Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4751/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər ünvan 4 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər ünvan 4 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu 26 saylı Notariat Ofisində qeydə alınmış AN-İ № ******* saylı 4Ə-22 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən 26 saylı notariat ofisində, DƏDRX tərəfindən MA ******* saylı, **********79 reyestr nömrəli ona məxsus olan Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi və üzərindəki ikili - bağ evi, tərəfinə həm polis, həm də qarşı tərəfdən olan təzyiqlər səbəbindən AN-İ № ******* saylı 4Ə-22 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında heç bir əsas olmadan, qanunsuz şəkildə Cavabdeh2 Tahir oğlunun qaynı Rüstəmov Qəhrəman adlı şəxsin və onunla dostluq münasibətində olan 26 saylı notariat ofisinin notariusunun köməyi və təşkilatçılığı ilə onunla heç bir əlaqəsi və mübahisəsi olmayan Cavabdeh2 adına rəsmiləşdirilərək mənimsənilmişdir. Eyni zamanda Rüstəmov Qəhrəmanın təhdidləri nəticəsində bağlanmış əsassız və qanunsuz alqı-satqı müqaviləsi ilə yanaşı, həm korrupsiya idarəsində və polis idarəsində Rüstəmov Qəhrəmanın şikayətləri araşdırılmış və sübutunu tapmadığı üçün əsassız hesab edilmişdir. O, ilk öncə notariusa ümumi etibarnamə məqsədilə çağırıldığını düşünsə də, orada olanda artıq alqı-satqı müqaviləsini hazırlandığının şahidi olmuşdur. Müqavilə düzgün şəkildə tərtib olunmamışdır və torpağın yerləşdiyi əraziyə görə real bazar dəyərinin on beş qat yuxarı olmasına baxmayaraq qiyməti məcburi ədalətsiz şəkildə 7678,53 manata (yeddi min altı yüz yetmiş səkkiz manat əlli üç qəpik) satmağa məcbur edilmişdir. Eyni zamanda alqı-satqı müqaviləsinin tələblərinə məhəl qoyulmamış, hətta, qanunla o, alqı- satqıdan sonra banka gedib pulu müəyyən depozit hesabdan əldə etməli olsa da, banka getməmiş və o, bu günə qədər heç bir pul məbləği heç kimdən almamışdır. Cavabdeh2 həmin müqavilənin ləğv olunmasına razı olduğunu dəfələrlə ona etiraf etməsinə baxmayaraq qaynı Rüstəmov Qəhrəmanın ona etdiyi təzyiq və təsir altında qaldığını və bu səbəbdən də notariusa gedib müqaviləni pozmağa cürətinin olmadığını ona bildirmişdir. O, dəfələrlə həmin notariusun yanına gedərək, onun dostu Rüstəmov Qəhrəmanla çoxlu sayda belə saxta müqavilələr yazdığını, onların müqavilə barədə imzadan öncə onun yanına neçə dəfə girərək, izah etmək istədiyini, Rüstəmov şikayətini geri götürməzsə müqavilə etibarsız sayıla bilər məsələsini demək istədikdə belə onu eşitmək istəmədiyinin şahidi olmuş və qarşı tərəf- yeznə-qayın və notarius birləşərək hiylə ilə onun mülkünə dair müqaviləni imzalatdırdılar. Odur ki, bu müqavilə ləğv olunmalıdır, əks halda şikayət edəcəyini xəbərdarlıq etmişdir. Cavabdeh 26 saylı Notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı “müqavilənin etibarsız sayılması” barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə ona qarşı cavabdeh qismində irəli sürülən tələb əsassızdır, həmin iddianı qəbul etmir. Hazırki, iddia tələbinin əsası ondan ibarətdir ki, İddiaçı mübahisələnidirilən müqavilənin predmetini təşkil edən Abşeron rayonu Qobu qəsəbəsindəki yerləşən torpaq sahəsinin satış qiymətinin 7678 manat olaraq qeyd edilməsinə guya məcbur edilib və həmin vəsaiti almayıb. Bundan əlavə iddia ərizəsində qeyd edilmişdir ki, “müqavilə tərəflərinə aidiyyatı olmayan şəxs Rüstəmov Qəhrəman onunla “dostluq” münasibətlərindədir və onun təsiri altında bu müqavilə bağlanmışdır, satıcı tərəfdən vəsait əldə edilməmişdir və digər şəxsin təsiri altında bu müqavilə bağlanmışdır”. Qanunvericiliyin tələbinə əsasən müqavilə iki tərəf arasında bağlanmış azad iradə ifadəsidir, belə olan təqdirdə müqavilə predmetinin satış qiymətinin müəyyən edilməsi yalnız satıcı və alıcının iradə ifadəsindən asılıdır. Notariat ofisi, notarius və ya hər hansı digər şəxslər müqavilə predmetini müəyyən etmir,hətta hər hansı bir formada təsir göstərmək imkanı belə yoxdur. xx.xx.2022-ci il tarixli 4Ə-22 reyestr nömrəli müqavilənin 4-cü bəndinə əsasən əmlakın satış qiyməti 7678,53 manat müəyyən edilib və iddiaçı buna razılığını bildirərək, müqaviləyə imza atmışdır. Həmçinin tərəflər xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin satış qiymətinin 7678,53 manat müəyyən edilməsinə dair razılığa gəldikləri barədə ərizə imzalayıblar. “Elektron notariat” informasiya sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində əldə edilmiş “Daşınmaz əmlakın təsvirinə,dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüüyünə) dair arayışa əsasən, İddiaçı məxsus torpaq sahəsi "xxxx" ASC xx.xx.2021-ci il tarixli 103842-732274/2 nömrəli kredit müqaviləsinə əsasən ipoteka yüklülüyü qeydə alınmışdır. İpoteka saxlayan tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu , Qobu qəsəbəsindəki 0.08 ha-da ibarət torpaq sahəsi bank tərəfindən ipoteka ilə yüklü edilmişdir, hal-hazırda kredit öhdəliyinin həcmi 7198 manat təşkil edir, əmlakın alqı-satqısından sonra əldə ediləcək vəsait öhdəliyin icrasına (bankın qeyd etdiyi hesaba) yönəldikdən sonra əmlakın özgəninkiləşdirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli 8İ-251 reyestr nömrəli ərizəyə əsasən iddiaçı satışdan əldə edilən vəsaitin 7198,53 manat "xxxx" ASC Elmlər filialına, qalan 480 manat isə vergi puluna ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli 4Ə-22 reyestr nömrəli müqavilənin 5-ci bəndində bu hesablaşma qaydası öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, iddiaçının vəsaitini əldə edilməməsinə dair gətirdiyi dəlil əsassızıdır. X1 və yaxud onun təsiri və ya hər hansı formada təzyiqi nəticəsində bağlanmasına dair hər hansı bir sübut yoxdur. İddiaçı yalnız şifahi olaraq öz mülahizəsinə əsaslanaraq iddia ərizəsində qeyd etmişdir ki, onunla Rüstəmov Qəhrəman dostluq münasibətlərindədir və bunun nəticəsində ona zor tətbiq etməklə müqavilə imzalanmışdır. Bu hal həqiqəti əks etdirmir, belə ki,bu müqavilənin bağlanmasında onun və ya notariat ofisinin hər hansı maddi və ya qeyri maddi nemət əldə etməsi mümkün deyil. Müqavilə tam azad formada satıcı və alıcı arasında şərtlər müəyyən edilməklə imzalanıb. Onun tərəfindən həm alıcıya, həm də satıcıya müqavilənin hüquqi nəticələri detallı formada izah edilmişdir. Hesab edir ki, iddia tələbi əsassız olması ilə yanaşı, iddiaçının gətirdiyi bu dəlil ümumiyyətlə ağlabatan deyil. Satıcı ilə onun hər hansı bir münasibəti olmamış, satıcıya hər hansı formada təsir göstərmək imkanı belə yoxdur. Birinci dəfə elə müqavilə üçün notariat ofisinə müraciət edərkən onu tanımışdır. İddia tələbinə əsasən cavabdeh qismində cəlb edilməsinə baxmayaraq, ona qarşı yönələn tələbin nədən ibarət olması məlum deyil. Hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydasında ilk növbədə tələbini notariat ofisinə ünvanlanmalı idi,bu qaydaya riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırır ki, ona edilən təzyiqlər nəticəsində öz torpağını 15 qat ucuz qiymətə ona satmışdır. Həmçinin bildirir ki, iddiaçı ümumiyyətlə notariusa gələndə alqı-satqı məqsədi ilə deyil, ümumi etibarnamə verilməsi məqsədilə gəlmişdir. İlk növbədə qeyd edilməlidir ki, əmlak "xxxx" ASC-də ipoteka ilə yüklü edildiyindən əmlak satılarkən mütləq ipoteka saxlayanın razılığı olmalıdır. Əgər iddiaçının əmlakını satmaq niyyəti olmasa idi, nə üçün banka müraciət edərək daşınmaz əmlakını satmaq üçün razılıq almaq istəmişdir? (10 yanvar 2022-ci il, 103/103/0009/2022 nömrəli məktubda bu barədə qeyd vardır). İkincisi iddiaçı təkid edir ki, ona edilən təzyiqlər nəticəsində alqı-satqı müqaviləsi bağlanmış, başqa sözlə o buna məcbur edilmişdir. İddiaçının bu dəlili nə inandırıcıdır, nə də ki ağlabatandır. Belə ki, iddiaçı notariusa tək deyil, öz həyat yoldaşı Ramin Həsənovla gəlmiş, 11 yanvar 2022-ci il tarixdə, saat 16:16da iddiaçının əri notariusda ərizəyə imza çəkməklə bildirmişdir ki, o, torpaq sahəsinin satılmasına etiraz etmir və gələcəkdə bununla bağlı hər hansı iddiası olmayacaqdır. Bundan sonra isə həmin tarixdə saat 16:36-da alqı-satqı müqaviləsi bağlanmışdır. Belə olan halda, notariat ofisində kameraların müşahidəsində, habelə iddiaçının ərinin yanında iddiaçıya hansı yolla təzyiq edilə bilərdi? Həyat yoldaşı buna müdaxilə etməzdi mi? Çünki işin əsli belədir ki, qabaqcadan öz aralarında razılaşma olmuş, iddiaçı bu səbəbdən torpağın çıxarışı ilə, bankın razılığını almış şəkildə notariat ofisinə yaxınlaşmış və alqısatqı edilmişdir. Əgər hər hansı təzyiq edilmişdirsə, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilər. Lakin görünür ki, iddiaçının hər hansı sübutu yoxdur ki, məhkəməyə təqdim etsin. Üçüncüsü iddiaçı təkid edir ki, o, notariat ofisinə ümumi etibarnamə vermək üçün gəlmişdir. Lakin bununla bağlı ətraflı məlumat vermir ki, o, kimə hansı məqsədlə etibarnamə verəcəkdi? Bu dəlil isə ümumiyyətlə ağlabatan deyil. Çünki iddiaçı yetkin insandır, o, öz hüquqlarını və vəzifələrini bilir. Bundan əlavə, notariat ofisində alqı-satqı müqaviləsi bağlanarkən müqavilə tərəflərinə, yəni ona və iddiaçıya müqavilədən irəli gələn hüquq və vəzifələri izah edilmiş, nəticələri barədə xəbərdar edilmişlər. Göründüyü kimi, müqavilə bağlanarkən qanunun tələblərinə riayət edilmişdir. Müqavilə 11 yanvar 2022-ci il tarixdə bağlanmış, lakin iddiaçı iddianı bir neçə aydan sonra qaldırmışdır. Əgər həqiqətəndə iddiaçıya təzyiq edilmişdirsə, o bununla bağlı dərhal hüquq mühafizə orqanlarına müraciət edərdi və dərhalda müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırardı. Aydındır ki, iddiaçı müqavilə bağladıqdan sonra fikrini dəyişmiş, əsassız dəlillərlə belə bir iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili X4 iddia ərizəsinə etiraza uyğun izahat verib, iddia tələbinin əsassız olduğunu bildirərək, onun rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “satıcı”, Cavabdeh2 “alıcı” olmaqla bağlanmış müqaviləyə əsasən, İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan Abşeron rayonunun Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********NU73101 olan arayışa əsasən müqavilə bağlanan anda Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi yüklüdür. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, satıcı daşınmaz əmlakı 7678,53 (yeddi min altı yüz yetmiş səkkiz manat əlli üç qəpik) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir.Müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğdən 7198,53 manatını "xxxx" ASC-yə köçürmə yolu ilə ödənmişdir. Qalıq 480 manatı isə vergi pulu tutulmuşdur. MA seriyalı ******* №-lı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş və bu xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 280 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. 11 yanvar 2022-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh2 alqı-satqı üzrə xx.xx.2022-ci il tarixli X-51 saylı məktuba əsasən 7678,53 manat məbləğində pul vəsaiti notarius İlham Hüseynovun AZ46MUGA**********00002AZM07 hesab nömrəsinə ödənilmişdir. 11 yanvar 2022-ci il tarixli 52 №-li ödəniş tapşırığından görünür ki, 480 manat məbləğində pul vəsaiti Bakı Vergilər Departamentinin hesabına ödənilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışından görünür ki, xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydə alınmış daşınmaz əmlak "xxxx" ASC qarşısında xx.xx.2018-ci il tarixli 105840-522285/1 saylı Kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli 103842-732274/1 saylı Kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli 103842-732274/2 saylı Kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC-nin ünvan 4 ünvanlanmış olduğu xx.xx.2022-ci il tarixli 103/103/0009/2022 saylı məktubun surətindən görünür ki, "xxxx" ASC-nin Elmlər filialı ilə İddiaçı arasında 10 iyul 2019-cu il tarixində 103842-732274/1 №-li və 23 aprel 2021-ci il tarixində 103842-732274/2 №-li kredit müqavilələri bağlanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi 10 iyul 2019-cu il tarixində 103842-732274/1 №-li və 23 aprel 2021-ci il tarixində 103842-732274/2 №-li Sonrakı İpoteka müqavilələrinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən (ümumi sahə(ha): 0.08) ha torpaq sahəsində yerləşən bütün binalar, tikililər, qurğular (Çıxarış: seriya MA № 0373187, reyestr nömrəsi:**********79, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 02 may 2012-ci il) "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyan İddiaçı Banka müraciət edərək, ipoteka predmetini satmaq istədiyini bildirmişdir. Hal-hazırda isə borcalanın banka olan kredit borcu 7198,53 manat təşkil edir. Əmlakın alqı-satqısından əldə ediləcək vəsait hesabına qeyd edilən borc məbləğinin bağlanması üçün notarius tərəfindən AZ79AZEN******************** nömrəli bank hesabına vəsait geri qaytarılacağı təqdirdə, ipoteka saxlayan olaraq yuxarıda qeyd olunan öhdəliyin təminatı olan əmlakın alıcı tərəfindən özgəninkiləşdirilməsinə etiraz etmirlər. Qaytarılacaq borc məbləği müştərinin "xxxx" ASC-dəki AZ79AZEN******************** nömrəli cari hesabına daxil olduqdan və girovdan azad rüsumları ödənildikdən sonra yuxarıda qeyd olunan əmlakların girovdan azad olunmasına dair qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlər onların tərəfindən yerinə yetiriləcəkdir. Gasanov Ramin tərəfindən notarial qaydada tərtib edilmiş Notariat ofisinə ünvanlanmış **********246 №-li Ərizədən görünür ki, o, İddiaçı məxsus olan və Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən 0.08 ha-dan ibarət torpaq sahəsinin (qeydiyyat nömrəsi-**********, reyestr nömrəsi-**********79 ) satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə torpaq sahəsini tərk etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş Notariat ofisinə 11 yanvar 2022-ci il tarixdə ünvanlanmış **********251 №-li Ərizədən görünür ki, o, ona məxsus olan və Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən 0.08 ha-dan ibarət torpaq sahəsinin (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi:**********79) satılması ilə bağlı ödənilən 7678,53 manatdan 7198,53 manatını "xxxx" ASC-nin Elmlər filialına, qalan 480 manatını isə vergi pulu tutulmasına etiraz etmir. Gələcəkdə bununla bağlı bir şikayəti, tələbi olmayacaqdır. Satıcı İddiaçı və alıcı Cavabdeh2 tərəfindən notarial qaydada tərtib edilmiş Notariat ofisinə 11 yanvar 2022-ci il tarixdə ünvanlanmış Ərizədən görünür ki,onlar İddiaçı məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin (1/1 hissə, 0.08 ha) 7678 manat 53 qəpik (yeddi min altı yüz yetmiş səkkiz manat əlli üç qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş edir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Satıcı və alıcı müqavilədən irəli gələn hüquq və vəzifələrinin izah olunması,nəticələri barədə xəbərdar edilmələrini təsdiq etmişlər. İddiaçı sifarişi əsasında Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli TS 05-080/22 saylı Hesabatdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən 0.08 ha-dan ibarət torpaq sahəsinin yekun dəyəri 72.514 manat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə üzrə isə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəf iddia tələbini “alqı-satqı müqaviləsini notariusa ümumi etibarnamə məqsədilə çağırıldığını düşünsə də, orada olanda artıq alqı-satqı müqaviləsini hazırlandığının şahidi olması, müqavilənin düzgün şəkildə tərtib olunmaması və torpağın yerləşdiyi əraziyə görə real bazar dəyərinin on beş qat yuxarı olmasına baxmayaraq, qiyməti məcburi ədalətsiz şəkildə 7678,53 manata (yeddi min altı yüz yetmiş səkkiz manat əlli üç qəpik) satmağa məcbur edilməsi, eyni zamanda alqı-satqı müqaviləsinin tələblərinə məhəl qoyulmayaraq hətta, qanunla o, alqı-satqıdan sonra banka gedib pulu müəyyən depozit hesabdan əldə etməli olsa da, banka getmədiyini və onun bu günə qədər heç bir pul məbləği heç kimdən almaması” ilə əsaslandırmış olsa da, həmin hallarla əlaqədar məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Əksinə iş materialları ilə müəyyən edilir ki, İddiaçı müraciəti əsasında ipoteka saxlayan "xxxx" ASC ipoteka predmeti olan hazırkı mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq vermiş və eyni zamanda İddiaçı notarial qaydada tərtib edilmiş Notariat ofisinə 11 yanvar 2022-ci il tarixdə **********251№-li Ərizə ilə müraciət edərək, ona məxsus olan və Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən 0.08 hadan ibarət torpaq sahəsinin (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi:**********79) satılması ilə bağlı ödənilən 7678,53 manatdan 7198,53 manatını "xxxx" ASC-nin Elmlər filialına, qalan 480 manatını isə vergi pulu tutulmasına etiraz etmədiyini və gələcəkdə bununla bağlı bir şikayəti, tələbi olmayacağını bildirmişdir. Bütün bunlar isə, həmin müqavilənin məhz iddiaçının iradə bəyanına müvafiq olaraq bağlandığını göstərməklə, onun müqavilənin notariusun və Rüstəmov Qəhrəman adlı şəxsin təsiri altında bağlandığına dair irəli sürdüyü arqumentlərin də əsassız olduğu mənasına gəlir. Beləliklə, məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən İddiaçı cavabdehlər ünvan 4 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” barədə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər ünvan 4 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4751/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4751/2022
31.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver