Məhkəmə qərarları › İş №2(001)-4768/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4768/2024

29.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4768/2024 29.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş xx.xx.1938-ci il təvəllüdlü əmisi X1 miras qalmış əmlaklarla bağlı mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edərək uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3742/2024 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1938-ci il təvəllüdlü əmisi X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X3 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Mərhum əmisi X4 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Y.Hüseynov küçəsində yerləşən 2 saylı evin 44 saylı mənzili olmuşdur. Mərhum əmisinin heç bir vərəsəsi yoxdur, ölüm gününədək əmisinə o baxmış və qulluq etmiş, dəfn və yas mərasimlərini keçirmişdir. Vəfat etdikdən sonra miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3nun və xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir. Tərəfindən əmisi X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmiş, ona verilmiş cavabdah mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Cavabdeh tərəfin imtinası əsassızdır, göründüyü kimi miras əmlak tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mərhum əmisinin ondan başqa heç bir vərəsəsi yoxdur. Əmisi vəfat etdikdən sonra miras əmlak tərəfindən qaəbul edilmişdir, notariat ofisi tərəfindən qanunun tələbləri nəzərə alınmadan şəhadətnamə verilməsinin imkan xaricində olması göstərilmişdir. Həmin vaxt hüquqlarını bilmədiyindən, həmçinin doğum haqqında akt qeydlərindən arayış əldə edə bilmədiyindən müddət üzrlü səbəblərdən buraxılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ünvan 1 ünvanlayaraq, məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vİİ-ЖГ seriyalı 475351 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı X3, anası isə X2r. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarınən Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 2-ci Y.Hüseynov küçəsindəki 2 nömrəli yaşayış evinin 44 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatda keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş əmisi X4 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmış, müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığından, ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. AZ-İİ seriyalı 310459 nömrəli “olum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İİ- ЖГ seriyalı 398267 nömrəli “olum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.1985-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “ ... O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab edilməli və uzadılmalıdır. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı əmisi X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Y.Hüseynov küçəsində yerləşən 2 saylı evin 44 saylı mənzili əmisinin heç bir vərəsəsi olmadığından miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır və hazırda da sözüqedən əmlakı idarə edir. Bu səbəbdən də məhkəmə imkan verir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürüldüyünü hesab etsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüş əmisi X4 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüş əmisi X4 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilsin və buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar