Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5041/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X6, Digər Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, X4 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 5 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz rayon Ərazi İdarəsinə) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə 02 sentyabr 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, X4 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 5 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz rayon Ərazi İdarəsinə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, bina 78 V-də yerləşən 174 saylı mənzil ilə bağlı X5 ilə cavabdeh X7 arasında bağlanılmış 14.06.2013-cü il tarixli, 4-Ə-02-904 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi; Qusar rayonu, Çuləgir kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsinə dair mərhum nənəsi X5 ilə Cavabdeh2 arasında bağlanmış 12.10.2006-cı il tarixli 4-Ə-7-1187 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ******* reyestr nömrəli çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 78 V-də yerləşən 174 saylı mənzilin və Qusar rayonu, Çuləgir kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin özünün (iddiaçının) adına rəsmiləşdirilərək həmin daşınmaz əmlaklar üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası X8 şəxsi gəlirləri hesabına Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanındakı mənzili və ünvan 2dır. Həmin daşınmaz əmlaklar atasının şəxsi vəsaitləri hesabına alınsa da, müəyyən səbəblərdən nənəsi X1 adına rəsmiləşdirilmişdir. Bu barədə onlar sonradan bilmişlər. Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanındakı mənzilə görə nənəsi X5 ilə Cavabdeh1 MTK arasında, Qusar rayonu, Çuləgir kəndi ərazisində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı isə Cavabdeh2 arasında alğı-satqı müqavilələri bağlanılmışdır. Atası 16 iyul 2020-ci il tarixində, nənəsi isə 05 dekabr 2020-ci il tarixində vəfat etmişlər. Atası və nənəsi vəfat etdikdən sonra onlar vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etmək istədikdə həmin əmlakların atasının adına deyil, məhz nənəsinin adına olmasını aşkar etmişlər. Daha da ətraflı araşdırma apardıqdan sonra müəyyən etmişlər ki, iş üzrə cavabdeh olan mərhum atasının bacıları Cavabdeh3 və Cavabdeh4 həmin əmlakların faktiki olaraq atasına məxsus olmasını bilmələrinə baxmayaraq həmin əmlakların nənəsinin adına olmasından yararlanıb əmlaklardan pay almaq üçün notariat ofisinə müraciət etmişlər. Atasının sağlığında heç bir zaman belə iddia irəli sürməyən cavabdehlərin onun ölümündən sonra əmlaklarla bağlı iddia irəli sürmələrinə çox məyus olmuşdur. Bu səbəbdən də haqqı olan və atasının şəxsi vəsaiti ilə alınan əmlakların onun adına (ölməsi səbəbilə onun vərəsələrinin adına) keçirilməli olduğunu düşünüb məhkəmədə belə bir iddia qaldırmaq qərarına gəlmişdir. Həmin əmlakların atası tərəfindən alınması faktı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən də təsdiq ediləcəkdir. Yuxarıda qeyd edilən səbəblərə görə hesab edir ki, həmin mənzil və torpaq sahəsi ilə əlaqədar bağlanmış alğı-satqı müqavilələri etibarsız hesab edilməli, verilmiş çıxarışlar ləğv edilməli və həmin əmlaklar iddiaçının atasının vərəsələrinin adına rəsmiləşdirilməlidir. Həmin əmlaklarla bağlı isə atasın birinci dərəcəli vərəsələri olduğuna görə ikinci dərəcəli vərəsələr olan cavabdehlər – Cavabdeh3 və Cavabdeh4 heç bir hüquqları mövcud deyil və bu səbəblə onların hər hansı bir şəkildə qeyd olunan əmlakdan pay almaları nə qanuni, nə də ədalətli ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onlarda olan məlumata görə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanındakı mənzillə bağlı X5 ilə Cavabdeh1 MTK arasında alqı-satqı müqavilə bağlanmışdır, lakin, Əmlak Məsələləri Dövlət Xidmətindən gələn cavab məktubundan aydın olmuşdur ki, 14.06.2013-cü il tarixli, 4-Ə-02-904 saylı alğı-satqı müqaviləsi X5 ilə Zeynalova (Şıxıyeva) İlahə Müzəffər qızı arasında bağlanmışdır. Odur ki, iddia tələblərini dəqiqləşdirmişlər. Məhkəmə iclasında Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi və vəkili X10 iddia tələbinin əsassız olduğunu bildirərək, onun rədd edilməsini xahiş etmiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan əmlakların heç biri iddiaçının atasının vəsaiti hesabına alınmamışdır. Əmlaklar 2006-cı ildə alınmış və bu vaxta kimi mübahisələndirilməmişlər. Bundan əlavə, Yasamaldakı ev ipoteka ilə yüklü olmuş, bank həmin əmlaka tutma yönəltmişdir. Qusardakı əmlaka gəldikdə isə, həmin əmlakın 1/3 hissəsinə atasının vərəsəsi kimi iddiaçının payı tanına bilər. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, 2006-cı ildə uşağı rəhmətə getdiyi üçün evini satmağa qərar vermiş, rəhmətlik Farid evə baxmağa gəlmiş, onunla evin alınması ilə bağlı 31000 manata razılaşmışlar. Əvvəlcə 1000 manat beh almış, sonra evin alğı-satqısına dair müqaviləsini notariusda bağlamışlar. Həmin alğısatqı müqaviləsi zamanı orada kimin iştirak etdiyi yadında deyil. İddiaçının atası Farid evi aldıqdan sonra evdən çıxıb getmişdir və orada kimin yaşadığından məlumatı olmamışdır. Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, X4 o cümlədən müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 5 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz rayon Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 5 saylı Notariat Ofisinin natariusu İ.A.Məmmədov məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, digərləri isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan notarial qaydada bağlanmış 14 iyun 2013cü il tarixdə 4Ə-02-907 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə görə, mülkiyyətçi X7 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yeləşən ümumi sahəsi 68,9 kv.m., yaşayış sahəsi 39 kv.m. olan 2 otaqlı mənzilini X2 110 000 (bir yüz on min) manata satmış, sonuncunun həmin mənzil üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12.08.2013-cü il tarixdə qeydə alınara ona RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş materiallarından aydın olur ki, Qusar rayon dövlət notariat kontorunda 12 oktyabr 2006-cı il tarixdə bağlanmış 251197 nömrəli müqavilə ilə, Cavabdeh2 DƏDRXnin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən 06.10.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Qusar rayonu, Çuləgir kəndində mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,3 kv.m. yaşayış, 16,6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evini X2 27300 (iyirmi yeddi min üç yüz) manata satmış, sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16.10.2006-cı il tarixdə qeydiyyata alınmaqla ona MH seriyalı ******* saylı çıxarış verilmişdir. İş materiallarından həmçinin gürünür ki, 05 dekabr 2020-ci il tarixdə vəfat etmiş X5 iddiaçının nənəsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 isə bibiləridir (16.07.2020-ci il tarixdə ölmüş mərhum atası X3 anası və bacılarıdır). İş materiallarından görünür ki, X1 vəfatından sonra İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onun mirasının qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət etmişlər. İddiaçı, mübahisəli əmlakların həqiqi mülkiyyətçisinin mərhum atası olduğunu, lakin sənədləşmənin mərhum nənəsinin adına aparıldığını və bu səbəbdən də həmin əmlaklara dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etmişdir. Onun digər tələbləri isə məhz qeyd edilən həmin tələbdən törəmədir. Bu baxımdan məhkəmə, mübahisənin obyektiv həlli üçün ilk növbədə 14 iyun 2013-cü il və 12 oktyabr 2006-cı il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin əsaslı olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə üzrə isə alğı-satqı müqavilələrinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmiş, əksinə mülki işin materiallarından iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alğı-satqı müqavilələrinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, habelə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu aydın olur, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə ümumiyyətlə sübuta yetirilmir. Məhkəmənin qənaətinə görə, Cavabdeh2 Qusar rayonu, Çuləgir kəndində yerləşən əmlakın alğı-satqısına dair danışıqları iddiaçının mərhum atası X9 ilə apararaq ilk razılaşma əldə etmələri yönündəki izahatı da fərqli qənaətə gəlməyə imkan vermir. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə həmçinin qeyd edir ki, mübahisəli əmlaklara dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi əsassız hesab edilməklə təmin edilmədiyindən ondan törəmə - mərhum X1 adına verilmiş çıxarışların ləğvi və həmin əmlakların iddiaçının adına rəsmiləşdirilərək hüquqlarının dövlət qeydiyyatına alınaraq reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin aidiyyəti İdarəyə həvalə edilməsi ilə bağlı tələblər də təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, X4 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 5 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz rayon Ərazi İdarəsinə) qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” tələblərini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, X4 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 5 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz rayon Ərazi İdarəsinə) qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” tələbləri barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5041/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5041/2021
02.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver