Məhkəmə qərarları › İş №2(001)-446/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-446/2021

24.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-446/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı X5 İdarəsinin Cavabdeh qarşı X5 İdarəsinin istismarında olan Şirvan-Bakı Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, həmin ünvanda tikinti quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X5 İdarəsi Cavabdeh qarşı X5 İdarəsinin istismarında olan Şirvan-Bakı Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, həmin ünvanda tikinti quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X5 İdarəsinin nüMayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X5 İdarəsinin istismarında olan Şirvan-Bakı Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın, partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə cavabdehin iddiaçıya məxsus mühafizə zonasında qanunsuz tikinti işləri aparması öz təsdiqini tapmışdır. Ona görə də X5 İdarəsinin istismarında olan Şirvan-Bakı Dş 500 mmlik yerüstü magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, həyətində çardaq tikir, çardağın şəkillərini məhkəməyə təqdim etmişdir. Onun evi mühafizə zonasında yerləşmir. Evinə, evin yerləşdiyi torpaq sahəsinə dair sənədləri yoxdur. Neft Kəmərləri İdarəsinin xəbərdarlığından sonra o, çardağın tikintisini dayandırmış, lakin apardığı tikilini sökməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Socar NKİ-nin X4 əməkdaşları tərəfindən 16.06.2020-ci il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, X4 istismarında olan Şirvan-Bakı DŞ 500 mm-lik yerüstü magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında tikinti işinin aparıldığı aşkar edilərək Cavabdeh işlərin dayandırılması və sökülməsi barədə yazılı xəbərdarlıq edilmiş, lakin tikinti işləri davam etdirilir. Neft Kəmərləri İdarəsinin xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 116-ci km-də, kəmərin mühafizə zonasında ünvan 2 ünvanında tikinti işlərinin aparılmasının dayandırılması barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imzalamaqla tanış olmasını təsdiq etmişdir. NBKXS-nın rəisi R.Məhərrəmovun təsdiq etdiyi sxemdən görünür ki, mübahisəli tikili ilə Şirvan-Bakı Dş 500 neft kəməri arasındakı məsafə 5 metr təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 12.04.2021-ci il tarixli 10/561 saylı rəyindən müəyyən olunur ki, Şirvan-Bakı DŞ 500 mm-lik magistral neft kəmərinin mühafizə zonasının 50 metr olmasını nəzərə alaraq həmin kəmərin 116-cı kmdə, kəmərdən 5,9 metr məsafədə inşa olunmuş tikili Şirvan-Bakı DŞ 500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Rəydən daha sonra müəyyən olunur ki, mülki iş materiallarında olan NBKXS-nın rəisi R.Məhərrəmovun təsdiq etdiyi sxemdən görsənir ki, mübahisəli tikili ilə Şirvan-Bakı Dş 500 neft kəməri arasındakı məsafə 5 metr təşkil edir. Tədqiqat obyektinə baxış zamanı Şirvan- Bakı Dş 500 yerüstü neft kəmərinin, iddiaçının naturada təqdim etdiyi 116-cı km-dən mübahisəli tikiliyə qədər olan məsafənin 24 metr olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18.12.2002-ci il tarixli 45 №-li Əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 03.01.2003-cü il tarixli 2951 nömrəsi ilə dövlət qeydiyyatına alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.7-ci bəndində göstərilir ki, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olMayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3.-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Həmin Qaydaların 6.4.-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh Xəlilov X3 Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Bakı Dş 500 mmlik yerüstü magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 5,9 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında qanunsuz tikili inşa etməklə X5 İdarəsinə məxsus neft kəmərinin mühafizə zonasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılMayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılMayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin ünvan 1 ünvanında lazımı icazələr almadan apardığı tikinti işləri nəticəsində X5 İdarəsinin mühafizə zonasında özbaşına tikili inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və buna görə tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X5 İdarəsinin istismarında olan Şirvan-Bakı Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 5,9 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili Cavabdeh hesabına sökülərək Cavabdeh mühafizə ərazindən çıxarılsın. X5 İdarəsinin istismarında olan Şirvan-Bakı DŞ 500 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin aparılması Cavabdeh qadağan edilsin. Cavabdeh dövlət rüsumuna görə 10 manat X5 İdarəsinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar