Məhkəmə qərarları › İş №2(001)-4484/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4484/2021

10.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4484/2021 10.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə “Bulaq 2” kooperativi arasında bağlanmış 11.10.2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.05.2021-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili A.Nəsirli məhkəməyə vəsatət ünvanlayaraq, ünvan 1lki işlə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4160/2021 saylı mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, X2 və digərləri də bu iş üzrə cavabdehlər olan Cavabdeh1 ASC-yə və Cavabdeh2 kooperativinə qarşı eyni predmetlə iddia qaldırmışlar və həmin iddia tələbləri üzrə mülki iş 2(001)-4160/2021 saylı nömrə ilə məhkəmənin digər hakiminin icraatındadır. Göstərilən işlər hər ikisi bir-biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosesual qənaət prinsipi baxımından onlara birgə baxılmalı və qətnamə qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirərək, məhkəmənin icraatında eyni növlü iki işin olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4484/2021 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4160/2021 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 4160/2021 saylı mülki iş üzrə məhkəmə icraatına 28.04.2021-ci il tarixdə, ünvan 1lki iş isə məhkəmənin icraatına 08.05.2021-ci il tarixdə daxil olmuşdur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4484/2021 saylı mülki işlə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 və digərlərinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar