər və əmrlər iddia ərizəsinə əlavə olunur). İşəgötürənin əmrlərinə əsasən, kənar tibbi xidmətlərin təşkili şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimləri ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və işçilərlə son haqqhesabın aparılması əmr edilmişdir. İddiaçılar haqq-hesab aparılmamışdan əvvəl cavabdehə şifahi və yazılı surətdə müraciət edərək, əmək haqqlarının və digər qanunla nəzərdə tutulan ödənişlərin son haqq-hesab zamanı düzgün hesablanaraq ödənilməsini, eləcə də, məzuniyyətlərinin tam şəkildə verilməsini xahiş etmişlər. (İddiaçıların yazılı ərizələri iddia ərizəsinə əlavə olunur). Lakin, cavabdeh ödənişlərlə bağlı müvafiq araşdırmanın (hesablamaların) aparılması və odənilşlərin təmin olunması üçün üçüncü şəxsə müraciət etdiklərini və zəruri tədbirlərin görülməsi və qaimə-fakturanın üçüncü şəxsə göndərilməsindən və vəsaitin cavabdehin hesabına daxil olmasından sonra ödənişlərin həyata keçirilməsi mümkünlüyünü işçilərə bildirmişdir. Bundan sonra, cavabdeh mütəxəssis cəlb edərək, hesablamalar aparmış, lakin bu günə qədər iddiaçılara əmək qanunvericiliyi ilə nəzərdə tutulan ödənişləri həyata keçirməmişdir. İddiaçılarda olan məlumata görə üçüncü şəxsə ümumiyyətlə bu haqda qaimə-faktura göndərilməmişdir. Bundan sonra, mübahisənin məhkəmədənkənar qaydada həlli üçün cavabdehi mediasiya prosesinə dəvət etmişlər. Cavabdeh mediasiya prosesinə dəvət olunsa da, prosesə gəlməmiş və ilkin mediasiya sessiyasından sonra arayış alaraq, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır (arayış və ödəniş barədə qəbz iddia ərizəsinə əlavə olunur). Ödənişlərdə səhvlərin olması iddiaçılara 2021-ci ilin iyul ayında məlum olmuşdur. Bununla bağlı işəgötürənə rəsmi müraciət etsələr də, əmək haqqı üzrə yaranmış fərq son haqq-hesabda nəzərə alınmamış və iddiaçılara bu günə qədər ödənilməmişdir. Beləliklə, qanunla nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməmişdir. İşəgötürən tərəfindən buraxılan qanun pozuntuları, əmək haqqı və digər ödəmələr üzrə iddiaçılara ödənilməyən borclar və iddiaçıların tələbləri: 1) Qanunla nəzərdə tutulan iş vaxtından əlavə işlədiklərinə görə cavabdeh tərəfindən ödəmələrin səhv hesablanması və son haqq-hesabda ödənilməməsi (Əmək Məcəlləsinin 93-cü və digər maddələri, Nazirlər Kabinetinin *** saylı qərarının və əmək müqaviləsi şəsrtlərinin pozulması). İddiaçılar həkim vəzifəsində çalışdıqlarına görə onlara əmək qanunvericiliyi ilə qısaldılmış iş vaxtı tətbiq olunmalı idi. Belə ki, Əmək Məcəlləsinin 93-cü maddəsi xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtını müəyyən etmişdi. Həmin maddənin mətnindən aydın olur ki, həkimlərə həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həkimlərin iş yerləri üzrə peşələrinin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuşdur. Belə ki, “işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin ## ###### 2003-cü il tarixli, *** saylı Qərarına əsasən iş yerlərindən asılı olmayaraq həkimlərə 36 saatlıq iş həftəsi (istehsalat təqvimi) tətbiq olunmalıdır. Lakin, işəgötürən iddiaçıların əməyinin ödənilməsini həftəlik 36 saatlıq deyil, 40 saatlıq istehsalat təqvimi ilə hesablamış və bununla da iddiaçıların artıq işlədikləri saatların ödənilməsində ciddi səhvlər və aşkar qanun pozuntuları baş vermişdir. Belə ki, bütün iddiaçılarla eyni məzmunda bağlanmış əmək müqavilələrinin 4.6-cı maddəsinə əsasən iddiaçılara iş vaxtlarının illik cəmlənmiş uçotu tətbiq edilir. Lakin, üçüncü şəxsin daxili qaydalarına əsasən qanunla müəyyən olunmuş qaydada uçot dövrü aylıq, rüblük, yarımillik, illik deyil, 4 aylıq tətbiq edilmişdir. Buna qanun yol verir, lakin 4 aylıq faktiki uçot dövrü tətbiq etdikdə, faktiki saatların normal istehsalat təqvimi (həkimlər üçün həftəlik 36 saat), habelə müvafiq olaraq müqavilə ilə nəzərdə tutulan vəzifə tarif maaşına maksimum 1.75 artım əmsalı artıq saatlara düzgün tətbiq edilməmişdir. Belə ki, qısaldılmış iş rejiminə müvafiq olaraq 36 saatlıq təqvim tətbiq edildikdə, həm işin 1 saatının qiyməti dəyişir, həm də iş vaxtından artıq görülən işin həcmi artır. Bu da son nəticədə ödəmələrə ciddi təsir edir. Daha aydın izah üçün iddiaçılar qeyd edir ki, qısaldılmış iş rejiminin tətbiqi zamanı 36 saatlıq iş həftəsində çalışan işçi orta hesabla ayda 144 saat çalışır, 40 saatlıq iş həftəsində çalışan işçi isə təqribən 160.8 saat çalışa bilər. Deməli hər ay orta hesabla 16 saat əlavə iş saatları işləmiş iddiaçılar həmin saatlara görə adi maaş almışdır, halbuki iş vaxtlarının cəmlənmiş uçotu işçilərin bəlli bir dövr ərzində (ay, rüb, yarımil, il) işlədiyi saatların uçotunun dəqiq aparılmasını tələb edir və bu uçot dövrü ərzində işçinin müvafiq istehsalat təqvimində göstərilən saatlardan artıq işə cəlb olunması halında işəgötürən işçilərə artıq saatlarının 2 mislini ödəməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Beləliklə, iddiaçılar həftədə 36 saat əvəzinə faktiki olaraq ümumi istehsalat təqviminə uyğun olaraq 40 saatlıq iş vaxtı norması ilə işə cəlb edilmiş və onlara artıq işlədikləri saatlar üçün əmək haqqı qanunla müəyyən olunmuş qaydada deyil, ümumi qaydada, yani bir qat adi maaş kimi ödənilmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən iddiaçılara hər ay tarif (vəzifə) maaşından əlavə tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artımın (maksimum əmsalın, yəni 1.75 dəniz əmsalının) ödənilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbinə görə tarif maaşına artım əmək haqqına aid olduğundan, həmin əmsal işçilərin işlədiyi artıq saatlara da tətbiq edilməli idi, lakin edilməyib. Beləliklə, göstərilən qanun pozuntularına görə cavabdehin iddiaçılar iddiaçı1 84.754,92 manat; iddiaçı2 96.538,24 manat; Rauf İskəndərliyə 72.671,59 manat; iddiaçı3 72.003,69 manat; iddiaçı7 49.394,07 manat; Elvin İbrahimova 77.947,07 manat; iddiaçı5 59.534,34 manat borcu yaranıb. 2) İddiaçılara istirahət vaxtının verilməməsi və kompensasiya ödənilməməsi (Əmək Məcəlləsinin 164-cü maddəsinin pozuntusu): Əmək Müqavilələrinin 4.3-cü maddəsinə əsasən iddiaçılara maksimum 30 gün vaxta və 30 gün vaxtalarası istirahət nəzərdə tutulmuşdur. Zəruri hallarda istisnaların olması müqavilə ilə nəzərdə tutulmuşdur. Məsələn, istisna hal kimi pandemiya dövründə iddiaçılar əlavə olaraq işə cəlb olunmuşdurlar. Lakin 30 günlük vaxtadan sonra bir gün də istirahətə çıxmadan növbəti 30 günlük işə cəlb olunmaları işəgötürən tərəfindən düzgün kompensasiya edilməmişdir. Bu isə o deməkdir ki, istirahət vaxtı işçiləri işə cəlb etdikdə onların əməyi düzgün qiymətləndirilməmiş və nəticədə iddiaçıların əmək hüquqları kobud surətdə pozulmuşdur. Bu, cəlb olunmalar şəraitdən asılı olaraq zəruri olduğundan baş verməsinə baxmayaraq, iddiaçıların istirahət etmədən növbəti vaxtlara qalması və düzgün kompensasiya edilməməsi onların istirahət hüququnun kobud surətdə pozulması, səhhətinə və əməyin mühafizəsinə ciddi təhlükə yaratmasına zəmin yaratmışdır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçiyə Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə etməsini təmin etməlidir. İstirahət hüququ real olaraq təmin edilmədikdə, istirahət vaxtı işə cəlb olunma halları kompensasiya edilməlidir və bu kompensasiyanın həyata kemirilməsi qaydası qanunda aydın göstərilmişdir. Belə ki, Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. İddiaçıların vaxta müddətinin 30 gündən çox olduğu hallarda, istirahət müddəti azaldığından, iş saatlarının 4 aylıq uçotu zamanı, görülən iş istehsalat təqviminin norma saatlarından hər zaman həddindən artıq çox olmuşdur. Beləliklə iddiaçılara bir aylıq maaşdan əlavə iş aylıq normadan artıq vaxtda görüldüyünə görə maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla maaş ödənilməli idi. İddiaçılara isə istirahət günlərində işləmələrinə baxmayaraq, qanuna zidd olaraq yalnız bir aylıq vəzifə maaşı, yəni vəzifə maaşının bir qat məbləği ödənilmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 164.2-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər. İdiaçılar bu istəklərini yazılı surətdə işəgötürənə bildirmiş, lakin işəgötürən nə bu haqlı tələbi təmin etmiş, nə də ki, son haqq-hesab edib işçilərə kompensasiya ödəmişdir. Bununla cavabdeh və maaşların ödənilməsində cavabdehə səhv istiqamət verən üçüncü şəxs işçilərin istirahət hüquqularını və Əmək Məcəlləsinin 164-cü maddəsini kobud surətdə pozmuş, iddiaçıları gəmilərdə vaxtlararası istirahət günlərində işlədərək, onların əməyinin düzgün kompensasiya olunmasını təmin etməmiş, işçilərin haqlı müraciətlərinə etinasız yanaşaraq, onlara qarşı açıq aşkar hörmətsizlik etmiş və mediasiya dəvətinə də gəlməmişdir. Göstərilən qanun pozuntularına görə cavabdehin iddiaçılar iddiaçı1 77.478,73 manat; iddiaçı2 37.307,15 manat; Rauf İskəndərliyə 59.823,80 manat; iddiaçı3 44.488,29 manat; iddiaçı7 38.294,82 manat; Elvin İbrahimova 47.120,68 manat; iddiaçı5 36.408,20 manat borcu yaranıb. 3) İddiaçılara qanunla nəzərdə tutulan məzuniyyətlərin tam verilməməsi (Əmək Məcəlləsinin 136, 139, 140-cı maddələrinin, Nazirlər Kabinetinin ## #### 2004cü il tarixli, ** saylı qərarının, Əmək müqaviləsinin 6.1-ci maddəsinin pozulması) Əmək müqavilələrinin 6.1-ci maddəsinin ikinci abzasına əsasən iddiaçılara 30 günlük müvafiq iş ili üçün ödənişli əsas əmək məzuniyyətin verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, müqavilənin həmin müddəasında əlavə məzuniyyətin müddəti işəgötürən tərəfindən qanunvericiliyə əsasən müəyyən edilməsi göstərilmişdir. İddiaçıların yazılı ərizələrinə baxmayaraq, işəgötürən nə müqavilənin, nə qanunun tələblərinə düzgün riayyət etmişdir. Belə ki, iddiaçılara qanunla nəzərdə tutulan bütün əlavə məzuniyyətlər verilməmiş və son haqq-hesab zamanı kompensasiya ödənilməmişdir. “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2004-cü il tarixli, ** saylı Qərarı ilə “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” təsdiq edilmişdir. Həmin Qərarın 176-cı bəndinə əsasən illər ərzində çaparaq saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir. Bu əlavə məzuniyyət günləri iddiaçıların digər əsas və əlavə məzuniyyət günləri ilə cəmlənməli və yaxud kompensasiya edilməli idi. Belə ki, Əmək Məcəlləsinin 115-ci maddəsinə görə iddiaçılara 6 günlük əlavə məzuniyyət və 116-cı maddəsinə görə 6 günlük əlavə məzuniyyətlər nəzərdə tutulub və həmin məzuniyyət günləri iddiaçılara verilib (kompensasiya edilib). Nazirlər Kabinetinin ** saylı qərarı ilə müəyyən edilmiş 30 günlük əlavə məzuniyyət isə verilməmiş və son haqqhesabda kompensasiya edilməmişdir. İddiaçılar qanunla nəzərdə tutulan 30 günlük əlavə məzuniyyətin iş ili üçün əsas və digər əlavə məzuniyyətlərlə birlikdə verməsini xahiş etmişlər. Cavabdeh isə əlavə məzuniyyəti verməmiş və bəzi əmrlərdə Əmək Məcəlləsinin 144-cü maddəsinə istinad etsə də, əlavə məzuniyəti kompensasiya etməmişdir. Beləliklə, iddiaçılar hər il istehsalat təqvimində göstərilən normativ saatlardan artıq işləmiş, lakin onlara qanunla nəzərdə tutulan 30 günlük əlavə məzuniyyət verilməmişdir. Göstərilən qanun pozuntularına görə, cavabdehin iddiaçılar iddiaçı1 49.455,93 manat; iddiaçı2 43.562,74 manat; Rauf İskəndərliyə 57.962,15 manat; iddiaçı3 46.228,13 manat; iddiaçı7 31295,16 manat; Elvin İbrahimova 55.050,04 manat; iddiaçı5 36.699,91 manat ödənilməmiş borcu vardır. 4) Əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmsalın düzgün tətbiq olunmaması və ayrıseçkiliyə yol verilməsi nəticəsində bəzi işçilərə müqavilədə nəzərdə tutulan əmsaldan aşağı məbləğlər ödənilib. Əmək Müqaviləsinin 5.1-ci maddəsi ilə işçiyə hər ay tarif maaşı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq maksimum əmsal ödənilməlidir. Nazirlət Kabinetitin ## ###### 2002-ci il tarixli, *** saylı qərarının 4-cü bölməsində bu əmsalın maksimum həddi 1.75 müəyyən olunmuşdur. Bu isə o, deməkdir ki, əmək müqaviləsinin 5.1-ci maddəsi ilə nəzərdə tutulan maksimum əmsal 1.75 təşkil edir, yəni işçilərin vəzifə maaşına onun 75 faizi əlavə olunaraq əmək haqqı ödənilməlidir. İddiaçılardan Rauf İskəndərli, iddiaçı2 və Elvin İbrahimov nisbətən daha yeni və şəraiti daha yaxşı hesab edilən “Xankəndi” gəmisində, digər iddiaçılar isə “İsrafil Hüseynov” və “Citadel” gəmilərində çalışmışlır. İddiaçıların eyni əmək fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, “Xankəndi” gəmisində çalışan iddiaçılara cavabdeh müqavilə ilə nəzərə tutulmuş maksimum əmsalı, yəni 1.75 ödəmiş, “İsrafil Hüseynov” və “Citadel” gəmilərində çalışan digər iddiaçılara isə ## ######## 2020-ci il tarixədək sahildən 1.40, dənizdən 1.75 əmsal ödəmişdir, baxmayaraq ki, əmək müqaviləsində sahillə əlaqə şəraitindən asılı olmayaraq maksimal əmsal nəzərdə tutulmuşdur. Göstərilən qanun pozuntularına görə cavabdehin iddiaçılar iddiaçı1 9.101,94 manat; iddiaçı3 8.767,46 manat; iddiaçı7 9.780,73 manat; iddiaçı5 6.682,58 manat borcu yaranıb. Nəzərə alınsa ki, “Xankəndi” gəmisi daha yeni və daha şəraitlidir, “İsrafil Hüseynov” isə köhnə gəmidir və məhz həmin gəmidə ## ### 2019-cu il tarixdə qəza baş verərək 14 nəfər xəsarət almış, 1 nəfər həlak olmuşdur, bu gəmidə olan şəraitin digər yeni gəmilərdən zərərlilik və təhlükəlilik baxımından fərqini danmaq mümkün deyil. Belə olan halda yeni gəmidə müqavilə ilə nəzərdə tutulan maksimal əmsalın tətbiq edilməsi, şəraiti daha zəif olan, zərərlilik dərəcəsi daha yüksək olan gəmi işçilərinə isə bu əmsalın müqavilədə nəzərdə tutulduğu kimi tətbiq edilməməsi və yaxud aşağı əmsal ilə tətbiq edilməsi cavabdeh tərəfindən iddiaçılar iddiaçı1, iddiaçı3, iddiaçı5 və iddiaçı7 qarşı ayrı-seçkiliyə yol verilməsi qanun pozuntusu kimi qiymətləndirilir. Cavabdeh tərəfindən iddiaçılar iddiaçı1, iddiaçı3, iddiaçı5 və iddiaçı7 qarşı ayrı-seçkiliyə yol verilməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur və onlara qarşı ayrıseçkiliyə yol verilməsinin maddi kompensasiyası kimi onların hər birinin xeyrinə 5.000 manat, cəmi 20.000 manat vəsaitin ödənilməsini pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddia tələblərinə daxil edirlər. 5) Əmək şəraiti ağır və zərərli olan işlərdə işçilərin tarif maaşlarına minimum artım əmsalının işçilərə ödənilib-ödənilməməsi barədə məlumatın verilməməsi və ödənilməməsi nəticəsində iddiaçıların qanunla qorunan hüquqları pozulub. Cavabdeh iddiaçıların əmək haqqlarına hansı əmsalın tətbiq edilməsi barədə onlara heç bir məlumat verməmişdir. Halbuki, işçi hansı əmək şəraitində olması və iş yerinin hansı zərərlilik dərəcəsinə aid olduğu, bununla bağlı qanunla ona hansı imtiyazların verilməsi barədə tam məlumatlı olmalıdır. Bu məlumat işçilərdən gizlədilərək, heç bir mühasibat hesabatlarında əmsalın ödənilibödənilməməsini və yaxud ödənilibsə hansı əmsal ilə ödənilməsi və bu əmsalı təsdiq edən hansı sənədin olması barədə iddiaçılara heç bir məlumat verilməmişdir. Bu məlumatı əldə etmək üçün iddiaçıların tələbi ilə cavabdeh üçüncü şəxsə sorğu göndərmiş, lakin üçüncü şəxs sorğuya cavabında peşələrin zərərliliyindən xəbər vermiş və həkimlərin belə peşələrə aid olmamasını vurğulamışdır. Əslində isə məsələ peşələrdən deyil, iş yerlərinin və əmək şəraitinin zərərliyindən gedir. Belə olan təqdirdə, cavabdeh sorğunu təkrarlamalı və sualı dəqiqləşdirməli idi. Cavabdehin bu vacib məqamın dəqiqləşdirməməsi o, deməkdir ki, işəgötürən iddiaçıların əməyinin mühafizəsi və onların hüquqlarının təmin olunmasına formal yanaşmışdır. İş yerlərinə tətbiq edilən əmsalar ilə bağlı üçüncü şəxsə vəkil sorğusu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir. Nazirlər Kabinetinin ## ###### 2002-ci il, *** saylı qərarında nəzərdə tutulan ən aşağı əmsal 1,04-dir. İddiaçılara ödənilmiş vəsaitləri təhlil etdikdə məlum olmuşdur ki, zərərliliyin aşağı həddinə uyğun gələn 1.04 əmsalı faktiki iş saatlarına, yəni 12 saata tətbiq edilməli olduğu halda, təxminən 7 saat 10 dəqiqəyə tətbiq edilmişdir. Göstərilən qərarın qeyri düzgün tətbiqi nəticəsində iddiaçılar iddiaçı1 80.082,11 manat; iddiaçı2 74.778,68 manat; Rauf İskəndərliyə 67.396,47 manat; iddiaçı3 71.217,70 manat; iddiaçı7 45.428,68 manat; Elvin İbrahimova 84.424,61 manat; iddiaçı5 55.707,26 manat ödəniş edilməmişdir. 6) Digər maddi və mənəvi zərərin ödənilməsi üzrə tələblər Əmək Müqaviləsinin 5.1ci bəndinin 4-cü abzasına əsasən, əmək haqqı növbəti ayın 10-da işçinin bankındakı hesabına köçürülür. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümümxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İddiaçıların əmək haqqlarının ödənilməsi ayrı-ayrı vaxtlarda işəgötürənin təqsirindən gecikdirilmişdir. Cavabdeh əmək müqaviləsi üzrə dəfələrlə öhdəliklərini yerinə yetirməmiş, ödənişləri gecikdirmiş, bununla da iddiaçılara maddi ziyan vurmuş, lakin heç vaxt bu ziyanı kompensasiya etməmişdir. Bu səbəbdən də cavabdehdən Əmək Məcəlləsinin 195-ci maddəsinin “f” bəndinə əsasən iddiaçılar iddiaçı1 9.816,95 manat; iddiaçı2 8.809,21 manat; Rauf İskəndərli 9.544,20 manat; iddiaçı3 9.831,51 manat; iddiaçı7 6.788,30 manat; Elvin İbrahimov 9.804,74 manat; iddiaçı5 7.899,44 manat ziyan tələb etməkdə haqlıdırlar. İddiaçıların son iş günləri 2021-ci ilin iyul-avqust aylarına təsadüf edir. Buna baxmayaraq son haqq-hesab bu günədək onlara ödənilməmişdir. Bu hal isə iddiaçılara maddi zərər vurmuşdur. Son haqq-hesabın ## ###### 2021ci il tarixədək ödənilməməsinə və gecikdirilməsinə görə, iddiaçılar hər gecikdirilən günə verilməmiş məbləğin bir təqvim gününə düşən vəsaitin gecikdirilmiş günlərə vurulması ilə alınan məbləği, yəni iddiaçı1 135 gecikdirilən gün üçün 45.586,91 manat, (1 təqvim günü- 337,68 manat); iddiaçı2 159 gecikdirilmiş gün üçün 36.452,46 manat, (1 təqvim günü- 229,26 manat); Rauf İskəndərli 159 gecikdirilmiş gün üçün 36.837,99 manat, (1 təqvim günü- 231,69 manat); iddiaçı7 141 gecikdirilmiş gün üçün 26.695,52 manat, (1 təqvim günü189,33 manat); Elvin İbrahimov 159 gecikdirilmiş gün üçün 38.238,40 manat, (1 təqvim günü- 240,49 manat); iddiaçı5 144 gecikdirilmiş gün üçün 32.222,20 manat, (1 təqvim günü- 233,77 manat) tələb etməkdə haqlıdırlar. İddiaçılar məhkəməyə müraciət etmək üçün vəkil ilə hüquqi yardım haqqında müqavilə bağlamışlar, bu xərclərin çəkilməsi faktiki olaraq idiaçılara maddi zərər vurmuşdur. Beləliklə cavabdeh iddiaçılara dəyən maddi ziyan görə hər birinə 300 manat ödəməlidirlər. 7) İşəgötürən tərəfindən aylarla iddiaçılara son haqqhesab üzrə əmək haqlarının ödənilməməsi, mütəmadi olaraq əmək haqqlarının gecikdirilməsi və kompensasiya edilməməsi, qanunla nəzərdə tutulan əlavə məzuniyyətlərin verilməməsi və kompensasiya edilməməsi iddiaçılara təkcə maddi deyil, həm də mənəvi zərər vurmuşdur. Belə ki, iddiaçılar vəsaitləri vaxtında alsaydılar bir sıra maddi məsələlərinin həllində çətinlik çəkməzdilər. (Bank krediti götürməz, əvvəl götürülmüş kreditin ödənilməsində çətinlik çəkməzdilər və sair). İddiaçılara qarşı iş vaxtı (qanunsuz olaraq 1 illik bağlanan müqavilələri 3 aylıq və 6 aylıq müddətə uzatmaları, işçiləri əlavə təzyiq, stress və psixi gərginlik altında saxlamaları, işçilərin çarəsiz vəziyyətdə olmaları səbəbindən qanunsuz təhdidlər altında müqavilələrə imza atdırmaları, işçilər öz haqqlarını tələb edən kimi onlarla olan müddətli müqavilələrə xitam vermələri, maaşların aşağı salınması və təklif olunmuş yeni müqavilələrin ağ və qara mühasibatlıq əsasında aparılması təklifi, dörd iddiaçıya maksimal dəniz əmsalını tətbiq etməməklə ayrıseçkiliyə yol verilməsi, eyni işlərə başqa işçilərin götürülməsi və sair) və işdən çıxarıldıqdan sonra törədilən qanunsuz hərəkətlər (əmək haqqlarının düzgün ödənilməməsi və nəticədə iddiaçıların əmlak hüquqlarının pozulması, son haqq-hesabın 4 aydan çox müddətin keçməsinə baxmayaraq ödənilməməsi, işçilərin müraciətlərinə cavab verilməməsi, məzuniyyət və istirahət hüquqlarının pozulması, mübahisənin məhkəmədənkənar qaydada həll ediməsindən boyun qaçırması və sair) iddiaçıların mənəvi sarsıntı keçirməsinə və onlara dərin mənəvi zərər vurmasına gətirib çıxarmışdır. İddiaçıların psixoloji vəziyyətinə dəymiş zərəri heç-bir meyarla hesablamaq və bərpa etmək mümkün deyil. Lakin iddiaçılara dəymiş mənəvi zərərin qismən ödənilməsi üçün mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçıların hər birinin xeyrinə kompensasiyanın tutulması ədalətli hesab edilir. İddiaçılar özlərinə dəyən mənəvi zərəri 70.000 manat (hər bir iddiaçıya 10.000 manat nəzərdə tutulmaqla) dəyərində qiymətləndirirlər. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə iddia tələblərinə iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, iddiaçıların cavabdehdən işdən çıxarılmalarından 1 ildən çox müddət keçdiyi üçün iddia müddəti buraxılmışdır. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Cavabdeh iddia müddətinin ötürüldüyünü diqqətə çatdıraraq iddia müddətini tətbiq edərək işə xitam verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2022-ci il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir. Lakin ekspertizaya təqdim olunmuş sənədlərdən görünür ki, müəssisədaxili qaydalara əsasən uçot dövrü aylıq, rüblük, yarımillik və yaxud illik deyil, 4 aylıq tətbiq edilmiş və 4 aylıq faktiki uçot dövrü tətbiq edildikdə faktiki saatların istehsalat təqvimi (həkim olan iddiaçılar üçün 36 saat) düzgün nəzərə alınmayıb. Bununla da 36 saatlıq istehsalat təqvimi nəzərə alınmaqla iddiaçılara istehsalat təqviminə və əmək müqaviləsinin şərtlərinə görə əmək haqqı düzgün hesablanmamışdır. İddiaçıların hər iki müəsissədə həkim vəzifəsində işləmələri nəzərə alınaraq həftəlik iş norması 36 saatdan çox olmamaq şərti ilə qisaldılmıs iş vaxtı müəyyən edilir. İddiaçılar xüsusi qrupa aid peşə sahibləri olduqları üçün bu qrupa aid olan peşə sahiblərinə istehsalat cədvəli həftədə 36 saatlıq norma saxlanılmaqla uyğunlaşdırılmalı və ona müvafiq olaraq hesablanmalı, qanuna və müqavilələrin şərtlərinə əsasən artımlar, əlavələr tam məbləğdə ödənilməlidir. Təqdim edilmiş sənədlərə və yuxarıda göstərilənlərə əsasən, əmək haqqının ümumi məbləği: iddiaçı1 742.225,03 manat, iddiaçı2 696,651.95 manat, iddiaçı3 639.028,49 manat, Rauf İskəndərli 681.018,81 manat, iddiaçı5 504.889,66 manat, iddiaçı7 409.680,24 manat, Elvin İbrahimov 758.739,88 manat təşkil edir. Nəticə etibarı ilə cavabdehin iddiaçılar iddiaçı1 284,546.66 manat; iddiaçı2 222,659,53 manat; iddiaçı3 226.486,68 manat, Rauf İskəndərliyə 242.381,71 manat; iddiaçı5 178.731,44 manat; iddiaçı7 165.128,53 manat, Elvin İbrahimova 251.940,79 manat ödənilməmiş borcu vardır. 4 aylıq faktiki uçot dövrünün tətbiq edilməsini və eləcə də faktiki saatların normal istehsalat təqviminin iddiaçılar üçün 36 saat müəyyən olunmasını nəzərə almaqla, əmək müqaviləsi ilə nəzərdə tutulan vəzifə tarif maaşına maksimum 1.75 artım əmsalı artıq saatlara tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən bir iş saatının qiyməti- iddiaçı1 üçün 2819/142.75=19.75 manat; iddiaçı2 üçün 2819/142.75=19.75 manat; iddiaçı3 üçün 2819/142.75=19.75 manat; Rauf İskəndərli üçün 2553/142.75=17.88 manat; iddiaçı5 üçün 2100/142.75=14.71 manat; iddiaçı7 üçün 1918/142.75=13.44 manat; Elvin İbrahimov üçün 2819/142.75=19.75 manat olub. İş materiallarında olan sənədlərə görə, iddiaçılara artıq işlədikləri saatlar üçün əmək haqqı qanunla müəyyən olunmuş qaydada ödənilib. Lakin, iddiaçıların işlədikləri artıq saatları 36 saatlıq iş rejiminə əsasən düzgün hesablanmayıb. Yəni cavabdeh iddiaçıların işlədiyi artıq saatları 40 saatlıq iş rejimi ilə hesabladığından, artıq saatların sayı az hesablanmış və nəticədə düzgün ödənilməmişdir. Beləliklə də cavabdehin iddiaçılar iddiaçı1 16.283,36 manat; iddiaçı2 13,365.28 manat; iddiaçı3 16.186,07 manat; Rauf İskəndərliyə 19.572,61 manat; iddiaçı5 14.811,24 manat; iddiaçı7 12.717,88 manat; Elvin İbrahimova 24.456,71 manat borcu yaranıb. İş materiallarına görə, əmək müqaviləsi ilə nəzərdə tutulmuş 1.75 artım (dəniz əmsalı) 4 aylıq faktiki uçot dövrünün tətbiq edilməsini, eləcə də faktiki saatların normal istehsalat təqvimi iddiaçılar üçün 36 saat müəyyənləşməsini nəzərə alaraq iddiaçıların işlədiyi artıq saatlara tətbiq edilməmişdir. Beləliklə cavabdehin əmək haqqı üzrə iddiaçılar iddiaçı1 5.852,26 manat; iddiaçı2 10.475,74 manat; iddiaçı3 6.527,47 manat; Rauf İskəndərliyə 9.961,30 manat; iddiaçı5 2.994,42 manat; iddiaçı7 2.515,29 manat; Elvin İbrahimova 10.425,38 manat borcu yaranıb. İddiaçılara bir aylıq maaşdan əlavə iş aylıq normadan artıq vaxtda görüldüyünə görə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla maaş ödənilməli idi. İddiaçılara istirahət günlərində işləmələrinə baxmayaraq yalnız bir aylıq vəzifə maaşı ödənilmişdir. Beləliklə işəgötürənin 30 günlük vaxtdan sonra faktiki olaraq istirahət günlərində işə cəlb olunduqları günlər üçün əmək haqqı üzrə iddiaçılar iddiaçı1 48.656,68 manat; iddiaçı2 40.128,85 manat; iddiaçı3 49.182,06 manat; Rauf İskəndərliyə 58.941,34 manat; iddiaçı5 40.053,70 manat; iddiaçı7 34.758,66 manat; Elvin İbrahimova 50.049,57 manat borcu yaranıb. Verilməmiş əlavə məzuniyyət günlərinə görə cavabdehin iddiaçılar iddiaçı1 88.398,77 manat; iddiaçı2 42.495,44 manat; iddiaçı3 45.404,84 manat; Rauf İskəndərliyə 51.994,95 manat; iddiaçı5 39.220,53 manat; iddiaçı7 31.482,94 manat; Elvin İbrahimova 55.135,67 manat borcu yaranıb. Üçüncü şəxs tərəfindən təqdim edilmiş iddiaçıların iş yerlərinin attestasiyası haqqında sənədlərin tam olmaması, eləcə də təqdim olunan sənədlərin onlara aid olan hissələrində fərqli qaydada qiymətləndirilmə aparılması, ümumilikdə iş yerlərinin attestasiyasının düzgün aparılıb-aparılmaması, elacə də attestasiyanın nəticələrinin iddiaçılara aid hissələrdə düzgün tərtib olunması haqda suallara cavab verilməsi qeyrimümkündür. Ekspertizaya təqdim olunmuş sənədlərə görə, Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli, *** saylı Qərarında nəzərdə tutulmuş əmsalların heç biri iddiaçıların əmək haqqlarında nəzərə alınmamışdır. Minimum 1.04 əmsalı tətbiq olunduğu təqdirdə işəgötürənin iddiaçılar iddiaçı1 88.398,77 manat; iddiaçı2 83.164,40 manat; iddiaçı3 74.802,92 manat; Rauf İskəndərliyə 76.345,88 manat; iddiaçı5 60.538,60 manat; iddiaçı7 43.794,65 manat; Elvin İbrahimova 88.535,55 manat borcu yaranıb. İş materiallarından görünür ki, iddiaçıların əmək haqlarının ödənişində dəfələrlə gecikmələr olub və belə gecikmələr iddiaçılar iddiaçı1 64 gün; iddiaçı2 66 gün; iddiaçı3 64 gün; Rauf İskəndərlidə 66 gün; iddiaçı5 64 gün; iddiaçı7 64 gün; Elvin İbrahimovda 66 gün olmuşdur. İş materiallarına əsasən, iddiaçılara əmək haqqı ödənişləri qanuna görə tam və düzgün ödənilməmişdir. Habelə əmək qanunvericiliyində və müqavilələrdə nəzərdə tutulmayan artıq ödənilmiş əmək haqqı və əlavələrin mövcudluğu müəyyən olunmamışdır. Beləliklə cavabdehin əmək haqqı (artımlar, əlavələr, son haqqhesab) üzrə iddiaçılar iddiaçı1 294.363,61 manat; iddiaçı2 231.468,74 manat; iddiaçı3 236.318,18 manat; Rauf İskəndərliyə 252.048,84 manat; iddiaçı5 186.630,88 manat; iddiaçı7 171.916,83 manat; Elvin İbrahimova 261.745,53 manat borcu yaranıb. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçı iddiaçı1 xeyrinə 294.363,61 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı iddiaçı2 xeyrinə 231.468,74 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı Rauf İskəndərliyinin xeyrinə 252.048,84 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı iddiaçı3 xeyrinə 236318,18 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı iddiaçı7 xeyrinə 171.916,83 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı Elvin İbrahimovun xeyrinə 261.745,53 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı iddiaçı5 xeyrinə 186.630,88 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat pul vəsaitinin tutulması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçılara 36 saatlıq iş rejiminə əsasən artımların və əlavələrin tam məbləğdə ödənilməməməsi, nəticədə, iddiaçılara maddi ziyan vurulduğu müəyyən edilmiş və iddiaçılar haqlı olaraq, hazırki tələblərlə məhkəməyə müraciət etmişlər. Odur ki, iddia tələbləri maddi ziyan tələbinə aid hissəsində əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, ## ###### 2022-ci il tarixli ekspert rəyi əsas götürülməklə, cavabdehdən iddiaçılar iddiaçı1 xeyrinə 294.363,61 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat, iddiaçı2 xeyrinə 231.468,74 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat, Rauf İskəndərlinin xeyrinə 252.048,84 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat, iddiaçı3 xeyrinə 236.318,18 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat, iddiaçı7 xeyrinə 171.916,83 manat, hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat, Elvin İbrahimovun xeyrinə 261.745,53 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat, iddiaçı5 xeyrinə 186.630,88 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat pul vəsaiti tutulmalıdır. Birinci instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, dəymiş maddi ziyanla bağlı hissədə iddiaçıların pozulmuş hüquqlarının bərpa edilməsi nəzərə alınaraq, mənəvi ziyan tələbinə aid hissədə iddia tələbi kifayət qədər əsaslandırılmadığından, cavabdehdən mənəvi ziyana və ayrıseçkiliyə məruz qalmalarına dair kompensasiya tutulması hissəsində iddiaçıların tələbləri əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-ci hissəsinə, Mülki Məcəllənin 23-cü maddəsinə, Əmək Məcəlləsinin 99.1, 102, 109, 113, 135, 136, 143, 144, 154, 164, 172, 195, 287, 292, 294-cü maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 220.5, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianı təmin edən hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsini yalnız ## ###### 2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq qəbul etmiş, iş materiallarında olan digər sənədlərə və sübutlara qiymət verməmiş və bununla da MPM-in 14.1, 103.1 və 217.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, ekspertin rəyi işin faktiki hallarına uyğun gəlmədiyi halda birinci instansiya məhkəməsi həmin rəyi mötəbər sübut kimi qəbul etmiş və qətnaməsini yalnız həmin sübut üzrə qəbul etmişdir. Halbuki, MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyil və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə işin faktiki hallarını, işdəki sübutları düzgün qiymətləndirməmiş, nəticədə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçılar tələb irəli sürərkən iddialarını bir neçə tələb üzrə (36 saatlıq iş həftəsi, zərərlilik əmsalı 1.75 və 1.04, normadan artıq iş saatları, əlavə məzuniyyət illik normadan artıq işə görə, istirahət və bayram günlərinə görə əlavələr, əmək haqqının gecikdirilməsi) formalaşdırmışdırlar. Məhkəmə tədqiqatı zamanı həmin tələblər üzrə ayrı-ayrılıqda araşdırma aparılmamışdır. Halbuki, həmin tələblər üzrə məhkəmə ayrıca araşdırma aparmalı və həmin tələblərin hər birinə hüquqi qiymət verilməli olduğu halda, yalnız ekspertin rəyinin nəticəsə hissəsini qətanmayə köçürməklə kifayətlənmişdir. Belə ki, iddiaçılar öz əmək müqavilələri üzrə 30 gündən artıq olmayan müxtəlif müddətli vaxta muzd rejimi ilə dəniz şəraitində çalışmışlar. Müqavilədə iş vaxtının illik cəmlənmiş uçotunun tətbiqi nəzərdə tutulmasına baxmayaraq, onlara taktiki 4 aylıq cəmlənmiş uçot tətbiq edilmişdir. İddiaçıların maraqlarına və maddi təminatına daha uyğun olduğundan cavabdeh tərəfindən 4 aylıq cəmlənmiş uçot rejimi seçilmişdir. Yəni, iddiaçılar 4 ay ərzində işləməli olan normativ saatların sayından əlavə işləyərsə, o zaman işçiyə iş vaxtı normasından artıq işlənmiş saatlar (ekstra saatlar) üçün əlavə 2 qat hesablanmalıdır. Ola bilər ki, işçi aylıq normada göstərilən 144 saatdan çox işləsin, ancaq 4 ayın cəmindəki istehsalat təqvimində göstərilən saatda göstərilən vaxtı aşmayıbsa, işçiyə əlavə işlədiyi vaxta görə pul ödənilməməlidir. Bu hal Əmək Məcəlləsinin 96-cı maddəsində, həmçinin tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır. İddiaçılar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edirlər ki, Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarı ilə əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş 1.04 əmsalı iddiaçıların əmək haqqlarına tətbiq edilməlidir və iddiaçılar bu əmsal üzrə cavabdehdən absurd məbləğdə pul tələb edirlər. Halbuki, sözügedən Qərara əsasən, 1.04 əmsal tarif (vəzifə) maaşına tətbiq edilir və bu əmsal tarif (vəzifə) maaşına 4% artım deməkdir. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ##### 2022-ci il tarixli, **O*OO**İ*O saylı izahat məktubu iş materiallarına əlavə olunmuşdur). Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Əmək haqqına əlavə-əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir (Əmək Məcəlləsinin 157-ci maddəsinin 2, 3, 4-cü bəndləri). İddiaçıların tarif maaşı işəgötürən və işçi arasında imzalanan əmək müqavilələrində sabit məbləğ olaraq müəyyən olunmuşdur. Yəni bu hesablamanın formulası aşağıdakı kimi olmalıdır: İ saatlıq tarif (vəzifə) maaşının dəyəri = aylıq tarif (vəzifə) maaşı / həmin ay üzrə iş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə) 1.04 əmsalına görə verilməli olan əlavə məbləğ = 1 saatlıq tarif (vəzifə) maaşının dəyəri x həmin ay üzrə iş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə) (faktiki iş saatları aylıq iş vaxtının normasından az olduqda isə faktiki işlədiyi saatlar) x 0.04. Məsələn: 2019-cu ilin fevral ayı üzrə iddiaçı iddiaçı1 tarif (vəzifə) maaşı 2.819 manat, həmin ay üzrə iş vaxtının norması (36 saatlıq iş həftəsi üzrə) 144 saat olmuşdur. 2.819 manat / 144 saat = 19.58 manat, 19.58 manat x 144 saat x 0.04 = 112,78 manat. Hətta həmin iddiaçının bu ay üzrə 336 saat işləmiş olduğunu nəzərə alaraq hesablama aparılsa belə, 1.04 əmsal üzrə hesablanan məbləğ tələb olunan məbləğdən kəskin şəkildə aşağıdır (19.58 manat x 336 saat x 0.04= 263,15 manat). İddiaçıların həkim kimi çalışdıqları iş üzrə üçüncü şəxsin gəmiləri iş yeri kimi attestasiyadan keçirilmiş və onun nəticələrinə görə həmin gəmilərdə işləyən həkimlər üçün ağır və zərərli hesab edilməmişdir (attestasiyanın nəticələri iş materiallarına əlavə edilmişdir). Bu səbəbdən də iddiaçılara Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarı ilə əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş 1.04 əmsalı üzrə ümumiyyətlə hər hansı əlavə hesablanmamalıdır. İddiaçılar Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarı ilə 1.04 əmsalı (əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş) və 1,75 əmsalını (Xəzər dənizində yerləşən obyektlərdə işlərin görüməsi üçün) istehsalat normasından artıq işlədikləri saatlar üçün də tələb edirlər. Bu tələb qanuna uyğun deyil. Belə ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 157-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, tarif (vəzifə) maaşı-işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə isə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən, işçi, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda, əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinin 7-ci abzasından görünür ki, qanunverici iş vaxtını (əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini) əmək şəraitinin bir elementi kimi təsbit etmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətindən artıq işlənmiş vaxta görə işçiyə hesablanmış ödənc tarif (vəzifə) maaşı deyil, əmək haqqına əlavədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarının 1-ci və 4-cü bəndlərinə əsasən qeyd olunan əmsallar (artımlar) işçinin əmək haqqına deyil, tarif (vəzifə) maaşına tətbiq edilir. Əlavələrə 1,75 artım əmsalının hesablanması həmin Qərarda nəzərdə tutulmamışdır. Belə ki, əlavələr tarif (vəzifə) maaşı ilə cəmi işçinin əmək haqqını təşkil edir. Müqayisə üçün qeyd edək ki, adı çəkilən Qərarda susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə (Qərarın 3-cü bəndi) və dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə (Qərarın 5-ci bəndi) artım əmsalı əmək haqqına görə verilir. Odur ki, tarif (vəzifə) maaşı 2.819 manat təşkil edən işçi üçün 1,75 artım əmsalı (75% artım deməkdir) istənilən halda 2.114,25 manatdan (2.189 x 0,75), 1,04 artım əmsalı (4% artım deməkdir) isə 87,56 manatdan (2189 x 0,04) artıq ola bilməz və ekstra saatlara görə hesablanmış əlavə əmək haqqına bu artımın tətbiq edilməsi qanunvericiliyə ziddir. İddiaçılar 1,75 əmsalını (Xəzər dənizində yerləşən obyektlərdə işlərin görülməsi üçün) həmçinin, istirahətdə olduğu günlər üçün də tələb edirlər və onlar öz tələblərini əmək müqavilələrinin 5.1-ci maddəsi ilə əsaslandırırlar. Bu tələb və bu cür əsaslandırma isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarına və bu əmsalın tətbiqi anlayışa ziddir. Belə ki, sözügedən qərarda Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq müxtəlif əmsallar (artım) nəzərdə tutulmuşdur ki, bu əmsalların da ən böyüyü 1.75 əmsalıdır və cavabdeh iddiaçıların xeyrinə olaraq onlarla əmək müqaviləsi bağlayarkən sahillə əlaqə şəraitindən asılı olmayaraq 1.75 əmsalının verilməsini müqaviləyə daxil etmişdir. Müqavilələrdəki “sahillə əlaqə şəraitindən asılı olmayaraq” ifadəsi sahillə gəminin əlaqəsindən, gəminin sahildən neçə km aralıda olmasından asılı olmayaq iddiaçılara ən yüksək 1.75 əmaslının tətbiq edilməsi anlamı daşıyır. Müqavilələrdəki “sahillə əlaqə şəraitindən asılı olmayaraq” ifadəsi iddiaçının gəmidə olmadığı vaxta görə də 1.75 əmsalının tətbiq edirməli olması mənası vermir və bu ifadə iddiaçıların tələblərinin əsası kimi qəbul edilə bilməz. İddiaçılar iddia ərizəsində göstərirlər ki, cavabdeh Azərbaycan Respublikası ƏM-nin 164-cü maddəsini pozmuş və nəticədə hər bir iddiaçının tələbi üzrə müəyyən borc yaranmışdır. Lakin, bu hesablamalar iddiaçılar tərəfindən düzgün aparılmamışdır. Belə ki, Əmək Məcəlləsinin qeyd olunan maddəsinin 4-cü hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Əmək Məcəlləsinin 149-cu bəndinin 3-cü hissəsinə əsasən, gündəlik tarif (vəzifə) maaşı aylıq tarif (vəzifə) maaşının aylıq iş günü normasına bölünməsi yolu ilə tapılır. İddiaçılar isə Azərbaycan Respublikası ƏM-nin 164-cü maddəsi üzrə apardıqları hesablamalarında əsassız olaraq artıq məbləğ hesablayırlar. Birincisi, onlar hesablamanı Azərbaycan Respublikası ƏM-nin 164-cü maddəsində nəzərdə tutulduğu kimi gündəlik tarif (vəzifə) maaşına əsasən deyil, faktiki işlənmiş saatların iki misli kimi hesablayırlar. Burada nə alınır? Əvvəla, iş vaxtı normasına əsasən işciyə tarif (vəzifə) maaşı (hər norma saat üçün tarif (vəzifə) maaşının 1 misli) artıq hesablanmışdır. Təqvim ayı çərçivəsində hesablamalar iş vaxtı normasına əsasən aparıldığı üçün (normadan kənar iş saatları üçün hesablamalar hər 4 aydan bir iş vaxtının cəmlənmiş uçotunda aparılır) Əmək Məcəlləsinin yuxanda qeyd olunan normasına əsasən həmin ayın əmək haqqı hesablanarkən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən iş üçün norma üzrə iş saatlarının (7,2 saat) daha bir misli əlavə hesablanmalıdır və nəticədə qeyd olunan günlərə düşən norma iş saatları üzrə 2 qat hesablamaya əməl olunur. İddiaçılar isə təqvim ayında olan istirahət günləri (30 iş günündən artıq günlər üçün) görülən iş üçün hesablamanı faktiki iş saatları əsas götürülməklə aparmışlar. Nəzərə alsaq ki, gündəlik iş vaxtı norması 7,2 saat, faktiki iş vaxtı isə 12 saatdır, yalnız bu əsassız iddia üzrə 66,66% artıq məbləğ hesablanır. Yəni faktiki iş vaxtının qalan hissəsi (12- 7,2=4,8 saat) 4 ayın yekununda cəmlənmiş uçotda (iş vaxtından artıq işlənmiş iş saatları hesablanarkən) ikiqat hesablanıb ödəniləcəkdir. Bundan başqa, norma saatlar üzrə tarif (vəzifə) maaşı tam hesablanmışdır və beləliklə iddiaçıların hesablamalarında 12 faktiki iş saatının 7,2 norma saatı üzrə təqvim ayında 3 qat hesablama aparılır: 1 misli aylıq tarif (vəzifə) maaşı kimi + 2 misli istirahət gününün iş saatı kimi. Daha sonra, istirahət gününə düşən həmin saatlar cəmlənmiş uçota salınır və həmin saatlara bir daha 2 qat hesablama aparılır. Nəticədə istirahət günündə işlənmiş iş saatlarının 7,2 saatı üçün 5 qat, 4,8 saatı üçün isə 4 qat hesablama aparılır. Bundan əlavə, iddiaçıların hesablamasında işçilərin treyninqdə olduğu günlər də naməlum səbəbdən “iş vaxtından artıq vaxtda görülən iş saatları” kimi nəzərə alınmış və həmin günlərdə görülən işlərə görə ikiqat hesablama aparılmışdır. Əmək Məcəlləsinin 89-cu maddəsinin 1-ci hissəsinə əsasən tam iş vaxtı-müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. İşçinin treyninqdə olduğu günlərdə hər hansı əmək funksiyasını icra etmədiyi üçün treyninqdə olmaq işçinin onun işdən sonra qalıb işləməsi demək deyil. İşəgötürən və işçilər arasındakı razılaşmaya əsasən, işçinin treyninqdə olduğu günlərə görə işçilərin həm orta aylıq əmək haqları saxlanmış, həm də onlara hər gün üçün əlavə ödənişlər (yemək və nəqliyyat xərcləri) edilmişdir. Təlimlər zamanı orta əmək haqqı nəzərə alınmalı, ikiqat maaş hesablanmamalı idi. İddiaçılar ilə cavabdeh arasında bağlanmış əmək müqavilələrinin 5.1-ci bəndinə əsasən tərəflər qarşılıqlı razılığıa gəlmişlər ki, zəruri hallarda işçi növbələr arası istirahət dövründə təlimdə iştirak etdiyi vaxta mütənasib olaraq aylıq tarif (vəzifə) maaşı əsasında hesablanan əmək haqqı ödənilir. Bundan əlavə, orta əmək haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə təsdiq edilmişdir. Eyni zamanda, orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin *** nömrəli qərarına əsasən orta əmək haqqı hesablanarkən birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, iş vaxtından artıq iş saatlarının ödənilməsi; istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr və maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər nəzərə alınmır. İddiaçılar öz iddia ərizəsində “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2004-cü il tarixli, ** saylı Qərarına istinad edərək, qeyd edirlər ki, illər ərzində çaparaq saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir və cavabdeh bu əlavə məzuniyyəti vermədiyi üçün Əmək Məcəlləsinin 144-cü maddəsinə görə əlavə məzuniyyəti kompensasiya etməli idi, lakin etməmişdir. İddia ərizəsində istinad edilən hissədə göstərilən saatlar tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2021-ci il tarixli, *********** saylı məktubu mülki iş materiallarına əlavə olunmuşdur. Həmin məktubla da təsdiq olunur ki, sözügedən qərarla təsdiq edilmiş siyahının XXXVII “Səhiyyə” bölməsinin 176-cı hissəsində iş ili ərzində çaparaq saatlar tibb işçilərinin (həkim, feldşer və tibb bacılan) hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Əlavə məzuniyyətlər kompensasiya ilə əvəzləşdirilmir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən isə əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. İddiaçılar iddia ərizəsində ƏM-nin 172.5-ci maddəsinə əsaslanaraq, Əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödəncin verilməsini tələb edirlər. Bununla əlaqədar, Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, “qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz”. İşçilərlə bağlanmış əmək müqavilələrinin 4.6-cı bəndinə əsasən “işlərin dənizdə vaxta üsulu ilə təşkili zamanı iş vaxtının illik cəmlənmiş uçotu tətbiq edilir”. Beləliklə, işçilərə iş vaxtının cəmlənmiş uçotu üzrə hesablanmış məbləğlər hər təqvim ilinin sonunda hesablanıb verilməli idi. Faktiki olaraq bu məbləğlər işçilərə bir neçə ay qabaq, yəni hər 4 aydan bir hesablanıb verilmişdir. Bu baxımdan “əmək haqqının gecikdirilməsi” absurd iddia və səhv hesablamadır. İddiaçıların son haqq-hesabın gecikdirilməsinə görə tələb etdikləri məbləğlərlə razı deyillər və hesab edirlər ki, tələb əsassız və qanunsuzdur. Belə ki, cavabdehin iddiaçılar qarşısında hər hansı borcu olmadığına görə və onlarla əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab vaxtında və düzgün (hətta artıqlaması ilə) aparıldığına görə hər hansı gecikmədən söhbət gedə bilməz. Məhkəmə öz qətnaməsində texniki və riyazi hesablamalarda kifayət qədər yanlışlıqlara yol verilmiş və kifayət qədər əsaslı olmayan ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş ## ######## 2022-ci il tarixli X21 qətnamədə heç bir münasibət bildirməmişdir. X14 və Ekspert rəyi kəskin fərqləndiyi halda bununla bağlı məhkəmə öz münasibətini bildirməli və nəyə görə ekspert rəyini mötəbər sübut kimi qəbul etdiyini əsaslandırmalı idi. Bundan başqa, məhkəmə iş materialları və iddiaçıların özlərinin etirafı ilə də sübut olunan cavabdeh tərəfindən gündəlik müavinət adı altında ödənilmiş qanundan və əmək müqavilələrindən irəli gəlməyən artıq məbləği ümumiyyətlə nəzərə almamış və bu xüsusata münasibət bildirməmişdir. Hansı ki, həmin məbləğlər cavabdeh tərəfindən iddiaçılara əmək haqqı hesablamasının mürəkkəbliyi nəzərə alınaraq mümkün risklərdən sığortlanmaq məqsədi ilə verilmiş, işçilərin sosial rifahına yüksəldilməsinə yönəlmişdir. İddiaçıların leyhinə olan əksik hesablamaları cavabdehin öhdəliyi kimi qəbul edərək artıq ödənilmiş məbləğlərin nəzərə alınmaması məhkəmə tərəfindən ədalət prinsipinin pozulması deməkdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə və daha sonra sözügedən ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Lakin məhkəmə bu ərizələri (hansı ki, iş üçün əhəmiyyətli olduğunu hesab edirik) qətnamədə elan etməmiş və bu ərizələrə ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi və 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını müqayisəli şəkildə işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edirik ki, öhdəliyin yaranma əsaslarından biri də müqavilədir. Müqavilə tərəflərin iradə ifadəsi ilə müəyyən edilən iki tərəfli əqd olmaqla bir tərəfin digər tərəf qarşıqında qarşılıqlı münasibətlərini əks etdirir. Müqavilənin icra edilməsi qaydası, icra edilməməsinə görə məsuliyyət və həmin məsuliyyətə görə hədlər müəyyən edilir. Buna görə də hüquqdan sui-istifadə hallarının aradan qaldırılması üçün cavabdehin və üçüncü şəxsin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır. İddiaçılar cavabdehin əmək münasibətləri üzrə onların hüquqlarını sui-stifadə etdiyini, ancaq əmək müqavilələrində göstərilən şərtlər üzrə cavabdehin əmək müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi və ya bilməli olduğu (ehtimal etdikləri) halda, həmin tələb ilə istər işə götürənə, istər aidiyyəti qurumlara, istərsə də məhkəməyə keçən zaman ərzində (dəfələrlə əmək müqavilələrinin yenilənməsi və bağlanmış əmək müqavilələrində münasibət bildirməmiş) müraciət etməmişlər. İddiaçılar iddiaçı2, Rauf İskəndərli və Elvin İbrahimovla 2015-ci ildə bağlanmış əmək müqavilələrinə ## #### 2020-ci ildə xitam verilmişdir və həmin şəxslərlə ## #### 2020-ci il tarixdə yeni əmək müqavilələri bağlanmışdır. Əmək müqavilələrinə xitam verilərkən qeyd olunan şəxslərlə son haqq-hesab aparılmış və bu fakt qeyd olunan şəxslər tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan iddia müddətləri ərzində mübahisələndirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində birmənalı olaraq işçinin işəgötürənə qarşı pul, əmlak və ziyan tələbləri üzrə 1 illik iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal Rayon kəhkəməsinin ## ###### 2022 -ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə X5 və X9 “xxxx” ASCyə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X28 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi”nə dair mülki iş üzrə iddia ərizəsi təmin olunmamışdır. Amma nədənsə hazırkı iş üzə eyni məhkəmənin digər hakimi tam fərqli qətnamə qəbul etmiş və qəbul etdiyi qətnaməni heç bir mötəbər sübutla əsaslandırmamışdır. X14 və ekspert rəyi kəskin fərqlənir, məhkəmə isə bu müqayisədə hansı səbəbdən məhz ekspert rəyini əsas götürməsini açıqlamır. İşə baxan hakim özü belə məhkəmə tədqiqatı zamanı eksperti dindirərkən ona bir neçə nöqsan elan etmiş, rəydəki hesablamalardakı ciddi uyğunsuzluqları və səhvləri ekspertin diqqətinə çatdırmış və onların aradan qaldırılması üçün ona vaxt vermişdir. Lakin, ekspert məhkəmənin qeyd etdiyi nöqsanları aradan qaldırmamış və hesablamalardakı ciddi səhvlərə hər hansı açıqlama verməmiş və düzəliş etməmişdir. Amma çox maraqlı məqam ondan ibarətdir ki, məhkəmə tədqiqatında və iclaslarında ekpsertin rəyinin mötəbər olmadığını və səhv olduğunu bilən və bildirən məhkəmə öz qətnaməsində bu rəyi ən mötəbər sübut kimi qiymətləndirmiş və rəyi olduğu kimi qətnamənin əsaslandırması kimi göstərmişdir. Məhkəmə iclasları zamanı və yazılı etirazlarda ekspertin işə yanaşmasının tamamilə yanlış və qanun normalarına zidd olması, həmçinin apardığı hesablamalarda rəyin nəticə hissəsində qeyd edilən rəqəmlərin onun təqdiqat hissəsində, əlavə cədvəllər və alt hesablama sənədlərində olan rəqəmlərdən kəskin fərqlənməsi, adi riyazi hesablamaların düzgün olmamasının məhkəmənin diqqətinə çatdırmasına və buna dair təkzibedilməz sübutların və sair qeyd edilməsinə baxmayaraq, məhkəmə cavabdehin mövqeyinə hər hansı münasibət bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyil və məhkəmə müəyyən edilmiş faktlardan iddianın qismən təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X1 ## ####### 2023-cü il tarixli audit hesabatının nəticə hissəsinə əsasən, Əmək Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq tərəflər arasında bağlanmış əmək müqavilələrinin 4.6 bəndinə görə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir, iddiaçıların əmək haqqlarının hesablanması həftəlik iş norması 36 saat olmaqla əsas götürülmüşdür, həmçinin iş vaxtının cəmlənmiş uçot dövrü tətbiq edilərkən müvafiq illər üzrə 36 saatlıq istehsalat təqvimlərinin göstəriciləri nəzərə alınmışdır, hesablamalarda, tərəflər arasında bağlanmış əmək müqavilələrinin 5.1 bəndinə və müqavilələrə edilmiş əlavələrdə müəyyən edilmiş tarif (vəzifə) maaşları əsas götürülmüşdür. Normativ hüquqi aktlara, təqdim edilmiş sənədlərə, yuxarıda göstərilənlərə əsasən yenidən hesablanmış əmək haqqları iddiaçı3 396.199,97 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 85.725,50 manat, aşağıdakı tərkibdə, gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün 76.169,64 manat, pandemiya ilə əlaqədar əlavə ödəniş 9.555,86 manat; iddiaçı2 447.732,83 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 98.066,83 manat olmaqla, aşağıdakı tərkibdə, gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün 89.017,12 manat, pandemiya ilə əlaqədar əlavə ödəniş 9 049,71 manat; Elvin İbrahimovda 478.780,39 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 97.518,97 manat olmaqla, aşağıdakı tərkibdə, gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün 92.055,96 manat, pandemiya ilə əlaqədar əlavə ödəniş 5.463,01 manat; iddiaçı5 302.056,96 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 68.381,15 manat olmaqla aşağıdakı tərkibdə, gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün 58.250,50 manat, pandemiya ilə əlaqədar əlavə ödəniş 10.130,65 manat; iddiaçı1 434.731,79 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 94.195,61 olmaqla aşağıdakı tərkibdə, gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün 82.559,05 manat, pandemiya ilə əlaqədar əlavə ödəniş 11.636,56 manat; Rauf İskəndərlidə 431.413,74 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 86.919,25 manat olmaqla aşağıdakı tərkibdə, gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün 81.966,42 manat, pandemiya ilə əlaqədar əlavə ödəniş 4.952,83 manat; iddiaçı7 250.518,82 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 49.132,89 manat olmaqla aşağıdakı tərkibdə, gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün 43.781,42 manat, pandemiya ilə əlaqədar əlavə ödəniş 5.351,47 manat olmuşdur. Nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçılar iddiaçı3 16.341,86 manat; iddiaçı2 26.259,46 manat; Elvin İbrahimova 28.018,74 manat; iddiaçı5 17.532,32 manat; iddiaçı1 22.946,58 manat; Rauf İsgəndərliyə 1.438,39 manat artıq; iddiaçı7 9.069,61 manat az ödənilmişdir. Lakin iddiaçı7 dövr ərzində “gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün sətiri üzrə 43.781,42 manat və “Pandemiya ilə əlaqədar əlavə ödəniş sətiri üzrə 5.351,47 manat ödənilmişdir. iddiaçı7 qeyd edilən öhdəlikdən kənar ödəmələr üzrə 49.132,89 manat vəsaitin ödənilməsi nəzərə alınarsa cavabdehin onun qarşısında borc öhdəliyi yoxdur. Hesablamalar aparılan zaman iş vaxtının cəmlənmiş uçotunun (4 aylıq) tətbiq edilməsi nəzərə alınmışdır, müəyyən edilmiş istehsalat nomalarına uyğun olaraq (36 saatlıq həftəlik iş norması) 1 (bir) iş saatının dəyəri tapılmışdır (tarif (vəzifə) maaşlarına görə bir iş saatının dəyəri dəyişir), əmək müqavilələrində və onlara əlavələrdə müəyyən edilmiş tarif (vəzifə) maaşlarına AR Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli Qərarının 4-cü bəndinə əsasən ən yüksək (1.75) artım (əmsal) tətbiq edilmişdir. Hesablamalar aparılan zaman iddiaçılara bayram və istirahət günləri (30 günlük vaxtdan sonra) işlədikləri aylarda, bir iş günü üçün ( 36 saatlıq iş həftəsinə müvafiq olaraq bir iş günü 7,2 saatdan hesablanmaqla) əmək haqqı qanunla müəyyən edilmiş qaydada (Əmək Məcəlləsi 109 və 164-cü maddələri), ikiqat hesablanmışdır. İşçilərin həmin günlərdə işlədikləri artıq saatların ödənişi isə iş vaxtının cəmlənmiş uçotunun (4 aylıq) tətbiq edilməsinə müvafiq olaraq hər 4 ayda hesablanmışdır. Hesablamalar aparılan zaman əmək müqavilələrində nəzərdə tutulmuş artım (1,75) artıq işlənmiş saatlara tətbiq edilməmişdir. AR Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli Qərarının 4cü bəndinə əsasən bu artım tarif (vəzifə) maaşlarına tətbiq edilir, işlənmiş artıq saatlar tarif (vəzifə) maaşı deyil, ona əlavədir və onlara artım ödənilməsi nəzərdə tutulmamışdır, çünki işlənmiş artıq saatların iki qatının hesablanması (Əmək Məcəlləsi 165-ci maddə) 4 ayda bir dəfə, iş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsi zamanı aparılır və bu müddəaya da hesablamalar zamanı əməl olunmuşdur. Hesablamalar aparılan zaman iddiaçılara əmək şəraiti və əmək funksiyasının xarakterinə görə 6 günlük əlavə məzuniyyət (30+6+6) nəzərə alınmışdır, 42 günlük məzuniyyət kompensasiyası hesablanmışdır. Çaparaq saatlara görə iddia edilən 75 günlük əlavə məzuniyyətə (dövr üçün) kompensasiya hesablanmamışdır, çünki bu Əmək Məcəlləsinin 144-cü maddəsinin tələblərinə və AR Nazirlər Kabinetinin ## ### 2005-ci il tarixli, ** saylı Qərarının 9-cu bəndinə ziddir. “Əlavə (75 günlük) Məzunuyyət kompensasiyası” barədə hesablamalar aparılan zaman iddiaçıların gecə saatlarında işlədiyi vaxtlara tətbiq edilən əlavə ödənişlərin (işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi hesablanması AR Nazirlər Kabinetinin ## ##### 2001-ci il tarixli, ** saylı “ Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Qərarına əsasən aparılmışdır. Hesablamalar aparılan zaman iddiaçıların tarif (vəzifə) maaşlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarı ilə 1,04 (əmək şəraiti ağır və zərərli olduğu üçün artım) əmsalı müəyyənləşdirilmişdir və işçilərin tarif (vəzifə) maaşlarına nisbətdə hesablanmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X10 tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli audit rəyinin nəticə hissəsinə əsasən, cavabdehin 2018-2021-ci illər ərzində həkim kimi fəaliyyət göstərmiş iddiaçılara ümumilikdə 1.616.397,47 manat əmək haqqı və ona bərabər tutulan əlavələr üzrə borcu qalmışdır. Həmin məbləğin iddiaçılar üzrə analitik uçotu aşağıdakı kimdir: iddiaçı3 219.148,38 manat; iddiaçı2 234.406,83 manat; Elvin İbrahimova 271.806,32 manat, iddiaçı5 176.473,98 manat; iddiaçı1 295.749,10 manat; Rauf İskəndərliyə 245.904,35 manat; iddiaçı7 172.908,51 manat. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ##### 2023- cü il tarixili məktubunda qeyd edilmişdir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli Qərarının 1-ci bəndinə əsasən, iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyi aşağı səviyyədə müəyyən edildikdə işçilərin tarif (vəzifə) maaşına 1,04 artım əmsalı tətbiq edilir. Qərarın 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərin sahillə quru yol əlaqəsi olmadıqda və sahildən 70 km-dən artıq uzaqlıqda yerləşdikdə tarif (vəzifə) maaşlarına artımın (əmsalın) minimum miqdarı 1,75 məbləğində müəyyən edilmişdir. Qeyd olunan tələblərə əsasən ağır və zərərlik səviyyəsindən və Xəzər dənizində yerləşən obyektlərin sahillə əlaqə şəraitindən asılı olaraq müəyyən edilən artım (əmsal) işçilərin tarif (vəzifə) maaşına tətbiq edilir. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinə əsasən, ödənilən haqq qanunvericiliklə əmək haqqına əlavə deyil, tarif (vəzifə) maaşı olduğu üçün Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** saylı qərarının 1 və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin tarif (vəzifə) maaşına tətbiq edilməlidir. Həmçinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin ## ##### 2001-ci il tarixli, ** saylı qərarının 1-ci hissəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Gecə vaxtı yerinə yetirilən işə görə ödənilən haqq əmək haqqına əlavə olaraq müəyyənləşdirildiyi üçün Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** saylı qərarının 1 və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin əlavəyə tətbiq edilmir. Eyni zamanda gecə vaxtı yerinə yetirilən işə görə əlavənin Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, ödənilən ikiqat tarif (vəzifə) maaşına tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yuxarıda sadalanan pozuntular dolayı yolla bütün əmək haqqında olan digər kateqoriya ödənişlərə də təsir etdiyindən (gecə saatlarında işə görə ödəniş, istifadə olunmamış məzuniyyətə görə kompensasiya, ezamiyyə pulu, qeyri iş günlərində işə görə ödəniş və sair), cavabdehin əmək haqqı (artımlar, əlavələr, son haqqhesab) üzrə iddiaçılar iddiaçı1 300.939,23 manat; iddiaçı3 225.169,29 manat, iddiaçı7 177.206,38 manat; iddiaçı5 181.557,28 manat; iddiaçı2 240.157,26 manat, Elvin İbrahimova 281.895,75 manat; Rauf İskəndərliyə 252.405,78 manat borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2022-ci il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X10 ## ###### 2023-cü il tarixli auditor rəyi yanaşma və təhlil baxımından oxşardır. Hesabatın nəticələrindəki məbləğ fərqinin səbəbi, birinci ekspertiza aparılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ## ##### 2022-ci il və ## ##### 2023cü il tarixli məktublarının əlçatan olmaması olmuşdur. Bu məktublarda hesabatın aparılmasında bəzi dəqiqləşdirmələr öz əksini tapmışdır ki, bunlar da əlavə ekspertiza zamanı nəzərə alınmışdır. “xxxx” MMC-nin ## ######## 2022-ci il tarixli audit hesabatı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X1 ## ####### 2023-cü il tarixli auditor hesabatı arasındakı kəskin fərq, işdə olan sənəd və sübutların, əmək müqavilələrinin və onların şərtlərinin və sair sənədlərin hər iki auditor tərəfindən lazımi qədər araşdırılmamasıdır. Hər iki auditor iddiaçıların vaxtamuzd iş rejimini, növbəli üsulla, gündəlik faktiki 12 saat iş qrafiki ilə işlədiklərini tam aydınlaşdırmamış, hesabatlarında gah işəmuzd, gah da vaxtamuzd işçi kimi yanaşmaqla rəylər hazırlamışlar. Hər iki auditor faktiki iddiaçıların əksər iddialarını pozuntu kimi qəbul etsələr də, hesablama zamanı qanunvericilikdə əksini tapmayan hesablama metodikalarından istifadə etmişlər. Hər iki auditor təkrar-təkrar işçinin faktiki iş saatlarını əsassız olaraq hissələrə bölmüş və cəmləmiş uçot qaydalarını səhv təhlil edərək, artıq saatların hesablanmasında azaltmalar yaratmışlar. Auditorlar Əmək Məcəlləsinin 95, 96, 102-ci maddələrini və onların tətbiqi qaydalarını diqqətlə araşdırmamış, iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçinin əmək haqqının ödənilmə qaydasını düzgün müəyyən etməmişlər. İş materiallarında olan cavabdehlə üçüncü şəxs arasında əməkdaşlıq müqaviləsində öz əksini tapan gündəlik əlavə müavinəti və pandemiya dövründə iş yerində qalan işçilər üçün əlavə öhdəlik kimi götürülən əlavə müavinətlər (bir günlük qazancın 20% qədər yazışma sənədlərində əksini tapır) vaxtında cavabdeh tərəfindən iddiaçılara ödənilsə də, hər iki auditor bu ödənişləri əsassız olaraq öhdəlikdən kənar hesab etmişlər. Kifayət qədər böyük məbləğ olan bu ödənişlərin guya cavabdeh tərəfindən səhv ödənildiyini göstərərək, son nəticədə iddiaçıların iddia etdikləri bəzi pozuntulara görə qalıq borca əvəzetmə ilə yanaşmışlar. Yəni auditorlar ödənilmiş məbləğləri səhv hesab edərək, həmin ödənilmiş məbləğlərlə ödənilməli məbləğləri əvəzləşdirmişlər. Əmək haqqı hesablaşması zamanı hər iki hesabatda Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinə uyğun ödənişləri səhv olaraq əmək haqqına əlavə hesab etmiş, bu ödəmələr zamanı tarif (vəzifə) maaşlarına artımları (əmsalları) ümumiyyətlə hesablama zamanı nəzərə alınmamışdır. Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzi”nin ## ##### 2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə, habelə əmək qanunvericiliyinə ( Əmək Məcəlləsinin 96, 164, 165-ci maddələrinə və Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarı) görə iddia edilən dövrə cavabdeh tərəfindən iddiaçılara əmək haqqı və digər ödənişlər onlar arasında bağlanmış əmək müqavilələrinə əsasən iş vaxtının cəmlənmiş uçotu 4 aylıq dövrü əhatə etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçılara artıq ödənilən əmək haqqı məbləği 163.449,93 manat olmuşdur. Cavabdeh tərəfindən iddiaçılara məzuniyyət haqqlarının ödənilməsi üzrə 15.193,23 manat artıq ödəniş edilmişdir. Belə ki, iddiaçı3 4.056,89 manat; iddiaçı2 2391,69 manat; Elvin İbrahimova 1.996,25 manat; iddiaçı5 3.135,38 manat; iddiaçı1 3.995,35 manat; Rauf İsgəndərliyə 715,84 manat artıq: iddiaçı7 isə 1.098,17 manat az ödəniş edilmişdir. Lakin iddiaçı7 dövr ərzində “gündəlik əlavə müavinət /hər dəniz/vaxta günü üçün sətiri üzrə 43.781,42 manat, “pandemiya ilə əlaqədar əlavə ödəniş” sətiri üzrə 5.351,47 manat ödəniş edilmişdir. iddiaçı7 qeyd edilən öhdəlikdən kənar ödəmələr üzrə 49.132,89 manat vəsaitin ödənilməsini nəzərə alsaq cavabdehin onun qarşısında borc öhdəliyi yoxdur. Cavabdehlər tərəfindən iddiaçılara əmək haqqlarının ödənilməsi zamanı yol verilən gecikmələrə görə cərimə məbləğinin həcmi 59.982,21 manat məbləğində müəyyən edilir və cavabdehin iddiaçılar iddiaçı3 68 gecikmə gününə görə 9.335,94 manat; iddiaçı2 70 gecikmə gününə görə 8.364,82 manat; Elvin İbrahimova 68 gecikmə gününə görə 9.249,86 manat; iddiaçı5 59 gecikmə gününə görə 6.393,78 manat; iddiaçı1 68 gecikmə gününə görə 9.795,22 manat, Rauf İskəndərliyə 68 gecikmə gününə görə 9.499,14 manat; iddiaçı7 59 gecikmə gününə görə 7343,45 manat borcu vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 2002-ci ii 22 avqust tarixli *** nömrəli qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) tətbiqi qaydası barədə məktubunuza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2002-ci il tarixli 15-4 № il qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ## ###### 2002-ci il tarixdə 2948 nömrə ilə qeydiyyata alınmış “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nın 8-ci bəndinə əsasən tarif (vəzifə) maaşına artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş vaxtı (növbəsi) olduğu müddət üçün tətbiq edilir. Yuxarıda qeyd edilənlərə əsasən məktubdakı misalla əlaqədar bildirilir ki, iş yerlərinin attestasiyası əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsinə görə içinin tarif (vəzifə) maaşına 1,04 əmsalı müəyyən edilmişsə, aylıq vəzifə maaşı 1000 manat olan, 2022-ci ilin aprel ayının iş vaxtı normasını (168 saat) tam işləmiş və bu normanın yalnız 120 saatını 1,04 əmsal tətbiq edilən əmək şəraitində işləmiş işçinin aylıq əmək haqqı 1028,57 manat (1000/168x(168-120)+ 1000/168x120x1,04 = 1028,57 manat) təşkil edəcəkdir.( iş 12 cild səhifə 23). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2023-cü il tarixli məktubuna əsasən, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## ###### tarixli *** nömrəli Qərarının (bundan sonra - Qərar) 1-ci bəndinə əsasən iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyi aşağı səviyyədə müəyyən edildikdə işçilərin tarif (vəzifə) maaşına 1,04 artım əmsalı tətbiq edilir. Qərarın 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərin sahillə quru yol əlaqəsi olmadıqda və sahildən 70 km-dən artıq uzaqlıqda yerləşdikdə tarif (vəzifə) maaşlarına artımın (əmsalın) minimum miqdarı 1,75 məbləğində müəyyən edilmişdir. Qeyd olunan tələblərə əsasən ağır və zərərlik səviyyəsindən və Xəzər dənizində yerləşən obyektlərin sahillə əlaqə şəraitindən asılı olaraq müəyyən edilən artım (əmsal) işçilərin tarif (vəzifə) maaşına tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər. Məcəllənin 165-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Qeyd olunanları nəzərə alaraq, Məcəllənin 164-cü və 165-ci maddələrinə əsasən ödənilən haqq qanunvericiliklə əmək haqqına əlavə deyil, tarif (vəzifə) maaşı olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## ###### tarixli *** nömrəli qərarının 1 -ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin tarif (vəzifə) maaşına tətbiq edilməlidir. “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ##### tarixli ** nömrəli Qərarının 1-ci hissəsinə əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Gecə vaxtı yerinə yetirilən işə görə ödənilən haqq əmək haqqına əlavə olaraq müəyyənləşdirildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## ###### tarixli *** nömrəli qərarının 1-ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin əlavəyə tətbiq edilmir. Eyni zamanda gecə vaxtı yerinə yetirilən işə görə əlavənin Məcəllənin 164-cü maddəsinə əsasən ödənilən ikiqat tarif (vəzifə) maaşına tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğundur (iş 17-ci cild 137-138-ci səh.). Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)***/**** saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən, məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçılar iddiaçı1 xeyrinə 72.536,82 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı2 xeyrinə 57.822 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; Rauf İskəndərlinin xeyrinə 77.484,8 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı3 xeyrinə 57.233,01 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı7 xeyrinə 46.629 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; Elvin İbrahimovun xeyrinə 84.598,01 manat, hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat; iddiaçı5 xeyrinə 45.257, 52 manat, hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi kimi 300 manat pul vəsaitinin tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara, iddia müddətinin tətbiqinə lazımi hüquqi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək haqqının və ona əlavələrin yenidən hesablanması barədə iddiaçıların cavabdehə rəsmi müraciəti cavabsız qalmış, əmək müfəttişliyinə sənədlər tam təqdim edilmədiyindən qəti münasibət bildirilməmiş, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında hesablamalarda səhvlərin olduğunu etiraf etmişdir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi mübahisənin barışıq yolu ilə həll etmək istədiklərini və müəyyən məbləğlər vermək istədiklərini, lakin iddiaçıların tələbləri yüksək olduğundan razılığa gələ bilmədiklərini izahatında bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, digər ekspert rəylərinin ümumiləşdirməsinin aparılmasını təmin edən və qismən mötəbər sübut kimi qəbul edilməli olan Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli ekspert rəyinə əsasən həftəlik norma 36 saat olmaqla aylar üzrə hesablamada yaranmış fərq 2020 ilin oktyabr ayından əmək münasibətlərinə xitam verildiyi günədək (1 illik iddia müddəti ərzində) hesablanmalı və iddiaçılar iddiaçı1 633,90 + 898,61 + 17.341,95 + 13.820,90 107,43 + 3.250,36 + 11.218,28 + 7.185,59 + 4.573,00 + 13.721,66 = 72.536,82 manat; iddiaçı2 1.656,41 + 3.583,37 + 7.760,72 + 2.303,46 + 187,83 + 657,68 + 10.553,85 + 13.539,30 + 12.497,89 + 5.457,15 = 57.822 manat; Rauf İskəndərliyə 10.022,16 + 12.287,14 + 14.739,75 + 1.675,08 + 140,33 + 2.781,91 + 9.088,82 + 2.640,91 + 21.143,83 + 2.964,88 = 77.484,81 manat; iddiaçı3 2.546,08 – 1.619,85 + 14.441,22 + 6.566,73 + 344,57 + 623,21 + 8.704,49 + 15.135,44 + 4.450,91 + 6.040,21 = 57.233,01 manat; iddiaçı7 12.317,20-768,48+18.632,85 +1.878,16 + 1.086,82 +2.268,93+ 3.800,59 +708,99 + 6.703,94 = 46.629 manat; Elvin İbrahimova 4.811,69+843,33 +16.999,93 +1.852,73+150,27+3.014,16 +16.209,81+17.040,97+ 13.584,20 + 10.391,46 = 84.598,01 manat; iddiaçı5 1.749,36 + 1.084,57 + 5.614,55 + 9.743,20 + 8.400 + 2.205,93 + 4.290,91 + 1.746,44 + 20.907,70 = 45.257, 52 manat ödənilməyən əmək haqqı (əlavələr) tutulmalı, ekspert rəyində əks edilən digər göstəricilərin təkrar nəzərə alınması şübhəsi ilə, habelə qanunvericilik normalarının və işçinin faktiki (gündəlik) fəaliyyətinin təsbit edilməsi ilə bağlı olduğundan mötəbər hesab edilməməli və iddiaçıların bu hissələrdə səhv ekspert rəyi əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirmədiyi nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə üzrə barışığın müzakirəsi zamanı cavabdehin nümayəndəsinin iddia tərəfi ilə məbləğlərdə razılaşmaması və təklif etmiş olduqlarının sübuta yetirilməməsi (mötəbər sübutlar təqdim etməməsi) məhkəmənin mövcud sübutlar əsasında qənaətə gəlməyə maneə kimi və ya iddianın tam rədd edilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, auditorların, o cümlədən cavabdeh tərəfindən müstəqil ekspert rəylərinin ziddiyyətli və məhkəmə işi ilə tanış olmadan tərtib etdikləri rəylərinin mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Qeyd edilən müstəvidə cavabdehin şikayətinə münasibətdə məxsusi olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi artıq iddianın qismən qəbul edilməsini birbaşa ifadə etməsə də, məntiqi cəhətdən onun rədd edilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd edilən cavabdeh tərəfindən gündəlik müavinət adı altında ödənilmiş qanundan və əmək müqavilələrindən irəli gəlməyən artıq məbləğin əmək haqqına (qanunla nəzərdə tutulmuş əlavələrə) nəzərə alınmaması dəlilinə dair qeyd edilməlidir ki, cavabdeh özü bunun hesablanması mümkünlüyünü istisna edərək həmin məbləğlərin cavabdeh tərəfindən iddiaçılara əmək haqqı hesablamasının mürəkkəbliyi nəzərə alınaraq mümkün risklərdən sığortlanmaq məqsədi ilə verildiyini və işçilərin sosial rifahının yüksəldilməsinə yönəldiyini bildirmişdir. Məlum olduğu kimi, işçinin sosial təminatı onun hüquqlarını əhatə etsə də, qanunla müəyyən edilmiş əmək haqqı və ona əlavələrə aidiyyəti yoxdur. Cavabdeh tərəfindən onun cavabdeh olduğu digər iş üzrə məhkəmə qərarları hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir və başqa iddiaçılara münasibətdə iddianın sübuta yetirilməməsi hazırki işə aid sübutların mötəbərliyini müəyyən edən meyar kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 101-109, 113-116, 135, 136, 143, 144, 154, 164, 172, 195, 287, 292, 294, 296-cı maddələrinə, habelə MPM-in 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217, 220.5, 385-390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat İddiaçılar (vəkil vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi və iddianın təmin edilməyən hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh (vəkil vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qərarı ilə iddiaçılar iddiaçı1, iddiaçı2, İskəndərli Rauf Baloğlan oğlu, iddiaçı3 İsrafil oğlu, iddiaçı5, İbrahimov Elvin Tofiq oğlu, iddiaçı7 və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Əvvəla işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə baxmayaraq, iddiaçılar qətnamədən ümumiyyətlə apellyasiya şikayəti verməmişlər. Cavabeh isə apellyasiya şikayəti verərək qətnaməni yalnız iddianın təmin olunan hissəsində mübahisələndirib. Apellyasiya instansiyası məhkəməsi isə qətnamənin təsviri hissəsində onun əsaslılığını mübahisələndirilən hissədə yoxladığnı qeyd etsə də, nəticə hissəsində qətnaməni bütövlükdə ləğv edib, iddianın qismən təmin olunması barədə iş üzrə yeni qətnamə çıxarmaqla ziddiyyətli nəticəyə gəlib və bununla da MPM-in 372.6-cı maddəsinin tələblərini pozub. Halbuki, sözügedən normanın tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən hazırkı mübahisənin predmeti bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən yalnız iddianın təmin olunan hissəsində yoxlamalı idi. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi MPM-in 220.4 və 392.1.5-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə sübutları, maddi və prosessual hüquq normalarını bir-bir sadalamaqla öz vəzifəsini bitmiş hesab etmiş və işin müəyyən edilən hallarını, işin halları barədə əsaslandığı sübutları, habelə cavabdehin nümayəndəsinin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri, başqa sözlə hazırkı nəticəyə gəlməsi barədə motivləri, rəhbər tutduğu qanunları qətnamənin əsaslandırıcı hissəsində göstərməyib və işə əlavə edilmiş çoxsaylı sübutları, o cümlədən ekspert və auditor rəylərini digər sübutlarla yanaşı yoxlayıb, qiymətləndirməyib, bütövlükdə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməyib. Halbuki, MPM-in 88-ci maddəsinin mənasına görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qeymət verməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci tarixli, ** saylı Qərarının 6.2 və 6.3-cü bəndlərində də ifadə olunub və həmin bəndlərdə göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunililik və əsaslılıq baxımından da MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə cavab vermir. Halbuki, sözügedən normaların mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mahiyyətinə gəlincə isə işdən görünür ki, 2018-ci il dekabr ayında cavabdehlə üçüncü şəxs arasında əməkdaşlıq müqaviləsi bağlanıb və həmin müqavilənin şərtlərinə görə, cavabdeh əmək müqavilələrinə əsasən onun işçiləri sayılan iddiaçıları həkim kimi üçüncü şəxsə aid gəmilərdə tibbi xidməti həyata keçirmək üçün təhkim edib. İddiaçıların əmək haqqı cavabdehin qaimə-faktura sənədlərinə əsasən üçüncü şəxs tərəfindən ödənilb. 2021-ci ilin iyul-avqust aylarında isə tərəflər arasında bağlanmış əmək müqavilələrinə “müddətin bitməsi” əsasına görə xitam verilib. Hazırda iddiaçılar, həkimlər üçün həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtının müəyyən olunduğunu, lakin cavabdehin onlara 40 saatlıq istehsalat təqvimi tətbiq etdiyini, nəticədə ödəmələrin, son haqq-hesabın səhv hesablandığını, onların vəzifə tarif maaşına artım əmsalının artıq saatlara görə düzgün hesablanmadığını; onlara istirahət, bayram günləri görülən işə görə əmək haqqının gündəlik tarif maaşının iki misli miqdarında ödənilmədiyini; əlavə məzuniyyətlərin tam verilmədiyini; əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmsalların düzgün tətbiq olunmadığını, onlara qarşı ayrıseçkiləyə yol verildiyini; zərərlilik səviyyəsinə görə onlara ödənilən əmək haqqına əmsalların tətbiq olunmadığını; əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün onlara əmək haqqının azı 1 faizi məbləğində ödəncin verilməli olduğunu; cavabdehin qanuna zidd hərəkəti və hərəkətsizliyi nəticəsində onlara mənəvi zərər dəydiyini iddia etmişlər. Tərəflər arasındakı hazırkı mübahisə ## ###### 2018-ci ildən ## ###### 2021-ci il tarixədək olan dövrü əhatə etməklə iddianın qiyməti 2.093.054,44 manat təşkil edir və iddiaçılar hazırkı iddia tələbləri ilə məhkəməyə ## ###### 2021-ci il tarixdə müraciət etmişlər. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə verərək, iddiaçıların ## ###### 2018-ci ildən ## ###### 2021-ci il tarixədək ödənilməmiş əmək haqqına əlavələri və digər ödəncləri tələb etdiklərini və hüquqlarının pozulduğunu aşkar etdikləri gündən etibarən onların 1 il ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürdüklərini göstərib, iddiaya etiraz etmişdir. Əvvəla işə əlavə edilmiş çoxsaylı sübutlardan, o cümlədən Müstəqil Auditorların ## ######## 2022-ci il; ## ####### 2023-ci il tarixli auditor rəylərindən; habelə “Müstəqil Ekspertiza Mərkəzi”nin ## ##### 2024-cü il tarixli mütəxəssis rəyindən və sair sənədlərdən görünür ki, ## ###### 2018ci ildən ## ###### 2021-ci il tarixədək olan dövr ərzində üçüncü şəxsə tibbi xidmət göstərmiş iddiaçılara əmək haqqının, əlavələrin hesablanması və ödənilməsi zamanı əmək qanunverciliyinə və digər qanunvericilik aktlarına əməl olunması vəziyyəti yoxlanılıb və müəyyən edilib ki, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə, habelə Əmək Məcəlləsinin 96, 164, 165-ci maddələrinin tələblərinə və AR Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli, *** nömrəli qərarına əsasən, iddia edilən dövrə cavabdeh tərəfindən iddiaçılara əmək haqqı və digər ödənişlər onlar arasında bağlanmış əmək müqavilələrinə əsasən, iş vaxtının cəmlənmiş uçotu 4 aylıq dövrü əhatə etməsi nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçılara artıq ödənilən əmək haqqının məbləği 163.449,93 manat təşkil edir. Belə ki, cavabdeh tərəfindən iddiaçılar iddiaçı3 4.056,89 manat; iddiaçı2 2391,69 manat; Elvin İbrahimova 1.996,25 manat; iddiaçı5 3.135,38 manat; iddiaçı1 3.995,35 manat; Rauf İsgəndərliyə 715,84 manat artıq, iddiaçı7 isə 1.098,17 manat az ödəniş edilib. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçı iddiaçı7 sözügedən dövr ərzində əlavə müavinət kimi 43.781,42 manat, pandemiya ilə əlaqədar olaraq 5.351,47 manat ödəniş edilmişdir ki, qeyd olunan öhdəlikdən kənar 49.132,89 manat vəsaitin ödənilməsi nəzərə alındıqda, cavabdehin ona ödənilməmiş borcu yoxdur. Apellyasiya instansiyası məhkəməsi, yalnız Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024cü il tarixli ekspert rəyini qismən mötəbər sübut kimi qəbul edərkən, həmin rəyi işə əlavə edilmiş digər sübutlarla, o cümlədən sözügedən auditorların rəyləri, hesabatları, habelə digər ekspertlərin rəyləri ilə yanaşı yoxlayıb qiymətləndirmədən, həmin rəylərlə, hesabatlarla nəyə görə razılaşmadığını qətnamədə əsaslandırmadan, eyni məsələyə dair auditorların verdikləri rəylərlə, hesabatlarla, ekspertlərin rəyləri arasındakı açıq-aşkar ziddiyyətlərə tam, hərtərəfli aydınlıq gətirmədən, sözügedən ekspert rəyinə istinad edib həftəlik normanı 36 saat qəbul etməklə, aylar üzrə hesablamada yaranmış fərqi 2020-ci ilin oktyabr ayından əmək münasibətinə xitam verildiyi günədək (1 illik iddia müddəti ərzində) hesablama aparmaqla, iddianı qismən təmin edib cavabdehdən iddiaçılar iddiaçı1 xeyrinə 72.536,82 manat; iddiaçı2 xeyrinə 57.822 manat; Rauf İskəndərlinin xeyrinə 77.484,81 manat; iddiaçı3 xeyrinə 57.233,01 manat; iddiaçı7 xeyrinə 46.629 manat; Elvin İbrahimovun xeyrinə 84.598,01 manat; iddiaçı5 xeyrinə 45.257,52 manat tutmaqla, əslində xüsusi bilik tələb edən suallara özü aydınlıq gətirib. Azərbaycan Respublikası MPM-in 97.1, 102.1.1 və 102.2-ci maddələrinin mənasına görə məhkəmə, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza təyin edə bilər. Eyni zamanda işə baxan məhkəmə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza; əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda və ya bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza keçirə bilər. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə müvafiq ekspertiza təyin oluna bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamədə iddianı qismən 2020-ci ilin oktyabr ayından tərəflər arasında olan əmək münasibətlərinə xitam verildiyi günədək (1 illik iddia müddəti ərzində) təmin etdiyini qeyd etsə də, hazırkı iddia tələbləri ilə əlaqədar yaranmış əmək mübahisəsinin həlli üçün iddiaçıların hüquqlarının pozulduğunu nə vaxtdan aşkar etdiklərini aydınlaşdırmayıb və hesablama üzrə yaranmış fərqi nəyə görə 2020-ci ilin oktyabr ayından hesablamasını və həmin məbləğləri hansı qaydada müəyyən etməsini qətnamədə göstərməyib. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Daha sonra, işdən görünür ki, hazırkı işdə iştirak edən şəxslər üçün bilavasitə preyudisial əhəmiyyət daşımasa da, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə X6 və digərlərinin “xxxx” ASC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi; işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi; əmək haqqının düzgün hesablanmaması nəticəsində qalıq borcunun tutulması” barədə iddiası rədd edilib. Yəni, eyni cavabdehə qarşı, eyni tələb və eyni hallar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Belə ki, həmin iş üzrə iki iddiaçı da hazırkı iş üzrə yeddi iddiaçı ilə birlikdə “xxxx” ASC-də eyni dövrdə həkim vəzifəsində işləmişlər və onların “xxxx” ASC-nə qarşı eyni tələblər və eyni hallar üzrə iddiaları artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rədd edilib. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların, hazırkı işə maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmaması baxımından əhəmiyyətli olubolmadığını lazımi qaydada araşdırmayıb. Halbuki, MPM-in 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, ** saylı Qərarında da ifadə olunub. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi (vəkili) vəkil3 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, apellyasiya şikayətini müdafiə edir, Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq bildirir ki, elektron sistemə yüklənmiş sənədlər apellyasiya məhkəməsi tərəfindən müzakirəyə çıxarılmadığından onlar sənədləri yenidən yükləməli olmuşlar. Eyni cavabdehə qarşı eyni işə görə iki nəfərlə bağlı Ali Məhkəməyə qədər getmiş iş var, hal-hazırda da Ai Məhkəmənin qərarı qüvvədədir. Hesab edir ki, həmin qərar bu iş üzrə məhkəmə prosesində nəzərə alınmalı idi. Apellyasiya məhkəməsi tərəfindən baxmayaraq ki, iş sərbəst auditorlar palatasına rəy verilməsi üçün göndərilmişdi, yenə də, məhkəmə öz qərarında həmin rəyə yox, Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad etmişdir. Məhkəmə burda da yanlışlığa yol vermişdir ki, hesablamanı özü apararaq qarşı tərəfin avqust ayından işdən çıxmasını nəzərə almadan işdən çıxma vaxtını oktyabr ayından hesablamışdır. Şəxslər əmək haqlarını kartlar vasitəsilə alır və heç bir işçi stabil əmək haqqı almır, hər ayın əmək haqqı fərqli olur, bu da ondan irəli gəlir ki, əmək haqqına əlavələr, iş saatının dəyişməsi kimi amillər mövcuddur. Bundan başqa, məhkəmə özü müstəqil hesablama apararkən burda da yanlışlığa yol vermişdir ki, əmək haqqı ilə vəzifə tarif maaşını düzgün fərqləndirməmişdir və əmək haqqı əsasında hesablamalarını aparmışdır. Lakin, əmək haqqına vəzifə maaş tarifi və digər əlavələr daxildir. X19 və Hesablama Palatası bunu fərqləndirib göstərsə də, təəssüflər olsun ki, məhkəmə bunu nəzərə almamışdır. Əvəzində isə mötəbər sübut Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad edərək özü hesablama aparmışdır. Qeyd edir ki, eyni predmetli oxşar işlə bağlı artıq Ali Məhkəmənin qərarı mövcuddur. Hesab edirik ki, həmin qərar vahid məhkəmə təcrübəsi baxımından nəzərə alınmalıdır və apellyasiya məhkəməsinin iş üzrə başqa rəylər olmasına baxmayaraq bir rəyə istinad etməsi qanunsuzdur. Məhkəmə hətta hesab edərsə ki, hesablamalarda pozuntular var, iddia müddəti tətbiq etməlidir. Audit rəyindən görünür ki, müəyyən dövrlərdə məbləğlərin artıq ödənilməsi kimi hallar da var. Məhkəmə pozuntu olduğunu hesab edirsə, iddia müddətini tətbiq etməlidir və bu halda son haqq-hesab olan vaxtdan həmin müddət hesablanmalıdır, yəni işçinin işdən çıxma anından, bu da avqust ayına təsadüf edir, oktyabr ayı işdən çıxma anı kimi hesablanmamalıdır. İddiaçılar aldıqları fiks maaşı bilirlər. Təxmini olaraq müəyyən edə bilər ki, bu ay keçən aydan 30- 31 gün çox işləmişlər, buna görə də, bu ay maaş 2000-3000 manat çox gəlməlidir. İddiaçılar yaxşı bilirlər ki, onların əmək haqları xüsusi qaydada hesablanır. Əhər əmək haqları əskik olsaydı onlar çoxdan məhkəməyə müraciət edərdilər. Əgər işçilərin həmin vaxtlarda işdənçıxma əmri verilməmişdirsə, həmin vaxtdan hesablana bilməz. Onun bildiyinə görə qeyd olunan dövrlərdə işçilər işdən çıxdıqlarını bildirmirlər, yalnız əlavə məzuniyyətə görə kompensasiya istədiklərini bildirirlər. İşçilərə əsas məzuniyyətə görə kompensasiya verilmişdir. Hətta iş Ali Məhkəmədə olarkən o, bildirmişdir ki, Əmək Məcəlləsində əlavə məzuniyyətə görə kompensasiya nəzərdə tutulmayıb, yalnız əsas məzuniyyətə görə kompensasiya nəzərdə tutulub. Əmək haqları 4 aylıq cəmlənmiş uçotla verildiyindən əlavələrdə gecikmələr olub. Lakin, əmək haqları vaxtlı-vaxtında ödənilib və sadəcə əmək haqlarına əlavələr 4 aylıq cəmlənmiş uçotla hesablanaraq verilmişdir. Ona görə də, burada əmək haqlarının gecikdirilməsindən söhbət gedə bilməz. Bu iş üzrə təqdim etdikləri qətnamələr hesab etdik ki, Ali Məhkəmənin qüvvədə olan qərarıdır, vahid məhkəmə təcrübəsini müəyyən edir, cavabdeh eynidir, işin halları oxşardır, orda da ekspertizalar keçirilmiş, audit rəyləri alınmışdır. Ona görə də, düşünür ki, həmin qərar preyudisial əhəmiyyət kəsb edir. Sonuncu ekspert rəy verərkən bir neçə halda təhriflərə yol vermişdir. Birinci təhrif ondan ibarətdir ki, ekspert tarif vəzifə maaşına əmək haqqı hesablanmasında yanlışlığa yol vermiş, tarif vəzifə maaşı və əmək haqqı nədən ibarətdir anlayışına hüquqi yanaşma baxımında səhv etmişdir. İddiaçıların müqavilələri var, Əmək Məcəlləsinə istinad edib müyəən etmək olar ki, ekspert rəyi nəyə görə səhv verilib. Əmək haqqı sisteminə daxil olanda əmək haqqı məbləğindən əlavə tarif vəzifə maaşı, əlavə ödənclər, mükafatlar və s. müəyyən olunur. Lakin ekspert əmək haqqı ilə tarif vəzifə anlaşını qarışdırmış. Tarif vəzifə maaşını əmək haqqı kimi qiymətləndirmişdir. Əmək Məcəlləsində də göstərilir ki, bütün əlavələr tarif vəzifə maaşına edilir, əmək haqqı məbləğinə edilmir. Tarif vəzifə maaşı əmək haqqı məbləğinin əsas hissəsidir. Lakin eskpert tərəfindən hesablamalar tarif vəzifə maaşına uyğun yox, əmək haqqı məbləğinə uyğun aparılmışdır. Bunu ikiqat artımlarda da müşahidə etmək mümkündür. Rəydə göstərilən və onları qane etməyən məsələlərdən biri də iş materiallarında ekspertə təqdim olunmuş məktub var, hansı ki, sorğu əsasında verilmiş cavab məktubudur, ekspert ona istinad etməklə qeyd edir ki, məktubda qeyd edilənlər başqa bir sahə üçün aid olan məsələdir, halbuki, məktubun özündə birbaşa göstərilir ki, səhiyyə bölməsinin 176-cı hissəsində iş ili ərzində çaparaq saatları sayından asılı olaraq həkim, feldşer və tibb bacılarına əlavə məzuniyyətlərin verilməsi günləri nəzərdə tutulur. Məktubda bildirilir ki, dəqiqləşməyə əsasən bu hissədə göstərilən saatlar tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Amma ekspert bu məktuba münasibətdə bildirir ki, bu məsələ tibb işçilərinə yox, başqa bir sahəyə aiddir. Yəni məktubda qeyd olunan cavabı faktiki olaraq ekspert yanlış yönləndirib. Digər bir məsələ də odur ki, Əmək Məcəlləsində əlavə məzuniyyətə görə ödənc nəzərdə tutulmamışdır. Əlavə məzuniyyətlər varsa onun başqa vaxta keçirilməsi mümkündür, əvəzləşdirilə bilər, amma kompensasiya nəzərdə tutulmur. Ekspert rəyində kompensasiya verilməsi bağlı hesablamaların aparılması da görülür. Bundan başqa # ##### 2023-cü il tarixli sorğuya cavab məktubu var, qarşı tərəfin verdiyi sorğudur, həmin cavabın ikinci abzasının axrıncı sətrində qeyd olunur ki, qeyd edilən tələblərə əsasən ağır və zərərli iş səviyyəsindən və Xəzər dənizində yerləşən obyektlərdə sahillə əlaqə şəraitindən asılı olaraq müəyyən edilən artım - əmsal işçilərin tarif maaşına tətbiq edilir. Yəni, zərurət olsaydı deyərdilər ki, işçilərin əmək haqqı məbləğinə əlavə edilir. Bundan başqa ekspert əlavə ödənc anlayışına da aydınlıq gətirməyib. Əlavə ödənc deyəndə bəzi hüquq-mühafizə orqanı sahələri var ki, staja görə, dərəcəyə görə işçilərə əlavələr ödəyir. Bunlar hamısı birlikdə əmək haqqı məbləğini formalaşdırır. Bunlar tarif maaşına aid deyildir. Eyni vəzifədə oturan işçilər var ki, biri 2.000 manat, digəri 3.500 manat alır, bunlar rütbəsinə, stajına görə belə formalaşır. Amma ekspert rəyndən görünür ki, ikiqat hesablama əmək haqqı məbləğindən vurulmuşdur. Yəni, 1.04, 1.75 əmsallarına üzərinə gəlib, sonra vurmuşdur. Ekspert vəzifə tarif maaşına uyğun ikiqat hesablamalarını aparmalı idi. Bunu da saatlara bölüb, bir saatı tapıb, neçə saat əlavə iş görülübsə onun ikiqatına vurmalıdır. Digər bir məsələ isə odur ki, ekspert həm 1.04, həm də 1.75 əmsalını tətbiq etmişdir. Müqavilədə ən yüksəl əmsal – 1.75 əmsalı nəzərdə tutulmuşdur. Ekspert göstərir ki, zərərliliklə bağlı olaraq 1.04 əmsalı tətbiq edilməlidir, zərərliliklə bağlı attestasiya keçirilməlidir. Ancaq attestasiya keçirilməyib, bununla bağlı qərarlar yoxdur, ekspert isə 1.04 əmsalını tətbiq edib. Burada da hesab edir ki, ekspert yanlışlığa yol verib. Onsuz müqavildə ən yüksək əmsal tətbiq olunmuşdur. Buna görə də yenə də attestasiya keçirilməli olmasını nəzərə almayb, fikirləşib ki, ən yüksək əmsal verilib. Faktiki olaraq iddiaçılar iş vaxtında olduğu dövrdə də, ondan kənarda da yəni, dənizdə, quruda olmalarından asılı olmayaraq 1.75 əmsalı bütün dövr üzrə tətbiq olunub. Bununla yanaşı olaraq yenidən 1.04 əmsalının da tətbiq edilməsi əlavə ödəni edilməsinə gətirib çıxarır. Rəydə eyni zamanda aralarında məktub, yazışma, müqavilə var deyə qeyd edib, əmək qanunvericiliyi deyir ki, işçi ilə işəgötürən arasındakı əmək münasibətləri əmək müqaviləsi və ya Əmək Məcəlləsi tənzimlənir. Yəni hansısa konkret sənədə istinad etmir ki, filan tarixli, nömrəli sənədə əsasən razılaşdırılıb ki, 20 faiz əlavə ödənilməlidir, pandemiyaya görə filan məbləğ ödənilməlidir. Ümumi olaraq yazıb ki, “X26 B.V” Şirkətinin ödədiyi əlavə pullara dair müqaviləyə uyğun olaraq ya da müqavilədənkənar olaraq yazışmalar var. Hansı yazışmadır? Ekspert birinə istinad etmir ki, hansı tarixdən tətbiq edilməlidir, hansı yazışmadan söhbət gedir? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə verilmiş sorğulara daxil olan cavab məktublarını konkret olaraq göstərərək istinad edib, amma digər məsələlərlə bağlı konkretlik yoxdur. O, rəyi vermiş ekspertin məhkəmə iclasına dəvət olunmasını xahiş edir. Digər bir məsələ isə odur ki, 36 saatla bağlı göstərir ki, nəzərdə tutsaydıq ki, 4 ay olmasa hesablama qaydası belədir, bunu hansı kriteriyaya görə hesablayıb? Aya görə hesabalayıb, ilə görə hesablayıb? Cəmlənmiş uçot həmin il üçündür ya növbəti ildən başlayır buna da aydınlıq gətirilməyib. Dekabr ayında məsələn iddiaçı1lə bağlı 33.000 manat, yanvar ayında 31.000 manat ödəniş aparılıbsa bu hansı kriteriyaya görə aparılıb? Ancaq bu iş üzrə cəmlənmiş uçot illik deyil, rüblük götürülür. Cəmlənmiş uçot üzrə növbəti 4 ay yanvardan başlayacaq, yanvar-fevral-martaprel aylarını əhatə edəcək. Bu məsələyə ekspert rəyində qiymət verilmir və göstərilmir. Hesablamalarda göstərir ki, dekabrda bu qədər ödənilib, yanvarda bu qədər ödənilməlidir. O, ekspertizanın keçirilməsində iştirak etmiş, iradlarını ekspertə də bildirmişdir. “xxxx” ASC-nin direktoru Oqtay müəllim vəfat edib. Hal-hazırda mərkəzin bir çox hissəsi “Paşa Holding”dədir. Yeni rəhbərlik gəlib, yoxlamalar gedir. Ona görə də konkret bu məsələ ilə bağlı mövqe bildirilməyib. Həmin proseslər, təhvil-təslimlər yekunlaşsaydı fikir bildirmək olardı. Yəqin ki, bir aya kimi bu məsələ yekunlaşar. Əvvəlki bu işlərlə məşğul olan şəxs Əflatun müəllim idi, o bilirdi, indi Əflatun müəllim o sahə ilə bağlı işini yekunlaşdırıb, ona digər işlər tapşırılıb. Onlar ekspertizadan çıxanda Pərviz müəllimə məsələni sülh yolu ilə həll edilməsinə razı olmalarını demişlər. Pərviz onların da müəyyən kompromislərə getməyə razı olduqlarını demişdir. Onların fikrincə ekspertin məhkəmə iclasında iştirakı zəruridir. Çünki iş materiallarında bir-birinə zidd olan audit rəyləri vardır. Həm əvvəlki hesablamalar var, həm də ekspert rəy var ki, bir-birinə ziddiyyətlidir. Hesab edir ki, daha əvvəl audit dinlənildiyi kimi ekspert də çağırılıb dinlənilməlidir, suallara konkret cavab verməlidir. Əmək şəraiti ağır olan iş yerlərində 1.04 əmsalının tətbiqi yalnız attestasiya ilə bağlı olur, yəni iş yeri attestasiya olunur və müəyyən edilir ki, bu iş yeri zərərlidir, bundan sonra 1.04 əmsalı tətbiq edilir. Müqavilədə isə ən yüksək hədd nəzərdə tutulub, ən yüksək hədd 1.75 əmsalıdır, “xxxx” ASC də 1.75 əmsalını tətbiq edib. 1.04 əmsalı ilə bağlı “X26 B.V” Şirkəti yazıb ki, bizdə iş yeri attestasiya olunmayıb, attestasiyanı da ona görə lüzum bilməmişlər ki, onlarda bizdə ən yüksək əmsal – 1.75 əmsalı tətbiq edilib. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsəsən bəzi hissələri əmək haqqı məbləğlərinə, bəziləri isə vəzifə tarif maaşına tətbiq edilir. Həmin qərarın 3-cü bəndi Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin, 5-ci bəndi isə Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqının tənzimlənməsi qaydalarını müəyyən edir. Onların istinad etdikləri sahələr zərərlilik və attestasiya ilə bağlı olan hissələr həmin qərarda yalnız tarif vəzifə maaşına tətbiq olunmanı nəzərdə tutur. Tarif vəzifə maaşı ilə əmək haqqının fərqi odur ki, tarif vəzifə maaşı stabildir və əmək müqaviləsində göstərilmiş cross maaşdır. Vəzifə tarif maaşına əlavələr, mükafatlar ümumi əmək haqqı məbləğini formalaşdırır. Çox təəssüf ki, ekspertlər də hesablama apararkən vəzifə tarif maaşına yox əmək haqqı məbləğinə hesablayıblar. 1.04 əmsalı tətbiq edilsə belə və ondan sonra 1.75 əmsalı tətbiq ediləndə yenə tarif vəzifə maaşına tətbiq edilməli idi. Bundan sonra üstünə hesablama aparılması düzgün deyildir. Bu yanaşma səhv olduğuna görə onlar “xxxx” ASC tərəfindən aparılan hesablamaların düzgün aparılması, ekspertizanın gəldiyi nəticə isə işin faktiki hallarına düzgün gəlmir. Ekspertin verdiyi rəydən görünür ki, audit Aftandil Əliyevin verdiyi rəylə birəbirdir. Çünki iddiaçı iddiaçı1 əvvəlcədən hazırladığı – beynində qurduğu hesablama təxəyyülünə uyğun rəqəmlər verilib. O, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində olarkən də attestasiya ilə bağlı nəticələri, əmək haqqı məbləğini və vəzifə tarif maaşını yanaşı qoyulduqda fərqin görüləcəyini bildirmişdir. 4 aylıq uçotdur, 4 ay ərzində işçilərə əmək haqqı məbləğləri hesablanıb, həkimlər əslində 6 gün gündə 6 saatdan işləyirdilər. Burada razılaşdırılmışdı ki, gündə 12 saat işləyəcəklər. Çünki müddət pozulmaması üçün 30 gün işləyib, 30 gün də istirahət edəcəklər. 4 ayın tamamında əlavə işlərə görə ikiqat maaş nəzərdə tutulub ki, o da ödənilib. Çox təəssüf ki, ekspert hesablamalar zamanı bu halları nəzərə almayıb. Onun vəsatəti ilə bağlı ekspertin iki dəfə məhkəmə iclasına gəlməsi ona məlumdur. O, bu suallarını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində olarkən də ekspertə vermiş, ekspert cavablandıra bilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, “xxxx” ASC-nin kadrlar şöbəsində hüquq məsləhətçisi işləyir, vəkilin izahatını təsdiq edir. İş birinci instansiya məhkəməsində olarkən o, iş üzrə rəy vermiş ekspertə sual verərək 1.04 əmsalı, 1.75 əmsalı ilə bağlı suallar vermiş sualın cavabını ekspert verə bilməmişdir. İşçilərin evdə olduğu 30 günlük müddət üçün 1.75 dəniz əmsalı hesablanıb. Tamamilə səhvlərdən ibarət olan ekspert rəyi əsasında qərar çıxarılıb. Tarif vəzifə maaşı 2.000 manat, 2.100 manat olan adamın əlavələr gəldikdən sonra maaşı 8.000-10.000 manat olur. Maaş 8.000-10.000 manat olduqdan sonra üstünə əmsallar gəlir. Təbii ki, bu halda da gəlib şişmiş bir məbləğ ortaya çıxır. Bundan başqa 1.04 əmsalının necə hesablanmasına dair heç kim izahat verə bilmədi. Səhv hesablamanın da səhv məntiqi olur, tamamilə məntiqsiz rəqəmlər yazılıb. ## #### 2021-ci ildə iddiaçılar əmək haqqı məbləğlərinin düzgün hesablanmaması ilə bağlı onlara müraciət etmiş, onlar hesablamanın “X26 B.V” Şirkəti tərəfindən aparıldığı üçün onlara müraciət etdikdən sonra cavab verəcəklərini bildirmişlər. Əslində faktiki işə götürən “X26 B.V” Şirkəti olub. Həkimlik fəaliyyəti lisenziyalı fəaliyyət olduğundan onlar işə götürüb, ora göndərmişlər. Hər ay ödəniləcək məbləği “X26 B.V” Şirkəti onlara hesablayıb göndərmişdir. İddiaçılar məlumatlarının olmadığını bildirsələr də, bu doğru deyildir, çünki hər ayın sonunda onlar əmək haqqının hesablama cədvəlini həkimlərin özünə göndərmişlər. İddiaçılar isə “X26 B.V” Şirkəti ilə “xxxx” ASC arasındakı müqaviləyə xitam verildikdən sonra müraciət edərək hüquqlarının pozulmasını bildirmişlər. Əgər haqqları pozulurdusa niyə vaxtında bu məsələni qaldırmırdılar. Onlar “X26 B.V” Şirkətinə müraciət etmiş, o da hesablamasının düzgün olduğunu bildirmişdir. Bu barədə iddiaçılara yazılı cavab verməmişlər. Çünki onlar hər gün gəlib gedirdilər deyə onlara şifahi olaraq deyilmişdir. İddiaçılar kənar adam deyildilər, o, şəxsən özü iddiaçıları yığıb demişdir ki, məsələ bu yerdədir. «Siz müraciət etdiniz, biz də “X26 B.V” Şirkətinə müraciət etdik. “X26 B.V” Şirkəti dedi ki, hesablamalara baxıb və hər ay hər bir işçiyə 2.000-3.000 manat arası əlavə müavinət vermişdir.» Onlar dəfələrlə aparılan hesablamalar zamanı əlavə ödənilmiş müavinətlərin çıxılmasını demişlər. Əlavə müavinət nə qanunun tələbindən irəli gəlir, nə də müqavilədə yoxdur. Əlavə müavinəti mümkün riskləri qarşılamaq üçün verilmişdir. O müavinətlər də elə bu riskləri qarşılayır. Əvvəlki məhkəmə iclaslarına ola bilsin ki, müəyyən səbəblər olub deyə onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclaslarına gəlməmələrinin səbəbini indi xatırlamır. Vəkilin olmasını kifayət hesab edib məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının əvvəli iclaslarında iddiaçı iddiaçı1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, onlar iyul ayında əmək müqavilələrinin müddətinin başa çatmasına az qalmış əsas və məzuniyyətlərinin bir yerdə verilməsini istəmişlər. İşdən çıxarkən əsas və əlavə məzuniyyət bir yerdə istənilirsə verilməlidir. Haqq-hesab olan gün onlar ərizələrini yazmışlar, lakin onların müəyyən olunan pulları verilməmişdir. Mart ayından iyul ayına qədər onlar vəkilləri ilə məsləhətləşmişlər. Onlar kompensasiya istəməmişlər, əsas və əlavə məzuniyyəti birlikdə istəmişlər. Onları əvəz edən işçi olmadığından onlar məzuniyyətə buraxılmamışlar. Cavabdeh tərəfin qeyd etdiyi qətnamələr onlardan iki nəfər həkimin eyni cavabdehə qarşı iddiaları olmuşdur. Lakin həmin işlər bu işlərdən tamamilə fərqli idi. Onlardan biri pul tələbi idi, digəri isə işə bərpa tələbi olmuşdur. Onlardan heç biri orda tərəf qismində iştirak etməmişlər. İş üzrə verilən ekspert rəyi ilə onlar razıdırlar, lakin audit rəyinə gəldikdə eyni auditor tərəfindən verilmiş iki ayrıayrı rəy var idi, ikisi də bir-birindən fərqlənirdi. Onlar bu halı məhkəmədə sübut etmişlər. Bütün bunlar məhkəmə iclaslarında yaşanmışdır. İş ikinci instansiya məhkəməsində olarkən rəy verilməsi üçün birbaşa auditora göndərilmişdir. Bu səfər verilən rəy də baxdıq ki, əvvəlkinin oxşarıdır, sadəcə adlar fərqli yazılıb. Bundan sonra onlar özləri Auditorlar Palatasına müraciət etmişlər. Yeni aldıqları audit rəyi isə ekspert rəyinə oxşar idi və əvvəlki rəylərdən fərqli idi. Hakim bu rəylə tanış olduqdan sora mövqeyi ondan ibarət oldu ki, yenidən ekspertizaya göndərsin. Məhkəmə qətnaməsində də açıq-aydın yazılır ki, məhz nəyə görə audit rəyi mötəbər hesab edilmir. Çünki məhkəmə iclasında sorğu-sual zamanı məlum oldu ki, Vidadi müəllimin rəyi Səməd müəllimin verdiy rəy əsasında yazılıb, işdən məlumatlı deyil, özü müstəqil hesablama aparmadan həmin rəyə baxıb rəy yazıb. Mülki iş ekspertizada olduğu müddətdə mübahisənin razılaşma yolu ilə həll edilməsi barədə cavabdehlə heç bir danışıqları olmamış, iş ilk dəfə apellyasiya məhkəməsinin icraatında olarkən cavabdeh onlara danışığa gəlmələrini təklif etmiş, müdiriyyət isə onlara bu barədə məlumatının olmadığını demişdir. Onlar məhkəmə iclasında qanun pozuntularına yol verilməsini təsdiq etmişlər. Lakin sonradan inkar etmişlər, məhkəmə iclasının qeydə alınması barədə yazı da itdi. Cavabdeh həmin vaxt onlara ekspert rəyində göstərilən məbləğin 10% və ya 15%-ni təklif etmişdi. Onlar isə qarşılıqlı təklif olaraq 50%-ni təklif etmişlər. Lakin razılıq əldə olunmamışdır. Onların adı “xxxx” ASC-də getsə də, əslində onlar “X26 B.V” Şirkəti üçün işləmişlər. İşlədikləri müddət 2021-ci ilin iyulunda yekunlaşmışdır. Mart ayından “X26 B.V” Şirkəti onlara təzyiq etməyə başlamış, korona müddətində onlara çox pul ayırmalarını bildirmişlər. 5 nəfər yerinə 3 nəfər işlədildiyindən artıq saatlar yaranmışdır. Bu artıq saatları ödəyəndə çox məbləğ ödəmişlər. Maaşı aşağı salmaq istədilər, onlar isə maaşı aşağı salmaqdansa şəxsi heyətin sayını artmağı təklif etmişlər. Onda yenə hamı əvvəlki qaydada maaş alacaqdır. Lakin onlara məhəl qoyulmamışdır. Guya qənaət etmək istəmişlər. Bundan sonra onlar “xxxx” ASC-yə müraciət etmiş, vəzifə maaşları onsuzda öz sferalarında onlara bərabər olan işçilərdən az olmuş, niyə bir də ikiqat aşağı salmaq istədiklərini demişlər. Onlara başqa şirkəti təklif etdikdən sonra onlar şübhələnərək mart ayından tanış müsahiblərə müraciət edib cavabdehin indiyə kimi verdikləri maaşın içərisində müəyyən şeyləri qanunvericiliyin tələbləri ilə düzgün etmədiklərini öyrənmişlər. İyulda bu məsələlər dəqiqləşdikdən sonra onlar “xxxx” ASC-nin müdiriyyətinə yazılı şəkildə müraciət etmiş, onlar da araşdırıb yazılı surətdə onlara məlumat verəcəklərini demişlər. Bir ay keçdikdən sonra onlar məzuniyyətə buraxılmışlar. Lakin onlara qanunvericiliyə uyğun tələb etdikləri əlavə məzuniyyət verilməmiş, hesablayıb axırda verəcəkləri demişlər. Onlar işdən çıxdıqdan sonra 1-2 ay gözləmiş, cavabdeh mütəxəssis – auditorla hesablama aparmışlar. Sentyabr ayında onlar iclasa dəvət olunmuş və orada onlara məbləğlər barədə məlumat verilmiş, oktyabr ayında isə “X26 B.V” Şirkətinə qarşı iddia qaldırılmış, iki dəfə iş baxılmamış saxlanılmış, oktyabr ayında heç bir hərəkətin olmadığını görüb mediasiyaya müraciət etmişlər. Artıq bu mübahisə 5 ilə yaxındır davam edir. Qarşı tərəfin vəkili birinci instansiya məhkəməsində olmayıb. Əgər qarşı tərəfin vəkili iş materilları ilə tanış olsa orada bütün yazışmalar, verilən əmrlər, əlavə əməkdaşlıq müqavilələri var. Onların əmək müqaviləsində göstərilməyən hissələr əməkdaşlıq müqaviləsində göstərilib. O da yenə iş materillarında var. İkinci əsas məsələ odur ki, ekspert hesablama zamanı əmək haqqı məbləğini əsas götürüb. Onlar iki dəfə ekspertizaya çağırılmışlar, cavabdehin vəkili də ekspertizanın keçirilməsində iştirak edib. Ekspertə bu iradlarını vəkil bildirmiş, ona sistem üzərində açılıb göstərildi ki, birbaşa əmsallar vəzifə tarif maaşına tətbiq edilib, əmək haqqı məbləğinə tətbiq edilməyib. O, iki dəfə ekspertizada olmuş, eyni bu məsələlər orada da cavabdehin nümayəndəsi tərəfindən bildirildi, ekspert tərəfindən də cavablandırıldı. Onlar bu məsələni birinci apellyasiya baxışında da demişlər, iş birinci instansiya məhkəməsinin icraatında olarkən Səməd müəllim adlı auditor var idi. O iki rəy gətirib ortaya çıxardı. Ona görə də, bririnci instansiya məhkəməsi onu sübut kimi qəbul etmədi. Onlar vəsatət verib həmin auditin işə cəlb edilməsini xahiş etmişlər. Necə olur ki, altı ay əvvəl bir rəy verir, altı ay sonra isə başqa rəy verir. Onlardan başqa daha iki nəfər də onlar kimi cavabdehə qarşı məhkəmədə iddia qaldırmışlar. Ordakı mübahisə əmək haqqı məbləğinin hesablanmasından fərqli olaraq ixtisarla bağlı olmuşdur. Onlar istədikləri ödənc məbləğinin faktiki olaraq artıq yarısını almışdılar. Məhkəmədə artıq işə bərpa məsələsi qalmışdı, işə baxılarkən ortaya çıxmışdı ki, onlar da əmək haqqı məbləğinə görə iddia qaldırıblar. Onların tələbi əmək qanunvericiliyinin pozulması ilə gedən və əmək haqqı məbləğinin hesablamalarında olan səhvə görədir. Birinci instansiya məhkəməsində həmin audit hesablaması onlarada təqdim olundu. Onlar işdən çıxarılmamışdan əvvəl audit onlara pul hesablamışdı. Belə ki, onlar iyulda işdən çıxmış, iyulun axırı şirkətə son haqq hesabla bağlı müraciət etmişlər, hansı ki, onlar müraciət edəndə əmsal məsələsini heç bilməmişlər, bunların çoxu məhkəmədə ortaya çıxmışdrı. Onlar müraciət edəndə pullarının bir hissəsinin verilmədiyini bilirdilər. Cavabdeh tərəf audit tutacağını deyib Səməd müəllimi cəlb etmişlər. Səməd müəllim onları da dəvət etmiş, araşdırmış və xeyli pul hesablayıb 3 aydan sonra rəyini “xxxx” ASCyə verdi. “xxxx” ASC də onları yığdı, kimə nə qədər pul düşəcək elan etdi, onlarda oturub gözlədilər. Ona görə də məhkəməyə müraciət etmədilər. Onlar “xxxx” ASC-yə hesablamanın aparılması barədə ərizə ilə müraciət etmişlər. Həmin ərizələrin üstü yazılıb ki, araşdırıb onlar bu barədə məlumat veriləcək. Hətta “xxxx” ASC onlara elan elədikləri pul məbləği həcmində “X26 B.V” Şirkətini məhkəməyə verdilər. Orada da “X26 B.V” Şirkəti bildirdi ki, «sizinlə müqaviləmiz var ki, bu kimi məsələlər London Arbitraj Məhkəməsində həll ediləcəkdir.» İş baxılmamış saxlanıldı. Cavabdehin əli hər şeydən çıxandan sonra Səməd müəllimə yenidən rəy yazdırdılar. Səməd müəllim də rəydə yazdı ki, əvvəldən artıq pul verilib, ona görə də bərabərləşdirdi. Məhkəməyə də Səməd müəllim onlara pul hesablaması ilə bağlı rəyini yox, pul düşməyən rəyini təqdim etmişdir. Onlar vəsatət verib Auditorlar Palatasının rəyləri qeydiyyata düşdüyündən həmin rəyi çıxartdırıb gətirilməsini tələb etmişlər, birinci instansiya məhkəməsinin hakimi də gördü ki, burada pul hesablanıb. Eyni iş üzrə iki ayrı rəy verilib. Ona görə də, hakim onu sübut kimi qəbul etmədi. Cavabdeh iş üzrə apellyasiya məhkəməsinə müraciət edəndə hakim birinci iclasdan işi Auditorlar Palatasına göndərərək hər iki tərəfin ora getməsini, sualların orada həll edilməsini demişdir. 6 aydan sonra Vidadi Talıbov rəyini verdi, onlarla heç nə danışmadı, onlar Vidadi Talıbovun rəyi ilə tanış olanda Səməd müəllimin onlara pul düşməməsi barədə rəyini bütövlükdə öz rəyinə köçürməsini görmüşlər. Onlar elektron məcbur qalıb məhkəmə iclasına qədər gedib Auditorlar Palatasına müraciət etmiş, rəyin hansı əsasla verilməsini soruşmuşlar. Auditorlar Palatasının başqa bir üzvü – eksperti Aftandil Əliyev onların bütün materiallarını almış 18 ya 20 gündən sonra onlara rəy vermişdir. Məhkəmə iclasında hakimin verdiyi suala cavabından aydın oldu ki, Vidadi Talıbov ümumiyyətlə iş materiaları tanış olmadan rəy verib. Vidadi Talıbov da bunu məhkəmə iclasında boynuna aldı, bundan sonra hakim Fuad müəllim işi ekspertiya göndərdi. Artıq işin içərisində bu mütəxəssis rəyləri də var idi deyə, ikinci ekspertizaya göndəriləndə, hansı ki, iş birinci instansiya məhkəməsində də ekspertizaya getmişdi, bu iki ekspert rəyi arasında fərq yarandı. Ondan sonra isə Fuad müəllim nədənsə iddia müddətini gətirib oktyabr ayından hesabladı. Onlar iyulun axırında işdən çıxmışlar, onlar 2021-ci ilin mart-aprel aylarında bu məsələləri bilmişlər. Onların iş rejimləri belə idi ki, bir ay işləyib, bir ay evdə qalır, elə olurdu ki, məsələn – pandemiya dövründə, bir aydan sonra da çıxmadan qalıb işləmişlər. Onlar sabit məbləğ almış olsaydılar əmək haqqının düzgün hesablanmadığını bilərdilər. Lakin onlar eyni məbləğdə əmək haqqı almırdılar. Əmək haqqı məbləği onlarda hər ay fərqli olurdu. Onlar niyə bu məbləğ artıqdır soruşanda, deyirdilər ki, ikiqatdır, uçot dövrüdür. 4 ildir bu iş gedir, hələ də araşdırılır ki, hesablamanın hansı hissəsində səhvlik var. Belə çıxır ki, o, həm həkim, həm hüquqşünas, həm də mühasib olmalıdır ki, ona doğru pul verilib-verilmədiyini bilsin. Keçən məhkəmə iclasından cavabdeh tərəfindən onlarla heç bir danışıq aparılmamışdır. Keçən məhkəmə iclasında qarşı tərəfin vəkilinin bildirdiyi sualları onlar Məhkəmə Ekspertizası Mərkəzində olarkən ekspertə də vermişdir. Ekspert vəkilin suallarının cavabını vermişdir. Audit biri birinci instansiya məhkəməsində pis vəziyyətə düşüb gedib, digəri isə apellyasiya baxışında hakim özü görüb ki, iş materialı ilə tanış deyildir. Həmin auditi bura gətirsək nə deyəcək bilmirəm. Ona görə də, iş üzrə rəy vermiş auditlərin məhkəmə iclasına çağırılması ilə razı deyildir. Onlar iddia müddətini ötürməmişlər. Onlara verilən əmək haqqının hesablanması barədə siyahıda vəzifə tarif maaşı, saatı, cəmi məbləği, vergi məbləği göstəirilmişdir. Ona görə də o, əmək haqqına 1.04 əmsalın tətbiq edilib-edilmədiyini bilə bilməzdi. Gündəlik müavinətin 1.04 olmasını o, bilmişdir. Məhkəmədə aşkar edildi ki, bu 1.04 əmsalı deyilmiş, əməkdaşlıq müqaviləsindəki öhdəlik imiş. Əmək müqaviləsində onun vəzifə tarif maaşının məbləği yazılmış, dənizə görə də 1.75 əmsalı tətbiq ediləcəkdir. Bu hər ay verilməlidir. Artıq saatlar uçot dövrünün axrında hesablanacaqdır. Artıq saatları cavabdeh 40 saat norması ilə hesablamışdır. Bundan sonra onlar burada yox başqa şirkətdə də işləsələr 36 saat olmalıdır, 1.04 əmsalı təyin olunmamışdır. Attestasiya kitabları ekspertizaya getdi, məhkəmə gedişində 4 ildə məlum olan şeyləri, indi onlara deyirlər ki, vaxtında bilməli idilər. Oktyabrda mediasiyaya müraciət edənə kimi gözləmələrinin səbəbi cavabdehə ərizə yazandan sonra qarşı tərəf onlara gözləyin, biz hesablayaq ki, borc nə qədərdir deməsi olmuşdur. İddia müddəti başqadır, hesablama müddəti başqadır. O, sübut edir ki, bu məsələni bilə-bilməzdi. O, ərizə yazarkən əmək qanunvericiliyinin pozuntularını bildiklərini, gördüklərini deyil, pulun verilməsini yazmışlar. Ona son əmək haqqı belə verilməyib. Verilsəydi əlavə məzuniyyəti verilərdi. İstirahət müdətində işlədikləri halda əmək haqqının iki qatı əvəzinə onlara bir qatı verilmişdir. Ona işdən çıxartmamış əlavə istirahət günü verilməli idi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iddiaçıların nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, iddiaçılar 2021-ci ilin iyul-avqust aylarında işdən çıxarkən qanunvericiliklə müəyyən olunmuş məzuniyyət hüquqlarının mövcudluğuna istinad edərək ərizə ilə cavabdehə müraciət edərək onlara əlavə məzuniyyət hüququnun kompensasiyasının verilməsini tələb etmişlər. Lakin, cavabdehin həmin müraciətlərə heç bir rəsmi cavabı yoxdur. Maraqlıdır ki, iddia müddəti hansı qaydada tətbiq edilməlidir. O, ekspert rəyi ilə tanış olmuşdur. Bu ekspertiza rəyinə qədər iş üzrə iki dəfə ekspert rəyi və audit rəyləri də alınmışdır. Rəydə hətta suallar ətraflı şəkildə göstərilmişdir ki, həm müddət baxımından hesablamalara, həm də əvvəlki rəylərdəki ziddiyətli məqamlara münasibət bildirilsin. Hesab edir ki, rəydə bütün detallar ətraflı şəkildə yazılmışdır. Yanaşmalar necə olub, hansı ekspert niyə bu rəyi düzgün verməyib, yaxud da hansı hissədə düzgün verilib. Sonuncu rəy kifayət qədər müfəssəldir. Onlar rəylə razıdırlar, heç bir etirazları yoxdur. O, ekspertin məhkəmə iclasına dəvət olunmasına etiraz edir, hesab edir ki, ekspert rəydə öz mövqeyini kifayət qədər aydın şəkildə bildirib. Əmsalların vəzifə tarif maaşına yoxsa əmək haqqı məbləğinə hesablanmasına dair ekspertin mövqeyi də rəydə var. Ekspertin məhkəmə iclasında dinlənilməsi rəydə yazılanlardan fərqli heç bir məsələni ortaya çıxarmayacaq. Ona görə də, hesab edirik ki, bu vəsatət sadəcə məhkəmə prosesinin uzadılması məqsədini daşıyır. Cavabdehə mediasiya barədə təklifi oktyabr ayında göndərilməsini o, təsdiq edir. Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən müddət anlayışı hüquqdan istifadəni müəyyən edir. İddiaçılar maaşlarını almırlar. Orada çox mürəkkəb hesablamalar var. Proses gedişində məlum olur ki, əməkdaşlıq müqaviləsindən irəli gələn bəzi məsələləri, “xxxx” ASC burada əməkdaşlıq kimi göstərib. Sonradan məlum olub ki, əməkdaşlıq müqaviləsinin tərkibində əlavə müavinətlər və pandemiyaya görə əlavə haqların ödənilməsi nəzərdə tutulub, bu ödənişlər edilib və sonradan onları artıq ödənişlər kimi qələmə veriblər. Əgər tərəf bütün hesablama qaydalarını özündə əks etdirən sənədi onlara göstərsəydi o, hüquqşünas kimi mövqeyini qəbul edərdi. Qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Cavabdeh iddiaçılara əmək haqqının hesablanmasına dair bir cədvəl verib, cəvəldə ümumi məsələləri qeyd edib, sonra da bir umumi məbləğ yazıb vergini çıxmışdır. Sonra da üç rəqəm yazmasına istinad edib iddiaçılara əmək haqqının hesablanmasının açıqlamasını verdiyini deyir. Cavabdeh açıqlama versəydi ki, bu işin kifayət qədər mürəkkəb hesablama qaydası var, o, bunu qəbul edərdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iddiaçılar iddiaçı2, İskəndərli Rauf Baloğlan oğlu, iddiaçı5, İbrahimov Elvin Tofiq oğlu, iddiaçı7, iddiaçı3 İsrafil oğlu apellyasiya şikayəti ilə razılaşmayıb, sonuncu ekspert rəyi ilə razı olduqlarını bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Muxtarov İlham Çingiz oğlu tərtib etdiyi rəyi müdafiə edərək izahatında göstərmişdir ki, o, İqtisad Universitetinin mühasibat uçotu fakültəsini bitirmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti olmaqla mühasibatlıq sahəsi üzrə ixtisaslaşmaqla 14 il iş təcrübəsinə malikdir. Bu kateqoriya işlər üzrə çox rəy vermişdir. Ekspert olaraq o, qərardadda və əlavə olaraq vəsatətdə qarşısında qoyulmuş bütün sualları cavablandırmışdır. Qərardadın icrası ilə bağlı hər iki tərəf Məhkəmə Ekspertizası Mərkəzinə dəvət olunmuş, ekspertiza tərəflərin iştirakı ilə keçirilmişdir. Birinci dəfə rəhbərliyin iştirakı ilə, daha sonra o, şöbə rəisi hər iki tərəfin iştirakı ekspertizanı keçirmişlər. İclasda bu məsələlər ətraflı müzakirə olunmuşdur. Etirazlar, narazılıqlar hamısı müzakirə edilmişdir. Gəldikləri nəticə barəsində ekspert olaraq mövqeyləri rəydə əks olunub. Cavabdehin etirazı ondan ibarətdir ki, hesablamada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubu var, biz ona istinad etmişik. Hansı ki, o məktubda qeyd edilir ki, tarif vəzifə maaşına 1.04 və 1.75 əmsalları tətbiq olunmadan ikiqat hesablama aparılmalıdır. Lakin, tərəflər arasında razılaşmaya əsasən 4 aylıq uçot tətbiq olunur, bundan sonra toplanmış əlavə saatlar aylıq 144, həftəlik 36 saat limitini aşarsa əlavə ödənişlər tətbiq olunur, burada isə tətbiq olunmuş əmsallar nəzərə alınmadan ikiqat hesablama aparılıb. Fərq buradan yaranır. Onlar 1.04 və 1.75 əmsallarını tətbiq edib, sonra ikiqat hesablama aparırlar. Həmçinin əlavə məzuniyyət günlərinə görə nəzərdə tutulan ödənclər var ki, Nazirlər Kabinetinin qərarına əsasən, 500 saatdan artıq işlənilən zaman əlavə olaraq 30 təqvim günü məzuniyyət günü hesablanır. Hansı ki, “xxxx” ASC tərəfindən həmin məzuniyyət günü nəzərə alınmamışdır. Digər tərəfdən əmək haqqı məbləğlərinin kart hesabına köçürülməsi məsələsi var, məsələn növbəti ayın 10-da ödənilməli idisə, ayın 20-dən sonra yəni, 25, 30-u tarixlərində ödənişlər edilib. Əmək Məcəlləsinə görə hər gecikdirilmiş günə görə 1% ödənc hesablanır. Fərq əsasən bunlarda yaranıb. İddia edilən dövr məsələsi 3-cü suala cavabda göstərilməsə də digər suallara cavabda ətraflı olaraq göstərilib. Əvvəlcə ümumi dövr üzrə məbləğlər qeyd edilib, sonra digər dövrlərin məbləğləri ayrılıb. Rəydə qeyd olunan məbləğin yaranmasının əsasları əlavə 30 gün məzuniyyətlərin nəzərə alınmaması, 1.75 və 1.04 əmsalları tətbiq edilməklə aparılan ikiqat hesablamalar, əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar yaranan məbləğdir, bir də müqaviləyə əsasən həftəlik norma 36 saatdır, tərəfin hesablamasına görə isə həftəlik 40 saat norma hesablanıb. 36 saatdan yuxarı olan əlavə saatlar ikiqat saatlar olmaqla hesablanmalıdır. Tərəflərindən aparılan hesablamalar 36 saata uyğun olaraq aparılmışdır. Tərəfin apardığı hesablamada metoddan kənarlaşma yoxdur, sadəcə olaraq əmsalları nəzərə almadıqlarından fərq yaranmışdır. Tərəf 4 aylıq norma keçildikdən sonrakı saatlara əmsallar tətbiq etmədən hesablama aparıb. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubunda qeyd olunub ki, əmsallar tətbiq edildikdən sonra ikiqat hesablama aparılmalıdır. Onlar da 1.75 və 1.04 əmsallarını tətbiq etdikdən sonra əlavə saatları ikiqat hesablamışlar. Borcun olmaması barədə rəy verən audit işçilərə ödənilən müavinətləri sonradan əlavə hesablanmış məbləğdən çıxıb, yəni sonradan işlənilmiş əlavə saatları iş ayı ərzindəki müddətdə ödənilmiş müavinətlərdən çıxaraq sıfırlayıb ki, borc yoxdur. Halbuki, vaxtı ilə hesablanmış müavinət işçinin öz haqqı idi. Audit rəyi ilə ekspert rəyindəki fərq bunda yaranır ki, auditin istinad etdiyi gündəlik işçiyə ödənilən müavinət artıq saatları çıxıb uyğunlaşdırmaqla alınıb. Artıq saatlar dedikdə həftəlik 36 saatdan artıq olan müddəti nəzərdə tutur. İşçilərə faktiki olaraq əmək haqqı məbləğləri 40 saat norması ilə ödənilib. Ancaq əmsallar tətbiq edilməyib. Audit hesablaması belə aparılıb ki, əlavə ödənilməli olan saatları əvvəlcədən ödənilmiş müavinətlərlə əvəzləşdirib. Ona görə də yazıb ki, tərəflərin bir-birinə borcu yoxdur. Audit rəylərindən biri iddiaçıların, digəri isə cavabdehin xeyrinə idi. Ekspertiza apararkən Məhkəmə Ekspertizası Mərkəzində cavabdeh tərəfdən ancaq vəkili iştirak etmişdir. Orada vəkilin əsas etirazı 36 saat və 40 saatlıq norma ilə aparılan hesablamada və 1.75 və 1.04 əmsallar tətbiq edilməklə aparılan ikiqat hesablama ilə bağlı olmuşdur. Vəkil bildirmişdir ki, ƏƏSMN-nin məktubu var ki, həmin əmsallar tətbiq edilmədən ikiqat hesablama aparılmalıdır, onlar da sözügedən məktub varsa, təqdim etməsini təklif etmişlər. Lakin həmin məktublar təqdim olunmamışdır. Onlar vəkilin iştirakı ilə komputerdəki cədvəllərə açıb baxmış, orada hesablamalarda tarif vəzifə maaşına 1.75 və 1.04 əmsalları tətbiq edilmiş, sadəcə olaraq əmsallar tətbiq edilsə də əlavə saatlara görə ikiqatına vurulmamışdı. Hər üç iddia müddəti üzrə yəni, həm ümumi iddia müddəti üzrə, həm bir illik, həm də on aylıq müddətlər üzrə ayrı-ayrılıqda hamısı rəydə hesablanaraq göstərilib. 3-cü sual üzrə müqavilənin xitam verildiyi dövrə qədər olan iddiaçılara ayrı-ayrılıqda verilməli olan məbləğ rəydə göstərilib. Hər bir iddiaçı üzrə əmək müqaviləsinə xitam verildiyi dövrədək hesablanmış məbləğlər bütöv ödənilməyən ödənişlər üzrədir, sadəcə on aylıq dövr üzrədir, iddiaçılarda iddia dövrü üzrə bütün ödənilməmiş məbləği istəyirlər. Əgər iddia müddəti ötürülməsə birinci 3 sualdakı ümumi məbləğlər əsas götürüləcək, iddia müddətinin tətbiqi məsələsindən söhbət getsə 22 sual üzrə cavabda bütün ödənişlər nəzərə alınıb. Yəni bir illik, on aylıq və ümumilikdə hesablanan rəqəmlər fərqlidir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar iddiaçı1, iddiaçı2, İskəndərli Rauf Baloğlan oğluna, iddiaçı3 İsrafil oğluna, iddiaçı5, İbrahimov Elvin Tofiq oğluna, iddiaçı7 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X26 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25.Bərabərlik hüququ İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 4. 1.Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; Maddə 43. 1.Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 2.Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; Maddə 89.

1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 93. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 95.

1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət xxxxində və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. Maddə 96.

1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 99

1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 102.

1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Maddə 113.

1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

2. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Maddə 116.

1. Əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Maddə 135.

1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 143.

1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Maddə 144.

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Maddə 154.

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 164.

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Maddə 165.

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Maddə 172.

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; Maddə 196. 1.Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin qərarı (hökmü, qətnaməsi) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 197. 1.İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.

2. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

3. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu # #### 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015-ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2026-cı il tarixli Qərarı: 1.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin İ hissəsinə uyğun olmadığından tətbiqi dayandırılsın. 2.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən işdən çıxan günədək işçinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin 144-cü maddəsinin 2 və 3-cü hissələri Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin İ və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin İ hissələrinin tələblərinə uyğunlaşdırılsın. 3.Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilsin. 4.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil olunsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçılar iddiaçı1, iddiaçı2, İskəndərli Rauf Baloğlan oğlu, iddiaçı3 İsrafil oğlu, iddiaçı5, İbrahimov Elvin Tofiq oğlu, iddiaçı7 və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilib iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarıldığından, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdeh qətnaməni iddia tələblərinin təmin edilən hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ####### 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, 2018-ci il dekabr ayında cavabdehlə üçüncü şəxs arasında bağlanmış əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, cavabdeh əmək müqavilələrinə əsasən onun işçiləri sayılan iddiaçıları həkim kimi üçüncü şəxsə aid gəmilərdə tibbi xidməti həyata keçirmək üçün təhkim etmiş, iddiaçıların əmək haqqı cavabdehin qaimə-faktura sənədlərinə əsasən ödənilmiş, 2021-ci ilin iyul-avqust aylarında isə tərəflər arasında bağlanmış əmək müqavilələrinə “müddətin bitməsi” əsasına görə xitam verilmişdir. Hazırda iddiaçılar, həkimlər üçün həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtının müəyyən olunduğunu, lakin cavabdehin onlara 40 saatlıq istehsalat təqvimi tətbiq etdiyini, nəticədə ödəmələrin, son haqq-hesabın səhv hesablandığını, onların vəzifə tarif maaşına artım əmsalının artıq saatlara görə düzgün hesablanmadığını, onlara istirahət, bayram günləri görülən işə görə əmək haqqının gündəlik tarif maaşının iki misli miqdarında ödənilmədiyini, əlavə məzuniyyətlərin tam verilmədiyini, əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmsalların düzgün tətbiq olunmadığını, onlara qarşı ayrı-seçkiləyə yol verildiyini, zərərlilik səviyyəsinə görə onlara ödənilən əmək haqqına əmsalların tətbiq olunmadığını, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün onlara əmək haqqının azı 1 faizi məbləğində ödəncin verilməli olduğunu, cavabdehin qanuna zidd hərəkəti və hərəkətsizliyi nəticəsində onlara mənəvi zərər dəydiyini iddia edirlər. Tərəflər arasındakı hazırkı mübahisə ## ###### 2018-ci ildən ## ###### 2021-ci il tarixədək olan dövrü əhatə etməklə iddianın qiyməti 2.093.054,44 manat təşkil edir və iddiaçılar hazırkı iddia tələbləri ilə məhkəməyə ## ###### 2021-ci il tarixdə müraciət etmişlər. Cavabdeh iddia tələblərinə qarşı etiraz edərək apardığı hesablamaların düzgün olmasını bildirib eyni zamanda iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə verərək, iddiaçıların ## ###### 2018-ci ildən ## ###### 2021-ci il tarixədək ödənilməmiş əmək haqqına əlavələri və digər ödəncləri tələb etdiklərini və hüquqlarının pozulduğunu aşkar etdikləri gündən etibarən onların 1 il ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürdüklərini göstərmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçılar onlara vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etmiş, işəgötürən isə onların göstərdikləri iddialarının araşdırması barədə qərar qəbul edərək onlara yazılı cavab vermədiyindən iddiaçılar ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Kollegiya, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarında şərh olunan göstərişlərin icrası ilə bağlı mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin */**** saylı ##.##.2025-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixli qərardadla sonuncu təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə təqdim edilmiş iş materialları və ekspert qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılaraq ##.##.2024-cü il tarixli, */**** saylı ekspert (ekspert Toğrul Cəfərli) rəyi verilmişdir. Həmin rəyin nəticəsinə əsasən rəyin tədqiqi hissəsində “sadalanan pozuntular dolayı yolla bütün əmək haqqında olan digər kateqoriya ödənişlərə də təsir etdiyindən (gecə saatlarında işə görə ödəniş, istifadə olunmamış məzuniyyətə görə kompensasiya, ezamiyyət pulu, qeyri iş günlərində işə görə ödəniş və s.), cavabdehin iddiaçılara əmək haqqı (artımlar, əlavələr, son haqq-hesab) üzrə aşağıdakı kimi qalıq borcu yaranmışdır. Tam açıqlama olunan qoşmalarda əksini tapır. iddiaçı1 300.939,23 AZN iddiaçı3 225.169,29 AZN iddiaçı7 177.206,38 AZN iddiaçı5 181.557,28 AZN iddiaçı2 240.157,26 AZN İbrahimov Elvin Tofiq oğluna 281.895,75 AZN İskəndərli Rauf Baloğlan oğluna 252.405,78 AZN Əvvəlki rəylərdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, */**** saylı ekspert rəyi və ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X10 tərəfindən verilmiş auditor rəyi yanaşma və təhlil baxımından oxşardır. Hesabatın nəticələrindəki məbləğ fərqinin səbəbi, birinci ekspertiza aparılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ## ##### 2022ci il, ## ##### 2023-cü il tarixli məktublarının əlçatan olmaması olmuşdur. Bu məktublarda hesabatın aparılmasında bəzi dəqiqləşdirmələr öz əksini tapmışdır ki, bunlar da əlavə ekspertiza zamanı nəzərə alınmışdır. “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli audit hesabatı, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X1 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli müstəqil auditorun hesabatlarının kəskin fərqli olma səbəbləri aşağıdakılardır: Hər iki rəyi tərtib edərkən məhkəmə materiallarında olan sənəd və sübutlar, iddiaçıların əmək müqavilələri və onların şərtləri, iş qrafikləri, SAİPEM və RDM arasında olan və birbaşa iddiaçıların əməyi və onun şəratini, ödənişini, iddiaçılara görə hansı öhdəliklərin birbaşa RDM-ə ötürülməsini özündə əks etdirən əməkdaşlıq müqaviləsinin şərtləri hər iki auditor tərəfindən lazımı qədər araşdırılmamışdır. Hər iki auditor həkimlərin vaxtamuzd iş rejimi ilə, növbəli üsulla, gündəlik faktiki 12 saat iş qrafiki ilə işlədiklərini tam aydınlaşdırmamış, hesabatlarında gah işəmuzd, gah da vaxtamuzd işçi kimi yanaşma ilə rəy hazırlamışlar. Hər iki auditor faktiki iddiaçıların əksər iddialarını pozuntu kimi qəbul etsələr də, hesablama zamanı qanunvericilikdə əksini tapmayan hesablama metodikalarından istifadə etmişlər. Hər iki auditor təkrar-təkrar işçinin faktiki iş saatlarını əsassız olaraq hissələrə bölür və cəmlənmiş uçot qaydalarını səhv təhlil edərək, artıq saatların hesablanmasında azaltmalar yaratmışlar. Auditor Əmək Məcəlləsinin 95-ci (“İş vaxtının rejimi”), 96-cı (“İş vaxtının cəmlənmiş uçotu”), 102-ci (“İş vaxtının uçotu”) maddələrini və onların tətbiqi qaydalarını diqqətlə araşdırmamış, iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçinin əmək haqqının ödənilmə qaydasını düzgün müəyyən etməmişlər. Məhkəmə materiallarında olan SAİPEM və RDM arasındakı əməkdaşlıq müqaviləsində öz əksini tapan gündəlik əlavə müavinəti və Pandemiya dövründə iş yerində qalan işçilər üçün əlavə öhdəlik kimi götürülən əlavə müavinətlər (birgünlük qazancın 20%-i qədər-yazışma sənədlərində əksini tapır) vaxtında RDM tərəfindən iddiaçılara ödənilsə də, hər iki auditor bu ödənişləri əsassız olaraq öhdəlikdən kənar hesab etmişlər. Kifayət qədər böyük məbləğ olan bu ödənişlərin guya RDM tərəfindən səhv ödənildiyini göstərərək, son nəticədə həkimlərin iddia etdikləri bəzi pozuntulara görə qalıq borca əvəzetmə ilə yanaşmışlar. Yəni auditorlar ödənilmiş məbləğləri səhv hesab edərək, həmin ödənilmiş məbləğlərlə ödənilməli məbləğləri əvəzləşdirmişlər. Əmək haqqı hesablaması zamanı hər iki hesabatda Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinə uyğun ödənişləri səhv olaraq əmək haqqına əlavə hesab edilmiş, bu ödəmələr zamanı tarif (vəzifə) maaşlarına artımları (əmsalları) ümumiyyətlə hesablama zamanı nəzərə alınmamışdır. Hazırki Bakı Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli qərardadla təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası ilə təqdim edilmiş iş materialları və ekspert qarşısında qoyulmuş suallar (o, cümlədən ##.##.2025-ci il tarixdə Mərkəzə daxil olmuş ##.##.2025ci il tarixli məktuba əsasən, cavabdeh “xxxx” MMC-nin vəkili vəkil3 məhkəməyə ##.##.2025-ci il tarixdə təqdim etdiyi vəsatətdə qeyd olunan əlavə 5 sual ) üzrə üzrə aşağıdakılar müəyyən edilir: Əlavə olaraq qeyd edilir ki, Məhkəmənin ekspertiza təyini haqqında qərardadında təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizası üzrə tədqiqatda tərəflərin iştirakının təmin edilməsi göstərildiyindən, qərardadın icrası ilə bağlı ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə cavabdeh “xxxx" MMC-nin vəkili vəkil3, iddiaçılar iddiaçı1 və iddiaçı3 İsrafil oğlunun Mərkəzdə iştirakları təmin edilmiş və bununla bağlı ekspert tərəfindən protokollar tərtib edilmişdir. Rəyin tədqiqat prosesinin təsviri hissəsindən müəyyən olunur ki, təqdim edilmiş iş materiallarında olan iddiaçıların əmək müqavilələri və onların şərtləri, iddiaçıların iddia olunan dövrü əhatə edən müddətdəki faktiki iş saatlarını təsdiq edən iş qrafikləri, aylıq haqq hesab cədvəlləri, bank kartlarından çıxarışlar, Saipem və RDM arasında olan Əməkdaşlıq müqaviləsi və onun şərtləri, əmək haqqına olunan artımlar haqqında bildirişlər və digər öhdəliklər haqqında RDM və Saipem arasında olan yazışmalar, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, */**** saylı, ##.##.2024-cü il tarixli, */**** saylı ekspert rəyləri, “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli audit hesabatı, ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X1 tərəfindən verilmiş müstəqil auditorun hesabatı, ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X10 tərəfindən verilmiş auditor rəyi, eləcə də ilkin ekspertiza aparılarkən təqdim olunmamış digər sənədlər tədqiq edilərək aşağıdakılar müəyyən edildi. İş materiallarında qeyd olunanlardan göründüyü kimi, iddiaçılar əmək müqavilələrinə və digər müvafiq sənədlərə görə RDM-in sabiq işçiləri olsalar da, göndəriş əsasında SAİPEM-in iş yerlərində (dənizdə-gəmilərdə) müəssisədənkənar tibbi xidməti göstərən - təxirəsalınmaz tibbi yardım həkimi vəzifəsində çalışan həkimlərdir. Vaxtamuzd iş rejimində, 28/28 gün növbə üsulu ilə işləyən həkimlərin dənizdə növbələrinin müddəti (vaxta və vaxtalararası müddət) 30 gündən çox olmamalı, gündəlik iş saatlarının miqdarı isə 12 saatdan çox olmamalı idi. Belə ki, iş materiallarında öz əksini tapmış əmək müqavilələrinin şərtlərindən də göründüyü kimi, işlərin dənizdə vaxt üsulu ilə təşkili zamanı iş vaxtının illik cəmlənmiş uçotu tətbiq edilməli idi, amma RDM və SAİPEM arasında olan əməkdaşlıq müqaviləsindən də aydın olur ki, şirkət daxilində uçot dövrü 4 aylıq tətbiq edilmişdir. Müqavilələrin şərtlərinə əsasən hər ay işçiyə müəyyən məbləğdə tarif (vəzifə) maaşı və tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal-1,75) ödənilməli, uçot dövrünün sonunda isə faktiki iş saatları istehsalat təqvimindəki normal iş saatlarından artıq olduğu təqdirdə, artıq saatların ödənişi aparılmalı idi. Bundan başqa SAİPEM və RDM arasında əməkdaşlıq müqaviləsinin şərtlərinə və əmək haqqı ödənilməsi izahı kimi əlavəsində də qeyd edildiyi kimi, hər bir işçiyə dənizdə olduğu günlər ərzində həmin müqavilədə əksini tapan cədvələ uyğun məbləğdə, əlavə gündəlik müavinat ödənilməli idi. Əmək müqaviləsinin 5.2-ci maddəsinə əsasən işçi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan bütün təzminatlarla təmin edilmə hüququna malikdir. Belə ki, dənizdə istehsalat gəmilərində çalışmış həkimlər də növbədə olduqları zamanı digər işçilər kimi iş yerinin zərərli təsirinə məruz qaldığından Nazirlər Kabinetinin ##.##.2002-ci il, *** saylı qərarının şərtlərinə əsasən həkimlərin də əmək haqqları hesablanarkən tarif (vəzifə) maaşlarına artım (əmsal), ən azı minimum əmsal (1,04) tətbiq olunmalı idi. Qeyd 1. Əmək haqqları hər ayın sonunda hesablanır və növbəti ayın 10-a qədər ödənilməli idi (əmək müqavilələrinin şərtləri). Əmək haqqı hesablamasını hər hansı gündən aparmaq üçün yalnız hüquqi sənədlərdə öz əksini tapmış iş qrafikləri, əmrlər və sair olmalıdır. Bundan əlavə vaxtında ödənilmiş əmək haqqı ilə fərqin tapılması da mümkünsüz olardı. Ona görə verilən suallardakı tarixlər nəzərə alınarkən 2020-ci il ## ####### tarixdən dedikdə 2020-ci il oktyabr ayının əmək haqqısından, 2020-ci il ## #### tarixindən dedikdə 2020-ci il avust ayının əmək haqqısından nəzərə alınmışdır. Qeyd 2. Cavabdehin iddiaçılarla bağladığı əmək müqavilələrinin şərtlərinə görə: 5.1 İşçiyə hər ay 2.819 (iki min səkkiz yüz on doqquz) manat tarif (vəzifə) maaşı və tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. Əmək Məcəlləsinə görə: Maddə 96. İş vaxtının cəmlənmiş uçotu

1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Cavabdeh (bağlanmış əməkdaşlıq müqaviləsində Saipem tərəfindən öhdəlik götürərək) əmək haqqına və sair görə itki vermək istəmədiyindən 4 aylıq 28/28 rejimi seçmişdir. İş materiallarından, eləcə də Saipem və RDM arasında bağlanmış Əməkdaşlıq müqaviləsindən görünür ki cəmlənmiş uçotun müddəti 4 ay seçilmişdir. Fasiləsiz işlər zamanı əlavə maddi itkilər olmaması üçün Əmək qanunvericiliyi belə uçota icazə verir. İşçilərlə bağlanılan Əmək müqaviləsinə görə: 4.2.İşçi dənizdə növbəli iş üsulu ilə işləyir. 4.3.İşəgötürənin iradəsindən asılı olmayan səbəblərdən (hava şəraiti, maddi texniki təchizat və sair) dəniz şəraitində işdə boşdayanma hallarına yol verilməməsi məqsədilə illik iş vaxtı normasına riayət edilməklə vaxta müddəti 30 gündən çox olmayan (zəruri hallar istisna olmaqla), müxtəlif müddətli vaxta və vaxtalararası istirahət günləri müəyyənləşdirilən vaxta rejimi tətbiq edilə bilər. 4.4.Otuz dəqiqəlik nahar fasiləsi nəzərə alınmaqla gündəlik iş vaxtının müddəti 12 saatdan (müstəsna hallar istisna olmaqla) artıq ola bilməz. 4.5.İstirahət günləri həftənin istənilən günlərinə düşə bilər 4.6.İşlərin dənizdə vaxta üsulu ilə təşkili zamanı iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir. Dəniz işləri zamanı boşdayanmalara yol verməmək üçün cəmlənmiş uçot zamanı vaxtamuzd işçinin iş saatları uçot dövründə cəmlənir və yalnız uçot dövrünün sonunda normal istehsalat təqvimi ilə müqayisə olunaraq artıq işlənmiş saatların ödənişi aparılır. Cavabdeh yuxarıda göstərilənləri vacib nəzarətə götürməli idi ki, qanunvericiliyin şərtləri pozulmasın, yəni uçot dövründə istehsalat norması aşılmasın. Cəmlənmiş uçot dövrünü seçməklə cavabdehin qənaətinə misalla nəzər yetirək: Şərti olaraq işçinin tarif (vəzifə) maaşı 2819 AZN, dəniz şəraitində işə görə əmsal 1.75-dir, gündəlik iş saatı 12 saat və cəmlənmiş uçot hesabı 4 aydır. Birinci ay işçi 30 gün işləyir, 2-ci ay 30 gün istirahət edir, 3-cü ay yenə 30 gün işləyir, sonda 4-cü ay 30 gün istirahət edir. Hər ayın normal istehsalat saatlarını orta hesabla 144 saat götürək və şərti olaraq hər ayı 30 gün hesab edək. 1 aylıq uçot hesabı olsaydı işçinin 4 ay əmək haqqısı: 1-ci ayda 144 saatlıq normanı işlədikdən sonra (yəni 12 gün 12 saatdan) işçinin əmək haqqısı 2819*1.75=4933.25 AZN (2819+2819*0.75) edir. Sonrakı 18 gün norma saatlardan artıq iş olduğuna görə ikiqat hesablama aparılır: Bir saatlıq əmək haqqı 2819*1.75/144=34.26 AZN edir. 18(gün)*12(saat)*34.26 *2=14800.32 AZN edir. Birinci ay üçün ümumilikdə isə 4933.25 + 14800.32=19733.57AZN edir. İkinci ay istirahət etdiyindən əmək haqqı 0 AZN, 3-cü ay təkrar 30 gün işlədiyindən yenə əmək haqqı həmin qaydada 19733.57 AZN edir. 4-cü ay 0 AZN. Deməli 4 ayda əgər uçot hesabı 1: aylıq götürülsə idi və aylıq tarif (vəzifə) maaşının və artımın (əmsal) hər ay öhdəlik kimi ödənilməsi müqavilələrdə qeyd olunmasaydı onda 4 ay ərzində işçinin əmək haqqısı 19733.57+19733.57=39467.14 AZN olardı. İndi isə eyni misalı iddiaçılarla bağlanan əmək müqaviləsinin şərtlərinə əsasən hesablayaq. 4 aylıq uçot hesabı olsaydı işçinin 4 ay əmək haqqısı: Şərti rəqəmlər eyni qalır. 144 saatlıq normanı işlədikdən sonra (yəni 12 gün 12 saatdan) işçinin əmək haqqısı 2819*1.75=4933.25 AZN (2819+2819*0.75) edir. Sonrakı 18 gün norma saatlardan artıq olsa da uçot dövrü 4 ay olduğundan ikiqat hesablama getmir. Birinci ayın axırında öhdəlik kimi götürülən tarif (vəzifə) maaşı və artım əmsalı ödənilir, yəni 2819*1.75=4933.25 AZN. İkinci ay işçi işləməsə də cavabdeh ona norma saatlara uyğun tarif (vəzifə) maaşı və artım əmsalı ödəyir (müqavilə şərtinə görə 5.1 -ci maddə), yəni 4933.25 AZN. 3-cü ay birinci ay kimi təkrar 30 gün işlənsə də 4933.25 AZN, 4-cü ay isə 2-ci ay kimi işləməsə də 4933.25 AZN ödəyir. Uçot dövrünün sonu olduğundan faktiki iş saatlarını hesablayır və norma saatlarla müqayisə edir. 30*12saat (1-ci ay)+30*1 saat(3-cü ay)(144+144+144+144)=144 saat. Cavabdeh 2-ci 4-cü aylar aylıq tarif (vəzifə) maaşlarını və artımı (əmsal) ödədiyindən həmin ayların norma saatları da faktiki iş saatlarından çıxılır. Bir saatlıq əmək haqqı 2819*1.75/144=34.26 AZN olduğundan, artıq saatların ödənişi 34.26*144*2=9866.88 AZN. 4 ay üzrə 4933.25 + 4933.25 + 4933.25 + 4933.25 + 9866.88=29599.88 AZN edir. Nəticədə cavabdeh 4 aylıq uçot dövrü seçməklə və hər ay tarif (vəzifə) maaşının ödənilməsini öhdəçilik kimi götürməklə 39467.14-29599.88=9867.26 AZN qənaət edir. Cavabdeh vaxtında ödədiyi əmək haqqını müqavilələrin şərtlərinə görə belə hesablamışdır. Ekspertiza da bu metodla hesablamanı aparmışdır. Yəni işçinin işdə olmadığı vaxtı ona əmək haqqı hesablanmasını cavabdeh özü şərtləndirib və özü də vaxtında hesablayıb ödəmişdir. Ekspertiza isə yalnız 36 saatlıq həftəlik norma daxilində bu hesabatı yenidən aparıb fərqləri göstərmişdir. Qeyd 3. Cavabdeh işçiləri istirahət dövründə işlətdikdən sonra növbə qrafikində yeniləmələr etməli idi ki, işçinin faktiki iş saatlarının cəmi 4 aylıq istehsalat təqvimindəki norma saatları keçməsin və artıq saatlar yaranmasın. Rəydən daha sonra müəyyən olunur ki, qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə aparılan tədqiqat zamanı aşağıdakılar müəyyən olunmuşdur: Birinci sual üzrə: Tərəflər arasında bağlanmış əmək müqavilələrinin və "xxxx" MMC və "X22 B.V." Şirkəti arasında bağlanmış müqavilələrin şərtləri, AR ƏƏSMN-nin ## ##### 2022-ci il və # ##### 2023cü il tarixli məktubları, eləcə də əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla iddia edilən dövrə münasibətdə iddiaçılara cavabdeh tərəfindən əmək haqqı və digər ödənişlər iddialardakı pozuntulara uyğun olaraq düzgün hesablanıb ödənilməmişdir. İkinci, iyirmi üçüncü suallar üzrə: Tərəflər arasında bağlanmış əmək müqavilələrinin və "xxxx" MMC və "X22 B.V." Şirkəti arasında bağlanmış müqavilələrin şərtləri, AR ƏƏSMN-nin ## ##### 2022-ci il və # ##### 2023cü il tarixli məktubları, eləcə də əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla iddia edilən dövrə münasibətdə iddiaçılara cavabdeh tərəfindən əmək haqqı və digər ödənişlər üzrə artıq pul vəsaiti hesablanıb ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdeh, həkimlərə dənizdə olduqları iş günlərinə uyğun gündəlik müavinət adı ilə olan ödənişi artıq ödəniş hesab etsə də, bu ödəniş elə cavabdehin özü tərəfindən vaxtında hesablanıb ödənilmiş, bu isə Saipem və RDM arasında bağlanmış əməkdaşlıq müqaviləsi və bu müqavilənin əlavələrindəki şərtlərə əsasən üzərinə götürdüyü öhdəçilikdən irəli gəlmişdir. İkinci artıq ödəniş hesab etdikləri pandemiya dövründəki 20% əlavə ödəniş isə Saipemin RDM-ə ünvanladığı məktublarda öz əksini əlavə öhdəlik kimi tapmışdır ki, cavabdeh özü bu ödənişi də vaxtında ödəmişdir. Ekspertiza tədqiqatı ilə bu ödənişlər hesablanarkən heç bir dəyişiklik edilməmiş, sadəcə istehsalat təqviminin bu iddiaçılar üçün həftəlik 36 saat norma ilə (yəni aylıq norma saatları uyğun dəyişərək) eyni metodla hesablamışdır. Üçüncü sual üzrə: Tərəflər arasında bağlanmış əmək müqavilələrinin və "xxxx" MMC və "X22 B.V." Şirkəti arasında bağlanmış müqavilələrin şərtləri, AR ƏƏSMN-nin ## ##### 2022-ci il və # ##### 2023cü il tarixli məktubları, eləcə də əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla iddia edilən dövrə münasibətdə iddiaçılara cavabdeh tərəfindən əmək haqqı və digər ödənişlər üzrə qalıq borcun məbləği aşağıdakı kimidir: (bütün həkimlər üçün ayrılıqda hazırlanmış Cədvəl 1) iddiaçı2- 243 215,92 AZN iddiaçı1- 305 566,10 AZN iddiaçı3 İsrafil oğlu - 228 979,87 AZN İbrahimov Elvin Tofiq oğlu - 285 527,27 AZN iddiaçı6 - 255 570,97 AZN iddiaçı7 - 179 696,00 AZN iddiaçı5- 184 373,38 AZN Dördüncü sual üzrə: Hazırki sualın birinci hissəsinə cavab olaraq nəzərə almaq lazımdır ki, iddiaçılar həkimlər olsalar da, onlar üçün istehsalat təqvimi düzgün seçilməmişdir. Qeyd edildiyi kimi tərəflər arasında olan əmək müqavilələrin və RDM ilə Saipem arasında olan əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən bu işçilər vaxta üsulu ilə dənizdə cəmlənmiş uçot hesabı ilə çalışdıqlarına görə onların iş qrafikləri təyin olunarkən və əmək haqqları hesablanarkən istehsalat təqviminin həftəlik 36 saat norma olmaqla (Əmək Məcəlləsinin 93-cü maddəsinə uyğun) həftədə 5 günlük iş rejimi norma götürülməli idi. Göründüyü kimi, iddiaçılar üçün həftəlik 40 saat olmaqla həftədə 5 günlük iş rejimi tətbiq edilmişdir. Bu isə əmək haqqı hesablaması zamanı həm saatlıq əmək haqqının az hesablanmasına, uçot dövrü ərzində işlənmiş artıq saatların az hesablanmasına və uyğun olaraq artıq saatlara görə əməyin ödənişində azalmaya gətirib çıxarmışdır. Əmək müqavilələrinin şərtlərinə görə 2020-ci ilin sentyabrına qədər sahillə əlaqə şəraitindən asılı olmayaraq vəzifə tarif maaşına 1.75 artım əmsalı təyin olunsa da, 4 həkim üzrə əmək haqqı hesablanarkən bu əmsal düzgün nəzərə alınmamış və nəticədə borc yaranmışdır. Həkimlər bəzi hallarda növbədən sonra istirahət müddətində də işə cəlb olunmalarına baxmayaraq, onların əmək haqqı hesablamasında istirahət günlərindəki iş zamanı əməyin ödənişi Əmək Məcəlləsinin 107, 109, 164-cü maddələrinin tələbinə uyğun hesablanmamışdır. Cavabdeh istirahət müddətində işçini işə cəlb etsə də uçot dövrünün sonuna qədər istehsalat normasını gözləməmiş və əlavə olaraq artıq saatlar yaranmışdır. İddiaçıların istirahət müddətində işə cəlb olunduqları əməyin ödənişi birqat aparılmış və sonralar heç bir zaman başqa istirahət günü ilə əvəz olunmamışdır. Həkimlərin əmək haqqısı hesablanarkən Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinin istifadəsi zamanı vəzifə tarif maaşlarına artım əmsalları hesablamalar zamanı düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ## ##### 2023-cü il tarixli məktubunda da göstərildiyi kimi, Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinə əsasən ödənilən haqq qanunvericiliklə əmək haqqına əlavə deyil, tarif (vəzifə) maaşı olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin tarif (vəzifə) maaşına tətbiq edilməlidir. Cavabdeh isə öz hesablamasında bunları nəzərə almamış və nəticədə borc yaranmışdır. Aparılan araşdırmalar zamanı (əvvəlki ekspertiza zamanı) məlum olmuşdur ki, əmək şəraitinin ağırlıq və zərərlilik dərəcəsinin faktiki təyini mümkün olmasa da (həmin iş yerlərində digər işçilər üçün iş yerlərinin attestasiyası zamanı tətbiq olunsa da) iddiaçılar üçün vəzifə (tarif) maaşlarına ən azı minimum 1.04 əmsal (artım) tətbiq olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2004-cü il tarixli ** saylı Qərarı ilə "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının XXXVII bölməsinin 176-cı bəndinə əsasən il ərzində çaparaq saatlar 500 saatı keçdikdə həkimlərə hər iş ili üçün əlavə 30 gün əlavə məzuniyyət verilməlidir. Bu əlavə məzuniyyət günləri iddiaçıların digər əsas və əlavə məzuniyyət günləri ilə cəmlənməli və verilməli idi. İş materiallarında olan sənədlərdən göründüyü kimi işdən çıxarılmamışdan əvvəl iddiaçılar tərəfindən əsas məzuniyyətlə birgə Nazirlər Kabinetinin ** saylı qərarı ilə müəyyən edilmiş 30 günlük (qeyd olunan dövr üçün ümumilikdə 75 gün) əlavə məzuniyyətin verilməsi üçün cavabdehə rəsmi ərizələrlə müraciətlər edilmiş, iddiaçıların tələbi təmin edilməmiş, işçilərə əlavə məzuniyyət verilməmişdir. Bundan sonra verilməmiş məzuniyyət günləri son haqq hesabda kompensasiya edilməmişdir. Bu da borcun yaranmasına səbəb olmuşdur. Göstərilən səbəblər uyğun olaraq digər ödənişlərin də hesablanmasına təsir etmiş və nəticədə cavabdehin iddiaçılara borcu yaranmışdır. Beləliklə, iş üzrə tərtib edilmiş rəylərdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, */**** saylı və ##.##.2024-cü il tarixli, */**** saylı ekspert rəyləri ilə ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X10 tərəfindən verilmiş auditor rəyinin yanaşma və təhlil baxımından oxşar olduğu müəyyən edildi. Hesabatın nəticələrindəki məbləğ fərqinin səbəbi isə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli */**** saylı ekspert rəyi üzrə tədqiqat aparılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ## ##### 2022-ci il, ## ##### 2023-cü il tarixli məktublarının iş materiallarında mövcud olmaması olmuşdur. Bu məktublarda hesabatın aparılmasına aid bəzi dəqiqləşdirmələr öz əksini tapmışdır ki, həmin hallar da sonrakı ekspertiza zamanı nəzərə alınmışdır. "xxxx" MMC-nin ##.##.2022-ci il tarixli audit hesabatı, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli müstəqil auditorun hesabatlarının kəskin fərqli olma səbəbləri aşağıdakılardır: Hər iki rəyi tərtib edərkən məhkəmə materiallarında olan sənəd və sübutlar, iddiaçıların əmək müqavilələri və onların şərtləri, iş qrafikləri, SAİPEM və RDM arasında olan və birbaşa iddiaçıların əməyi və onun şəraitini, ödənişini, iddiaçılara görə hansı öhdəliklərin birbaşa RDM-ə ötürülməsini özündə əks etdirən əməkdaşlıq müqaviləsinin şərtləri və iddia müddəti ərzində SAİPEM-dən RDM-ə iddiaçılarla bağlı yeni öhdəlikləri özündə əks etdirən xidməti məktublar hər iki auditor tərəfindən lazımı qədər araşdırmamışdır. Hər iki auditor həkimlərin vaxtamuzd iş rejimi ilə növbəli üsulla, gündəlik faktiki 12 saat iş qrafiki ilə işlədiyini tam aydınlaşdırmamış, hesabatlarda iddiaçılara günəmuzd, digər halda isə vaxtamuzd işçi kimi yanaşma ilə rəy hazırlamışlar. Hər iki auditor faktiki iddiaçıların əksər iddialarını pozuntu kimi qəbul etsələr də, hesablama zamanı qanunvericilikdə tam əksini tapmayan mülahizələrdən istifadə etmişlər. Hər iki auditor təkrar-təkrar işçinin faktiki iş saatlarını əsassız olaraq hissələrə bölür və cəmlənmiş uçot qaydalarını düzgün olmayan şəkildə təhlil edərək, artıq saatların hesablanmasında azaltmalar yaratmışlar. Auditorlar Əmək Məcəlləsinin 95-ci ("İş vaxtının rejimi"), 96-cı ("İş vaxtının cəmlənmiş uçotu"), 102-ci ("İş vaxtının uçotu") maddələrini və onların tətbiqi qaydalarını diqqətlə araşdırmamış, iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçinin əmək haqqının ödənilmə qaydasını müəyyən etməmişlər. Məhkəmə iş materiallarında olan SAİPEM və RDM arasındakı əməkdaşIıq müqaviləsində öz əksini tapan gündəlik əlavə müavinəti və pandemiya dövründə yerində qalan işçilər üçün əlavə öhdəlik kimi götürülən əlavə müavinatlar (bir günlük qazancın 20%-i qədəryazışma sənədlərində əksini tapır) vaxtında RDM tərəfindən iddiaçılara ödənilsə də, hər iki auditor bu ödənişləri əsassız olaraq öhdəlikdən kənar hesab etmişlər. Kifayət qədər böyük məbləğ olan bu ödənişlərin guya RDM tərəfindən səhv ödənildiyini göstərərək, son nəticədə həkimlərin iddia etdikləri bəzi pozuntulara görə qalıq borca əvəzetmə ilə yanaşmışlar. Yəni auditorlar ödənilmiş məbləğləri səhv hesab edərək, həmin ödənilmiş məbləğlərlə ödənilməli məbləğləri əvəzləşdirmişlər. Əmək haqqı hesablaması zamanı hər iki hesabatda Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinə uyğun ödənişləri səhv olaraq əmək haqqına əlavə hesab edilmiş, bu ödəmələr zamanı tarif (vəzifə) maaşlarına artımları (əmsalları) ümumiyyətlə hesablama zamanı nəzərə alınmamışdır. Beşinci və vəsatətin dördüncü sualları üzrə: İş materiallarında olan RDM ilə iddiaçıların arasında bağlanmış əmək müqaviləsinə əsasən iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir (Əmək Müqavilələrinin 4.6-cı maddəsi). Lakin ekspertizaya təqdim olunmuş sənədlərdən görünür ki, şirkətdaxili qaydalara əsasən uçot dövrü aylıq, rüblük, yarımillik və yaxud illik deyil, 4 aylıq tətbiq edilmişdir. Bu cür uçot ƏM-nin 96-cı maddəsinə əsasən qanunauyğun hesab edilir. Bildirilir ki, 4 aylıq faktiki uçot dövrü tətbiq edildikdə faktiki saatların istehsalat təqvimi (həkim olan iddiaçılar üçün 36 saat) düzgün nəzərə alınmayıb. Bununla da 36 saatlıq istehsalat təqvimi nəzərə alınmaqla iddiaçılara istehsalat təqviminə və əmək müqaviləsinin şərtlərinə görə əmək haqqı düzgün hesablanmayıb. Bundan başqa qeyd edilirki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin mütəxəssisi tədqiqata cəlb edilmişdir və Əmək Müfəttişliyinin ##.##.2022-ci tarixli *********** saylı 2 vərəqli məktubu Ekspertiza Mərkəzinə daxil olmuşdur. Həmin məktubun dördüncü abzasında aşağıdakılar göstərilmişdir. Bildirilir ki, iddiaçılar iddiaçı1, iddiaçı2, İskəndərli Rauf Baloğlan oğlunun, iddiaçı3 İsrafil oğlunun, X8, İbrahimov Elvin Tofiq oğlunun və iddiaçı7 hər iki müəsissədə həkim vəzifələrində işlədiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ###### tarixli *** nömrəli Qərarının tələblərinə əsasən həftəlik iş norması 36 saatdan çox olmamaq şərti ilə qısadılmış iş vaxtı müəyyən edilir. Belə ki, əmək haqqının düzgün hesablanması aşağıdakı qaydada olmalıdır: İddiaçılar xüsusi qrupa aid peşə sahibləri olduqlarına görə, bu qrupa aid olan peşə sahiblərinə istehsalat cədvəli həftədə 36 saatlıq norma saxlanılmaqla uyğunlaşdırılmalı və ona müvafiq olaraq hesablanmalı, bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Əmək qanunvericiliyinə əsasən, habelə təqdim olunmuş müqavilələrin şərtlərinə əsasən artımlar, əlavələr tam məbləğdə ödənilməlidir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən aşağıdakılar müəyyən olunur, (bax rəyə əlavə edilmiş Cədvəl 1-hər bir həkim üçün) Əmək haqqının ümumi məbləği olmalı idi: iddiaçı2 665 768,41 AZN. iddiaçı1 702 792,97 AZN. iddiaçı3 585 007,23 AZN. İbrahimov Elvin 719 496,25 AZN. İskəndərli Rauf 630542,76 AZN. iddiaçı7 386 280,91 AZN. iddiaçı5 463 271,01 AZN. Nəticə etibarı ilə cavabdehin iddiaçılara əmək haqqı üzrə aşağıdakı məbləğ borcu olduğu müəyyən edilir. (bax rəyə əlavə edilmiş Cədvəl 1-hər bir həkim üçün) iddiaçı2 üzrə 191 775, 99 AZN iddiaçı1 üzrə 245 114,59 AZN iddiaçı3 İsrafil oğlu üzrə 172 465,41 AZN İbrahimov Elvin Tofiq oğlu üzrə 216 613,36 AZN İskəndərli Rauf Baloğlan oğlu üzrə 191 905,66 AZN iddiaçı7 üzrə 141 729,20 AZN iddiaçı5 üzrə 137 112,80 AZN Altıncı sual üzrə: 5-ci sual üzrə ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək Cavabdehin əmək haqqı üzrə hər bir həkimə aşağıdakı kimi borcu yaranmışdır (cədvəl 2): iddiaçı257 821,99 AZN. iddiaçı1 72 536,81 AZN. iddiaçı3 İsrafil oğluna 57 233,03 AZN. İbrahimov Elvin Tofiq oğluna 84 598,01 AZN. İskəndərli Rauf Baloğlan oğluna 77 484,81 AZN. iddiaçı746 629,01 AZN. iddiaçı5 45 257,54 AZN. 5-ci sual üzrə ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək cavabdehin həkimlərə əmək haqqı üzrə aşağıdakı kimi borcu yaranmışdır (Cədvəl 3): iddiaçı2 69 394,35 AZN. iddiaçı1 97 138,56 AZN. iddiaçı3 İsrafil oğluna 83 788,92 AZN. İbrahimov Elvin Tofiq oğluna 119 283,21 AZN. İskəndərli Rauf Baloğlan oğluna 108 844,64 AZN. iddiaçı7 54 340,41 AZN. iddiaçı5 61 454,01 AZN. Yeddinci sual üzrə: Qeyd edilir ki, əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən işçiyə hər ay tarif maaşı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq maksimum əmsal ödənilməlidir. Maksimum əmsal Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli *** saylı qərarı ilə 1.75 artım əmsalı müəyyənləşib. Bildirilir ki, 4 aylıq faktiki uçot dövrünün tətbiq edilməsini və eləcə də faktiki saatların normal istehsalat təqviminin iddiaçılar üçün həftəlik norma 36 saat müəyyən olunmasını nəzərə almaqla, əmək müqaviləsi ilə nəzərdə tutulan vəzifə tarif maaşına maksimum 1.75 artım əmsalı artıq saatlara tətbiq edilməmişdir. Qısaldılmış iş rejiminə müvafiq olaraq 36 saatlıq həftə üçün istehsalat təqvimi tətbiq edikdikdə 1 iş saatının qiyməti vəzifə tarif maaşını ayın norma istehsalat təqvim saatlarına bölməklə tapılır. İş materiallarından aydın olur ki, iddiaçıların əmək haqqının yüksəldilməsi məqsədilə vəzifə tarif maaşlarına 1.75 (dəniz əmsalı) və 1.04 (iş yerinin zərərliliyinə görə) olmaqla artım əmsalları tətbiq olunmalıdır. Bu artım əmsalları nəzərə alınarkən ya vəzifə tarif maaşını bu əmsallara vurub sonra norma saatların miqdarına bölməklə 1 saatın qiyməti tapılır, ya da vəzifə tarif maaşı ayın norma saatına bölünərək alınan rəqəmin əmsallara hasili 1 saatlıq tarif maaşı kimi nəzərə alınır. Uçot dövrü 4 ay olduğuna görə 1 iş saatının orta qiyməti (orta saatlıq tarif maaşı) aylıq vəzifə tarif maaşının uçot dövrü üçün orta aylıq istehsalat norma saatlarına (həftəlik 36 saat normasına uyğun gələn aylıq norma saatlarına) bölünməklə tapılır. Orta aylıq istehsalat norma saatları dedikdə 4 ayın norma saatlarının cəmlənərək 4-ə bölünməsi başa düşülməlidir. Misal üçün 2019-cu il may-avqust uçot dövründə həkimlər üçün istehsalat norma saatları: May 2019 üçün 149.20 saat, İyun 2019 üçün 112.20 saat, İyul 2019 üçün 165.60 saat, Avqust 2019 üçün 144.00 saatdır. Bu dövr üçün orta aylıq istehsalat norma saatlarını aşağıdakı kimi müəyyən edilir: (149.2+112.2+165.6+144)/4=142.75 saat. Bu dövr üçün 1 saatlıq vəzifə tarif maaşının orta qiymətini 2 cür hesablamaq olar. 1-ci üsulda orta saatlıq tarif maaşı=vəzifə tariff maaşı/142.75. Sonra bu qiymətə artım əmsalları tətbiq edilir. Misal üçün 2819/142.75 =19.75AZN. Sonra isə 19.75x(1+0.75) =34.56 AZN İş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən həkimlərin əmək haqqını hesablayarkən artıq saatların ödənişinin hesablanması zamanı bir iş saatının qiyməti aşağıdakı kimi müəyyən olunur: iddiaçı2 üçün 2819/142.75=19.75AZN iddiaçı1 üçün 2819/142.75=19.75AZN iddiaçı3 İsrafil oğlu üçün 2819/142.75=19.75AZN İbrahimov Elvin Tofiq oğlu üçün 2819/142.75=19.75 AZN iddiaçı6 üçün 2553/142.75=17.88AZN iddiaçı7 üçün 1918/142.75=13.44AZN iddiaçı5 üçün 2100/142.75=14.71AZN. İş materiallarından aydın olur ki, iddiaçıların əmək haqqının yüksəldilməsi məqsədilə vəzifə tarif maaşlarına 1.75 (dəniz əmsalı) və 1.04 (iş yerinin zərərliliyinə görə) olmaqla artım əmsalları təyin olunur. Artıq saatların ödənişi zamanı 1.75 artım əmsalı nəzərə alınarkən hesablama qaydası aşağıdakı kimi olmalıdır: 1.Artıq saatların tapılması=dövr üçün faktiki iş saatlarının cəmi - həmin dövr üçün norma istehsalat saatlarının cəmi 2.Artiq saatların əmsallarsız ödənişi=Artıq saatların miqdarı x bu dövr üçün orta saatlıq tarif maaşı x 2 3.Artıq saatlara 1.75 əmsalının tətbiqi= artiq saatların miqdarı x bu dövr üçün orta saatlıq tarif maaşı x0.75x2 (1.04 əmsalı da tətbiqi zamanı 0.75+6.04=0.79) 4.Artıq saatların ödənişi = 2 və 3 bəndlərində alınan məbləğlərin cəmi Artıq saatların ödənişi zamanı vəzifə tarif maaşına artım əmsallarının düzgün tətbiq olunması zamanı meydana çıxan fərq bütün iddia dövrü üçün (cədvəl 1): iddiaçı2 üçün 48 634,57 AZN iddiaçı1 üçün 52 177,69 AZN iddiaçı3 İsrafil oğlu üçün 40 922,89 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 57 717,91 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 49 504,51 AZN iddiaçı7 üçün 18 699,00 AZN iddiaçı5 üçün 30 853,17 AZN Yeddinci on birinci suallar üzrə: Hazırki sual üzrə müəyyən edilən vəsait (artıq saatların ödənişinin hesablanmasında vəzifə tarif maaşına artım əmsalları tətbiq olunanda yaranmış fərq) ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək (Cədvəl 2): iddiaçı2 üçün 15 142,86 AZN iddiaçı1 üçün 15 177,37 AZN iddiaçı3 İsrafil oğlu üçün 12 850,36 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 18 673,15 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 15 704,49 AZN iddiaçı7 üçün 8 804,43 AZN iddiaçı5 üçün 11 352,71 AZN Eyni zamanda müəyyən edilən vəsait (artıq saatların ödənişinin hesablanmasında vəzifə tarif maaşına artım əmsalları tətbiq olunanda yaranmış fərq) ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək (Cədəvl 3): iddiaçı2 üçün 19 723,71 AZN iddiaçı1 üçün 24 544,77 AZN iddiaçı3 İsrafil oğlu üçün 21 512,85 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 27 551,66 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 23 745,64 AZN iddiaçı7 üçün 12 033,73 AZN iddiaçı5 üçün 16 948,38 AZN Səkkiz və on ikinci suallar üzrə: İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıların uçot dövrü ərzində artıq saatlarının uçotu düzgün aparılmamışdır. Yəni həftəlik iş norması 36 saatlıq norma deyil, həftəlik 40 saat norma hesablanmış, uyğun olaraq artıq saatların miqdarı hesablama zamanı azalmışdır və uyğun olaraq artıq saatların ödənişi də düzgün olmamışdır. Nəticədə cavabdehin iddiaçılara iddia dövrü üçün aşağıdakı kimi borcu yaranmışdır (cədvəl 1): iddiaçı2 üçün 13 365,28 AZN iddiaçı1 üçün 16 283,36 AZN iddiaçı3 İsrafil oğlu üçün 15 201,27 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 21 868,46 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 18 182,19 AZN iddiaçı7 üçün 11 643,55 AZN iddiaçı5 üçün 11 288,85 AZN Doqquzuncu sual üzrə: Bu sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimi olmuşdur (cədvəl 2): iddiaçı2 üçün 5 567,24 AZN iddiaçı1 üçün 6 793,16 AZN iddiaçı3 İsrafil oğlu üçün 3 473,12 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 6 608,39 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 2 983,37 AZN iddiaçı7 üçün 6 220,22 AZN iddiaçı5 üçün 1 572,55 AZN Eyni zamanda sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimidir (cədvəl 3): iddiaçı2 üçün 5 934,95 AZN iddiaçı1 üçün 8 454,37 AZN iddiaçı3 İsrafil oğlu üçün 4 876,46 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 8 443,79 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 4 645.67AZN iddiaçı7 üçün 8 156,15 AZN iddiaçı5 üçün 2 848,07 AZN On üçüncü sual üzrə: Əmək müqaviləsinin 4.3-cü maddəsinə əsasən iddiaçılara 30 gün vaxta və 30 gün vaxtalararası istirahət günləri nəzərdə tutulmuşdu. Göründüyü kimi, işçilərə tətbiq olunan bu qayda bəzi hallarda cavabdeh tərəfindən pozulmuş və işçilər istirahət etmədən növbəti 30 günlük vaxta cəlb olunmuşlar. İddiaçıların iş vaxtından əlavə işləməsi və istirahət etmədən növbəti 30 günlük müddətə işə cəlb olunmaları, yəni faktiki olaraq istirahət günlərində işləməsi cavabdeh tərəfindən düzgün kompensasiya edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 109 və 164-cü maddələrinə əsasən istirahət günlərində işə cəlb olunan işçiyə əmək haqqı ikiqat şəkildə ödənilməlidir. İddiaçılara ödənilən məbləğlər isə yalnız birqat tarif maaşının ödənildiyini göstərir. Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Yəni bir saatlıq maaşı vururuq faktiki gündəlik görülən işin saatına və tapılan rəqəmi vurulur 2-yə. İddiaçıların vaxta müddətinin 30 gündən çox olduğu hallarda, istirahət müddəti azaldığından, iş saatlarının 4 aylıq uçotu zamanı, görülən iş-istehsalat təqviminin norma saatlarından daha artıq olmuş, beləliklə işəgötürənin işçilərə 30 günlük vaxtdan sonra faktiki olaraq istirahət günlərində işə cəlb olunduqları günlər üçün əmək haqqı üzrə borc yaranmışdır. (cədvəl 1): iddiaçı2 üçün 71 830,64 AZN iddiaçı1 üçün 109 974,09 AZN iddiaçı3 İsrafil oğlu üçün 68 346,26 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 89 588,74 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 83 968,28 AZN iddiaçı7 üçün 63 341,86 AZN iddiaçı5 üçün 54 249,02 AZN On dördüncü sual üzrə: Hazırki sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək: iddiaçı2 üçün 17 366,45 AZN iddiaçı1 üçün 23 110,12 AZN iddiaçı3 İsrafil oğlu üçün 18 194,68 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 39 863,37 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 40 400,67 AZN iddiaçı7 üçün 14 473,61 AZN iddiaçı5 üçün 12 071,15 AZN Bu sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək: iddiaçı2 üçün 23 623,86 AZN iddiaçı1 üçün 36 016,02 AZN iddiaçı3 israfil oğlu üçün 33 916,41 AZN İbrahimov Elvin Tofiq oğlu üçün 63 093,99 AZN İskəndərli Rauf Baloğlan oğlu üçün 61 440,33 AZN iddiaçı7 üçün 18 198,44 AZN iddiaçı5 üçün 21 183,88 AZN On beşinci sual üzrə: Əmək müqaviləsinin 6.1-ci maddəsinə əsasən iddiaçılara müvafiq iş ili üçün ödənişli əsas əmək məzuniyyətin 30 günlük verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə müqavilənin həmin müddəasında əlavə məzuniyyətin müddəti işəgötürən tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilməsi göstərilmişdir. Əmək Məcəlləsinin 116-ci maddəsinə görə iddiaçılara 6 günlük əlavə məzuniyyət nəzərdə tutulub və göründüyü kimi həmin məzuniyyət günləri iddiaçılara verilib, iddiaçılara digər əlavə məzuniyyətin müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2004-cü il tarixli ** saylı Qərarı ilə "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən,zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" təsdiq edilmişdir. Həmin qərarın XXXVII bölməsinin 176-cı bəndinə əsasən il ərzində çaparaq saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir. Bu əlavə məzuniyyət günləri iddiaçıların digər əsas və əlavə məzuniyyət günləri ilə cəmlənməli və verilməli idi. İş materiallarında olan sənədlərdən göründüyü kimi işdən çıxarılmamışdan əvvəl iddiaçılar tərəfindən əsas məzuniyyətlə birgə Nazirlər Kabinetinin ** saylı qərarı ilə müəyyən edilmiş 30 günlük (qeyd olunan dövr üçün ümumilikdə 75 gün) əlavə məzuniyyətin verilməsi üçün cavabdehə rəsmi ərizələrlə müraciətlər edilmişdir, iddiaçıların tələbi təmin edilməmiş, işçilərə əlavə məzuniyyət verilməmişdir. Bundan sonra verilməmiş məzuniyyət günləri son haqq hesabda kompensasiya edilməmişdir. Beləliklə də, cavabdehin iddiaçılara aşağıdakı məbləğdə borcu yaranmışdır: iddiaçı242 630,72 AZN iddiaçı1 50 634,55 AZN iddiaçı3 İsrafil oğluna 46 682.95 AZN İbrahimov Elvin Tofiq oğluna 59 109.17 AZN İskəndərli Rauf Baloğlan oğluna 53 998,18 AZN iddiaçı7 31 178,49 AZN iddiaçı5 39 361,15 AZN On altıncı sual üzrə: Qeyd edilir ki, on beşinci sual üzrə hesablanan məbləğ ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimi olmuşdur: iddiaçı217 052,29 AZN iddiaçı1 20 253,82 AZN iddiaçı3 İsrafil oğluna 18 673,18 AZN İbrahimov Elvin Tofiq oğluna 23 643,67 AZN İskəndərli Rauf Baloğlan oğluna 21 599,27 AZN iddiaçı712 471,40 AZN iddiaçı5 15 744,46 AZN Əvvəlki sual üzrə hesablanan məbləğ ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimi olmuşdur: iddiaçı2 17 052,29 AZN iddiaçı1 20 253,82 AZN iddiaçı3 İsrafil oğluna 18 673,18 AZN İbrahimov Elvin Tofiq oğluna 23 643,67AZN İskəndərli Rauf Baloğlan oğluna 21599,27AZN iddiaçı712 471,40 AZN iddiaçı5 15 744,46 AZN On yeddinci sual üzrə: Saipem şirkəti tərəfindən təqdim edilmiş iddiaçıların iş yerlərinin attestasiyası haqqında sənədlərin tam olmaması, eləcə də təqdim olunan sənədlərin iddiaçılara aid olan hissələrində fərqli qaydada qiymətləndirilmə aparılması, ümumilikdə iş yerlərinin attestasiyasının düzgün aparılıbaparılmaması, eləcə də attestasiyanın nəticələrinin iddiaçılara aid olan hissələrdə düzgün tərtib olunması haqda suallara cavab verilməsi qeyri-mümkün olmuşdur. Ekspertizaya təqdim olunmuş sənədlərə əsasən bildirilir ki, Nazirlər Kabinetinin ##.##.2002ci il tarixli, *** saylı Qərarında nəzərdə tutulmuş əmsalların heç biri iddiaçıların əmək haqqlarında nəzərə alınmamışdır (iddiaçıların digər işçilərlə birgə eyni istehsalat sahəsində və şəraitində çalışmalarına baxmayaraq). Nəticədə ekspertiza hesablamaları Nazirlər Kabinetinin *** saylı Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Qərarı ilə müəyyənləşdirilmiş əmsallardan minimum əmsal (yəni 1.04) tətbiq edilərək aparılmışdır. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş əmsallar iş yerlərində (istehsalat sahələrində) zərərliyin dərəcəsinə uyğun olaraq və Attestasiyanın nəticələrinə əsasən mütləq işçilərin əmək haqqlarına tətbiq olunmalıdır. İddiaçılara iş yerinin zərərliliyinə görə uyğun əmsallardan heç biri tətbiq olunmamışdır. İş materiallarından göründüyü kimi, Attestasiya nəticələrində iddiaçıların əmək haqqlarına hansı əmsalın tətbiq olunması göstərilməmişdir. Belə olan halda Nazirlər Kabinetinin yuxarıda göstərilən müvafiq Qərarı ilə müəyyənləşdirilmiş ən aşağı (minimum) əmsal tətbiq olunmuşdur. Daha yüksək əmsalların tətbiq olunub-olunmaması yalnız düzgün qəbul edilən attestasiyanın nəticəsində müəyyən oluna bilər. Beləliklə 1.04 əmsalı tətbiq olunduğu təqdirdə işəgötürənin (cavabehin) işçilərə (iddiaçılara) aşağıdakı kimi borcu yaranmışdır: iddiaçı2 3 870,49 AZN iddiaçı1 3 210,30 AZN iddiaçı3 İsrafil oğluna 3 221,12 AZN İbrahimov Elvin Tofiq oğluna 3 862,63 AZN iskəndərli Rauf Baloğlan oğluna 3 570,44 AZN iddiaçı7 1 986,64 AZN iddiaçı5 2 225,60 AZN On səkkizinci sual üzrə: Qeyd edilir ki, on yeddinci sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimidir: iddiaçı2858,87 AZN iddiaçı1 934,37 AZN iddiaçı3 İsrafil oğluna 868,75 AZN İbrahimov Elvin Tofiq oğluna 879,04 AZN İskəndərli Rauf Baloğlan oğluna 842,91 AZN iddiaçı7 556,33 AZN iddiaçı5 612,15 AZN Əvvəlki sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimidir: iddiaçı2 1 089,59 AZN iddiaçı1 1 165,09 AZN iddiaçı3 İsrafil oğluna 1 099,47 AZN İbrahimov Elvin Tofiq oğluna 1 109,76 AZN İskəndərli Rauf Baloğlan oğluna 1 051,87 AZN iddiaçı7 681,90 AZN iddiaçı5 780,15 AZN On doqquzuncu sual üzrə: İş materiallarındakı bank kart hesabları üzrə çıxarışlardan görünür ki, iddiaçıların iş fəaliyyəti zamanında iddiaçıların əmək haqlarının ödənişində gecikmələr olduğu müəyyən edilir ki, bu gecikmələr hər bir həkim üçün aşağıdakı kimi olmuşdur: iddiaçı2 66 gün iddiaçı1 64 gün iddiaçı3 İsrafil oğlu 64 gün İbrahimov Elvin Tofiq oğlu 66 gün İskəndərli Rauf Baloğlan oğlu 66 gün iddiaçı7 64 gün iddiaçı5 64 gün Gecikmə günlərinə görə hesablanan əmək haqqının 1%-i iddia müddəti üçün aşağədakı kimidir: iddiaçı28 809,21 AZN iddiaçı1 9 816,95 AZN iddiaçı3 İsrafil oğluna 9 831,51 AZN İbrahimov Elvin Tofiq oğluna 9 804,74 AZN İskəndərli Rauf Baloğlan oğluna 9 667,13 AZN iddiaçı7 6 788,30 AZN iddiaçı5 7 899,44 AZN İyirminci sual üzrə: Əvvəlki sual üzrə borc ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək aşağıdakı kimidir: iddiaçı2 5 139,37 AZN (37 gün) iddiaçı1 3 701,27 AZN (37 gün) iddiaçı3 İsrafil oğluna 4 578,99 AZN (37 gün) İbrahimov Elvin Tofiq oğluna 5 259,84 AZN (37 gün) İskəndərli Rauf Baloğlan oğluna 5 243,39 AZN (37 gün) iddiaçı7 3 770,45 AZN (37gün) iddiaçı5 4 297,67 AZN (37 gün) Həmin sual üzrə borc ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək aşağıdakı kimidir: iddiaçı2 5 750,55 AZN (41 gün) iddiaçı1 5 190,09 AZN (41 gün) iddiaçı3 İsrafil oğluna 6 020,92 AZN (41 gün) İbrahimov Elvin Tofiq oğluna 6 173,22 AZN (41 gün) İskəndərli Rauf Baloğlan oğluna 6 501,95 AZN (41 gün) iddiaçı7 4 298,69 AZN (41 gün) iddiaçı5 5 083,33 AZN (41 gün) İyirmi birinci və vəsatətin beşinci sualları üzrə: Cavabdehin iddiaçılara əmək haqqları, əlavələr, son haqq hesab üzrə borcu aşağıdakı kimidir: iddiaçı2243 215,92 AZN iddiaçı1 305 566,10 AZN iddiaçı3 İsrafil oğlu 228 979,87 AZN İbrahimov Elvin Tofiq oğlu 285 527,27 AZN İskəndərli Rauf Baloğlan oğlu 255 570,97 AZN iddiaçı7 179 696,00 AZN iddiaçı5 184 373,38 AZN İyirmi ikinci sual üzrə: Əvvəlki 21-ci sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimidir: iddiaçı2 80 013.64 AZN iddiaçı1 96 491,90 AZN iddiaçı3 İsrafil oğlu 80 485,20 AZN İbrahimov Elvin Tofiq oğlu 113 501,52 AZN iddiaçı6 104 327,48 AZN iddiaçı7 62 870,85 AZN iddiaçı5 65 299,67 AZN Həmin 21-ci sual üzrə borc ##.##.2020-ci il tarixdən hər bir iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixədək aşağıdakı kimidir: iddiaçı292 197,19 AZN iddiaçı1 122 582,47 AZN iddiaçı3 İsrafil oğlu 108 483,03 AZN İbrahimov Elvin Tofiq oğlu 149 100,09 AZN iddiaçı6 136 945,86 AZN iddiaçı7 71 110,49 AZN iddiaçı5 82 281,80 AZN Vəsatətdə qeyd olunan suallar üzrə tədqiqat: Birinci sual üzrə: Faktiki 4 aylıq cəmlənmiş uçot (Cəmlənmiş uçot işəgötürənin işçini 12 saat işə cəlb etməsinə imkan yaradır. Bu tərəflər arasında bağlanmış müqavilədə göstərilmişdir) tətbiq edilməklə 30 gündən artıq olmayan müxtəlif müddətli vaxta rejimi ilə dəniz şəraitində çalışan iddiaçılar (Əmək müqaviləsi 4-cü bəndi) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsində göstərilənlər nəzərə alınmaqla iddiaçılar aylıq normada göstərilən 144 saatdan çox işlədiyi dövrdə, ancaq 4 ayın cəmindəki istehsalat təqvimində göstərilən vaxtı aşmayıbsa, həmin iddiaçılara təqvim ayı ərzində əlavə işlədiyi vaxta görə ay ərzində Əmək Məcəlləsinə uyğun olaraq ödəniş edildikdən sonra əlavə olaraq yenidən artımlar da tətbiq edilməklə ikiqat əmək haqqı ödənilməli olub-olmadığı ilə bağlı qeyd edilir ki, bu cür ödənilmə RDM tərəfindən olunmayıb, eyni zamanda əvvəlki keçirilən ekspertiza tədqiqatları ilə hesablanmayıb. Lakin qeyd edilir ki, ay ərzində bayram və ya digər iş günləri hesab edilməyən, istirahət günlərində görülmüş əməyin ödənişi həmin ayın əmək haqqısı zamanı aparılmalı idi. İkinci sual üzrə: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2021-ci il tarixli, *********** saylı məktubuna əsasən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2004-cü il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş siyahının XXXVII. “Səhiyyə” bölməsinin 176-cı hissəsində iş ili ərzində çaparaq saatlar tibb işçilərinin (həkim, feldşer və tibb bacıları) hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Qeyd olunanlar nəzərə alınmaqla il ərzində iddiaçılar tərəfindən əmək funksiyasını həyata keçirdikləri çaparaq saatlar 500 saatı keçdikdə onlara hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməli olması ilə bağlı bildirilir ki, qeyd edilən qərar ilə təsdiqlənmiş Siyahının XXVII. Səhiyyə bölməsinin 176-cı hissəsində göstərilənlərə əsasən: İş ili ərzində aşağıdakı çaparaq saatlar zamanı həkim feldşer və tibb bacısı: 50 saatdan 200 saata kimi - 6 201 saatdan 300 saata kimi - 12 301 saatdan 400 saata kimi - 18 401 saatdan 500 saata kimi -24 500 saatdan yuxarı – 30 Eyni zamanda həmin Siyahının XL. İqtisadiyyatın bütün sahələrində ümumi peşələr bölməsinin 187-ci hissəsində yazılanlara əsasən: Təyyarə bortunda bilavasitə məşğul olan müəssisə və təşkilatların işçiləri iş ili ərzində aşağıdakı uçuş saatları hesabında: a)50 saatdan 100 saata kimi-6 b)101 saatdan 200 saata kimi-6 c)201 saatdan 300 saata kimi-12 ç)301 saatdan 400 saata kimi- 18 d) 401 saatdan 500 saata kimi-24 e) 500 saatdan yuxarı-24 Yəni, məktubdakı ehtivanın qərarla təsdiq edilmiş siyahının müvafiq bölmə və hissəsinə deyil, başqa bölmə və hissədə əks olunmuş işçilərin işinə aiddir. Odur ki, Siyahıdakı XXXVII. Səhiyyə bölməsinin 176-cı hissəsinə istinad edərək və iddia müddəti ərzində iddiaçıların bütün illər ərzində çaparaq (artıq) saatları 500 saatdan çox olduğunu nəzərə alaraq onların il ərzində 30 gün əlavə məzuniyyət hüququnun olduğu görünür ki, iddiaçılara əsas məzuniyyətlə birgə bu əlavə məzuniyyətləri verməmişdir. Üçüncü sual üzrə: Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X1 məhkəmə materiallarında olan sənəd və sübutlar, iddiaçıların əmək müqavilələri və onların şərtləri, iş qrafikləri, SAİPEM ve RDM arasında olan və birbaşa iddiaçıların əməyi və onun şəraiti, ödənişi, iddiaçılara görə hansı öhdəliklərin birbaşa RDM-ə ötürülməsini özündə əks etdirən əməkdaşlıq müqaviləsinin şərtləri və iddia müddəti ərzində SAİPEM-dən RDM-ə iddiaçılarla bağlı yeni öhdəlikləri özündə əks etdirən xidməti məktubları tam şəkildə araşdırılmamışdır. Belə ki, Auditor iddiaçıların vaxtamuzd iş rejimi ilə növbəli üsulla, gündəlik faktiki 12 saat iş rejimi qrafiki ilə işlədiyini tam aydınlaşdırmamış, hesabatlarda iddiaçılara günəmuzd, digər halda vaxtamuzd işçi kimi yanaşmış, faktiki iddiaçıların əksər iddialarını pozuntu kimi qəbul etsə də, hesablamanı qanunvericilikdə nəzərdə tutulan qaydada aparmamışdır. Sərbəst auditor təkrar-təkrar işçinin faktiki iş saatlarını hissələrə bölür və cəmlənmiş uçot qaydalarını səhv təhlil edərək, artıq saatların hesablanmasında azaltmalar yaratmışdır. Auditor Əmək Məcəlləsinin 95-ci ("İş vaxtının rejimi"), 96-cı ("İş vaxtının cəmlənmiş uçotu"), 102-ci ("İş vaxtının uçotu") maddələrini və onların tətbiqi qaydalarını diqqətlə araşdırmamış, iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçinin əmək haqqının ödənilmə qaydasını düzgün müəyyən etməmişdir. Məhkəmə materiallarında olan SAİPEM və RDM arasındakı əməkdaşlıq müqaviləsində öz əksini tapan gündəlik əlavə müavinatı və Pandemiya dövründə iş yerində qalan işçilər üçün əlavə öhdəlik kimi götürülən əlavə müavinətlər (bir günlük qazancın 20%-i qədər-yazışma sənədlərində əksini tapır) vaxtında RDM tərəfindən iddiaçılara ödənilsə də, audit bu ödənişləri öhdəlikdən kənar hesab etmişdir. Bu ödənişlərin RDM tərəfindən səhv ödənildiyini göstərərək, son nəticədə həkimlərin iddia etdikləri bəzi pozuntulara görə qalıq borca əvəzetmə ilə yanaşmışdır. Yəni auditor ödənilmiş məbləğləri səhv hesab edərək, həmin ödənilmiş məbləğlərlə ödənilməli məbləğləri əvəzləşdirmişdir. Əmək haqqı hesablaması zamanı hər iki hesabatda Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinə uyğun ödənişləri səhv olaraq əmək haqqına əlavə hesab edilmiş, bu ödəmələr zamanı tarif (vəzifə) maaşlarına artımları (əmsalları) ümumiyyətlə hesablama zamanı nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) Kollegiya iş üzrə alınmış ekspert və auditor rəylərini tərəflərin, rəy vermiş ekspert və auditorların iştirakı ilə birlikdə tədqiq edilməsi məqsədi ilə mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarına rəy vermiş ekspert və auditorları dəvət etmiş, auditorlar məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi (vəkili) öz vəsatəti əsasında məhkəməyə dəvət olunan və iki dəfə məhkəmə iclasında iştirak edən ekspertin iştirak etdiyi məhkəmə iclaslarına heç bir üzrlü səbəb təqdim etmədən gəlməmiş, nəticədə cavabdeh etirazının əsasını və apellyasiya şikayətinin dəlillərini sübuta yetirməkdən, rəy vermiş auditorlar isə verdikləri rəyləri müdafiə etməkdən yayınmışlar. Məhkəmə iclasında iştirak edən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Muxtarov İlham Çingiz oğlu tərtib etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin */**** saylı ##.##.2025-ci il tarixli rəyini müdafiə edib rəyin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, İqtisad Universitetinin mühasibat uçotu fakültəsini bitirmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti olmaqla mühasibatlıq sahəsi üzrə ixtisaslaşmaqla 14 il iş təcrübəsinə malikdir. Ekspert olaraq o, qərardadda və əlavə olaraq cavabdehin nümayəndəsinin vəsatəti ilə qarşısında qoyulmuş bütün sualları cavablandırmışdır. Qərardadın icrası ilə bağlı hər iki tərəf Məhkəmə Ekspertizası Mərkəzinə dəvət olunmuş, ekspertiza tədqiqatı tərəflərin iştirakı ilə keçirilmişdir. Cavabdehin etirazı ondan ibarətdir ki, hesablamada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktublarına istinad olunmuşdur. Həmin məktubda qeyd edilir ki, tarif vəzifə maaşına 1.04 və 1.75 əmsalları tətbiq olunmadan ikiqat hesablama aparılmalıdır. Lakin, tərəflər arasında razılaşmaya əsasən 4 aylıq uçot tətbiq olunur, bundan sonra toplanmış əlavə saatlar aylıq 144, həftəlik 36 saat limitini aşarsa əlavə ödənişlər tətbiq olunur, burada isə tətbiq olunmuş əmsallar nəzərə alınmadan ikiqat hesablama aparılıb. Fərq buradan yaranır. Onlar 1.04 və 1.75 əmsallarını tətbiq edib, sonra ikiqat hesablama aparırlar. Həmçinin əlavə məzuniyyət günlərinə görə nəzərdə tutulan ödənclər var ki, Nazirlər Kabinetinin qərarına əsasən, 500 saatdan artıq işlənilən zaman əlavə olaraq 30 təqvim günü məzuniyyət günü hesablanır. Hansı ki, “xxxx” ASC tərəfindən həmin məzuniyyət günü nəzərə alınmamışdır. Digər tərəfdən əmək haqqı məbləğlərinin kart hesabına köçürülməsi məsələsi var, məsələn növbəti ayın 10-da ödənilməli idisə, ayın 20-dən sonra yəni, 25, 30-u tarixlərində ödənişlər edilib. Əmək Məcəlləsinə görə hər gecikdirilmiş günə görə 1% ödənc hesablanır. Fərqə əsasən bunlarda yaranıb. İddia edilən dövr məsələsi 3-cü suala cavabda göstərilməsə də digər suallara cavabda ətraflı olaraq göstərilib. Əvvəlcə ümumi dövr üzrə məbləğlər qeyd edilib, sonra digər dövrlərin məbləğləri ayrılıb. Rəydə qeyd olunan məbləğin yaranmasının əsasları əlavə 30 gün məzuniyyətlərin nəzərə alınmaması, 1.75 və 1.04 əmsalları tətbiq edilməklə aparılan ikiqat hesablamalar, əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar yaranan məbləğdir, bir də müqaviləyə əsasən həftəlik norma 36 saatdır, tərəfin hesablamasına görə isə həftəlik 40 saat norma hesablanıb. 36 saatdan yuxarı olan əlavə saatlar ikiqat saatlar olmaqla hesablanmalıdır. Tərəflərindən aparılan hesablamalar 36 saata uyğun olaraq aparılmışdır. Tərəfin apardığı hesablamada metoddan kənarlaşma yoxdur, sadəcə olaraq əmsalları nəzərə almadıqlarından fərq yaranmışdır. Tərəf 4 aylıq norma keçildikdən sonrakı saatlara əmsallar tətbiq etmədən hesablama aparıb. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubunda qeyd olunub ki, əmsallar tətbiq edildikdən sonra ikiqat hesablama aparılmalıdır. Onlar da 1.75 və 1.04 əmsallarını tətbiq etdikdən sonra əlavə saatları ikiqat hesablamışlar. Borcun olmaması barədə rəy verən audit işçilərə ödənilən müavinətləri sonradan əlavə hesablanmış məbləğdən çıxıb, yəni sonradan işlənilmiş əlavə saatları iş ayı ərzindəki müddətdə ödənilmiş müavinətlərdən çıxaraq sıfırlayıb ki, borc yoxdur. Halbuki, vaxtı ilə hesablanmış müavinət işçinin öz haqqı idi. Audit rəyi ilə ekspert rəyindəki fərq bunda yaranır ki, auditin istinad etdiyi gündəlik işçiyə ödənilən müavinət artıq saatları çıxıb uyğunlaşdırmaqla alınıb. Artıq saatlar dedikdə həftəlik 36 saatdan artıq olan müddəti nəzərdə tutur. İşçilərə faktiki olaraq əmək haqqı məbləğləri 40 saat norması ilə ödənilib. Ancaq əmsallar tətbiq edilməyib. Audit hesablaması belə aparılıb ki, əlavə ödənilməli olan saatları əvvəlcədən ödənilmiş müavinətlərlə əvəzləşdirib. Ona görə də yazıb ki, tərəflərin bir-birinə borcu yoxdur. Ekspertiza apararkən Məhkəmə Ekspertizası Mərkəzində cavabdeh tərəfdən ancaq vəkili iştirak etmişdir. Orada vəkilin əsas etirazı 36 saat və 40 saatlıq norma ilə aparılan hesablamada və 1.75 və 1.04 əmsallar tətbiq edilməklə aparılan ikiqat hesablama ilə bağlı olmuşdur. Vəkil bildirmişdir ki, ƏƏSMN-nin məktubu var ki, həmin əmsallar tətbiq edilmədən ikiqat hesablama aparılmalıdır, onlar da sözügedən məktub varsa, təqdim etməsini təklif etmişlər. Lakin həmin məktublar təqdim olunmamışdır. Onlar vəkilin iştirakı ilə komputerdəki cədvəllərə açıb baxmış, orada hesablamalarda tarif vəzifə maaşına 1.75 və 1.04 əmsalları tətbiq edilmiş, sadəcə olaraq əmsallar tətbiq edilsə də əlavə saatlara görə ikiqatına vurulmamışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələblərinə qarşı etirazını bildirən cavabdeh etirazında və apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları sübuta yetirə bilməmiş, hazırkı iş üzrə toplanmış sübutların, rəylərin araşdırılmasında iştirak etməkdən yayınmaqla da apellyasiya şikayətinin iddiaçılara əmək haqqı və s. borcunun olmamasına dair dəlillərinin əsassız olmasını nümayiş etdirmişdir. Apellyasiya instansiyasında təkrar araşdırma zamanı iş üzrə keçirilən və tərəflərin iştirakı ilə aparılan ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqavilələrinin və “xxxx” MMC və “X22 B.V.” şirkəti arasında bağlanmış müqavilələrin şərtləri, Azərbaycan Respublikası ƏƏSMN-nin ## ##### 2022-ci il və # ##### 2023-cü il tarixli məktubları, eləcə də əmək qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddia edilən dövrə münasibətdə iddiaçılara cavabdeh tərəfindən əmək haqqı və digər ödənişlər iddialardakı pozuntulara uyğun olaraq düzgün hesablanıb ödənilməmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə tərtib edilmiş rəylərdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli */**** saylı və ##.##.2024-cü il tarixli */**** saylı ekspert rəyləri ilə ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X10 tərəfindən verilmiş auditor rəyinin yanaşma və təhlil baxımından oxşar olduğu müəyyən edilmişdir. Hesabatın nəticələrindəki məbləğ fərqinin səbəbi isə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, */**** saylı ekspert rəyi üzrə tədqiqat aparılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ## ##### 2022-ci il, ## ##### 2023-cü il tarixli məktublarının iş materiallarında mövcud olmaması olmuşdur. Bu məktublarda hesabatın aparılmasına aid bəzi dəqiqləşmələr öz əksini tapmışdır ki, həmin hallar da sonrakı ekspertiza zamanı nəzərə alınmışdır. Rəydən eyni zamanda müəyyən olunur ki, "xxxx" MMC-nin ##.##.2022-ci il tarixli audit hesabatı, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli müstəqil auditorun hesabatlarının kəskin fərqli olma səbəbləri isə hər iki rəyi tərtib edərkən məhkəmə materiallarında olan sənəd və sübutlar, iddiaçıların əmək müqavilələri və onların şərtləri, iş qrafikləri, SAİPEM və RDM arasında olan və birbaşa iddiaçıların əməyi və onun şəraitini, ödənişini, iddiaçılara görə hansı öhdəliklərin birbaşa RDM-ə ötürülməsini özündə əks etdirən əməkdaşlıq müqaviləsinin şərtləri və iddia müddəti ərzində SAİPEM-dən RDM-ə iddiaçılarla bağlı yeni öhdəlikləri özündə əks etdirən xidməti məktublarının hər iki auditor tərəfindən lazımi qədər araşdırmamasıdır. Hər iki auditor həkimlərin vaxtamuzd iş rejimi ilə növbəli üsulla, gündəlik faktiki 12 saat iş qrafiki ilə işlədiyini tam aydınlaşdırmamış, hesabatlarda iddiaçılara günəmuzd, digər halda isə vaxtamuzd işçi kimi yanaşma ilə rəy hazırlamışlar. Hər iki auditor faktiki iddiaçıların əksər iddialarını pozuntu kimi qəbul etsələr də, hesablama zamanı qanunvericilikdə tam əksini tapmayan mülahizələrdən istifadə etmişlər. Hər iki auditor təkrar-təkrar işçinin faktiki iş saatlarını əsassız olaraq hissələrə bölür və cəmlənmiş uçot qaydalarını düzgün olmayan şəkildə təhlil edərək, artıq saatların hesablanmasında azaltmalar yaratmışlar. Auditorlar Əmək Məcəlləsinin 95-ci ("İş vaxtının rejimi"), 96-cı ("İş vaxtının cəmlənmiş uçotu"), 102-ci ("İş vaxtının uçotu") maddələrini və onların tətbiqi qaydalarını diqqətlə araşdırmamış, iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçinin əmək haqqının ödənilmə qaydasını düzgün müəyyən etməmişlər. Məhkəmə materiallarında olan SAİPEM və RDM arasındakı əməkdaşlıq müqaviləsində öz əksini tapan gündəlik əlavə müavinəti və pandemiya dövründə iş yerində qalan işçilər üçün əlavə öhdəlik kimi götürülən əlavə müavinatlar (bir günlük qazancın 20%-i qədər-yazışma sənədlərində əksini tapır) vaxtında RDM tərəfindən iddiaçılara ödənilsə də, hər iki auditor bu ödənişləri əsassız olaraq öhdəlikdən kənar hesab etmişlər. Kifayət qədər böyük məbləğ olan bu ödənişlərin guya RDM tərəfindən səhv ödənildiyini göstərərək, son nəticədə həkimlərin iddia etdikləri bəzi pozuntulara görə qalıq borca əvəzetmə ilə yanaşmışlar. Yəni auditorlar ödənilmiş məbləğləri nəzərə alaraq, həmin ödənilmiş məbləğlərlə ödənilməli məbləğləri əvəzləşdirmişlər. Əmək haqqı hesablaması zamanı hər iki hesabatda Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinə uyğun ödənişlər əmək haqqına əlavə hesab edilmiş, bu ödəmələr zamanı tarif (vəzifə) maaşlarına artımları (əmsalları) ümumiyyətlə hesablama zamanı nəzərə alınmamışdır. Kollegiya mülki iş üzrə alınmış ekspert və audit rəylərini mülki işin digər sənədləri ilə yanaşı yoxlayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin */**** saylı ##.##.2025-ci il tarixli rəyini mötəbər sübut növü kimi qiymətləndirib qeyd edir ki, bu rəylə razılaşmayan cavabdeh öz etirazını rəyin qeyri-obyektiv, natamam və ya əsassız hesab edilməsinə əsas ola biləcək hər hansı bir sübutla əsaslandıra bilməmişdir. Əksinə tədqiq olunan rəydən görünür ki, aparılmış ekspertiza tədqiqatında tərəflərin iştirakı təmin edilmiş, auditorlardan fərqli olaraq ekspertə mülki işin bütün sənədləri təqdim edilmiş, ekspert təkcə qərardadla qarşısına qoyulmuş sualları deyil, cavabdehin vəsatətində də qeyd etdiyi sualları da ətraflı izah etməklə cavablandırmışdır. Bundan başqa rəydə cavabdehin, auditorların və əvvəlki ekspertin apardığı hesablamalardakı səhvlərin yaranma səbəbləri aydın göstərilmişdir. İstinad olunanlara əsasən kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin */**** saylı ##.##.2025-ci il tarixli rəyini mötəbər sübut növü olaraq qəbul edib, işdə olan digər rəylərlə razılaşmır. Kollegiya cavabdehin iddia tələblərinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, mülki işin sənədlərindən və tərəflərin izahatından müəyyən olunur ki, hər ay əmək haqlarının hansı qaydada hesablanması barədə bildirişlər alan iddiaçılar hazırkı iddia tələbləri ilə bağlı ##.##.2020-ci il tarixdə cavabdehə mediasiya təkliflərini göndərmiş, ##.##.2021ci il tarixdə isə məhkəməyə müraciət etmişlər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi hər bir iddiaçı əmək haqqının hesablanmasına dair bildirişi aldığı vaxtdan hesablamanın düzgün aparılmadığını bilməli idi. Belə ki, hər bir iddiaçının, qanunu bilmədikləri halda belə, cavabdeh tərəfindən hesablanan əmək haqqının düzgünlüyünü yoxlatmaq imkanı olmuşdur. İstinad olunanlara əsasən kollegiya cavabdehin iddia tələblərinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsaslı hesab edib qeyd edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsi isə cavabdehin ərizəsinə hər hansı bir münasibət bildirmədən cavabdehdən iddia tələbi üzrə tələb olunan bütün dövr üçün yaranmış borcun tutulması barədə məhkəmə aktı qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarına uyğun olmayan məhkəmə aktı qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin */**** saylı, ##.##.2025-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, bir illik iddia müddəti nəzərə alınmaqla ##.##.2020-ci il tarixdən tərəflər arasında olan əmək münasibətlərinə xitam verildiyi tarixədək cavabdehin hər bir iddiaçı ya borcu aşağıdakı kimidir: iddiaçı2 80 013,64 manat, iddiaçı1 96 491,90 manat, iddiaçı3 İsrafil oğluna 80 485,20 manat, İbrahimov Elvin Tofiq oğluna 113 501,52 manat, İskəndərli Rauf Baloğlan oğluna 104 327,48 manat, iddiaçı7 62 870,85 manat, iddiaçı5 65 299,67 manat təşkil edir. Kollegiya apellyasiya şikayətinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2022 -ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsi ilə bağlı dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarında da qeyd edildiyi kimi istinad olunan məhkəmə aktı hazırkı işdə iştirak edən şəxslər üçün bilavasitə preyudisial əhəmiyyət daşımır. Kollegiya qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə ## #### 2015ci il tarixli Qərarı). Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır. Göründüyü kimi apellyasiya şikayətində qeyd edilən mülki işə baxılarkən hazırkı mülki işdə olan tərəflər arasındakı əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı hər hansı bir araşdırma aparılmadığından istinad olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə müəyyən olunan faktlar hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Belə ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Qeyd olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçılara əmək haqlarını və digər ödənişləri düzgün hesablayıb ödəməməsi nəticəsində maddi ziyan vurması öz təsdiqini tapdığından, iddiaçılar hazırkı iddia tələblərinin bir hissəsi ilə bağlı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiklərindən, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilərək, ##.##.2020-ci il tarixdən tərəflər arasında olmuş əmək münasibətlərinə xitam verildiyi tarixədək olan dövr üçün vurulmuş maddi ziyana görə cavabdeh “xxxx” ASC-dən iddiaçı iddiaçı2 xeyrinə 80.013,64 manat, iddiaçı iddiaçı1 xeyrinə 96.491,90 manat, iddiaçı iddiaçı3 İsrafil oğlunun xeyrinə 80.485,20 manat, iddiaçı İbrahimov Elvin Tofiq oğlunun xeyrinə 113.501,52 manat, iddiaçı İskəndərli Rauf Baloğlan oğlunun xeyrinə 104.327,48 manat, iddiaçı iddiaçı7 xeyrinə 62.870,85 manat, iddiaçı iddiaçı5 xeyrinə 65.299,67 manat tutulmalı, iddia ərizəsi maddi ziyan tələbinə dair qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi

Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən iddiaçı iddiaçı1 xeyrinə maddi ziyana görə 96.491,90 (doxsan altı min dörd yüz doxsan bir manat 90 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat tutulsun. Cavabdeh “xxxx” ASC-dən iddiaçı iddiaçı2 xeyrinə maddi ziyana görə 80.013,64 (səksən min on üç manat 64 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat tutulsun. Cavabdeh “xxxx” ASC-dən iddiaçı İskəndərli Rauf Baloğlan oğlunun xeyrinə maddi ziyana görə 104.327,48 (yüz dörd min üç yüz iyirmi yeddi manat 84 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat tutulsun. Cavabdeh “xxxx” ASC-dən iddiaçı iddiaçı3 İsrafil oğlunun xeyrinə maddi ziyana görə 80.485,20 (səksən min dörd yüz səksən beş manat 20 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat tutulsun. Cavabdeh “xxxx” ASC-dən iddiaçı iddiaçı7 xeyrinə maddi ziyana görə 62.870,85 (altımış iki min, səkkiz yüz yetmiş manat 85 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat tutulsun. Cavabdeh “xxxx” ASC-dən iddiaçı İbrahimov Elvin Tofiq oğlunun xeyrinə maddi ziyana görə 113.501,52 (yüz on üç min beş yüz bir manat 52 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat tutulsun. Cavabdeh “xxxx” ASC-dən iddiaçı iddiaçı5 xeyrinə maddi ziyana görə 65.299,67 (altımış beş min iki yüz doxsan doqquz manat 67 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat tutulsun. İddia tələbi maddi ziyanla bağlı qalan hissədə təmin edilməsin. Cavabdeh “xxxx” ASC-dən dövlət rüsumuna görə 892,99 (səkkiz yüz doxsan iki manat 99 qəpik) manat tutulub dövlət büdcəsinin hesabına köçürülsün. Cavabdeh “xxxx” ASC-dən ekspertiza tədqiqatının dəyəri olan 600 (altı yüz) manat tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar