Məhkəmə qərarları › İş №2(001)-496/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-496/2020

09.06.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-496/2020 09.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Əhmədov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi bacısı xx.xx.1975-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi bacısı xx.xx.1975-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, bacısı xx.xx.1975-ci il təvəllüdlü X6 psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlamır və hərəkətlərinin mənasını dərk etmir. X2 xəstəliyi və İ qrup əlil olması nəzərə alınmalıdır. Bacısı öz hərəkətlərinin mənasını dərk edə bilmədiyindən onun daim köməyə, başqasının yardımına ehtiyacı vardır. Ona görə də xx.xx.1975-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil Ərizəçi izahatını təsdiq etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-JQ № 491575 saylı xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X1, anası Vəkilova Minavər Şamil qızıdır. Azərbaycan Respublikası Əlillər Cəmiyyəti tərəfindən verilmiş 521 saylı üzvlük biletindən müəyyən olunur ki, Əhmədova Sevinc 1-ci qrup əlil kimi 1995-ci ildən qeydiyyatdadır. ВТЭ-6 № 099403 saylı xx.xx.1993-cü il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, 1975ci il təvəllüdlü X6 əməyə qadir deyil, kənar şəxsin daimi köməyinə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 324 saylı rəyindən müəyyən olunur ki, X3 ağır kəmağıllıq aşkar olunur. X6 onda qeyd olunan ağır kəmağıllıqla əlaqədar olaraq öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil. X6 fəaliyyət qabiliyyəti olamayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, X2 ağır kəmağıllıqla əlaqədar olaraq öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.1975-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar