Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-46/2022 23.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərə görə vəsaitin tutulması” tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçınə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X17, X14, X5, X10, X11 və X7 ) qarşı “protokolun etibarsız hesab edilməsi və pul tələbi haqqında qarşılıqlı iddianın təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahə mülkiyyətçisi Cavabdeh mənzilin keçmiş dövrə aid ödənilməmiş 667 manat xidmət haqqı və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 697 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçınə aid binada ümumi sahəsi 162,3 kv.m olan 39 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı "xxxx" MTK sahə mülkiyyətçisi Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmərtəbəli binanın idarə edilməsinə dair müqavilə bağlamaq təklif olunsa da, hətta müqavilənin surəti onlar tərəfindən imzalanaraq qarşılıqlı təsdiq üçün göndərilsə də, cavabdeh qanunla müəyyən edilmiş öhdəliklərinin icrasından yayınmaq üçün müqavilə bağlamaqdan imtina etmişdir. Eyni zamanda, cavabdeh öhdəliklərini tam icra etməmiş, bununla da binaya göstərilən xidmətlər vaxtlı-vaxtında icra edilməmiş və borcların yaranmasına səbəb olmuşdur. İlk iddia üzrə Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1249/2020 saylı iş üzrə İddiaçı ona qarşı “kommunal xidmətlərə görə vəsaitin tutulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddianın dəlilləri formal mülahizələrə əsaslanır; əvvəla, İddiaçı MTK-nın bina sakini olaraq ona çoxmərtəbəli binanın idarə edilməsi müqaviləsini təklif etməsi, onun isə həmin müqaviləni imzalamaqdan imtina etməsi və bu səbəbdən binaya göstərilən xərcləri ödəmək üzrə öhdəliklərinin icrasından yayınması barədə xüsusatlar tamamilə əsassızdır. Belə ki, əvvəla o, alimdir, tibb elmləri doktoru, professordur, qanunla müəyyən edilmiş hüquq və vəzifələrini yaxşı bilir və İddiaçı MTK səlahiyyətli olarkən kommunal xərcləri ödəmişdir. İkincisi, İddiaçı MTK tərəfindən ona müqavilə təklif edilməmiş və bu barədə heç bir sübut yoxdur. Üçüncüsü, hətta ona həmin müqavilə təklif edilsə idi belə, bu təklifin özü də qanunsuz və əsassız olacaqdı. Çünki İddiaçı MTK-nın belə bir hüququ yoxdur. Belə ki, müştərək cəmiyyət formasına keçməyən və hazırda MTK-lar tərəfindən tikilən və sakinlərin mülkiyyətində olan binalarda yaşayış sahəsindən istifadə haqqının miqdarı Mənzil Məcəlləsinin 44-47-ci maddələrinin tələblərinə riayət edilməklə, binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında müəyyən edilməlidir. Qanun tələb edir ki, mənzillərə görə kirayə haqqının məbləği sakinlərin ümümi razılığı, birgə qərarı ilə müəyyənləşsin. Binanın yuxarıda göstərilən idarəçilik üsulundan asılı olmayaraq, yığılan pulun məbləği sakinlərlə razılaşdırılmalıdır. Yığılan pulun hansı məqsədlərə (işiqlandırma, lift, su, mühafizə, sanitar xidməti, zibil atılması, təmir abadlıq və sair) xərclənməsi, dövriyyəsi tam şəffaf olmalı və hər sakin verdiyi pulun nəyə xərcləndiyini bilməlidir. Onların binasının timsalında ölkədə qüvvədə olan qanunvericiliyin (Mənzil Məcəlləsi) tələblərinə əməl olunmadığı müəyyən edilir. 2006-cı ildən mənzillərdən xidmət haqqı İddiaçı MTK (sədr Murtuzəli Həsənov) tərəfindən yığılmışdır. 2006-cı ildən 2018-ci ilədək ötən 12 il ərzində yığılan məbləğin nəyə və nə qədər xərclənməsi barədə kooperativin üzvlərinə heç bir hesabat verilməyib. Buna heç bir hüququ olmamasına baxmayaraq, MTK tərəfindən mənzil sahiblərinə onlarla razılaşdırılmamış yeni qiymət tarifləri ilə ötən illər üçün borc barədə bildiriş göndərilmişdir. Halbuki göstərilən müddət üçün mənzil sahibləri tərəfindən xidmət haqqı ödənilmişdir və bunun üçün MTK-nın məsul şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qəbzlər təqdim edilmişdir. Bina sakinləri buna etiraz edərək, Murtuzəli Həsənovdan ümumi yığıncağın yığılmasını və bu iclasda kooperativin maliyyə vəziyyəti haqda hesabat verilməsini tələb etmişdir. X23 bu iclasın çağırılmasından imtina etmiş və obyektiv maliyyə hesabatı verməkdən yayınmışdır. Onların tələblərinə cavab olaraq kooperativin sədri “bu bina mənimdir, məndən sonra da oğluma qalacaq. Kim bununla razı deyilsə, evini satsın və başqa yerə köçsün” deyir. X19 bu hərəkətlərindən sonra bina sakinləri yığışaraq "xxxx" MMMC təsis etdi və bu barədə İddiaçı MTK-nın sədri Murtuzəli Həsənova məlumat verilərək, artıq binanın idarə edilməsinin "xxxx" MMMC tərəfindən həyata keçiriləcəyi bildirilsə də, o, yenə də qanunsuz fəaliyyətini davam etdirməkdədir. Belə ki, hazırda yaşadıqları çoxmənzilli binanın idarə edilməsi "xxxx" MMMC tərəfindən həyata keçirilməli, İddiaçı MTK-nın isə bina sakinlərinə heç bir tələbi ola bilməz, çünki İddiaçı MTK ilə bina sakinləri arasında heç bir rəsmi münasibət yoxdur, lakin buna baxmayaraq, İddiaçı MTK qanunsuz olaraq "xxxx" MMMC-nin öz funksiyalarını yerinə yetirməsinə, yəni binanın idarə edilməsinə süni maneələr yaradır. Halbuki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2019-cu il tarixdə 1119-MM6-0139 nömrə ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, bu barədə Qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilmişdir. "xxxx" MMMC-nin qanuni təmsilçisi isə S.N.Məmmədovdur. Hazırkı iş üzrə Cavabdeh isə həmin MMMC-nin idarə heyətinin üzvüdür. Bundan başqa, Vergilər Nazirliyinin Bakı şəhəri X27 Baş İdarəsinin Vergi ödəyicilərinə Xidmət idarəsi ilə "xxxx" MMMC arasında xx.xx.2019-cu il tarixdə Qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə bağlanmışdır. İddiaçı hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Qeyd edir ki, artıq bina sakinləri İddiaçı üzvləri deyil, "xxxx" Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləridir. İşin həqiqi hallarından göründüyü kimi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yaşadıqları çoxmənzilli binanın idarə edilməsi üsullarından biri, yəni mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən idarə edilmə üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında onların tərəfindən seçilmiş və qanunun tələbinə əsasən idarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir və ən əsası isə çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Belə olan halda, yaşadıqları çoxmənzilli binanın idarə edilməsi "xxxx" MMMC tərəfindən həyata keçirilməli, İddiaçı MTK-nın isə bina sakinlərinə heç bir tələbi ola bilməz, çünki İddiaçı MTK ilə bina sakinləri arasında heç bir rəsmi münasibət yoxdur, binanın ikinci idarəedici təşkilat tərəfindən idarə edilməsinə qanunla yol verilmir. Bundan başqa, İddiaçı MTK-nın bina sakinlərinə təklif etdiyi çoxmənzilli binanın idarə edilməsi müqaviləsi və həmin müqavilə əsasında etdiyi hər hansı tələb də qanunsuzdur. Belə bir hüquq yalnız "xxxx" MMMC-yə məxsusdur. Beləliklə, işin həqiqi hallarından göründüyü kimi, İddiaçı MTK-nın rəhbərliyi yaşadıqları çoxmənzilli binanı qanunsuz, yəni Mənzil Məcəlləsinin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla idarə edir, bu hal isə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qanunun şərtlərindən göründüyü kimi, yaşadıqları çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin, yəni konkret halda "xxxx" MMMC ilə hər bir sahə mülkiyyətçisinin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə, özü də həmin "xxxx" MMMC-nin ümumi yığıncağının qərarında göstərilən şərtlərlə və Mənzil Məcəlləsinin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılmalıdır. Bu isə o deməkdir ki, İddiaçı MTKnın bina sakinlərinə təklif etdiyi çoxmənzilli binanın idarə edilməsi müqaviləsi və həmin müqavilə əsasında etdiyi hər hansı tələb qanunsuzdur. Məlumat üçün bildirir ki, "xxxx" MMMC-nin qanuni fəaliyətinə İddiaçı MTK-nın qanunsuz müdaxilələrinə son qoyulması barədə onların tərəfindən müvafiq iddia qaldırılacaqdır. Bundan başqa, qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddiaçının kommunal xərclərə görə iddia etdiyi yaşayış sahəsinin yuxarıda qeyd edilən statusa malik olduğu, ümumiyyətlə sözügedən yaşayış sahəsinin (binanın) idarə edilməsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edirlər ki, iddiaçı Zakir Mehtiyevi hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmiş, həmçinin iddiaçı həmin torpaq sahəsi üzərindəki tikilinin ona aid olmasını təsdiq edən və işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, göründüyü kimi, İddiaçı MTK-nın hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə (üçüncü şəxslər X21, X17, X14, X5, X10, X11 və X7 cəlb edilməklə) qarşı “protokolun etibarsız hesab edilməsi və pul tələbi haqqında qarşılıqlı iddianın təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 1249/2020 saylı iş üzrə İddiaçı MTK-nın Cavabdeh qarşı “Cavabdeh keçmiş dövrə aid 667 manat məbləğində xidmət haqqının və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi” haqqında iddianın rədd edilməsi; İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun (protokol üzrə qəbul olunmuş hər iki qərarın) etibarsız hesab edilməsi, İddiaçı MTK tərəfindən Cavabdeh qanunsuz və əsassız alınmış 500 manat məbləğində xidmət haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini, məhkəmə işə baxarkən, cavabdehin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddianın dəlilləri formal mülahizələrə əsaslanması, qanunsuz və əsassız olması barədə tərəflərindən verilmiş etirazda ətraflı məlumat verilmişdir. Bununla belə bir daha qeyd edirlər ki, iddianın dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, əvvəla, İddiaçı MTK-nın bina sakini olaraq ona çoxmərtəbəli binanın idarə edilməsi müqaviləsinin təklif etməsi, onun isə həmin müqaviləni imzalamaqdan imtina etməsi və bu səbəbdən binaya göstərilən xərcləri ödəmək üzrə öhdəliklərinin icrasından yayınması barədə xüsusatlar tamamilə əsassızdır. Belə ki, əvvəla o, alimdir, tibb elmləri doktoru, professordur, qanunla müəyyən edilmiş hüquq və vəzifələrini yaxşı bilir və İddiaçı MTK səlahiyyətli olarkən kommunal xərcləri ödəmişdir. İkincisi İddiaçı MTK tərəfindən ona müqavilə təklif edilməmiş və bu barədə heç bir sübut yoxdur. Üçüncüsü, hətta ona həmin müqavilə təklif edilsə idi belə, bu təklifin özü də qanunsuz və əsassız olacaqdı. Çünki İddiaçı MTK-nın belə bir hüququ yoxdur. Belə ki, müştərək cəmiyyət formasına keçməyən və hazırda MTK-lar tərəfindən tikilən və sakinlərin mülkiyyətində olan binalarda yaşayış sahəsindən istifadə haqqının miqdarı Mənzil Məcəlləsinin 44-47-ci maddələrinin tələblərinə riayət edilməklə, binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında müəyyən edilməlidir. Qanun tələb edir ki, mənzillərə görə kirayə haqqının məbləği sakinlərin ümumi razılığı, birgə qərarı ilə müəyyənləşsin. Binanın yuxarıda göstərilən idarəçilik üsulundan asılı olmayaraq, yığılan pulun məbləği sakinlərlə razılaşdırılmalıdır. Yığılan pulun hansı məqsədlərə (işiqlandırma, lift, su, mühafizə, sanitar xidməti, zibil atılması, təmir abadlıq və sair) xərclənməsi, dövriyyəsi tam şəffaf olmalı və hər sakin verdiyi pulun nəyə xərcləndiyini bilməlidir. Onların binaların timsalında ölkədə qüvvədə olan qanunvericiliyin (Mənzil Məcəlləsi) tələblərinə əməl olunmadığı müəyyən edilir. 2006-cı ildən mənzillərdən xidmət haqqı İddiaçı MTK (sədr Murtuzəli Həsənov) tərəfindən yığılmışdır. 2006-cı ildən 2018-ci ilədək ötən 12 il ərzində yığılan məbləğin nəyə və nə qədər xərclənməsi barədə kooperativin üzvlərinə heç bir hesabat verilməyib. Buna heç bir hüququ olmamasına baxmayaraq, MTK tərəfindən mənzil sahiblərinə onlarla razılaşdırılmamış yeni qiymət tarifləri ilə ötən illər üçün borc barədə bildiriş göndərilmişdir. Halbuki göstərilən müddət üçün mənzil sahibləri tərəfindən xidmət haqqı ödənilmişdir və bunun üçün MTK-nın məsul şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qəbzlər təqdim edilmişdir. Bina sakinləri buna etiraz edərək, Murtuzəli Həsənovdan umumi yığıncağın yığılmasını və bu iclasda kooperativin maliyyə vəziyyəti haqda hesabat verilməsini tələb etmişdir. X23 bu iclasın çağırılmasından imtina etmiş və obyektiv maliyyə hesabatı verməkdən yayınmışdır. Onların tələblərinə cavab olaraq kooperativin sədri “bu bina mənimdir, məndən sonra da oğluma qalacaq. Kim bununla razı deyilsə, evini satsın və başqa yerə köçsün” deyir. X19 bu hərəkətlərindən sonra bina sakinləri yığışaraq "xxxx" MMMC təsis etdi və bu barədə İddiaçı MTK-nın sədri Murtuzəli Həsənova məlumat verilərək, artıq binanın idarə edilməsi "xxxx" MMMC tərəfindən həyata keçiriləcəyi bildirilsə də, o, yenə də qanunsuz fəaliyyətini davam etdirməkdədir. Belə ki, hazırda yaşadıqları çoxmənzilli binanın idarə edilməsi "xxxx" MMMC tərəfindən həyata keçirilməli, İddiaçı MTK-nın isə bina sakinlərinə heç bir tələbi ola bilməz, çünki İddiaçı MTK ilə bina sakinləri arasında heç bir rəsmi münasibət yoxdur, lakin buna baxmayaraq, İddiaçı MTK qanunsuz olaraq "xxxx" MMMC-nin öz funksiyalarını yerinə yetirməsinə, yəni binanın idarə edilməsinə süni maneələr yaradır. Halbuki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2019-cu il tarixdə 1119-MM6-0139 nömrə ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, bu barədə Qeyrikommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilmişdir. "xxxx" MMMC-nin qanuni təmsilçisi isə S.N.Məmmədovdur. Hazırkı iş üzrə Cavabdeh isə həmin MMMC-nin idarə heyətinin üzvüdür. Bundan başqa, Vergilər Nazirliyinin Bakı şəhəri X27 Baş İdarəsinin Vergi ödəyicilərinə Xidmət idarəsi ilə "xxxx" MMMC arasında xx.xx.2019-cu il tarixdə Qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə bağlanmışdır. İddiaçı Mənzil” Tikinti Kooperativinin hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Qarşılıqlı iddianın dəlilləri ilə bağlı aşağıdakıları bildirməyi lazım hesab edirlər. Belə ki, hazırkı iş üzrə məhkəmə hazırlıq iclasında İddiaçı MTK-nın iddia ərizəsinə əlavə edilmiş sənədlər, o cümlədən İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun (qərarının) surəti, İddiaçı MTK-nın sədri tərəfindən bina mülkiyyətçilərinə ünvanlanmış və xx.xx.2017-ci il tarixdə imzalanmış X24 tərəfindən tərtib edilmiş smeta xərcləri cədvəlinə dair müraciətin surəti, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli Çoxmərtəbəli binanın idarə edilməsi müqaviləsinin surəti, xx.xx.2018-ci il tarixli “Çoxmərtəbəli binanın idarə edilməsi müqaviləsi”nin Cavabdeh göndərilməsi barədə xx.xx.2018-ci il tarixli poçt qəbzinin surəti, xx.xx.2018-ci il tarixli “Çoxmərtəbəli binanın idarə edilməsi müqaviləsi”nin Cavabdeh çatdırılması barədə xx.xx.2018-ci il tarixli poçt xəbərnaməsinin surəti, İddiaçı MTK-nın sədri tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktubların surəti, İddiaçı MTK-nın sədri tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş “2018-ci il üçün binanın idarəetmə və kommunal xidməti xərclərinin aylıq smeta xərci” cədvəlinin surəti, “01 may 2018-ci il tarixə İddiaçı MTK-nın sahə mülkiyyətçilərinə təqdim edilən xidmət müqaviləsi, smeta xərci və xidməti məktubun alınması barədə məlumat cədvəli”nin surəti onun nümayəndəsinə təqdim edilmişdir. Hesab edirlər ki, İddiaçı MTKnın iddia ərizəsinə əlavə edilmiş sənədlərinin heç biri sübut kimi qəbul edilə bilməz. Ən əvvəl qeyd edir ki, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun mövcudluğu barədə yalnız həmin protokolun surətinin hazırkı iş üzrə məhkəmə hazırlıq iclasında onlara təqdim edilərkən məlumatları olmuşdur. Bundan başqa, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun (qərarının) surətindən görünür ki, iclasda iştirak etməli olan 56 nəfərdən guya 13 nəfər iştirak etmişdir, 43 nəfər isə iştirak etməmişdir. Təkcə bu fakt təsdiq edir ki, həmin iclas səlahiyyətsiz, həmin iclasda qəbul olunmuş istənilən qərar isə qanunsuzdur. Əslində isə həmin tarixdə və ümumiyyətlə, bu günə qədər binada İddiaçı MTK tərəfindən heç bir iclas keçirilməmişdir, bu barədə heç bir sübut, o cümlədən adi fotoşəkil belə yoxdur. Bundan başqa, İddiaçı MTK-nın sədri tərəfindən bina mülkiyyətçilərinə ünvanlanmış və xx.xx.2017ci il tarixdə imzalanmış X24 tərəfindən tərtib edilmiş smeta xərcləri cədvəlinə dair müraciəti və həmin müraciətdə göstərilənlər də əsassızdır. Həmin müraciətdə binada 1 kv.m yaşayış və qeyri-yaşayış sahəsinə hesablanan kommunal xidmət məbləğinin Mənzil Məcəlləsinin 137.4, 138.5-ci maddəsinin tələblərinə və bina mülkiyyətçilərinin çoxunun X13 tərtib etdiyi smeta xərcləri cədvəlinə yazılı müsbət rəyinə əsasən qeyd olunan xidmət məbləğinin qəbul edilməsi göstərilsə də, bu xüsusat tamamilə əsassızdır və heç bir fakta əsaslanmır. Bundan başqa, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli “Çoxmərtəbəli binanın idarə edilməsi müqaviləsi” də iş üzrə sübut kimi qəbul edilə bilməz. Həmin müqavilənin mövcudluğu barəsində Cavabdeh heç bir məlumatı yoxdur. Həmçinin, həmin müqavilədən göründüyü kimi, müqavilədə onun heç bir imzası, həmçinin onun şəxsiyyətini təsdiq edən heç bir məlumat yoxdur. Bundan başqa, xx.xx.2018-ci il tarixli “Çoxmərtəbəli binanın idarə edilməsi müqaviləsi”nin ona çatdırılması barədə xx.xx.2018-ci il tarixli poçt xəbərnaməsini İddiaçı MTK-nın öz işçisi, yəni komendant M.Sultanov imza edərək qəbul etmişdir. Həmin sənədin ona çatdırılması barədə heç bir sübut yoxdur, bu fakt da İddiaçı MTK ilə onun arasında heç bir münasibətin olmamasının göstəricisidir. Bundan başqa, İddiaçı MTK-nın sədri tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarının ona verilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, “01 may 2018-ci il tarixə İddiaçı MTK-nın sahə mülkiyyətçilərinə təqdim edilən xidmət müqaviləsi, smeta xərci və xidməti məktubun alınması barədə məlumat cədvəli”ni də 56 sahə mülkiyyətçilərindən yalnız 25 nəfəri imzalamış, yəni sahə mülkiyyətçilərinin yarısından da az mülkiyyətçi imzalamışdır. Bütün yuxarıda göstərilənlər, ilk iddianın dəlillərinin formal mülahizələrə əsaslanması, qanunsuz və əsassız olmasını bir daha təsdiq edir. Bundan başqa, guya İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasında 2 məsələ, o cümlədən xx.xx.2017-ci il tarixdən yeni Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar binanın idarə edilməsi və saxlanması xərclərində edilmiş dəyişiklərlə bağlı binada 1 kv.m xidmət sahəsinin kommunal xidmət tarifinin müəyyən edilməsi barədə və kooperativ mülkiyyətçiləri Mənzil Məcəlləsinin 125.2.5-ci maddəsinin tələblərinə əsasən X18 (7), X15 (12), X12 (19), X3 (30), Cavabdeh (39), X8 (40), X9 (43), X6 (46) ümumi əmlakının saxlanılması və binanın təmir edilməsi üçün binadaxili Fondun yaradılması ilə bağlı təşəbbüslərinə baxılması müzakirə olunaraq qərarlar qəbul edilmişdir. Bildirilir ki, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun surətindən görünür ki, guya həmin iclasda protokolda adı göstərilən şəxslər iştirak və çıxış etmiş, hər iki məsələ ilə bağlı müsbət qərar edilmişdir. Bu hal da həqiqətə uyğun deyildir. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi, həmin tarixdə və ümumiyyətlə, bu günə qədər binada İddiaçı MTK tərəfindən heç bir iclas keçirilməmişdir. Təbii ki, bu halda heç bir məsələ müzakirə edilə və qərar qəbul edilə bilməzdi. Nəhayət, hazırkı iş üzrə məhkəmə hazırlıq iclasında İddiaçı MTK-nın nümayəndəsi, MTK-nın baş mühasibi özü də etiraf etdi ki, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclası faktiki olaraq keçirilməmiş, protokolda göstərilən 13 nəfər şəxs isə qiyabi olaraq iştirak etmişdir. Bu fakt da həmin iclasın ümumiyyətlə keçirilməməsini,o cümlədən hər hansı bir qərar qəbul edilməməsini bir daha təsdiq edir. Qeyd edir ki, protokolda göstərilən 13 nəfər şəxsin şəxsiyyəti də dəqiq müəyyən deyil və protokolda adı göstərilən şəxslərin isə əksəriyyətinin, o cümlədən onun həmin iclasdan xəbərsiz olması dəqiqdir. Bundan başqa, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun (qərarının) surətindən görünür ki, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının gündəliyindəki ikinci məsələ guya “Kooperativ mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 125.2.5-ci maddəsinin tələblərinə əsasən X18 (7), X15 (12), X12 (19), X3 (30), Cavabdeh (39), X8 (40), X9 (43), X6 (46) binanın ümumi əmlakın saxlanılması və binanın təmir edilməsi üçün binadaxili Fondun yaradılması ilə bağlı təşəbbüslərinə baxılması” olmuşdur. Tam qətiyyətlə bildirilir ki, adları qeyd olunan həmin şəxslərin heç birinin belə bir təşəbbüsü olmamışdır. Bundan başqa, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunda isə göstərilir ki, guya yuxarıda adları qeyd olunan Kooperativ mülkiyyətçiləri (X18 (7), X15 (12), X12 (19), X3 (30), Cavabdeh (39), X8 (40), X9 (43), X6 (46)) idarə heyətinə ərizə ilə müraciət edərək, Mənzil Məcəlləsinin 125.2.5-ci və 136.1.2-ci maddəsinin tələblərinə əsasən binanın ümumi əmlakın saxlanılması və binanın təmir edilməsi üçün binadaxili Fondun yaradılmasını təklif etmişlər. Bunu da tam qətiyyətlə bildirirlər ki, adları qeyd olunan həmin şəxslər İddiaçı MTK-nın idarə heyətinə belə bir ərizə ilə müraciəti olmamışdır. Bundan başqa, İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunda isə göstərilir ki, guya Kooperativ mülkiyyətçiləri Vasif Babayev (9), Cavabdeh (39) və Rəfail Hüseynov (40) çıxışlarında binanın ümumi əmlakın saxlanılması və binanın təmir edilməsi üçün binadaxili Fondun yaradılması ilə bağlı İddiaçı MTK-nın idarə heyətinə ərizə ilə müraciət etdiklərini və bu işlərin idarə olunmasını Vasif Babayev (9), Rəfail Hüseynov (40) və Kooperativin inzibatçısına həvalə edilməsini xahiş etmişlər. Bunu da tam qətiyyətlə bildirirlər ki, adları qeyd olunan həmin şəxslər İddiaçı MTK-nın xx.xx.2017-ci il tarixli iclasında iştirak və çıxış etməmiş, həmçinin bu məsələ ilə bağlı heç bir qərar qəbul olunmamışdır. Bundan başqa, qeyd edirlər ki, MTK-nın iddia ərizəsinə əlavə edilmiş “01 may 2018-ci il tarixə İddiaçı MTK-nın sahə mülkiyyətçilərinə təqdim edilən xidmət müqaviləsi, smeta xərci və xidməti məktubun alınması barədə məlumat cədvəli”nə diqqətlə baxdıqda, hazırkı iş üzrə cavabdeh və üçüncü şəxslərin (onlar həm də guya MTK-nın xx.xx.2017-ci il tarixli iclasının gündəliyindəki ikinci məsələnin təşəbbüskarı, ərizəçiləri və iclasda çıxış edən şəxslərdir?!) demək olar ki, heç biri həmin cədvələ imza atmamışlar. Bu fakt da ilk iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olmasına əyani sübutdur. Əlavə olaraq qeyd edir ki, həmin cədvəldə binanın 56 sahə mülkiyyətçisındən yalnız 24 mülkiyyətçinin imzası vardır ki, həmin imzaların bəzilərinin isə eyni şəxslər tərəfindən icra olunduğu müəyyən edilir. Ona görə də, baxmayaraq ki, bu hal işin nəticəsinə o qədər də təsir etmir, bununla belə hesab edirlər ki, məhkəmə zəruri hesab edərsə, həmin imzaların da sahə mülkiyyətçilərinin hər birinin özü tərəfindən icra edilibedilməməsini müəyyən etmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, MTK-nın xx.xx.2017ci il tarixli iclasının gündəliyindəki birinci məsələ ilə bağlı həmin şəxslərin, həmçinin bütövlükdə binanın əksər sakinlərinin həmin iclasın yeri və vaxtı, o cümlədən gündəliyindəki hər iki məsələ ilə bağlı məlumatlarının olmaması və belə bir iclasın keçirilməməsi də işin mübahisəsiz halıdır. Bütün yuxarıda göstərilənlər İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun və həmin protokolda göstərilənlərin, o cümlədən qəbul olunmuş hər iki qərarın formal mülahizələrə əsaslanması, qanunsuz və əsassız olmasını bir daha təsdiq edir, nəticə etibarilə protokolun etibarsız hesab edilməsi üçün əsas yaradır. Nəhayət, bir faktı da qeyd edir ki, o, 2012-ci ilin sentyabr ayından həmin binada yaşayır. Hazırkı işdən göründüyü kimi, İddiaçı MTK üzrə 4 otaqlı mənzillərə görə xidmət haqqının aylıq məbləği 40 manat təşkil etmişdir. Lakin bu haqda Cavabdeh MTK sədri Murtuzəli Həsənov və inzibatçı İlham Sultanov tərəfindən düzgün məlumat verilməmiş, əksinə xidmət haqqının 50 manat olduğunu bildirilmişdir. Bu hal ona 2017-ci ilin mart ayında məlum olmuşdur və o, buna öz etirazını bildirdikdən sonra onun mənzilinə xidmət haqqı hamıdakı kimi 40 manata endirilmişdir. Beləliklə, MTK üzrə 4 otaqlı mənzillərə görə xidmət haqqının aylıq məbləği 40 manat (bəzi şəxslərdə isə hətta 30 manat) təşkil etdiyi halda, MTK 2012-ci ilin sentyabr ayından 2017-ci ilin mart ayına qədər ondan hər ay 50 manat, yəni müəyyən olunmuş məbləğdən 10 manat artıq xidmət haqqı alınmışdır. Nəticədə 2012-ci ilin sentyabr ayından 2017-ci ilin mart ayına qədər MTK Cavabdeh cəmi 500 manat artıq xidmət haqqı almışdır. Hesab edir ki, həmin artıq ödənilmiş 500 manat xidmət haqqı da cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK etiraz ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində göstərilən halların heç bir hüquqi əsası yoxdur və iddia ərizəsinə etirazda göstərdikləri hallar kimi qarşılıqlı iddia ərizəsi də yalnız kommunal xidmətlərə görə ödənişdən yayınmaq məqsədi daşıyır. Qarşılıqlı iddia ərizəsində göstərilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 03 saylı protokolla hazırkı işə baxılarkən tanış olmuş, daha əvvəl bu barədə məlumatı olmamışdır. Eyni zamanda bildirir ki, iclasda 56 nəfərdən 13 nəfər iştirak etdiyi üçün qəbul olunmuş qərar da qanunsuz hesab edilməlidir. Lakin iclasın baş tutması üçün yetersay qanunvericilikdə müəyyən edilməmiş, yalnız iştirak edən şəxslərin səs çoxluğu ilə qərarların qəbul edilməsi və protokollaşdırılması öz əksini tapmışdır. Cavabdeh tərəf ona imzalanması üçün təqdim olunmuş müqavilənin sübut kimi qəbul edilməməli olduğunu bildirmişdir. Halbuki, bu müqavilənin mahiyyəti deyil, məhkəməyə təqdim edərək, həqiqətən də imzalanması üçün cavabdehə təklif olunduğunu göstərmişlər. Qarşılıqlı iddia ərizəsində “01 may 2018-ci il tarixə İddiaçı MTK-nın sahə mülkiyyətçilərinə təqdim edilən xidmət müqaviləsi, smeta xərci və xidməti məktubun alınması barədə məlumat cədvəlini də 56 nəfərdən yalnız 25 nəfərin imzaladığını bildirmişdir. Cavabdeh tərəfin özünün də qeyd etdiyi kimi bu sadəcə məlumat xarakterli bir cədvəldir. Kimlərinsə həmin cədvəllə tanış olub-olmaması onun mahiyyətinə təsir etmir və bu cədvəl də elanlar lövhəsində asılmışdır. Bundan başqa cavabdeh “qətiyyətlə” bildirir ki, xx.xx.2017-ci il tarixli iclas faktiki olaraq keçirilməmişdir, 13 nəfər isə qiyabi formada iştirak etmişdir. Cavabdehin qətiyyəti sübut növü olmasa da, onun qətiyyətindəki həqiqət bundan ibarətdir ki, o, 13 nəfərdən birinin özü olduğunu və qiyabi olaraq iştirak etdiyini düzgün olaraq təsdiq edir. Qanunvericilik isə qiyabi səsverməni qadağan etmir, əksinə tənzimləyir. Cavabdeh bildirir ki, 2012-2017-ci illərdə ondan ümumilikdə 500 manat əlavə ödəniş alınmışdır. Bununla bağlı isə heç bir sübut təqdim etməmişdir. Əksinə onun MTK-ya borcunun olmasına dair sübutlar iş materiallarına əlavə olunmuşdur. Hətta cavabdeh artıq ödəniş etmiş olsa belə, burada da qanunvericilik tərəfindən 2 illik kəsici müddət müəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə tələblə bağlı iddia müddəti başa çatmışdır. Belə ki, Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. İlk iddia üzrə İddiaçı MTK ilk iddia üzrə Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etiraza dair təkzib təqdim edərək, iddiasının təmin edilməsini xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh qanunvericiliyin tələblərini pozduğu üçün tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş məhkəmədə baxılarkən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin etirazda göstərilən halların heç bir hüquqi əsası yoxdur və yalnız kommunal xidmətlərə görə ödənişdən yayınmaq məqsədi daşıyır. Cavabdeh tərəf bildirir ki, o, elmlər doktorudur və ona müqavilə təklif olunması barədə heç bir sübut yoxdur. Bununla bağlı bildirirlər ki, onun elmlər doktoru olması üzərinə düşən öhdəlikləri icra etməkdən yayınmaq üçün əsas deyil, əksinə daha nümunəvi davranış üçün əsas olmalıdır. Eyni zamanda cavabdeh tərəf hazırki mülki işin materialları ilə tanış olsaydı bilərdi ki, ona bağlanması üçün təklif olunmuş müqavilənin surəti və müqavilənin bağlanmasına dair müraciəti təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmuşdur. Etirazda göstərilir ki, İddiaçı MTK hazırda səlahiyyətli deyil. Halbuki, İddiaçı MTK nizamnaməsinə görə, ünvan 2 ünvanında yerləşən binanın idarəedici təşkilatıdır. Hazırda MTK ləğv edilməmiş, fəaliyyəti dayandırılmamışdır. Həmçinin etirazda qeyd olunur ki, kommunal xərclərə görə xidmət haqqının məbləği sahə mülkiyyətçilərinin ümumi yığıncağında müəyyən edilməli, sakinlərə xərclər barədə məlumat verilməlidir. Bununla bağlı isə onların tərəfindən məhkəməyə smeta xərclərinə dair sənəd və kooperativin ümumi yığıncağının protokolundan çıxarışlar təqdim olunmuşdur. Müvafiq sənədlər mütəmadi olaraq binanın elanlar lövhəsində də yerləşdirilmişdir. Binanın idarə edilməsinə əngəl olmaq, kommunal ödənişlərdən yayınmaq, illərlə yığılmış borcları ödəmək üçün bir neçə sakin qanunsuz olaraq heç bir iclas olmadan qanunsuz “protokol” tərtib edərək, dövlət orqanlarına sanki iclas keçirilməsi və onun nəticəsinə dair yalan məlumat vermişlər və beləliklə, "xxxx" MMMC-nin qeydiyyata alınmasına nail olmuşlar. Bununla bağlı artıq həm hüquq mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət olunmuşdur. İddiaçı MTK isə ləğv olunmadığından və ya yenidən təşkil edilmədiyindən (belə ki, nə ləğv etmə komissiya təşkil edilmiş, nə də təhvil aktı tərtib edilmişdir) hazırda ünvan 3 ünvanında yerləşən binanın idarəedici təşkilatıdır. Bütün bunlardan sonra cavabdeh tərəf öz etdiyi hallara özü də şübhə ilə yanaşaraq sanki iddia ərizəsi ilə razılaşmış, lakin bildirmişdir ki, iddianın hüquqi əsası yoxdur. Hüquqi əsasla bağlı isə iddia ərizəsində ətraflı qeyd etmişlər. İlk iddia üzrə İddiaçı MTK məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbdən baş verdiyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclasının ilk iddia üzrə iddiaçının iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia üzrə iddia ərizəsinin məzmununa və ilk iddiaya qarşı vermiş olduqları etiraza uyğun izahat verərək, ilk iddianın rədd və qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş qarşılıqlı iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X17, X14, X5, X10, X11 və X7 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 05 yanvar 2018-ci il tarixli Çoxmərtəbəli binanın idarə edilməsi barədə Müqavilə nümunəsindən görünür ki, idarəedici adlanacaq İdarəedici İddiaçı MTK, digər tərəfdən sahə mülkiyyətçisi olan Cavabdeh olmaqla, İdarəedici ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli binanın idarə edilməsini, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürməsi barədə müqavilə tərtib edilmiş, həmin müqavilə "xxxx" MTK-nın sədri M.Həsənov tərəfindən imzalanmış, lakin “sahə mülkiyyətçisi” Cavabdeh tərəfindən imzalanmamışdır. "xxxx" MTK-nın sədri M.Q.Həsənov tərəfindən təsdiq edilmiş 2018-ci il üçün binanın idarəetmə və kommunal xidməti xərclərin aylıq smeta xərci cəmi 3.100 manat məbləğ təşkil edir. "xxxx" MTK-nın bir sıra kooperativ üzvlərinin iclasının 03 №-li protokolundan görünür ki, iclasda iştirak edilməlidir-56 nəfər, iştirak etdi-13 nəfər, o cümlədən müxtəlif səbəblərdən iştirak etmədi-46 nəfər. Gündəlikdə olan 1-ci məsələ, yəni 01 aprel 2017-ci il tarixdən yeni Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar binanın idarə edilməsi və saxlanması xərclərində edilmiş dəyişikliklərlə bağlı binada 1m2 xidmət sahəsinin kommunal xidmət tarifinin müəyyən edilməsi ilə əlaqədar Mənzil Məcəlləsinin 137.4 və 138.5-ci maddələrinin tələblərinə və kooperativ üzvlərinin əksəriyyətinin müsbət yazılı rəyinə əsasən kooperativin idarə heyətinin binanın 1m2 kommunal xidmət sahəsinə hesabladığı tarif 0,35 qəpik təsdiq edilmiş və Mənzil Məcəlləsinin 46 və 47-ci maddəsinin tələblərini əsas tutaraq binanın kommunal xidmət sahələrindəki 1m2 xidmət sahəsinin tarifinin dəyişilməsi ilə bağlı kooperativin idarə heyətinin yeni smeta xərcləri cədvəlinin hər bir kooperativ üzvünün fərdi müzakirəsinə verildiyi və nəticəsini yazılı cədvəllərdə alındığı, eyni zamanda sənədə yazılı münasibət bildirməyə kooperativ üzvlərinin rəyi Mənzil Məcəlləsinin 137.4 və 138.5-ci maddələrinə əsasən razılıq əlaməti kimi qəbul edilməsi qərara alınmışdır. Gündəlikdə olan 2-ci məsələ, yəni kooperativin mülkiyyətçiləri Mənzil Məcəlləsinin 125.2.5-ci maddəsinə əsasən V.Eyvazov (7), İ.Əliyev (12), C.Quliyeva (19), Ş.Qarakişiyeva (30), Cavabdeh(39), R.Hüseynov(40), N.Muxtarlı(41), İ.Orucova (42), K.Rüstəmova (43), S.Aslanova(46) ümumi əmlakın saxlanması və əsaslı təmir edilməsi üçün binadaxili Fondun yaradılması ilə bağlı təşəbbüslərinə baxılması ilə əlaqədar binanın ümumi əmlakın saxlanılması və əsaslı təmir edilməsi üçün kooperativdən kənar binadaxili Fondun yaradılması, kooperativdən kənar binadaxili Fondun idarə edilməsinin mülkiyyətçilər V.Babayev(9), R.Hüseynov(40) və inzibatçı İ.Sultanovaya həvalə edilməsi və binadaxili Fondun vəsaitinin yığılması, xərclənməsi və uçotunun aparılmasına kooperativ sədrinin heç bir məsuliyyət daşımadığının qeyd edilməsi qərara alınmışdır. İddiaçı MTK-nın binanın mülkiyyətçilərinə ünvanladığı bildirişin surətindən görünür ki, 01 aprel 2017-ci il tarixdən yeni Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar binanın idarə edilməsi və saxlanması xərclərində edilmiş dəyişikliklərə əsasən binada 1m2 yaşayış və qeyri-yaşayış sahəsinə hesablanan kommunal xidmət məbləği Mənzil Məcəlləsinin 137.4, 138.5 tələblərinə və bina mülkiyyətçilərinin çoxunun X13 tərtib etdiyi smeta xərcləri cədvəlinə yazılı müsbət rəyinə əsasən 121,5 m2olan 3 otaqlı mənzilin kommunal xidmət haqqı, 1 m2 0,35 manat olmaqla, 43 manat, 124,8 m2 olan 3 otaqlı mənzilin kommunal xidmət haqqı, 1 m2 0,35 manat olmaqla, 44 manat, 156,4 m2 olan 4 otaqlı mənzilin kommunal xidmət haqqı, 1 m2 0,35 manat olmaqla, 55 manat, 163,2 m2 olan 4 otaqlı mənzilin kommunal xidmət haqqı, 1 m2 0,35 manat olmaqla 57 manat, qeyri yaşayış sahəsi üzrə, yəni 650 m2 olan tibb mərkəzinin kommunal xidmət haqqı, 1 m2 0,35 manat olmaqla, 228 manat, 400 m2 olan qaraj sahəsinin kommunal xidmət haqqı, 1 kv.m 0,35 manat olmaqla, 140 manat, 200 m2 olan 1-ci obyektin kommunal xidmət haqqı, 1 kv.m 0,35 manat olmaqla, 70 manat və 200 m2 olan 2-ci obyektin kommunal xidmət haqqı, 1 kv.m 0,35 manat olmaqla, 70 manat müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən 39 №-li mənzilin sahibi Cavabdeh ünvanlanmış xx.xx.2018ci il tarixli bildirişin surətindən görünür ki, Mənzil Məcəlləsinin 135.5 və 137.4-cü maddələrinin tələblərinə və kooperativin üzvlərinin əksəriyyətinin yazılı rəyinə əsasən yaşayış sahəsinin 1 m2 kommunal xidmət sahəsinə hesablandığı tarif 0,35 qəpik təsdiq edilmişdir. 01 aprel 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək olan dövrə aylıq 17 manat az ödəməklə, cəmi 153 manat kooperativə borc məbləği yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin borcun qısa müddətdə kooperativə ödənilməsi xahiş edilmişdir. İddiaçı MTK tərəfindən 39 №-li mənzilin sahibi Cavabdeh ünvanlanmış xx.xx.2018ci il tarixli bildirişin surətindən görünür ki, Mənzil Məcəlləsinin 135.5 və 137.4-cü maddələrinin tələblərinə və kooperativin üzvlərinin əksəriyyətinin yazılı rəyinə əsasən yaşayış sahəsinin 1 m2 kommunal xidmət sahəsinə hesablandığı tarif 0,35 qəpik təsdiq edilmişdir. 01 aprel 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək olan dövrə aylıq 17 manat az ödəməklə, cəmi 153 manat kooperativə borc məbləği yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin borcun qısa müddətdə kooperativə ödənilməsi xahiş edilmişdir. İddiaçı MTK tərəfindən 39 №-li mənzilin sahibi Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, Mənzil Məcəlləsinin 135.5 və 137.4-cü maddələrinin tələblərinə və kooperativin üzvlərinin əksəriyyətinin yazılı rəyinə əsasən yaşayış sahəsinin 1 m2 kommunal xidmət sahəsinə hesablandığı tarif 0,35 qəpik təsdiq edilmişdir. 01 aprel 2017ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan dövrə aylıq 17 manat az ödəməklə 306 manat, su nasosxanasında aparılan təmir işlərinə görə 9 manat, cəmi 315 manat kooperativə borc məbləği yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin borcun qısa müddətdə kooperativə ödənilməsi xahiş edilmişdir. İddiaçı MTK tərəfindən 39 №-li mənzilin sahibi Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, 01 aprel 2017-ci il tarixdən Mənzil Məcəlləsinin 135.5 və 137.4-cü maddələrinin tələblərinə əsasən, kooperativin binasında 1 kv.m yaşayış və qeyri yaşayış sahəsinin xidmət haqqı tarifi 0,35 qəpik, qaraj sahəsinə xidmət haqqı isə aylıq 10 manat təsdiq edilmişdir. Həmin tarixdən Mənzil Məcəlləsinin 140.1 və 140.2 maddələrinə əsasən binada istismar edilən avadanlıqların və digər sahələrin cari və əsaslı təmir işlərinin dəyəri mülkiyyətçilərin yaşayış və qeyri-yaşayış sahələrinə əsasən proporsional qaydada ödənilməlidir. Sizin 01 aprel 2017-ci il tarixdən 01 noyabr 2018-ci il tarixədək olan dövrə yaşayış sahəsinin xidmət haqqına görə 323 manat, su nasosunun təmirinə görə 10 manat, generatorun təmirinə görə 10 manat, ümumilikdə isə 343 manat borc məbləği yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin borcun qısa müddətdə kooperativə hesablaşma hesabına ödənilməsi xahiş edilmişdir. Qəbzin surətindən görünür ki, İddiaçı MTK-nın sədri tərəfindən Cavabdeh göndərilmiş bildiriş xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Poçt göndərişlərinin verilməsi barədə xəbərnamənin surətindən görünür ki, M.Qaşqay 93, mənzil 39 ünvanında yaşayan Cavabdeh göndərilmiş xx.xx.2018-ci il tarixdə “Sultanov” tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 22 avqust 2019-cu il tarixdə 1119-MM6-0139 № ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Qeyri-Kommersiya Qurumunun və Təhsil Müəssisələrinin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və VÖEN-i **********1-dir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2019-cu il tarixdə 1119-MM6- 0139 № ilə qeydiyyata alınmışdır. Maliyyə ili 01 yanvar-31 dekabrdır. Hüquqi ünvanı və fəaliyyət ərazisi Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, ev 93-dür. Fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəcam verilməsini tələb etməkdir. Qanuni təmsilçisi X2r. Qeydiyyata alınmanın hüquqi əsasları sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli təsis yığıncağının qərarı və digər sənədlərdir. 08 oktyabr 2012-ci il tarixli 203034 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2012-ci ilin sentyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 20 oktyabr 2012-ci il tarixli 203047 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2012-ci ilin oktyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 16 noyabr 2012-ci il tarixli 203068 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2012-ci ilin noyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 05 dekabr 2012-ci il tarixli 203098 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2012-ci ilin dekabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 16 fevral 2013-cü il tarixli 203173 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin fevral ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 16 mart 2013-cü il tarixli 203203 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin mart ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 19 aprel 2013-cü il tarixli ******* №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin aprel ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 26 may 2013-cü il tarixli 203270 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin may ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 22 iyun 2013-cü il tarixli 203304 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin iyun ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 23 iyul 2013-cü il tarixli 203340 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin iyul ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 16 avqust 2013-cü il tarixli 203368 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin avqust ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 10 sentyabr 2013-cü il tarixli 203401 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin sentyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 16 oktyabr 2013-cü il tarixli 203447 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin oktyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 16 noyabr 2013-cü il tarixli 203490 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin noyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 11 dekabr 2013-cü il tarixli 419368 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2013-cü ilin dekabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 21 yanvar 2014-cü il tarixli 419418 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin yanvar ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 19 fevral 2014-cü il tarixli 419451 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin fevral ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 20 mart 2014-cü il tarixli 419499 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin mart ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 13 may 2014-cü il tarixli 419574 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin aprel-may ayı üçün İddiaçı MTK-ya 100 manat məbləğində xidmət haqqı ödəmişdir. 19 iyun 2014-cü il tarixli 419604 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin iyun ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 21 iyul 2014-cü il tarixli 419633 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin iyul ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 15 avqust 2014-cü il tarixli 419649 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin avqust ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 18 sentyabr 2014-cü il tarixli 419674 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin sentyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 06 oktyabr 2014-cü il tarixli 419695 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin oktyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 20 noyabr 2014-cü il tarixli 419728 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2014-cü ilin noyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 21 yanvar 2015-ci il tarixli 419780 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin yanvar ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 18 fevral 2015-ci il tarixli 419807 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin fevral ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 18 mart 2015-ci il tarixli 419829 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin mart ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 23 aprel 2015-ci il tarixli 687157 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin aprel ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 19 may 2015-ci il tarixli 687174 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin may ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 18 iyun 2015-ci il tarixli 687200 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin iyun ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 16 iyul 2015-ci il tarixli 687220 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin iyul ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 17 avqust 2015-ci il tarixli 687238 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin avqust ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 18 sentyabr 2015-ci il tarixli 687263 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin sentyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 20 oktyabr 2015-ci il tarixli 687282 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin oktyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 17 noyabr 2015-ci il tarixli 687302 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin noyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 29 dekabr 2015-ci il tarixli 687337 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2015-ci ilin dekabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 25 yanvar 2016-cı il tarixli 687359 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin yanvar ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 20 fevral 2016-cı il tarixli 687387 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin fevral ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 24 mart 2016-cı il tarixli 687419 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin mart ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 30 aprel 2016-cı il tarixli 687451 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin aprel ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 21 may 2016-cı il tarixli 687469 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin may ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 21 iyun 2016-cı il tarixli 687491 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin iyun ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 30 iyul 2016-cı il tarixli 687522 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin iyul ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 24 avqust 2016-cı il tarixli 687542 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin avqust ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 19 sentyabr 2016-cı il tarixli 687561 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin sentyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 15 oktyabr 2016-cı il tarixli 687584 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin oktyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 30 noyabr 2016-cı il tarixli 687621 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin noyabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 21 dekabr 2016-cı il tarixli 687638 №-li kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh 39 №-li mənzil üzrə 2016-cı ilin dekabr ayı üçün İddiaçı MTK-ya 50 manat məbləğində xidmət haqqı ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MTK cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMMC-nin təsis yığıncağının 01 iyul 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iddia Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1712/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-343/2021 saylı qətnaməsinə əsasən isə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1712/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2-2(102)-474/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-343/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk növbədə ilk iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edən məhkəmənin qənaətinə görə, ilk iddia tələbi əsassızdır. Çünki ilk iddiaçı cavabdehin mənzilin hər 1 kv.m görə 0,35 qəpik olmaqla xidmət haqqı ödəməli olmasına baxmayaraq, həmin öhdəliyini pozduğunu və nəticədə cəmi 667 manat borcunun yarandığını iddia edərək ilk iddia tələbini irəli sürsə də, cavabdehin ilk iddiaçı qarşısında öhdəliyinin mövcud olduğu ümumiyyətlə müəyyən edilmir. Habelə, işdən görünür ki, cavabdehin belə bir öhdəliyi olmasa belə o, əvvəlki dövrlərdə (2017-ci ilədək) kommunal xidmətlərə görə ödənişləri ödəməkdən yayınmamış, əksinə hər ay 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarınında göstərilmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Beləliklə, məhkəmə qeyd edir ki, ilk İddiaçı MTK–nın Cavabdeh qarşı “kommunal xidmətlərə görə ödənilməmiş 667 manat vəsaitin tutulması”na dair ilk iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir: 1) İddiaçı MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli iclasının 03 saylı protokolunun (protokol üzrə qəbul olunmuş hər iki qərarın) etibarsız hesab edilməsi; və 2) əsassız ödənilmiş 500 manat məbləğində xidmət haqqının tutulması. Qarşılıqlı iddiaçının mübahisələndirdiyi 06 may 2017-ci il tarixli protokoldan görünür ki, kooperativ üzvlərinin (binanın sahə mülkiyyətçilərinin) 06 may 2017-ci il tarixli iclasının nəticəsində kooperativ üzvlərinin əksəriyyətinin müsbət yazılı rəyinə əsasən kooperativin idarə heyətinin binanın 1m2 kommunal xidmət sahəsinə hesabladığı tarifin 0,35 qəpik təsdiq edilməsi, binanın ümumi əmlakın saxlanılması və əsaslı təmir edilməsi üçün kooperativdən kənar binadaxili Fondun yaradılması, kooperativdən kənar binadaxili Fondun idarə edilməsinin mülkiyyətçilər V.Babayev(9), R.Hüseynov(40) və inzibatçı İ.Sultanovaya həvalə edilməsi və binadaxili Fondun vəsaitinin yığılması, xərclənməsi və uçotunun aparılmasına kooperativ sədrinin heç bir məsuliyyət daşımadığının qeyd edilməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh həmin hissədə qarşılıqlı iddiaya iddia müddətinin ötürməsi əsası ilə etiraz etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 45.6-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçı müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İşin materiallarından aydın olur ki, 2017-ci ildən etibarən bina sakinlərindən həmin tarif üzərindən kommunal ödənişlər tələb edilmişdir. Məntiqli deyildir ki, qarşılıqlı iddiaçı ötən illər ərzində həmin tariflərin kooperativ üzvlərinin (binanın sahə mülkiyyətçilərinin) 06 may 2017-ci il tarixli iclasının nəticəsində müəyyənləşdirildiyini bilməmiş olsun. Əksinə onun, bu barədə məlumatlı olduğu (bildiyi və ya ən azından bilməli olduğu) qənaətinə gəlmək daha məntiqlidir. Belə ki, qarşılıqlı iddiaçının özü də məhkəməyə təqdim etdiyi ərizələrində MTK tərəfindən mənzil sahiblərinə yeni qiymət tarifləri ilə ötən illər üçün borc barədə bildirişlər göndərildiyini göstərmişdir. Bununla yanaşı məhkəmə, qarşılıqlı iddianın “əsassız ödənilmiş 500 manat məbləğində xidmət haqqının tutulması” hissəsini də əsassız hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçı həmin iddianın irəli sürülməsi üçün də qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, həmin hissədə qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanmaya dair müddəaları nəzərdən keçirilə bilər: Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1095-ci maddəsində deyilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, məhrum olan əsassız varlanma obyektini qaytarmaq hüququnu bunun ona məlum olduğu vaxtdan iki il ərzində istifadə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırkı işdə isə, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən 2 illik kəsici müddətin ötürülmüş olduğu arqumenti irəli sürülmüşdür (yazılı etirazda). Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddətin hüquqi mahiyyətindən asılı olmayaraq, hər bir halda qarşılıqlı iddiaçının müvafiq müddət ərzində iddia qaldırmadığı qənaətinə gəlinməlidir. Belə ki, məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçının ödəniş etdiyi tarixlərdə mövcud olmuş tariflərdən məlumatlı olmaması məntiqə uyğun deyildir. Ən azından ona görə ki, qarşılıqlı iddiaçı tibb elmləri doktoru, professordur. İşdən görünür ki, o, 2017-ci ildən sonra yeni qiymət tariflərinin onunla razılaşdırılmamasını əsas gətirərək ödəniş etməkdən imtina etmişdir. Bu mənada onun əvvəlki tariflərdən xəbərdar olmaması, ödənişlərin əsası ilə maraqlanmaması, qonşulardan bu barədə eşitməməsi inandırıcı deyildir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddianın “əsassız ödənilmiş 500 manat məbləğində xidmət haqqının tutulması” hissəsi də əsassız hesab edilərək təmin edilməməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının “cavabdehin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” vəsatətini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Görünüdüyü kimi, xüsusi qərardad çıxarılması birbaşa məhkəmənin səlahiyyətindədir və məhkəmə işə baxarkən proses iştirakçılarının əməllərində cinayət əlamətlərini aşkara çıxarmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərə görə vəsaitin tutulması” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X21, X17, X14, X5, X10, X11 və X7 cəlb edilməklə ) qarşı “protokolun etibarsız hesab edilməsi və pul tələbi haqqında qarşılıqlı iddianın təmin edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-46/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-46/2022
23.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver