Məhkəmə qərarları › İş №2(001)-463/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-463/2022

27.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-463/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Vəkil1, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paya xitam verilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin açıq hərracdan satılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü tərəfindən Cavabdeh Yaqu qızına 15000 manat kompensasiya verməklə Cavabdeh Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi, 63 saylı evdə olan 1/6 hissəsindəki payına (mülkiyyət hüququna) xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 43.2 kv.m və yardımçı sahəsi 12.8 kv.m olan ev 23 may 1990-ci il tarixdə onun valideynləri tərəfindən, anası X1 adına qeydiyyata alınmış və onlar həmin vaxtdan həmin ünvanda yaşamağa başlamışlar. O isə ailəsi ilə birlikdə 1995-ci ildə həmin evə köçərək orada yaşamağa başlamışdır. 2012-ci ildə anası X2 vəfat edəndən sonra ondan miras qalmış qeyd edilən ev, o və bacısı X4 tərəfindən qəbul edilmiş və bacısı Gülçöhrə özünə çatan miras payını ona bağışlamışdır. Bu barədə 22 fevral 2014-cü il tarixdə Bakı şəhərinin xüsusi notariusu tərəfindən payın bağışlanma müqaviləsi təsdiq edilmişdir. Bakı şəhəri M.Ə.Rəsulzalə qəsəbəsi, Ənvər Əlixanov küçəsi 63 saylı ev 29 mart 2014-cü il tarixdən 2/6 hissədə onun, 1/2 hissədə X3 və 1/6 hissədə anası X1 mülkiyyətindədir və bu barǝdə ona Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden RX seriyalı ******* №-li çıxarış verilmişdir. Sonradan digər bacısı olan hal-hazırda Cavabdeh miras əmlaka 1/6 hissədə pay hüququnu əldə etmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dəyişiklik edilərək ünvan 2 ünvanda 1/2 hissədə X6 2/6 hissədə İddiaçı və 1/6 hissədə Cavabdeh payı müəyyən edilmişdir. 2007-ci ildə o, anasının verdiyi etibarnamə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdir ki, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi, 63 saylı evin istismar müddəti keçdiyindən sökülərək yerində iki mərtəbəli, zirzəmili, mansardlı fərdi yaşayış evi tikilməsinə icazə verilsin və Binəqədi rayon İcra Hakimiyyətinin 26 sentyabr 2007-ci il tarixli 333 №-li Sərəncamı ilə ona bu razılıq verilmişdir. Bundan sonra o, öz hesabına layihə əsasında iki mərtəbəli, zirzəmili və mansardlı fərdi yaşayış evi tikmişdir. 2021-ci ilin ortalarında bacısı Cavabdeh qızi Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi, 63 saylı evin naturada bölünməsi və həmin sahəyə köçürülməsi barədə qətnamə qəbul edilmesini xahiş etmişdir. İşə baxan Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edərək iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi, 63 saylı evə köçürülməsini qət etmişdir. Göründüyü kimi anasından miras qalmış ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 43.2 kv.m və yardımçı sahəsi 12.8 kv.m evin 1/6 hissəsi çox cüzi olduğundan real surətdə ayrıla bilmir və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi yoxdur. Buna görə də hesab edir ki, onun tərəfindən Cavabdeh 15000 manat kompensasiya verməklə onun Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi, 63 saylı evdəki 1/6 hissə payına (mülkiyyət hüququna) xitam verilməsi məhkəmə qaydasında həll edilə bilər. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında paylara uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi, 63 saylı mənzilin dəyəri ona təklif edilən kompensasiyanın dəyərindən hesab edir ki, dəfələrlə yüksəkdir. Belə bir qiymətləndirmə onun mülkiyyət hüququnu pozur. Bu iş üzrə iddiaçı 15000 manat məbləğində kompensasiyanı necə müəyyən etdiyi barədə məlumat iddia ərizəsindən qeyd edilməmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh ilə öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmiş və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil1 öz cavabdeh tərəf ilə razılıq əldə edildiyini bildirərək, barışıq sazişinin təsdiq olunmasını və iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, vəkil Qədirli X7 Vaqif Yaqub oğlu ilə Cavabdeh arasında barışıq əldə edildiyini bildirərək, iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bu barədə Cavabdeh yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanaraq məhkəməyə təqdim edilmişdir: - Bir tərəfdən İddiaçı (şəxsiyyət vəsiqəsi: seriya AZE № ********, doğum tarixi xx.xx.1957-ci il), digər tərəfdən Cavabdeh (şəxsiyyət vəsiqəsi seriya AA, № 0504404, FİN xxxxxxx, doğum tarixi xx.xx.1958-ci il) bu barışıq sazişini aşağıdakı şərtlərlə bağlayır.

1. İddiaçı öhdəsinə götürür: a) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-7633/2021 saylı mülki iş üzrə iddia tələblərindən imtina edir b) Cavabdeh ünvan 4-də olan payına 23000 (iyirmi üç min) manat pul verir.

2. Cavabdeh öhdəsinə götürür: a) Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılan 2(001)-7633/2021 saylı mülki iş üzrə qarşılıqlı iddia tələblərindən imtina edir. b) mübahisəli ünvan 4-də olan payına verilən 23000 (iyirmi üç min) manatı qəbul edir. c) ünvan 4-də olan payını notariat qaydada təsdiq edilməklə bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verir. d) ünvan 4 ünvanda yaşayış yeri üzrə qeydiyyatdan bir ay müddətində çıxır. e) həmçinin ünvan 4-ə köçürülmə tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-248/2021 saylı 10.06.2021-ci il tarixli qətnaməsinin icrasından imtina edir. - Bu barışıq sazişi üzrə tərəflər öhdəliklərin pozulması halında mübahisə predmetinə dair məhkəməyə müraciət etmək hüququnu özlərində saxlayır. - Hər iki tərəf öhdələrinə götürürlər ki, gələcəkdə bu Barışıq sazişi üzrə eyni predmet barəsində və eyni əsaslarla bir-birilərinə qarşı iddia tələbi irəli sürməyəcəklər. - Bu barışıq sazişi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001) 7633/2021 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır - Bu barışıq sazişi notariat qaydada təsdiq edildiyi andan qüvvədədir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə barışıq sazişi təsdiq edilməli və İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paya xitam verilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin açıq hərracdan satılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin notarial qaydada razılığa gələrək təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında 27.01.2022-cu il tarixdə imzalanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri: Bir tərəfdən İddiaçı (şəxsiyyət vəsiqəsi: seriya AZE № ********, doğum tarixi xx.xx.1957-ci il), digər tərəfdən Cavabdeh (şəxsiyyət vəsiqəsi seriya AA № 0504404, FİN xxxxxxx, doğum tarixi xx.xx.1958-ci il) bu barışıq sazişini aşağıdakı şərtlərlə bağlayır.

1. İddiaçı öhdəsinə götürür: a) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-7633/2021 saylı mülki iş üzrə iddia tələblərindən imtina edir b) Cavabdeh ünvan 4-də olan payına 23000 (iyirmi üç min) manat pul verir.

2. Cavabdeh öhdəsinə götürür: a) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan 2(001)-7633/2021 sayh mülki iş üzrə qarşılıqlı iddia tələblərindən imtina edir. b) mübahisəli ünvan 4-də olan payına verilən 23000 (iyirmi üç min) manatı qəbul edir. c) ünvan 4-də olan payını notariat qaydada təsdiq edilməklə bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verir. d) ünvan 4 ünvanda yaşayış yeri üzrə qeydiyyatdan bir ay müddətində çıxır. e) həmçinin ünvan 4-ə köçürülmə tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-248/2021 saylı 10.06.2021-ci il tarixli qətnaməsinin icrasından imtina edir. - Bu barışıq sazişi üzrə tərəflər öhdəliklərin pozulması halında mübahisə predmetinə dair məhkəməyə müraciət etmək hüququnu özlərində saxlayır. - Hər iki tərəf öhdələrinə götürürlər ki, gələcəkdə bu barışıq sazişi üzrə eyni predmet barəsində və eyni əsaslarla bir-birilərinə qarşı iddia tələbi irəli sürməyəcəklər. - Bu barışıq sazişi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001) 7633/2021 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır - Bu barışıq sazişi notariat qaydada təsdiq edildiyi andan qüvvədədir. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paya xitam verilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin açıq hərracdan satılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar