Məhkəmə qərarları › İş №2(001)-4488/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4488/2021

07.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4488/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-4488/2021 saylı mülki işin 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 07.10.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təkrar vəsatətlə müraciət edərək 2(001)-4488/2021 saylı mülki işin 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 ASC və Cavabdeh2 MTKya qarşı Cavabdeh1SC ilə "xxxx" MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə digər iddiaçılar da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin şəxslərin iddia tələbi icraata qəbul olunmuşdur (iş № 2(001)-4160/2021). Göründüyü kimi eyni cavabdehlərə qarşı, eyni predmetlə bağlı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Fuad Abdıyevin icraatında 2(001)-4160/2021 saylı iş vardır və həmin iş hazırda baxılacaq işdən əvvəl məhkəmə tərəfindən icraata götürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 ASC tərəfindən də eyni məzmunlu vəsatət 08.06.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə 2(001)-4488/2021 saylı mülki işin 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2(001)-4488/2021 saylı mülki iş iddiaçılar X1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda 2(001)-4160/2021 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2(001)-4488/2021 saylı mülki iş iddiaçılar X1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin və həmin işlərə bir icraatda 2(001)-4160/2021 nömrə ilə baxılsın. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar