Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4690/2023 25.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış və Abşeron rayon 1 saylı notariat ofisində 4Ə-1970 nömrəli reyestr üzrə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Badam Villa” yaşayış kompleksində yerləşən E/6 saylı fərdi yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onunla Cavabdeh1 (onun adından etibarnamə əsasında oğlu X6 çıxış etmişdir) arasında bağlanılmış və Abşeron rayon 1 saylı notariat ofisində qeydə alınmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Badam Villa” yaşayış kompleksində yerləşən E/6 saylı fərdi yaşayış evi (487 kv.m) 100.000 manata Cavabdeh1 satmışdır. İş üzrə 3-cü şəxs X6 Cavabdeh1 oğludur. Qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Badam Villa” yaşayış kompleksində yerləşən E/6 saylı fərdi yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin faktiki olaraq "xxxx" MMC-yə məxsus olmuşdur. Həmin MMC-nin təsisçisi və sahibi isə X7 adlı şəxsdir. X7 ilə X6 arasında işgüzar münasibətlər olmuşdur. F.Əkbərova kredit lazım olmuş, lakin özünün adına kifayət qədər kreditlər bağlandığı üçün bu barədə R.Səlimova demişdir. R.Səlimov bildirmişdir ki, ona məxsus şirkət "xxxx" ASC-dən kredit almaq imkanı var və əgər yaşayış evini onun adına keçirdərlərsə, o, evi girov qoyub şirkətinin adından kredit götürə bilər. Bu razılaşma əsasında Fikrət Əkbərov ona göstəriş vermişdir ki, notariat orqanına gedib mübahisəli ev üzrə (villa) Rüstəm Səlimovla alqı-satqı müqaviləsi bağlasın. Notariat orqanında Rüstəm bildirmişdir ki, evi anasının adına rəsmiləşdirsələr krediti almaq daha asan olar. Notariat orqanında Rüstəm Səlimov anasının adından etibarnamə əsasında çıxış edərək onunla alqı-satqı müqaviləsi bağlamış və formal olaraq evin qiyməti 100.000 manat göstərilmişdir. 100.000 manat məbləğində pul notariusun depozitinə mədaxil edilmiş, sonradan pulu götürən Rüstəm Səlimov həmin pulu ona qaytarmışdır. Əslində evin real bazar dəyəri 7- 8 dəfə çox olmuşdur və təxmini 700-800 min manat təşkil edir. Alqı-satqını bağladıqdan sonra Rüstəm villanı girov qoyub kredit götürməli və həmin kreditdən birgə işlər üçün istifadə olunmalı idi. Səlimov Rüstəm isə onları aldadaraq verdiyi sözü yerinə yetrməmiş və hazırki vaxtadək villanı girov qoyub krediti rəsmiləşdirməmişdir. X3 əlaqə saxlayıb ya evi girov qoyub kredit götürülməsini, ya da evin geri qaytarılmasını tələb etsə də, o hər dəfə vəd verərək vaxtı uzatmışdır. Göründüyü kimi, Səlim Rüstəmov anasının adından etibarnamə əsasında çıxış edərək onları aldatmış və mülkiyyəti ələ keçirmişdir. O hesab edir ki, cavabdeh aldatma ilə hərəkət etdiyi üçün və aralarında bağlanmış alqı-satqı müqaviləsi nə onun, nə də ki, cavabdehin iradəsini ifadə etmədiyi üçün, bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh1 münasibətdə əqd uydurma əqd, yəni görünüş üçün bağlanan əqd hesab olunur. Yəni Cavabdeh1 adına daşınmaz əmlakın alınmasından və belə bir əmlak əldə etməsindən məlumatı, yəni onun həmin əmlakı əldə etmək iradəsi olmadığı üçün, həmin əqd uydurma əqd hesab olunur. Digər tərəfdən, həmin əqdi bağlayan cavabdehin nümayəndəsi Rüstəm Səlimov aldatma ilə hərəkət etmişdir, bu halda əqd iradə ifadəsinin qüsurlu olması əsası ilə də etibarsızdır. Bu səbəbdən hesab edir ki, bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin aldatma ilə bağlanılması eyni zamanda evin qiyməti ilə də tam təsdiq olunur. Belə ki, qeyd olunduğu kimi evin real bazar dəyəri alqı-satqı göstərildiyindən də 7-8 dəfə artıq olmuşdur. Müqavilə bağlanan zaman evin qiymətinin aşağı göstərilməsi (100.000 manat) həmin vaxt nağd şəkildə 700-800 min manatın olmaması ilə bağlı olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsi zamanı alıcı pulu notariusun depozit hesabına qoymalı və sonradan həmin pul satıcı tərəfindən götürülməlidir. Lakin əllərində evin real bazarı dəyərində pul olmadığı üçün, belə razılaşmışdılar ki, evin qiyməti alqı-satqı müqaviləsində 100.000 göstərilsin. Notariusun depozitinə qoyulmuş pul məbləği də ona məxsus olmuş və alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra Rüstəm Səlimov tərəfindən ona geri qaytarılmışdır. Digər tərəfdən də qeyd olunmalıdır ki, cavabdehin həmin alqı-satqı müqaviləsindən xəbəri belə yoxdur. Cavabdeh yaşlı adamdır və onun adına evin alınmasından ümumiyyətlə xəbərsizdir. Cavabdeh belə bir ev almaq üçün ümumiyyətlə hər hansı maddi vəsaitə malik olmamışdır və nümayəndəsi olan oğlunun hesabına əmlak əldə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoru nümayəndəsini məhkəməyə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (nümayəndəsi) məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsini (vəkili) dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AN-İ seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, E/6 ünavnında yerləşən, ümumi sahəsi 0,1316 ha olan torpaq sahəsini 200000 manata Cavabdeh1 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, E/6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 və X1 Nəsimi Əmir oğluna məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, E/6 ünvanında yerləşən fərdi yaşayış evinin (tam hissə, 487 kv/m) Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, E/6 ünvanında yerləşən fərdi yaşayış evinin (tam hissə, 0.1316 ha), Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, E/6 ünvanında yerləşən torpaq sahəsinin (tam hissə, 487 kv/m) Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, E/6 ünvanında yerləşən torpaq sahəsinin (tam hissə, 0.1316 ha) 200000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderlərindən görünür ki, X2 rayon 1 saylı notariat ofisinin notariusunun "xxxx" ASC-dəki hesabına 200000 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclaslarına gəlməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödəilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4690/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4690/2023
25.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver