Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-468/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 1967-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası 25 oktyabr 1967-ci il təvəllüdlü X7 uzun müddətdir ki, xəstədir və sinir sistemi xəstəliklərindən əziyyət çəkir. Dəfələrlə müalicələrdə olmuşdur, lakin nəticəsi olmamışdır, yaxşılaşma halı baş verməmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona ümumi xəstəlik üzrə İ qrup əlillik dərəcəsi verilmişdir və kənar şəxsin daimi qulluğuna ehtiyacının olması göstərilmişdir. Ona qoyulmuş diaqnozda “beyin infarktının nəticələri, BQDÇP sol yarımkürədə beyin infarktının nəticəsi, sağ tərəfli dərin hepiparez” qeyd edilmişdir. Həmçinin, əlilliyin müəyyən olunması meyarında sinir sisteminin müxtəlif xəstəlikləri göstərilmişdir. O, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 15 saylı şəhər Poliklinikasında qeydiyyatdadır. Onun poliklinikada qeydiyyatda olması, qoyulan diaqnoz, xəstəliyin başlanma tarixi barədə məlumatlar Ambulator kitabçadan çıxarışda qeyd edilmişdir. R.Kərimova əmək qabiliyyətsizdir və öz hərəkətərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. O, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanı yoxdur, öz hərəkətlərini idarə edə bilmir. Ona o baxır və qulluq edir. O, anasına qəyyum təyin edilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Anasının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi gələcəkdə onun hüquqularının həyata keçirilməsi üçün vacibdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ seriyalı 14229046 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25 oktyabr 1967-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X4 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 9, ev 25-dir; 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, X7 ümumi xəstəliyə görə birinci dərəcəli əlildir. Diaqnoz: beyin infarktının nəticələri, BQDÇP sol yarımkürədə beyin infarktının nəticəsi, sağ tərəfli dərin hemiparez. Əlilliyin müəyyən olunması meyarı - ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetroparez, triparez, nəzərəçarpanpaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri. Arayışda həmçinin, X2 şəxsin daima qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 02 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, X1 beyin insultu nəticəsində meydana gələn demensiya müəyyən edilir. X4 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X5 müəyyən edilən keçirilmiş beyin insultu nəticəsində meydana gələn demensiya ilə əlaqədar səhhəti mülki işin məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X4 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 25 oktyabr 1967-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 oktyabr 1967-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-468/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-468/2022
19.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver