Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4961/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı MTKnın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM İddiaçı MTK cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan, hər birinin öz tərəfləri üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan iki müqavilə üzrə oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Hesab edirəm ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iki müqavilə üzrə iddia tələblərinə bir icraatda baxılması, biri Bakı şəhərində digəri isə Tovuz rayonunda yaşayan cavabdehlərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından, iddiaçı hazırkı formada tərtib ediyi iddia ərizəsi ilə aidiyyət qaydalarını pozmaqla yanaşı, qanunla müəyyən olunan məbləğdə dövlət rüsumunu da ödəməkdən yayındığından iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya mübahisələndirdiyi hər bir müstəqil müqavilə üzrə aidiyyət qaydalarına əməl etməklə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4961/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4961/2020
07.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver