Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4953/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasında ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsinə xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin və onun nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, AzeMis Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Meqasiti Holdinq MMC”-nin ünvan 1 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-178/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2123/2024 saylı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-178/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Göründüyü kimi, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mübahisə üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə olan halda hazırki mübahisəyə mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən yenidən baxıla bilməz. Digər tələblə, yəni Cavabdeh2 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin və onun nəticələrinin ləğv edilməsi ilə bağlı isə qeyd edirəm ki, iddiaçı, bu tələblə bağlı ayrıca iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilir ki, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmçinin iddiaçıya izah edilir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin və onun nəticələrinin ləğv edilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4953/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4953/2024
23.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver