Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4404/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, 03 aprel 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə 05 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı – 03 aprel 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, övladı X6 anadangəlmə xəstədir, əmək qabiliyyətsizdir, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir və kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. Həmçinin, öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. X6 öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil. Buna görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, maraqlı şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi X4 anasıdır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq S.V.Mişakovanın psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının 09 avqust 2022-ci il tarixli, 2109 saylı rəyində qeyd olunmuşdur ki, X5 dərin əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar – erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafında geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X3, 2 nömrəli X1 müalicə olması, TSEK tərəfindən birinci qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – bələdliyinin pozulması, sualları başa düşməməsi, davranışının şəraitə qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 03 aprel 2004-cü il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4404/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4404/2022
05.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver