Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4543/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, 24 may 2006-cı il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 24 may 2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Oğlu daun sindromu ilə dünyaya gəlmişdir. Anadan olandan xəstə doğulmuşdur, o əmək qabiliyyətinə malik deyil. Oğlu xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək X5 “Daun xəstəliyi” diaqnozu ilə müalicə olunub. xx.xx.2017-ci ildən uşaq poliklinikasının psixatrik kabinetinin dispanser qeydiyyatında olub. 18 yaşı tamam olduqdan sonra isə yetkinlər üçün poliklinikaya keçirilib. Ərizəyə əlavə etdiyi Çıxarışdan da göründüyü kimi, oğlu X6 öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə bələd deyil. Bunları qavraya bilmir. Müayinə nəticəsi olaraq ona, ciddi davranış pozuntusu və nitq qüsuru ilə Daun sindromu nəticəsində debillik dərəcəsində əqli gerilik diaqnozu qoyulmuşdur. O, xəstəliyi ilə əlaqədar olaraq, öz hərəkətlərinin mənasını anlaya bilmir və eləcədə öz hərəkətlərini idarə edə bilmir. Ona görə də ona qəyyum təyin olunmalıdır. O, Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə müraciət etsə də, orada bildirdilər ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza mərkəzinin rəyi ilə razı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair müayinə olunan şəxs barədə məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 anadangəlmə irsi xəstəlik Daun sindromu əqli inkişafın geriliyi, nitqin pozulması ilə sağlamlıq imkanları məhdud uşaqdır. İşə əlavə edilmiş ambulator kartadan çıxarışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 yüngül dərəcəli əqli gerilik, nitq antimulyasıyasının daun sindromu müşahidə edilmiş və 18 yaşı tamam olması ilə əlaqədar şöbə psixiatriya mərkəzinə göndərilmişdir. İşə əlavə edilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. Valideyinləri qohumdur, yaşlıdırlar. İİ hamiləlik və İİ doğuşdan vaxtında, lakin anadangəlmə irsi patologiya olan Daun sindromu ilə anadan olub. Hamiləlik toksikozla keçib. Erkən fiziki və psixi inkişafına görə həmyaşıdlarına nisbətən geri qalıb. xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilədək X5 “Daun xəstəliyi” diaqnozu ilə müalicə olunub. xx.xx.2017-ci ildən uşaq polinklinikasının psixatrik kabinetinin dispanser qeydiyyatında olub. 18 yaşına kimi müavinət alıb. 18 yaşı tamam olduğundan yetkinlər üçün polinklinikaya keçirilib. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X7 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan ambulator məhkəmə - psixatrik ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 4012 saylı rəyində qeyd olunmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X3 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik ilə aşkar olunur. X6 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə 24 may 2006-cı il təvəllüdlü X6 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 24 may 2006-cı il tarixdə doğulmuş X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4543/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4543/2024
23.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver