Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4371/2023 11.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi hüquqlarının bərpa edilməsi hesablanmış 3279 manat borcun silinməsi və əlavə olaraq tutulan 328 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında uzun müddətdir ki, ailəsi ilə birlikdə köçüb həmin ünvanda yaşamış, lakin faktiki olaraq əri 2021-ci ildə vəfat etdiyi üçün həmin ünvanda tək yaşayır. Həmin qeyd olunan ünvana köçdükdə ilk vaxtalr qaz xətti mövcud olmamışdır. Daha sonra Mexaniki sayğac quraşdırılmış, bir müddət keçdikdən sonra yeniden Smart tipli sayğac quraşdırılmış və sonda 2020-ci ilin 24 noyabr tarixində yenidən mexaniki sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon X1 əməkdaşları tərəfindən ******* nömrəli Akt tərtib edilmişdir. Aktda əsasən “Mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edildiyi aşkar edilməsi” haqqında Akt tərtib edilmişdir. Həmin aktı tərtib edərkən evdə heç kim olmamışdır. Bu barədə ona ərazinin yaxınlığında yerləşən qonşular məlumat vermişdirlər. Bununla bağlı olaraq heç bir yazılı sənədi ona verməmişdirlər. Abonent borcunun olması barədə isə ona təqdim olunan Abonent saldosunda daha ətraflı məlumatı olmuşdur. Abonent Saldosunda ona qarşı 2022-ci ilin dekabr ayında tərtib edilmiş akta əsasən onun ümumilikdə 3606 manat borcumun olmasından məlumatı olmuşdur. Hazırda isə həmin müddətdən bugünə kimi 5 ay ərzində 508 manat ödəniş olunması və ümumi borcdan hazırda 3279 manat borcun qalması ilkin qaydada Abonent Saldosunda göstərilmişdir. Sözü gedən Aktda isə Binəqədi rayon X1 əməkdaşları tərəfindən tərtib edilmiş akt tərtib olunarkən nə o, nədə ki ailə üzvlərindən hər hansısa bir üzvü iştirak etməmişdir. Özbaşına olaraq qaz sayğacına baxış keçirilib və məlumat verilmədən 3606 manat borc tərtib edilib, oqarşı cərimə yazmışdırlar. Abonent saldosunda göstərilən son 5 ay ərzində qanuni borclarımın ümumi cəmi 180 manat olmasına baxmayaraq mən tərəfir dən 508 azn ödənilmişdir. Bu isə o deməkdir ki 180 manatdan əlavə ödədiyi borc və cərimə ona qarşı tərtib edilmiş Qanunsuz akta əsasən göstərilən borcdan silinməkdədir. Hesab edir ki, cərimə tərtib olunmasına baxmayaraq bir ay ərzində bugünə kimi ödənişləri vaxtı-vaxtında ödəyən bir abonent olaraq bir ay üçün bu qədər şirildilmiş məbləğdə borc qanunsuz və əsassız olmalıdır. Belə ki həmin müəssisədə işləyən əməkdaşlara bu haqda öz şikayətini şifahi şəkildə bildirsə də ona məhkəmə qaydasında bu mübahisənin həlli üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişdirlər. Hazırda isə 3279 manat borcu qalmaqdadı. Yaranan mübahisədə 3279 manat borcunun silinməsini və ödədiyi 328 manat pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh İB etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00020 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edərək küllü miqdarda dövlət əmlakını talamışdır. Həmin ərazidə reyd keçirilən saman sözügedən ünvanda sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi müəyyən olunaraq müvafiq qaydada aktlaşdırılmış, itirilmiş təbii qazın (dəyəri ödənilmədən abonent tərəfindən istifadə edilmiş 3525,12 manat məbləğində) dəyəri hesablanaraq abonentin hesabına işlənmişdir. Aktlar əlavə edilir. Aktı tərtib edən, abonentin qanunsuz hərəkətlərini aşkar edən Birliyin işçilərinin məhkəmədə dindirilməsi, Yerli baxış keçirilməsi, eləcə də Abonentin saldosuna baxaraq qanunsuz istifadə halı aşkar edildikdən sonra abonentin istifadə etdiyi qazın həcmi və ödədiyi pulun məbləği ilə qanunsuz istifadə halı aşkar edlməzədən əvvəlki dövrlərdə, hətta keçmiş illərin müvafiq aylardakı istifadə və ödənişlər üzləşdirildikdə abonentin həqiqətən təbii qazdan qanunsuz, sayğacdan kənar istifadə etməsi təsdiqini tapacaqdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazlarını bildirirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri,Binəqədi rayonu, X2 sahəsi, İ Mədən küçəsi, ev 4, mənzil 2 ünvanına(abonent kodu **********00020) baxış zamanı abonentin sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı Bakı şəhəri,Binəqədi rayonu, X2 sahəsi, İ Mədən küçəsi, ev 4, mənzil 2 ünvanına görə (abonent kodu **********00020) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2937 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Baxşiyev Arif və Ələkbərov Məhəddin tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli ******* №-li Aktın surətindən görünür ki, Bakı şəhəri,Binəqədi rayonu, X2 sahəsi, İ Mədən küçəsi, ev 4, mənzil 2 ünvanında (abonent kodu **********00020) sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. Abonentin saldosundan görünür ki, abonentə akt üzrə 2022-ci ilin aprel ayında 20,90 manat və 2022-ci ilin dekabr ayında 3525,12 manat məbləğində borc hesablanmış və karta yükləmələrdən borca görə tutulmalar həyata keçirildikdən, 2023-cü ilin iyul ayına borcu 3270,62 manat təşkil edir; “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində istehlakçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli nömrəli akt etibarlı olmadığından məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00020) hesablanmış 3525,12 manat məbləğində borcun 3270,62 manatı Cavabdeh tərəfindən silinməli və akta görə iddiaçıdan əsassız tutulmuş 254,50 (3525,12 -3270,62=254,50) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 3525,12 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 55,25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı (Abonent kodu: **********00020) hesablanmış borcun 3270,62 (üç min iki yüz yetmiş manat 62 qəpik) manat məbləğində Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 254,50 (iki yüz əlli dörd manat 50 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən 55,25 (əlli beş manat 25 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4371/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4371/2023
11.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver