Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4944/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxslər qismində Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti və X13 cəlb edilməklə) öhdədə olma faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nın övladı xx.xx.2010-cu il təvəllüdlü X7 onun himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-10/2-H-92/2-099/2/2024 saylı məktubu ilə bacısının övladı xx.xx.2010-cu il təvəllüdlü X7 üzərində onun himayəçi təyin olunmağına dair ərizəsi rədd edilmişdir və onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il təvəllüdlü X7 atası X13 valideynlik hüquqlarından məhrum edilmədiyindən və qanunla müəyyən edilmiş digər əsaslar olmadığından onun himayəçi təyin olunmağı məqsədə müvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-10/2-H-92/2-099/2/2024 cavabı ilə razılaşmayaraq, X3nın övladı xx.xx.2010-cu il təvəllüdlü X7 onun öhdəliyində olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Bacısı X2 Sadiq Tofiq oğlu ilə 2006-cı ildə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Həmin nikahdan iki uşaqları anadan olmuşdur: 1. X14-xx.xx.2007-ci il təvəllüdlü. 2. X15 - xx.xx.2010-cu il təvəllüdlü. X3 ilə X13 arasındakı rəsmi nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur, məhkəmənin qətnaməsi ilə hər iki uşaq anasının himayəsində saxlanılmışdır. X3 xx.xx.2024-cü ildə ürək aterosklerozu xəstəliyindən vəfat etmişdir. X1 Nihad Sadiq oğlu 2023-cü ilin yay aylarından nənəsi X12 rayonu, Xırdalan şəhərində yaşayır. X15 X17ın yanında o, ailəsi və anası Həsənova Dostu ilə yaşayırdı, bacısı T. Həsənova rəhmətə gedəndən sonra da onlarla yuxarıda qeyd etdiyi ünvanda yaşayır, bacısının qızı Röya ünvan 1ır. Bacısı T. Həsənovanın keçmiş həyat yoldaşı Röya Quliyevanın atası X13 bacısı ilə rəsmi nikahda olduğu zaman Ağayeva Humayla ona xəyanət etdiyinə görə ailəsi dağılmışdır və həmin qadınla da ailə qurmuşdur, artıq həmin evlilikdən bir uşaqları vardır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayədə yaşayırlar. Bu səbəbdən də bacısının qızı Röya Quliyeva atası ilə ünsiyyəti yoxdur və onunla yaşamaq istəmir. Bacısının oğlu X14 da ata nənəsi ilə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır, atası Quliyev Sadiqlə yaşamır. X9 atası ilə ünsiyyəti yoxdur, onunla yaşamaq istəmir və Bakı şəhər Nərimanov rayonunda yerləşən 212 saylı məktəbdə oxuyur, birinci sinifdən həmin məktəbdə oxuyur və onlarla bir evdə yaşayır. Lakin anası vəfat etdiyi üçün o onun öhdəsində olması faktı müəyyən edilməlidir, ona görə ki, anası T.Həsənova vəfat etdiyinə görə dövlət tərəfindən ailə başçısının itirildiyinə görə təyin olunmuş müavinəti atası X13 alır və uşağa vermir. Həmçinin Binəqədi rayon məhkəməsinin qətnaməsi və icra sənədi üzrə R. Quliyevanın saxlanılması üçün təyin edilmiş qətnamə üzrə alimenti bacısı rəhmətə getdikdən sonra ata T. Quliyev ödəmir və R. Quliyevanın aliment üzrə və ailə başçısının itirilməsinə görə müavinətlə təmin edilməsinə dair hüquqları atası S. Quliyev tərəfindən pozulur. Bacısı qızı R. Quliyeva idmanla məşğul olur və respublikada idman üzrə bir sıra nailiyyətləri vardır və mütəmadi olaraq xarici ölkələrdə olur və qeyd etdiyi səbəblərə əsasən hesab edir ki, R. Quliyevanın onun himayəsində olması faktının müəyyən edilməsi zəruridir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.2-ci maddəsinə əsasən Məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Göründüyü kimi, öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Belə olan halda da hesab edirəm ki, hazırki ərizəyə məhkəmə qaydasında baxıla bilməz və ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxslər qismində Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti və X13 cəlb edilməklə) öhdədə olma faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4944/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4944/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver