Məhkəmə qərarları › İş №2(001)-4844/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4844/2020

28.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4844/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 1041,12 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, ünvan 1 Q ünvanında yaşayır. xx xxxx 2020-ci il tarixdə cavabdeh qurumun nümayəndələri onun evinə qoşulmuş elekrik sayğacına baxış keçirmiş, güyə evinə əlavə xətt qoşulması aşkar olunmuş və akt tərtib olunmuşdur. Həmin akta əsasən ona 1041,12 manat borc hesablanmışdır. Halbuki ,nə sayğaca baxış keçirilərkən, nə də akt tərtib edilərkən onun iştirakı təmin olunmamışdır. Buna görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “xxxxxxxx” ASC-nin işçiləri tərəfindən İddiaçı mənzilinə qoşulmuş elektrik sayğacına baxış keçirlərkən sayğacdan kənar xəttin mövcudluğu aşkar edilmiş, bu barədə akt tərtib olunmuş, həmin xətt kəsilib çıxarılmışdır. Akt üzrə itirilmiş elektrik enerjisi sərfiyyatı hesablanmış, 1040 manat müəyyən edilmişdir. Sonda F.N.Qasımzadə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: xx xxxx 2020-ci il tarixli, 019574 nömrəli aktdan görünür ki, İddiaçı məxsus, ünvan 1 Q ünvanında işıq sayğacının yoxlanması zamanı evə sayğac sxemindən kənar xəttin daxil olması, kənar xəttin sayğacı qidalandıran “Sip” kabelin izolyasiyasının pozularaq budaqlanma yolu ilə götürülərək birbaşa işlədicilərə qoşulması aşkar edilmiş, kənar xətdən axan enejrinin yükü hesablanmışdır. xx xxxx 2020-ci il tarixli həmin atk əsasında tərtib olunmuş komissiya rəyinə əsasən, iddiaçıya 1040 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni “xxxxxxxx” ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin aktın əsaslı olaraq tərtib edilməsi, həmin aktdan istehlakçının məlumatının olması və s. barədə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, iş materiallarında “xxxxxxxx” ASC tərəfindən İddiaçı 1040 manat borcun hesablanması öz təsdiqini tapdığından iddia həmin məbləğdə borcun silinməsi hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı yaşadığı ünvan 1 Q ünvanı üzrə “xxxxxxxx” ASC tərəfindən hesablanmış 1040 manat borc məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 Q ünvanı üzrə (abonent kodu: **********0000Q) hesablanmış 1040 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar