Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-454/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə 04 iyul 2023-cü il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən barəsində təbii qazdan qeyri-qanuni istifadəyə görə əsasında hesablanmış 5013 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 (DYP-nin alt hissəsi), yeddinci məhəllə ünvanındakı fərdi yaşayış evini almışdır. 2019-cu ildən etibarən həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlərə qaz xətləri çəkilmiş olsa da sayğac quraşdırılmamışdır. İddiaçı hər ilin qış aylarında evinin istiliyini elektrik qızdırıcılarla təmin etmişdir. 2020-ci ilin oktyabr ayında cavabdehə rəsmi müraciət edərək, evinə qazın verilməsini xahiş etsə də, müraciəti cavabsız qalmışdır. Nəhayət 18 iyun 2022-ci il tarixdə iddiaçı ilə Binəqədi rayon X2 arasında müqavilə bağlanmış, evinə elektron qaz sayğacı quraşdırılmışdır. Bu zaman evindəki qaz xətlərinə baxış keçirilmiş, sızmanın baş verməməsinə dair akt tərtib edilmişdir. Lakin, sonradan ona 5013 manat borcunun olduğu bildirilmişdir. O, borcunun olmasına dair hər hansı sübut və ya borcun yaranma səbəbini tələb etsə də, ona məlumat verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, əlavə olaraq izahatında göstərdi ki, o, dəfələrlə cavabdehə müraciət edərək, evini təbii qazla təmin etmələrini tələb etsə də, cavab ala bilmədiyindən 2021-ci ilin qış aylarında qonşunun qaz xəttinə qoşulmaqla qazdan istifadə etməli olmuşdur. Lakin, cavabdeh tərəfindən həmin müddətdə ona borc hesablanmasına dair heç bir bildiriş verilməmişdir. Hazırda təyin edilmiş məbləğdə borcu ödəməyə maddi imkanı yoxdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi, DYP-nin alt hissəsi,Vİİ məhəllə ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda baxış keçirilən zaman dəfələrlə qeyri-qanuni sayğacdan kənar qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Cavabdeh tərəfindən dəfələrlə qaz təminatının qaynaq vasitəsilə dayandırılmasına baxmayaraq təkrar olaraq vətəndaş qanunsuz qaz xəttini bərpa etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə hallarının kütləvi xarakter daşıması dövlət müəssisəsi olan Birliyin maliyyə dayanıqlığına mənfi təsir göstərməklə yanaşı, dövlət əmlakının talanmasına və mövcud qaz təsərrüfatında təmir-bərpa və yenidənqurma işlərinin məhdud daxili imkanlar hesabına aparılması üçün vəsait çatışmazlığına səbəb olur. Qeyd olunan qanunsuz istehlak formaları nəinki Birliyə maddi ziyan vurmaqla nəticələnir, eləcə də istehlakçıların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Hal-hazırki vaxtda abonent İddiaçı Cavabdehnə 4920,78 manat məbləğində borcu vardır. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Mülki iş materiallarında olan: - “Abonentin saldosu”ndan görünür ki, iddiaçıya məxsus **********00022 abonent kodu üzrə 2020-ci ilin may ayına qalıq və aktlar üzrə 583,2 manat, noyabr ayına 583,2 manat, dekabr ayına 194,4 manat, 2021-ci ilin noyabr ayına 783,36 manat, dekabr ayına 293,76 manat, 2022-ci ilin yanvar ayına 293,76 manat, fevral ayına 293,76 manat, mart ayına 1114,56 manat, aprel ayına 293,76 manat, may ayına 293,76 manat, iyun ayına 293,76 manat olmaqla, ümumilikdə qalıq və aktlar üzrə 5021,28 manat borc hesablanmış, iddiaçı tərəfindən 7,5 manat ödəniş edilmiş, borcdan çıxılmış, 2022-ci ilin sentyabr ayına 5013,78 manat borc qalmışdır. Saldoda istifadə olunun cihazlar kimi 4 gözlü qaz plitəsi (PQ-4) göstərilmişdir. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 18 iyun 2022-ci il tarixli, ******* nömrəli Aktdan, habelə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” 18 iyun 2022-ci il tarixli, 07-4405 nömrəli müqavilədən görünür ki, iddiaçıya məxsus evə **********608 nömrəli, “Zenner G4T Smart” tipli qaz sayğacı quraşdırılmış, evdə “PQ-4” və kombi qaz avadanlıqları aşkar edilmişdir. Müqavilədə göstərilmişdir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 kub-metri üçün illik istehlak həcmi 1200 kub-metrədək 0,12 manat, 1200-2500 kub-metr olan hissəsi üçün qazın dəyəri 0,2 manat, 2500 kub-metrdən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat məbləğində müəyyən edilmişdir. - Digər saldodan görünür ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğac 14 sentyabr 2022-ci il tarixdə yenisi, **********244 nömrəli, “Zenner G4T Smart” tipli sayğacla əvəz edilmişdir. Həmin tarixdən etibarən iddiaçı borcundan 52,5 manat və 40,5 manat ödəniş etmiş, 2022-ci ilin sonuna qalıq borcu 4920,78 manat müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-4”, 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 31 may 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 90 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 5832 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-4” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 30 noyabr 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 90 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 5832 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-4” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 30 dekabr 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1944 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 30 noyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 90 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 7344 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 30 dekabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2448 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 31 yanvar 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2448 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 28 fevral 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2448 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 31 mart 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 3,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 90 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 9288 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 29 aprel 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2448 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 31 may 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2448 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “kombi” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. - 30 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2448 kub-metr müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddiaya etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən (25 iyun 2023-cü il tarixli dəyişikliyə qədərki redaksiya), qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: -11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir;” - 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslanan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir. Etirazın qoşmasında hər aktın sonuna iddiaçı tərəfindən qanunsuz qaz xəttinə qoşulmanı sübut edən fotoşəkillər qoşma edilmişdir. Həmin fotoşəkillərdən görünür ki, qaz xəttinə sayğac olmadan qoşulma edilmişdir. Həmçinin, iddiaçı özü də evinə qaz sayğacı quraşdırılmadığı üçün qaz xəttinə qoşulmaqla ondan bir müddət istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş pozuntularla bağlı aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməsə də, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulması və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktlardan başqa, iş materiallarında olan sənədlərlə, iddiaçının özünün izahatı ilə tam sübuta yetir. Başqa sözlə, iddiaçı sayğac olmadan qaz xətt çəkmiş və təbii qazdan məhz həmin xətt üzrə istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində cavabdehə maddi zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin, məhkəmə aktlarda və aktlar əsasında qəbul edilmiş qərarlarda (tələbnamələr) aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərin hər birində qaz cihazlarının orta günlük iş rejimi 24 saat kimi nəzərə alınmışdır. Halbuki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi, mövsümə görə istifadə müddətinin dəyişməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur, qeyri-standart qızdırıcının təyinatı evi isti su ilə təmin etmək olduğu üçün evdə isti sudan gün ərzində maksimum 5 saat istifadə edilə bilər, kombinin təyinatı isə həm evi isti su ilə təmin etmək, həm də evi isitmək olduğu üçün xüsusən də qış aylarında ondan gün ərzində uzunmüddətli istifadə mümkündür, yay aylarında isə ondan yalnız suyun isidilməsi üçün istifadə edilir) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihaz üzrə 24 saat ərzində istifadə edilməsi barədə cavabdehin mövqeyini əsassız hesab edir. Təqdim edilmiş tələbnamələrdə “PQ-4” (yəni 4 gözlü qaz plitəsi) cihazının maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, “QSQ” (yəni qeyri-standart qızdırıcı) cihazının maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, “PQ-3” (yəni 3 gözlü qaz plitəsi) cihazının maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, “Kombi” cihazının isə maksimal saatlıq qaz sərfinin 2,6 kub-metr/saat olduğu göstərilmişdir. Məhkəmə cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyini nəzərə alıb hesab edir ki, “PQ-4” və “PQ-3” cihazlarının orta günlük iş rejimi 4 saat, “QSQ” cihazının orta günlük iş rejimi 5 saat, “Kombi” cihazının isə noyabraprel ayları da daxil olmaqla orta günlük iş rejimi 15 saat, may-iyun ayları isə 5 saat kimi qəbul edilməli, hesablama bu müddətlərə uyğun aparılmalıdır. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, tərtib edilmiş tələbnamələrin bəzilərində itirilmiş qazın həcmi 90 gün üçün, bəzilərində isə 30 gün üçün hesablanmışdır. Məhkəmə bu hesablamanı aktların tərtib edilmə müddətləri arasındakı müddətlə əlaqələndirə bilərdi, lakin, iş materiallarından görünür ki, 28 fevral 2022-ci il tarixdə 30 gün sərfiyyat üzrə zərər müəyyənləşdirildiyi halda, 1 ay sonra, yəni 31 mart 2022-ci il tarixdə yenidən qanunsuz qoşulma faktı müəyyənləşdirilmiş, tələbnamədən görünür ki, hesablama əvvəlki 30 gün üçün deyil, 90 gün üçün aparılmışdır. Göründüyü kimi, sərfiyyatın hansı əsasla 90 gün üzrə hesablanması məhkəməyə məlum deyildir, burada sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bununla bağlı hər hansı əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, məsələn 30 noyabr 2020-ci il tarixdə iddiaçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma faktının müəyyənləşdirilməsi, iddiaçının həmin tarixdən mütləq 90 gün əvvələdək təbii qazdan istifadə etməsi kimi qəbul edilə bilməz. Bu müddət 90 gündən çox da ola bilər, az da. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bəzi aktlar üzrə itirilmiş qaz həcminin 90 gün müddətə hesablanması əsaslı deyildir. Hər akt üzrə itirilmiş qazın miqdarının əvvəlki 30 gün müddət üzrə hesablanması daha ədalətli, əsaslı olacaqdır. Bu qaydada aparılmış hesablama nəticəsində iddiaçı tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın həcmi aşağıdakı kimi müəyyənləşdirilməlidir: - xx.xx.2020 tarixli akt (tələbnamə) üzrə - PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 5 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 369 kub-metr; - xx.xx.2020 tarixli akt (tələbnamə) üzrə - PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 5 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 369 kub-metr; - xx.xx.2020 tarixli akt (tələbnamə) üzrə - PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 5 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 369 kub-metr; - xx.xx.2021 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 15 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1266 kub-metr; - xx.xx.2021 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 15 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1266 kub-metr; - xx.xx.2022 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 15 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1266 kub-metr; - xx.xx.2022 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 15 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1266 kub-metr; - xx.xx.2022 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 15 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1266 kub-metr; - xx.xx.2022 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 15 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1266 kub-metr; - xx.xx.2022 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 5 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 486 kub-metr; - 30.06.2022 tarixli akt (tələbnamə) üzrə - PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 5 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 486 kub-metr. İtirilmiş təbii qazın dəyərinin müəyyənləşdirilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, 2020ci il üzrə qazın dəyəri cavabdeh tərəfindən 1 kub-metri 0,1 manatla, sonrakı dövr üzrə isə 0,12 manatla hesablanmışdır. Qeyd olunmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə görə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğacdan kənar qaz xətti ilə təbii qazdan istifadə etdiyi müəyyən edilir, lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi halları tam əsaslandıra bilməmiş zərərin məhz 5013 manat olmasını sübuta yetirə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının 2020-ci il üzrə qeyri-qanuni istifadə etdiyi təbii qazın həcmi məhkəmə tərəfindən 1107 kub-metr (369+369+369) müəyyənləşdirildiyindən, həmin il üzrə iddiaçının cavabdehə borcu 110,7 manat, sonrakı illər üzrə iddiaçının qeyri-qanuni istifadə etdiyi təbii qazın həcmi məhkəmə tərəfindən 8568 kub-metr həcmində müəyyənləşdirildiyindən, 2021-2022-ci illər üzrə iddiaçının cavabdehə borcu 1028,16 manat olmaqla, iddiaçının aktlar üzrə cavabdehə ümumi borcu 1138,86 manat məbləğində qəbul edilməli, beləliklə, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 5018,78 manat borcdan 3879,92 manatı silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 (DYP-nin alt hissəsi), yeddinci məhəllə ünvanı üzrə (abonent kodu: **********00022) hesablanmış 5018,78 manat borcdan 3879,92 manatı əsassız hesab edilərək silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-454/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-454/2023
04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver