Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4395/2025 22.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, DYP ərazisində yerləşən ünvanında ailəsi ilə birlikdə yaşayır və hər ay dövlətə ödədiyi məbləğ həcmində elektrik avadanlıqlarından istifadə edir. Belə ki, istehlak etdiyi enerjini dəyərini ödədiyi dövrdə məlum olmuşdur ki, qurumun əməkdaşları tərəfindən heç bir hüquqi əsası olmayan borc təyin etmişdirlər. Təbii ki, yuxarıda qeyd olunmuş borc məbləği Qanunvericiliyin tələblərini pozmaqla yanaşı həqiqətə uyğun deyildir. Buna baxmayaraq "Azərişıq” ASC üzrə **********40300 saylı istehlakçı hesabında ümumilikdə 3840,67 manat borc məbləği yazılmışdır. "xxxx" MMC həmin mənzildə sayğacdan kənar əlavə işıq xətti çəkildiyini və qanunsuz olaraq istifadə etdiyini iddia etmişdir. Halbuki, buna dair heç bir hüquqi sənədləri, hal şahidləri yoxdur. Məlumat üçün bildirir ki, hal-hazırda yaşadığı evin işıq kodu əvvəlki mülkiyyətçi, yəni Tapdıq Məmmədovun adınadır. Əlavə olaraq, hətta fərz eləsək ki, qeyd edilən mənzildə işıqdan qanunsuz istifadə faktı olubsa bu onun dövrünə aid edilə bilməz. Çünki həmin mənzilə 2022-ci ilin mart ayında sahib olmuşdur. Borc məbləği isə 2005ci ildən əsassız olaraq yazılır. Həmin borcdan isə əsassız olaraq ondan etdiyi ödənişlərdən hissə-hissə 1080,59 manat vəsait tutulmuşdur. Bu səbəbdən "Azərişıq” ASC tərəfindən iddiaçı üçün (istehlakçı hesabı **********40300) hesablanmış 2760,08 (iki min yeddi yüz altmış manat səkkiz qəpik) manat borcun ona aid edilməməsi, onunla müqavilə bağlanması və **********40300 saylı abonent kodunun onun adına rəsmiləşdirilməsi, tərəfindən ödənilmiş vəsait üzrə əsassız olaraq tutulmuş 1080,59 (min səksən manat əlli doqquz qəpik) manat vəsaitin ona geri qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı xx.xx.2025-i il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış, "Azərişıq” ASC tərəfindən iddiaçı üçün (istehlakçı hesabı **********40300) hesablanmış 2760,08 (iki min yeddi yüz altmış manat səkkiz qəpik) manat borcun ona aid edilməməsi, onunla müqavilə bağlanmasına münasibətdə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, o, sözügedən evi 2023-cü ildə almışdır, belə bir borcun olduğunu sonradan öyrəndi, 1080 manat bugünə qədər ödəniş etmişdir, ümumi 2700 manat borcu qalıb, lakin borc ona aid deyil, ondan əvvəl burada yaşayan Tapdıq adlı şəxs tərəfindən yaranıb. Onu neçə dəfə axtarsa da tapa bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, iddianı qəbul etmir, sözügedən borc iddiaçıya yox, Tapdıq Məmmədov adlı şəxsə məxsusdur, borcun silinməsi tələbini o edə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Abonentin hərəkət cədvəlindən görünür ki, **********40300 saylı abunə kodu olan ünvan üzrə 1252 manat borc 2005-2022-ci illərə aiddir. Sayğac və abunə kodu Tapdıq Məmmədovun adına qeydiyyata alınmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən erilmiş 04/58 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı Binəqədi rayonu, DYP-nin üst hissəsi ünvanında qeydiyyatsız yaşayır. xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 3 ünvanında yerləşən evin bazar dəyəri 60000 manat təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın: 1.1- ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X3 edən istehlakçı məişət abonenti (əhali) hesab olunur. 1.3- cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 4.1- ci bəndinə əsasən əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 8.2- ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.2- 1 -ci bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında əvəzləşdirmə və hesablaşma "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 9.1 -ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3- cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4- cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, yuxarıda qeyd olunan ev dövlət qeydiyyatına alınmamışdır və iddiaçı tərəfindən evin keçmiş sahibi arasında olan şifahi alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə əldə edilmişdir, sayğacın həmin evə aid olması mübahisəsizdir. İddiaçı həmin daşınmaz əmlakı əldə etdikdən sonra müvafiq kommunal xidmətlərlə bağlı sənədləşmə işləri zamanı evin abonentinin borcunun olmasını müəyyən etmişdir. Hazırda müəyyən edilir ki, həmin borc məbləği borc əvvəlki illərdə mövcud olmuş abonentə münasibətdə sayğac göstəricilərinə əsasən deyil, tariflər əsasında orta sərfiyyat əsas götürülməklə hesablanmışdır. Belə ki, sayğac üzrə borclar iddiaçının həmin evi almasına (2022) qədər olan dövrü əhatə edir, yəni əvvəlki illərə aiddir. Ümumilikdə isə həmin borcların hazırki mülkiyyətçiyə aidiyyəti yoxdur. İddiaçı aldığı evinə elektrik enerjisi verilişi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etsə də, həmin sayğacda olan, iddiaçıya aidiyyəti olmayan borc məbləğinin ödənilməsi iddiaçıdan tələb olunduğundan, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda daha əvvəlki illərə aid olan borca görə hazırki mülkiyyətçiyə münasibətdə hüquqların rəsmiləşdirilməsindən imtina edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, "X3 Qaydaları”nın 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün X3 edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçı olmalıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamaq və abonent kodunu real istehlakçının adına dəyişdirmək vəzifəsi daşıyır. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, **********40300 saylı abunə kodu üzrə 2760,08 manat məbləğində borcun İddiaçı aid olmaması müəyyən edilməli, iddiaçı X4 ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********40300 saylı abonent kodu üzrə hesablanmış 2760.08 manat borcun İddiaçı aid olmaması müəyyən edilsin. ünvan 3 ünvanı üzrə İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4395/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4395/2025
22.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver