Məhkəmə qərarları › İş №2(001)-4946/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4946/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4946/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, Ərizəçi (maraqlı şəxs qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, icraatda olan hazırki iş üzrə DƏDRX-yə verilmiş sorğuya cavab məktubunda vətəndaşa verilmiş imtinadan fərqli olaraq torpa sahəsinin ümumiyyətlə hər hansı sənədinin, arxiv məlumatlarının olmadığı qeyd edilmiş, imtinadaki soyad fərqliliklərinə münasibətdə isə vətəndaşa çıxarış verildiyi müəyyən edilmişdir. Odur ki, hazırki vəziyyətdə məhkəmə mübahisəsinə zərurət qalmadığını nəzərə alaraq ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlardan heç biri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin ərizəsini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan və ərizəçinin nümayəndəsi və vəkili tərəfindən ərizənin geri qaytarılması barədə məhkəməyə teleqram ünvanladığından məhkəmə hesab edir ki, vəsatət təmin edilməli və ərizə ərizəçiyə qaytarılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə eyni zamanda hesab edir ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə məhkəmənin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Ərizəçi (maraqlı şəxs qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə məhkəmənin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar