Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4655/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 11 saylı Notariat Ofisinə və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqaviləsinin və protokoldan çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx” Mənzil Tikinti Kooperativinin 16 dekabr 2020-ci il tarixli 56 nömrəli protokolundan çıxarışının və 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisi vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mikrorayon, 3078-ci məhəllə, ev 57, mənzil 13-ə dair Cavabdeh1 ilə bağladığı AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianı təmin etmə tədbirinə dair ərizə verərək, hazırki mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mikrorayon, 3078-ci məhəllə, ev 57, mənzil 13-lə (yeni qaydalarla: AZ 1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, ev 57, M3, mənzil 5) bağlı hər hansı hərəkətin edilməsi, o cümlədən satılması, icarəyə verilməsi, bağışlanması və sair hərəkətlərin həyata keçirilməsinin Cavabdeh1 qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 20 may 2021-ci il tarixli qərardadına əsasən iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mikrorayon, 3078-ci məhəllə, 57 saylı evin 13 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, ev 57, M3, mənzil 5) üzərinə həbs qoyulmuşdur. 27 may 2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə münasibətləri düzəldiyi üçün iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı, habelə zərurət aradan qalxdığından təmin tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 11 saylı Notariat Ofisinə və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqaviləsinin və protokoldan çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(001)- 4655/2021 qərardadı ilə iddianın təmin tədbiri kimi Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mikrorayon, 3078-ci məhəllə, 57 saylı evin 13 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, ev 57, M3, mənzil 5) üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4655/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4655/2021
31.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver