Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4562/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əliyeva Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Əliyeva Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyeva Cavabdeh 10.500manat məbləğində kompensasiya verilməklə onun ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Əliyeva Cavabdeh öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim edərək, həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Məhkəmə iddiaçı və cavabdeh tərəfin təqdim etdikləri barışıq sazişini, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 1.1. Hər iki tərəf bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Hər iki tərəf bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Əliyeva Cavabdeh yaşamaq hüququnu tanıyır və bunun müqabilində cavabdehə həmin ünvandan cehiz əşyaları ilə birlikdə çıxması və pasport qeydiyyatından çıxması üçün 10.500 manat məbləğində kompensasiya verməyi öhdəsinə götürür. 2.2. Cavabdeh Əliyeva Cavabdeh 10.500 manat məbləğində kompensasiyanı aldıqdan sonra cehiz əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxmağı öhdəsinə götürür. 2.3. Cavabdeh Əliyeva Cavabdeh 10.500 manat məbləğində kompensasiyanı aldıqdan sonra ünvan 1 ünvanından pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. 2.3. Bu barışıq sazişi bağlandığı andan İddiaçı cavabdeh Əliyeva Cavabdeh qarşı olan hazırki iddiasından imtina edir. 2.4. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilir. 3.1. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 4.1. Barışıq sazişi məhkəmədə təsdiq edilir. 4.2. Bu barışıq sazişi üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda tərəflər barışıq sazişinin şərtlərinə əməl edilməsi üçün Barışıq sazişinin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. 4.3. Bu sazişin bir nüsxəsi İddiaçı, bir nüsxəsi Əliyeva Cavabdeh saxlanılmaqla, bir nüsxəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilir. Məhkəmə iclasında tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Beləliklə, məhkəmə tərəflərin işi barışıq sazişi bağlamaqla qurtarmaq istədiklərini, bu məqsədlə öz aralarında barışıq sazişi bağlamaqla təsdiq edilməsi üçün məhkəməyə təqdim etdiklərini, habelə təqdim edilmiş barışıq sazişinin qanuna zidd olmasının və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının müəyyən edilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, həmin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əliyeva Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə İddiaçı ilə cavabdeh Əliyeva Cavabdeh arasında xx xxxxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri: 1.1. Hər iki tərəf bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Hər iki tərəf bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Əliyeva Cavabdeh yaşamaq hüququnu tanıyır və bunun müqabilində cavabdehə həmin ünvandan cehiz əşyaları ilə birlikdə çıxması və pasport qeydiyyatından çıxması üçün 10.500 manat məbləğində kompensasiya verməyi öhdəsinə götürür. 2.2. Cavabdeh Əliyeva Cavabdeh 10.500 manat məbləğində kompensasiyanı aldıqdan sonra cehiz əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxmağı öhdəsinə götürür. 2.3. Cavabdeh Əliyeva Cavabdeh 10.500 manat məbləğində kompensasiyanı aldıqdan sonra ünvan 1 ünvanından pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. 2.3. Bu barışıq sazişi bağlandığı andan İddiaçı cavabdeh Əliyeva Cavabdeh qarşı olan hazırki iddiasından imtina edir. 2.4. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilir. 3.1. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 4.1. Barışıq sazişi məhkəmədə təsdiq edilir. 4.2. Bu barışıq sazişi üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda tərəflər barışıq sazişinin şərtlərinə əməl edilməsi üçün Barışıq sazişinin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. 4.3. Bu sazişin bir nüsxəsi İddiaçı, bir nüsxəsi Əliyeva Cavabdeh saxlanılmaqla, bir nüsxəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilir. İddiaçı cavabdeh Əliyeva Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsümü İddiaçı aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4562/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4562/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver