Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-474/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin qeyriqanuni sahiblikdən götürülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin qeyriqanuni sahiblikdən götürülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 15 oktyabr 2010-cu il tarixli, 204 nömrəli qərarına əsasən, sahiblik və istifadə hüquqları ilə onun istifadəsinə verilmiş 100 kv.m torpaq sahəsinin daxilində Cavabdeh tərəfindən zəbt olunmuş 5,12 kv.m sahədə inşa edilmiş tikilinin qeyri-qanuni hesab edilməklə, cavabdehin vəsaiti hesabına sökülməsi və həmin sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 15 oktyabr 2010-cu il tarixli 204 №-li Qərarına əsasən, X2 ərazi hüdudlarında Cavabdeh və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, Cavabdeh istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 400 kv.m torpaq sahəsinin 100 kv.m-nin sahiblik və ondan istifadə hüquqları İddiaçı istifadəsinə verilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun daimi sahibliyində və istifadəsindədir. Eyni zamanda həmin torpaq sahəsində inşa edilmiş Bakı şəhəri,Binəqədi rayonu,Binəqədi qəsəbəsi,Mədən -1, korpus 43, 557 saylı fərdi yaşayış evində yaşayır. Eyni zamanda həmin sahəyə dair Bələdiyyə əmlak vergisi onun tərəfindən ödənilmişdir. Lakin X2 15 oktyabr 2010-cu il tarixli 204 №-li Qərarı ilə 100 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının onun istifadəsinə verilməsinə baxmayaraq, həmin torpaq sahəsinin 5,12 kv.m sahəsi onunla torpaq qonşusu olan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Belə ki, Azərbaycan Respublikası "xxxx" MMC-nin 08 sentyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Texniki Ekspert Qiymətləndirmə rəyindən görünür ki, ona məxsus olan ümumi torpaq sahəsinin 100 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 94,88 kv.m-dir. "xxxx" MMC-nin torpaq sahəsinin eskizi sənədinin aydın şəkildə görünür ki, onun istifadəsində olmalı olan uzunluğu 13,8 metr, eni 7,2 metr olan düzbucaqlı şəkildə torpaq sahəsinin giriş hissəsinin sağ küncündə uzunluğu 2,8 metr, eni 1,6 metr olan sahə onun istifadəsində deyil. Cavabdeh tikilinin sökülməsi və X2 15 oktyabr 2010-cu il tarixli 204 №-li Qərarı ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin daxilində inşa edilmiş 5,12 kv.m sahənin boşaldılaraq, ona qaytarılması barədə etdiyi xəbərdarlıqlar isə nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, onun tərəfindən inşa edilmiş tikilinin iddiaçının torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X2 15 oktyabr 2010-cu il tarixli, 204 saylı qərarının surətindən görünür ki, vətəndaş X1 Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində vətəndaş Cavabdeh və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 400 kv.m torpaq sahəsinin 100 kv.m-ni sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilmişdir. İşdə olan Torpaq sahəsinin Planından görünür ki, vətəndaş İddiaçı Binəqədi rayonu X2 ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən ayrılmış 100 m2 torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli **********58 №-li Arayışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 43 ünvanda yerləşən 557 №-li fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6354 №-li ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri Binəqədi rayonu X2 15 oktyabr 2010-cu il tarixli 204 saylı qərarı əsasında İddiaçı istifadəsinə verilmiş 100 m2 olan torpaq sahəsinin yerləşməsinə dair sxemdə sözügedən torpaq sahəsinin koordinatları, miqyası və ya hər hansı istinad nöqtələrindən məsafə, ölçü, bucaq göstərilməməsi səbəbindən torpaq sahəsinin sərhədlərini dəqiq olaraq müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 101.8 m2 –dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı, Bakı şəhəri Binəqədi rayonu X2 15 oktyabr 2010-cu il tarixli 204 saylı qərarı ilə ona ayrılmış 100 m2 torpaq sahəsinin 5,12 m2 Cavabdeh tərəfindən zəbt olunaraq orada qeyri qanuni tikilinin olduğunu bildirsə də, həmin hallara dair dair hər hansı sübut təqdim etməmişdir. Əksinə iş üzrə əldə edilmiş 18 mart 2022-ci il tarixli 10/6354 №-li ekspert rəyi ilə torpaq sahəsinin koordinatları, miqyası və ya hər hansı istinad nöqtələrindən məsafə, ölçü, bucaq göstərilməməsi səbəbindən torpaq sahəsinin sərhədlərini dəqiq olaraq müəyyən edilməsi mümkün olmadığı göstərilmişdir. Eyni zamanda həmin Rəydə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 101.8 m2 olduğu qeyd edilmişdir. Bütün bunlar isə iddianın əsassız olduğunu göstərməklə onun təmin olunmasını mümkünsüz edir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin tədqiqatına görə çəkdiyi 50 (əlli) manat iddiaçıdan alınaraq həmin orqanın müvafiq hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin qeyriqanuni sahiblikdən götürülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-474/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-474/2022
13.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver