Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4649/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) “özbaşına tikilinin və çardağın sökülməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 1 A saylı binanın 1-ci mərtəbəsində 5-ci girişə bitişik 20 kv.m ölçüdə olan özbaşına tikilinin və onun üzərində inşa olunmuş 24 kv.m ölçüdə çardağın cavabdehin vəsaiti hesabına sökülməsi, tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması və cavabdehə gələcəkdə eyni işləri görməyin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyünü yoxlayaraq hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında mülki iş olmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-367/2025 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 1 A saylı binanın 1-ci mərtəbəsində 5-ci girişə bitişik 20 kv.m ölçüdə olan özbaşına tikilinin və onun üzərində inşa olunmuş 24 kv.m ölçüdə çardağın cavabdehin vəsaiti hesabına sökülməsi, tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması və cavabdehə gələcəkdə eyni işləri görməyin qadağan edilməsi” tələbi barədə iddiası qismən təmin edilmişdir, lakin həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsində qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutub, q ə r a r a a l d ım : İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) “özbaşına tikilinin və çardağın sökülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4649/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4649/2025
18.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver