Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4607/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “X7 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin Cavabdeh qarşı “cavabdehin 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 4-cü sahəsində yerləşən Şirkətin Saziş ərazisi hüdudları daxilində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi/ 1-ci mədən 0015/mənzil 083A ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X7 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkətinin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİnin MAPS üzrə məlumat şöbəsi tərəfindən 29.03.2021-ci il tarixdə verilmiş arayışa əsasən xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh pasport qeydiyyatında olduğu ünvan 2 ünvanından 12.06.2014-cü il tarixdə ölüm səbəbi ilə çıxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər; 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində "cavabdeh" prosesin tərəfi kimi müəyyən edilmiş və "cavabdehin" ümumi qaydada anlayışı verilmiş, bu kateqoriyaya aid şəxslərin hüquq və vəzifələri təsbit edilmişdir. Məhkəmə göstərilən maddələrin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdeh X3 məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya Cavabdeh hüquqi varislərini müəyyən etməklə onlara qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin Cavabdeh qarşı “cavabdehin 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinə Cavabdeh hüquqi varislərini müəyyən etməklə onlara qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4607/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4607/2021
26.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver