Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4878/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı (MMC) Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3496,5 manat əsas borcun, 475,24 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bilirərək izahatında göstərdi ki, cavabdehlə iddiaçı arasında bağlanmış şifahi alğı-satqı müqaviləsinə əsasən, iddiaçı istehsal etdiyi malları cavabdehlə razılaşdırılmış qiymətə cavabdehə satmış, cavabdeh isə həmin məbləği razılaşdırılmış müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, malların dəyərinin ödənilməməsi səbəbindən cavabdehin iddiaçıya 3496,5 manat borcu yaranmışdır. xx xxxx 2017-ci il tarixdə borcun etiraf edilməsi məqsədilə cavabdehin və iddiaçının nümayəndələrinin iştirakları ilə tərəflər arasında “üzləşdirmə aktı” imzalanmışdır. Hal-hazıradək borc məbləği ödənilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Z.K.Musayev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin ediləsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxxxx 2016-cı il tarixdən “xxxx” MMC-də baş mühasib vəzifəsində işləmiş, xx xxxxxxxx 2017-ci il tarixdə öz xahişi ilə həmin vəzifədən azad edilmişdir. Baş mühasib vəzifəsində işlədiyi vaxt “xxxx” MMC-nin maliyyə ilə bağlı mövcud olan məsələlər, o cümlədən, müvafiq sənədlərin imzalamaq səlahiyyətinə malik olmuşdur. İddiaçının hazırki iddia tələbinin əsasını təşkil edən üzləşmə aktının “müştəri” qrafasının altında əl yazısı ilə “mühasib” qeydi aparılmışdır. Yəni o, baş mühasib kimi vəzifə təlimatına və müəssisə rəhbərinin göstərişlərinin qanuna uyğunluğunu yoxlayıb icra etmişdir. Mühasib qismində həmin aktı imzaladığı halda, sözügedən şifahi müqavilə üzrə ümumiyyətlə tərəf qismində çıxış etmir. Bundan başqa, iddiaçı üzləşdirmə aktını əsas sübut kimi göstərərək şifahi alğısatqı müqaviləsi üzrə alıcı qismində olduğuna istinad edir, halbuki, aralarında şifahi müqavilə olsa idi belə, müvafiq olaraq malların təhvil-qəbul aktı, qaimə-faktura (elektron) və ya vergi hesab-faktura (elektron) mövcud olmalı idi. 21 iyun və xx xxxxxx 2017-ci il tarixli üzləşdirmə aktlarının onun tərəfindən mühasib vəzifəsində işlədiyi zaman imzalanması malların məhz ona təqdim edilməsini sübut etmir. Belə ki, o, təhvil-təslim aktında göstərilən mal, iş və xidməti qəbul etmiş olsaydı qaimə-faktura və ya elektron qaimə faktura mövcud olmalı idi. Həmçinin, təhvil-təslim və üzləşmə aktında təhvil verilmiş mal, iş və xidmətin növü barədə heç bir məlumat mövcud deyildir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - İddiaçı MMC-nin nizamnaməsindən görünür ki, nizamnamə “xxxx” MMC kimi dövlət qeydiyyatına alınmış, təsisçinin xx xxxxxxxx 2015-ci il tarixli qərarına əsasən “X3” MMC adlandırılmış və xx xxxx 2018-ci il tarixli qərara əsasən İddiaçı MMC adlandırılmışdır. - 1x xxxx 2020-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında inşaat materiallarının alğı-satqısı baş tutmuş və cavabdehin müəssisəyə hal-hazırda 3496,5 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Borc öhdəliyi ilə bağlı imzalanmış ərizənin xx xxxx 2017-ci il tarixdə tərtib olunduğunu və hazırki borcun 3496,5 manat təşkil etdiyini nəzərə alaraq cavabdehə əldən çıxmış fayda kimi 475,24 manat cərimə faizi hesablanmışdır. - “X3” MMC ilə “xxxx” MMC arasında (təmsil edən şəxs Cavabdeh) bağlanmış xx xxxx 2017-ci il tarixli üzləşdirmə aktından görünür ki, iddiaçı tərəfindən 3497 manat borc hesablanmışdır. - “X3” MMC ilə “xxxx” MMC arasında imzalanmış təhvil-təslim və üzləşdirmə aktından görünür ki, 3496,5 manat borcun olmasını mühasib Cavabdeh öz imzası ilə təsdiqləmişdir. - əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx xxx 2016-cı il tarixdə “xxxx” MMC-də baş mühasib vəzifəsinə qəbul edilmiş, xx xxxxxxxx 2017-ci il tarixdə tutduğu vəzifədən öz təşəbbüsü ilə azad edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-1253/2020 saylı qərardadında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinin tələblərinə əsasən, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün qanunvericilik tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisəyə aid olmasını şərt olaraq göstərir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx xxx 2016-cı il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək “xxxx” MMC-də baş mühasib vəzifəsində işləmiş və üzləşdimə aktına “xxxx” MMC-nin baş mühasibi kimi imza etmişdir. Lakin, iddiaçı borcu “xxxx” MMC-dən deyil, cavabdehdən tələb edir ki, bu halda mübahisə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işin faktiki halları ilə sübut olunur ki, “X3” MMC ilə məhsulların alğı-satqısı “xxxx” MMC arasında aparılmış, bunu tərtib edilmiş üzləşdirmə aktlarında cavabdeh kimi “xxxx” MMC-nin adının göstərilməsi sübut edir. Cavabdeh xx xxx 2016-cı il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək “xxxx” MMC-də baş mühasib vəzifəsində işləmiş və qeyd olunan aktlar məhz Cavabdeh həmin vəzifədə işlədiyi dövrlərdə tərtib edilmişdir. Belə olan halda borc məsələsi ilə bağlı MMC-nin nümayəndəsi qismində baş mühasibin akta imza etməsi təbii haldır və bu, tələbin ona yönəlməsinə əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 570.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Göründüyü kimi, qüvvədə olan qanunvericilikdə alğı-satqı müqaviləsinin mütləq şəkildə yazılı bağlanmasına dair bir prosessual norma mpvcud deyildir. Alğı-satqı müqaviləsi şifahi formada bağlandıqda, həmin şifahi müqavilənin mövcudluğu tərəflər arasında aparılmış müvafiq sənədlərdə öz əksini tapmalıdır. Lakin işin halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında şifahi müqavilənin mövcudluğu heç bir sənədə öz əksini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4878/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4878/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver