Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4863/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X4 üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdehnə (İB) qarşı müqavilənin dəyişdirlməsi tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 üçüncü şəxs qismində cəlb olunmaqla məhkəməyə müraciət edərək Cavabdehnə (İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2005-ci ildən qeydiyyatda olduğu ünvan 1 ünvanında quraşdırılmış Smart G-4 İtron Diafraqma saylı sayğacın 16.10.2020 tarixdə AKX-0249895\10-2020 saylı müqaviləyə əsasən istehlakçı hüquqlarının bərpa edilməsi üçün onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 2005-ci ildə ünvan 2 ünvanındakı evə 18.11.2005-ci il tarixində qeydiyyata alınmış, məmin ildə də cavabdeh tərəfindən evə qaz xətti çəkilmişdir. 2010-cu ildə Binəqədi rayonunda pensiya almaq üçün qeydiyyata düşmək məqsədi ilə X4 ondan yaşadığı və qeydiyyatda olduğu Zeynalov küç.2A ünvanına qeydiyyata salmağını xahiş etmiş və sonuncu onun razılığı ilə qeydiyyata alınmışdır. Bundan sonra X4 tərəfindən həmin evə qanunsuz olaraq qaz və işıq xətti çəkmişdir. O, bununla əlaqədar bir sıra dövlət müəssisəsinə yazılı surətdə müraciət etmiş, cavabdeh onunla 16.10.2020-ci il tarixli müqavilə bağlayaraq istehlakçı hüquqlarını bərpa etmişdir. Ancaq 29.03.2021 ildə qaz kartında yükləmə ilə problem yarandığı barədə Binəqədi rayon Qaz İdarəsinə müraciət etdikdə onlar qaz sayğacının yenidən X1 adına keçirildiyini bildirmişlər. O, Asan kommunal 1 xidmətinə müraciət etdikdə onlar X1 X9 arayışına əsasən müqaviləni dəyişdirdiklərini qeyd etmişlər. O, onunla müqavilə olduğu halda ona məlumat vermədən başqa şəxslə müqavilə bağlandığını əsassız sayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh müəssisəyə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, müəssisə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclaslarına gəlməmişdir. Mülki iş materiallarında olan: - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 18.11.2005-ci ildən Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, ev 2A ünvanına qeydiyyata alınmış, 2006-cı ildə qeydiyyatdan çıxmış, 14 iyun 2016-cı ildə təkrarən həmin ünvana qeydiyyata alınmışdır. X5 13 sentyabr 2010-cu ildə həmin ünvana qeydiyyata alınmışdır. - Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli, AKX- 0249895/10-2020 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”dən görünür ki, Cavabdeh İB İddiaçı yaşadığı ünvan 5 ünvanında yerləşən evi təbii qazla təmin etmişdir. - Cavabdeh İB-nin 07 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə 1702AZ**********32 nömrəli qaz sayğacı quraşdırılmış və bağlanmış 07.01.2021-ci il tarixli, AKX-0267272/01-2020 saylı qazın alğısatqısına dair müqaviləyə əsasən X2 adına rəsmiləşdirilmişdir. - Cavabdeh İB-nin 21 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı faktiki yaşadığı ünvan 7 ünvanda qeydiyyatda yaşayan X2 adına Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş 34 saylı, 06.01.2021-ci il taixli arayış əsasında (abonent kod: **********10000) və Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 07.01.2021-ci il tarixdə, AKX- 0267272/01-2021 saylı müqavilə bağlanaraq ad dəyişikliyi edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində\ istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin maddənin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə cavabdeh arasında ünvan 8 ünvanında yerləşən evə dair 16.10.2020-ci il tarixində AKX-0249895/10-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır. Sonradan həmin evə dair cavabdehlə X4 ilə 07.01.2021-ci il tarixli AKX- 0267272/01-2021 saylı müqavilə bağlanmışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 8 ünvanında yerləşən evə dair 16.10.2020-ci il tarixində AKX-0249895/10- 2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”nin 7.2-ci və 7.3-cü bəndlərinə əsasən bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, Müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur. Hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə təşəbbüs göstərilməmiş, cavabdeh tərəfindən istehlakçiya qazin verilməsinin dayandırılması və qazın alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı heç bir məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.3-cü bəndinə əsasən istehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. Bununla yanaşı cavabdeh X4 ilə 07.01.2021-ci il tarixli AKX-0267272/01-2021 saylı müqavilənin bağlanmasına əsas kimi Binəqədi qəsəbə inzibati ərazi dairəsinin üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş 06.01.2021 tarixli 34 saylı arayışın olmasını göstərsələrdə iddiaçının sözügedən mənzildə yaşayış yeri üzrə pasport qeydiyyatında olmasını, onun adına ev kitabının tərtib edilməsini, qüvvədə olan 16.10.2020 il tarixində AKX-0249895/10-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”sinin ləğv edilmədən yenidən həmin evə dair X4 ilə yeni müqavilə bağlanmasını məhkəmə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinin pozulması kimi qiymətlədirir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı Smart G-4 İtron Diafraqma tipli sayğacın 16.10.2020 tarixli AKX-0249895\10-2020 saylı müqaviləyə əsasən İddiaçı adına keçirilməsi öhdəliyi Cavabdehnə həvalə olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5 – ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.12-ci maddəsinə əsasən müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə 10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Smart G-4 İtron Diafraqma tipli sayğacın 16.10.2020-ci il tarixli AKX-0249895\10- 2020 saylı müqaviləyə əsasən İddiaçı adına keçirilməsi öhdəliyi Cavabdehnə olunsun. Dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4863/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4863/2021
30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver