Məhkəmə qərarları › İş №2(3-8)-568/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-568/2026

20.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-568/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 1960-cı ildə doğulmuş, ##.##.2017-ci ildə vəfat etmiş həyat yoldaşı ƏmirX2nın ## ###### 2009-cu il tarixdən ##.##.2017-ci il tarixədək onun öhdəsində olması, yəni birinci dərəcəli əlilə qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Yaquboba kəndində qeydiyyatda olmaqla, orada yaşayır. ## ######## 1983-cü ildə ## ###### 1960-cı il təvəllüdlü X4 ilə rəsmi nikaha girib evlənmişdir. Həyat yoldaşı ƏmirX2 1960-ci ildə anadan olmuş, ## ####### 2017-ci ildə "beyin ödəmi" diaqnozu səbəbindən vəfat etmişdir. Ölümündən sonra həyat yoldaşı Xaçmaz rayonunun Yaquboba kənd qəbiristanlığında kənd sakinlərinin iştirakı ilə dəfn edilmişdir. Həyat yoldaşı ##.##.1960-cı il təyəllüdlü ƏmirX2 İ qrup əlil olmaqla "Xroniki pielonefrit, XBÇ-terminaı mərhələ, Renal anemiya, Nefrogen hipertoniya, 2010-cu ilin aprel ayında proqramlı hemodializ xəstəliklərindın müalicə olunmuş, qeyd edilən xəstəliklərdən əziyyət çəkmişdir. ##.##.1960-cı il təvəllüdlü vəfat etmiş ƏmirX2 faktiki olaraq ölənədək onun öhdəsində olmuş, onun gündəlik ehtiyacları, tibbi müalicəsi və digər xərcləri onun tərəfindən təmin edilmişdir. Sağlığında o, gündəlik həyatını təkbaşına idarə etmək, özünə qulluq etmək və digər zəruri ehtiyaclarını təmin etmək imkanından məhrum olmuşdur. Onun öhdəsində olması yalnız fiziki qulluqla məhdudlaşmır, həmçinin mənəvi tərəfdən onun tələbatları həyat yoldaşı kimi ödənilmişdir. Hazırda ##.##.1960-cı il təvəllüdlü vəfat etmiş ƏmirX2nının 2009-cu ildən ##.##.2017-ci ildə vəfat edənədək onun öhdəsində olması faktının müəyyən edilməsi onun pensiya təminatı hüququnun müəyyən edilməsi üçün zəruridir. Arvadının öhdəsində olması onun pensiyası üçün qulluğ stajına daxil edilməldir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ** saylı, ## ###### 2026-cı il tarixli arayışından da müəyyən edilir ki, Xaçmaz rayonu, Yalama kənd İDD-nin Yaquboba kəndində birincu qrup əlil olmuş mərhumə həyat yoldaşı ƏmirX2 ##.##.2017-ci il tarixində vəfat edənədək onun himayəsində olmaqla onunla birgə yaşamışdır. Xaçmaz rayon icra Hakimiyyəti Başçısının ##.##.2014-cü il tarixli, ** saylı sərəncamından çıxarışdan da görünür ki. ##.##.1960-cı il təvəllüdlü, ƏmirX2 İ qrup əlil olduğundan sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığından Xaçmaz rayonu,Yaqub-oba kəndində yaşayan, ##.##.1960-cı il təvəllüdlü, İ qrup əlil olan X5 üzərində həmin ünvanda yaşayan Ərizəçi patron(köməkçi) təyin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) ərizəsinin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 3cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından narazı qalan ərizəçi şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, işin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı İ dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu faktın əldə edilməsi ona əmək pensiyası təyin edilməsi üçün qeyd edilən müddətin sosial sığorta stajı kimi nəzərə alınması üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinarı üzrə Mərkəz Filialının ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən Ərizəçi əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra Hakimiyyəti Başçısının ##.##.2014-cü il tarixli, ** saylı sərəncamından çıxarışdan görünür ki, ##.##.1960-cı il təvəllüdlü, ƏmirX2 İ qrup əlil olduğundan, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığından Xaçmaz rayonu,Yaqub-oba kəndində yaşayan, ##.##.1960-cı il təvəllüdlü, İ qrup əlil olan ƏmirX2 üzərində həmin ünvanda yaşayan həyat yoldaşı Ərizəçi patron(köməkçi) təyin edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətanmənin surətindən görünür ki, ƏmirX2 ##.##.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında nikah ## #### 1983-cü il tarixdə bağlanmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materialalrını araşdıraraq ilk öncə qeyd edir ki, ərizəni məhkəmənin icraatına qəbul etməkdən imtina edə birinci instansiya məhkəməsi ərizəçinin tələbini düzgün qiymətləndirmədiyindən səhvə yol vermişdir. Belə ki, ərizəçi tələbində ##.##.2017-ci ildə vəfat etmiş arvadı ƏmirX2nın ## ###### 2009-cu il tarixdən ## ####### 2017-ci il tarixədək onun öhdəsində olmasını qeyd etməklə yanaşı, həmin ifadəyə aydınlıq gətirərək, onun birinci dərəcəli əlil olmasını və həmin dövr üzrə birinci dərəcəli əlilə qulluq etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Birinci instaniya məhkəməsi isə ərizəçinin tələbini səhvən Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsində nəzərdə tutulan şəxsin öhdədə olması faktının müəyyən edilməsi kimi qəbul etmişdir. Hərçənd ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli qərarının 3-cü bəndində öhdədə olma faktının müəyyən edilməsi zamanı öhdədə olan şəxsin subyekt tərkibinin kim olması və bu faktların hansı məqsədlər üçün müəyyən edilməli olması aydın qeyd olunmuşdur. Belə ki, həmin qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Lakin, hazırkı ərizə üzrə ərizəçinin tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 21.2.4-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı bəndinə müvafiq olaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, ərizəçinin mərhum arvadı ƏmirX2na qulluq etməsi faktının müəyyən edilməsindən ibarət olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli qərarının 3-cü bəndinə istinadən ərizənin qəbul edilməsindən imtinası qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:

1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi təqdirdə qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəyə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması mümkündür. Lakin, bu zaman məhkəmə qeyd olunan qaydaların 4.1.6-cı bəndinin müvafiq olaraq, 1 və 2-ci hissələrində qeyd olunan notarial təsdiq edilmiş ərizələrinin mövcud olub-olmamasını və təqaüdün ödənilib-ödənilməməsini müəyyən etməklə, qeyd olunan sənədlər mövcud olmadığı halda ərizəyə mahiyyəti üzrə baxmalıdır. Həmin sənədlərin mövduluğu isə Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmasını istisna edir. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli qərarının 14-cü bəndində müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzliyi nəzərdə tutulmuşdur ki, xəstəyə qulluq etmə ifadəsinin əlillə qulluq etmə ifadəsini də ehtiva etməsi nəzərə alındığı halda belə, yuxarıda istinad olunan qərarın 4.1.6-cı bəndinin 3-cü hissəsinə müvafiq olaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və vəfat etmiş şəxsə qulluqetmə faktının müəyyən edilməsi tələbinə mahiyyəti üzrə baxılması Plenum qərarının 14-cü bəndi ilə ziddiyyət təşkil etməməklə, qərarın 4.1.6-cı bəndinin 1 və 2-ci hissələrinə dair halların mövcudluğu isə ərizəyə məhkəmə qaydasında baxılmasını istisna edəcəkdir. Beləliklə, yuxaırda qeyd olunanlara əsasən hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardad ləğv edilməli, ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 39.8.2, 400, 402.2.4,405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardad ləğv edilsin. Ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar