Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4402/2025 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, "X2" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 251/2023 saylı "daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2009-cu il olan, boz metallik rəngli "Renault megane" markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 13500 manat qiymətləndirilmiş və "X2" tərəfindən 24 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (24 ay müddətinə, hər ay 655 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən "X2" öz öhdəliklərini yerinə yetirmiş və buraxılış ili 2009-cu il olan, boz metallik rəngli "Renault megane" markalı minik nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktı barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə öhdəliklərə əməl etməmiş və "daxili maliyyə lizinq müqaviləsi ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə, cavabdehin müqaviləyə əsasən 5.9 ay (177 gün) müddətinə hesablanmaqla 3850 (üç min səkkiz yüz əlli) manat lizinq ödənişi, gecikdirilmiş 147 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 1925 (min doqquz yüz iyirmi beş) manat (655% 2 =13.1 x *** **** manat) borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Avtomobil cavabdehdən yararsız vəziyyətdə alınmışdır. Cavabdeh avtomobili saz vəziyyətə saxlamamış və avtomobilin texniki funksional vəziyyətinin bərpası məqsədilə tərəfindən avtomobilin təmir xərcləri çəkilmiş və bu xərclərin cəmi 1350 manat etmişdir. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə EQ 23905987 (9 manat), EQ 26332223 (45 manat), EQ 22370657 (36 manat), EQ 25734721 (45 manat), EQ 24582153 (36 manat) və EQ 23840124 (36 manat), İXP ******* (960 manat) cərimə olunmuş (cəmi 1167 manat) və həmin cərimələr "X2" MMCnin vəsaiti hesabına ödənilmişdir. Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, yazılı və şifahi xəbərdarlıq edilmiş, telefon danışıqları aparılmış, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş- heç bir ödəniş edilməmişdir. Bu səbəbdən Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 5.9 ay (177 gun) müddətinə hesablanmaqla 3850 (üç min səkkiz yüz əlli) manat lizinq ödənişi, gecikdirilmiş 147 gün üçün gecikdirilmə faizi kımı hesablanmış 1925 (bir min doqquz yüz iyirmi beş) manat, cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə ödənilmiş 1167 (bir min altı yüz altmış yeddi) manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 1350 (bir min üç yüz əlli) manat, cəmi 8292 (səkkiz min iki yüz doxsan iki) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 102.92 manat pulun alınaraq "X2" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, avtomobil nasaz olub, evakuatorla aparılıb. Təmir xərcləri üzrə cədvəl mövcuddur. Təmir xərclərinə dair verilən arayışın təsdiq edilməməsi ilə əlaqədar məhkəmənin suallarını cavablandıra bilməmişdir. Cavabdeh iddianı qismən qəbul etdi, izahatında bildirdi ki, ödənişlərin böyük hissəsini ödəmişdir. Lakin hazırda onda qəbzlərin çoxu qalmamışdır. Qalan qəbzləri isə məhkəməyə təqdim edir. Avtomobili təhvil verəndə heç bir təmirə məruz qalması halı olmamışdır. Həmçinin də avtomobil tam işlək vəziyyətdə olmuşdur, onun yanında heç bir baxış keçirilməmişdir. İddiaçı tərəfindən ödənilən cərimə məbləğləri ilə razıdır, qalan hissədə isə iddianı qəbul etmir. Sonrakı məhkəmə iclasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi isə elektron sistem vasitəsilə ərizə ilə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, 251/23 saylı Daxili lizinq müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Renault Megane minik markalı avtomobil Cavabdeh 24 ay müddətinə müvəqqəti istifadəsinə verilmiş, lizinq müqaviləsinin ümumi məbləği 13500 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir. Müqavilənin 7.4-cü bəndinə əsasən, lizing verənin mükafatı Lizing verən tərəfindən maliyyəşdirilən məbləğə illik 30% (otuz faiz) ilə hesablanacaqdır. İllik hesablama ayda 30 (otuz) gün, ildə isə 360 (üç yüz altmış) gün qəbul edilərək hesablanır. Lizinq müqaviləsinə 3 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, məbləğ 13500 manat, illik faiz dərəcəsi 30%, müddət 24 ay, aylıq annuitet isə 643 manat təşkil etmişdir. 7.2 bəndinə əsasən lizinq ödənişlərinə daxildir: lizinq obyektinin dəyəri, lizinq verənin mükafatının məbləği, servis və bank xərcləri. 7.4 bəndinə əsasən lizinq verənin mükafatı maliyyələşdiirlən məbləğə illik 30 % ilə hesablanacaqdır. İllik hesablama ayda 30 gün, ildə 360 gün qəbul edilərək hesablanacaqdır. 12.6 bəndinə əsasən Qaytarılmış lizinq obyektinin vəziyyətinin qiymətləndiirlməsi məqsədilə lizinq verənin mülahizəsi ilə lizinq obyektinin bazar qiymətinin müəyyənləşdirən müstəqil qiymətləndirici cəlb olunur. 12.8 bəndinə əsasən lizinq obyekti ... geri alındıqda geri almanın əsasları göstərilməklə bu barədə akt tərtib edilməli və lizinq alan lizinq verən tərəfindən imzalanmalıdır. 12.10 ...lizinq alan lizinq obyektinin istifadəsində olduğu zaman ödəmədiyi ödənişləri, DYP, BNA və digər inzibati cərimələri və dəymiş maddi xərcləri lizinq verənə ödəməyi öhdəsinə götürür. Qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə xx.xx.2025-ci il tarixdə 960 manat, 36 manat, 36 manat, 36 manat, 45 manat, 45 manat, 9 manat olmaqla ümumilikdə 1167 manat ödənilmişdir. xx.xx.2025-ci tarixli, 62/25 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2023-cü il tarixli, 251/23 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 3850 manat, gecikmə faizi 1925 manat, DYP cəriməsi 1167 manat, çəkilmiş xərc 1350 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2026-cı il tarixli, 9/5676 nömrəli ekspert rəyinə əsasən X1 xx.xx.2025-ci il tarixə "X2" MMC-yə olan borcu 3850.0 manat məbləğində müəyyən edilmişdir. 3316 manat gecikdirilmiş əsas borc, 486 manat mükafat borcu və 48 manat məbləğində xidmət xaqqı müəyyənləşdirilmişdir. Avtoservis qiymət təklifi, tarix xx.xx.2025-ci il yazılan cədvəl-arayışda 77PH 690 dövlət qeydiyyat nişanlı, Renault Megane avtomobilinin təmir xərcləri kimi ümumi məbləğ 1600 manat göstərilmişdir. Cədvəl müəyyən olunmuş qaydada nə imzalanmış, nə də ki, möhürlənməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə müvafiq olaraq, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.11-ci maddəsinə görə, lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, “borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq münasibətləri olmuş, cavabdeh öhdəliklərini yerinə yetirə bilmədiyindən avtomobil iddiaçı tərəfindən alınmış, hazırda iddiaçı tələblə əvvəlcə cavabdehə pretenziya daha sonra isə məhkəməyə iddia ilə müraciət etmişdir. Məhkəmə sübutları tədqiq edərkən cavabdehin etirazını yoxlamaq məqsədilə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert müqavilə üzrə cavabdehə münasibətdə 3316 manat gecikdirilmiş əsas borc, 486 manat mükafat borcu və 48 manat məbləğində xidmət xaqqı olduğunu müəyyənləşdirmişdir. Qeyd olunanlara əsasən məhkəmə əsas borca münasibətdə 3316 manat, mükafat borcu kimi lizinq müqaviləsində faiz borcuna uyğun 486 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini mümkün hesab edir. O ki, qaldı müqavilədə xidmət haqqı kimi nəzərdə tutulmuş, məbləği - iddiaçı tələbində irəli sürmədiyindən məhkəmə irəli sürülmüş tələblər daxilində işə baxaraq qiymət verilməsini nəzərə alaraq bu hissədə iddiaçının tələb irəli sürməməsi əsası cavabdehən tutulmasını qanunauyğun hesab etmir. Tələbin cavabdeh tərəfindən törədilmiş olan və sonuncu tərəfindən etiraf edilən ödənilmiş inzibati cərimələrin tələb edilən məbləğinə münasibətdə isə məhkəmə bu hissədə iddianın təminini məqbul hesab edir. Tələb üzrə iddiaçı tərəfindən avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 1350 manat tələb edilsə də, bunu sübut edə biləcək hər hansı sənədi məhkəməyə təqdim etməmiş və buna münasibətdə arqumentini əsaslandıra bilməmişdir. Həmçinin müqavilənin şərti kimi avtomobilin geri alınması zamanı iddiaçı tərəfindən müstəqil qiymətləndiricinin cəlb edilməsi, həmçinin qarşılıqlı iştirak ilə tərtib edilən aktın mövcud olmaması, bundan əlavə təqdim edilən cədvəl-arayışın heç bir sübuti əhəmiyyət kəsb etməməsi, imzalanmaması, möhürlənməməsi, orada qiymət kimi 1600 manat tələbdə 1350 manat göstərməsi təbii ki, məhkəmənin diqqətindən qaçmır. Məhkəmə isə özü-özlüyündə ziddiyyətli sübutlar əsaslanan tələb üzrə yalnız mahiyyəti rədd olan qərar qəbul edə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş 3316 manat əsas borc, gecikdirilmə faizi kimi hesablanmış 486 manat olmaqla, cəmi 3802 manat məbləğində pul, həmçinin iddiaçı tərəfindən ödənilən inzibati cərimələrin əvəzində 1167 manat, ümumilikdə 4969 manat pul tutularaq İddiaçınə ödənilməli, qalan hissədə isə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən dövlət rüsumu olaraq 103 manat ödəniş olunduğu görünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş 3316 manat əsas borc, gecikdirilmə faizi kimi hesablanmış 486 manat olmaqla, cəmi 3802 manat məbləğində pul, həmçinin iddiaçı tərəfindən ödənilən inzibati cərimələrin əvəzində 1167 manat, ümumilikdə 4969 manat pul və dövlət rüsumu kimi ödənilmiş məbləğin 69.90 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının ödənişi kimi 50 manat İddiaçındən və 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4402/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4402/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver