Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-51/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Üçüncü şəxs X23 və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qızna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X30, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) "əqdin etibarsızlığı" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qızna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X30, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) "əqdin etibarsızlığı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3M-133 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 11 saylı Notariat ofisinə, X11, X6, Cavabdeh2, ünvan 2, X27 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab olunaraq ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsi; Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsinin etibarsız hesab edilməsi; Cavabdeh1 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il Reyestrindən Cavabdeh2 adına Bakı şəhəri 8ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi; satıcı Cavabdeh2 ilə alıcı X30 arasında Bakı şəhəri 8-ci mikroravon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət X2 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 80000 manat alınaraq X27 verilməsi; mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 cavabdehlər İddiaçı, Cavabdeh1, X11, X6, Cavabdeh2, X15, X16, X27, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; Cavabdeh2 dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia ərizəsinin təmin edilməsinin əsası İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası Mirzəbala Ağabala oğlundan sonuncunun vəsiyyətnaməsi əsasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair mirası faktiki olaraq qəbul etdiyindən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvab edildiyi üçün notariat orqanlarının öz vəzifələrini icra edərkən yol verdikləri pozuntular vərəsənin dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququndan məhrum edilməsi üçün əsas olmadığından, Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair tərtib olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, mirasın qəbulundan imtina edilməsi barədə ərizələr, bağlanmış bağışlama və alqı-satqı müqavilələri etibarsızdır. Belə ki, bu ərizələr tərtib edilərkən, əqdlər bağlanarkən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəisi 2 saylı evin 20 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı iradə ifadəsinin mövcud olmadığı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Lakin iddia ərizəsi məhkəmədə mübahisələndirilən ərəfədə iddiaçının təqdim etdiyi dəlillər və eyni zamanda da əlavə sübutların tələb olunması zərurəti yaranmışdır. Belə ki, Raya Qəhrəman qızının vəfatından sonra xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda açılmış vərəsəlik işində X4 adına tərtib edimiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən ünvan 4 saylı mənzilə dair X4 hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətlərinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, 2(001)-4075/2022 nömrəli sorğu göndərilmiş və idarənin **********37 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə X4 adına qeydiyyatdan keçməsinə əsas olmuş 3 vərəqdən ibarət müvafiq sənədlərin təsdiq edilmiş surətləri mülki iş üzrə yekun məhkəmə aktı yəni, xx.xx.2022-ci il tarixindən sonra Binəqədi Rayon Məhkəməsinə rəsmi qaydada təqdim edildikdən sonra xx.xx.2022-ci il tarixdə isə elektron məhkəmə sisteminə əlavə edilmişdir. Təqdim edilmiş sənədlərin məzmunu ilə tanış olduqdan sonra X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən X4 adına ********** qeydiyyat nömrəli xx.xx.2013cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş xx.xx.2013-cü il tarixli, 3M-133 reyestr nömrəli bağışlama müqaviləsi və sonradan notarius tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli 2V-51 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin olduğu aşkar edilmişdir. Məhkəmə tərəfindən X4 adına Bakı şəhəri 11 saylı notariat kontorunda tərtib edilmiş xx.xx.2013-cü il tarixli 2V-51 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qətnamə əsasında etibarsız hesab edilməsinə hüquqi qiymət vermiş olsa da, lakin bağışlama müqaviləsindən məlumatsız olması səbəbilə hüquqi qiymət verməmişdir. İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası Mirzəbala Ağabala oğlundan sonuncunun vəsiyyətnaməsi əsasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair mirası faktiki olaraq qəbul etdiyindən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyi üçün notariat orqanlarının öz vəzifələrini icra edərkən yol verdikləri pozuntular nəticəsində vərəsənin dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququndan məhrum edilməsi üçün əsas olmadığından, Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən tərtib və təsdiq edilən Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3M-133 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunmalıdır. Bu səbəbdən Cavabdeh2 X4 vərəsəsi olması səbəbilə cavabdeh statusundadır. Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3M-133 reyestr nömrəli bağışlama müqaviləsi Azərbaycan Respublikası MM-nin 1133-cü, 1243-cü, 1300-cü, 1301-ci, 1255-ci, 324.5-ci və 339.3-cü maddələrinin tələblərinin pozulması ilə bağlanıldığına görə etibarsız hesab olunmaqla ləğv edilməlidir. Bu səbəbdən sadalanan maddi hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, bu halda mərhum Mirzəbala Ağabala oğlunun Bakı şəhəri 26-cı dövlət notariat kontorunun dövlət notariusu N.L.Qafarovun iştirakı ilə tərtib və təsdiq edilmiş 2V- 76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyyətnaməsi üzrə vərəsə İddiaçı miras əmlaka subyektiv vərəsəlik hüququ əsasında çıxış etməsi (vəsiyyətnamə üzrə vərəsəlik institutu) Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3M-133 reyestr nömrəli bağışlama müqaviləsinin mübahisələndirilməsindən məhrum olmuş və birinci instansiya məhkəməsi tərəfindən həmin bağışlama müqaviləsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, həmin ev onun ərindən ona miras olaraq qalmış, o da həmin evi satmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X30 və onun nümayəndəsi (vəkili) Vəkil3 izahatında bildirdi ki, iddianı gəbul etmir. Belə ki, üçüncü şəxs X30 vicdanlı alıcıdır. Bununla bağlı da məhkəmənin qanuni qüvvəyə minmiş aktı var. Belə olan halda da, əqdin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh və üçüncü şəxslər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Mirzəbala Ağabala oğlunun Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinin surətindən görünür ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini İddiaçı vəsiyyət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 4075/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilnə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hədiyə verən Cavabdeh1 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanmış 11 saylı notariat kontorundan təsdiqlənmiş xx.xx.2006-cı il tarixli Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilnin ½ hissəsinin bağışlanılmasına dair müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışın ləğv edilməsi, X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, X5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, X8 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən X4 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-cü il tarixli 2V- 51 reyestr nömrəli qanun üzəri vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, X12 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, X13 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh2 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyestr nömrəli qanun üzəri vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, satıcı Cavabdeh2 ilə alıcı X30 arasında Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X23 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 80000 manatın alınaraq X27 verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 cavabdehlər İddiaçı, Cavabdeh1, X11, X6, Cavabdeh2, X15, X16, X27, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1440/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və X30 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4075/2022 saylı qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1153/2024 saylı qətnaməsinin surətindən görünür ki, hər iki apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni satıcı Cavabdeh2 ilə alıcı X30 arasında ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, “Daşınmaz əmlakın dövlət reyestrindən” X23 adına həmin mənzilə dair verilmiş “Çıxarışın” ləğv edilməsi, Cavabdeh2 80000 manatın alınaraq X27 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin iddia tələbləri rədd edilmiş, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1153/2024 saylı əlavə qətnaməsinin surətindən görünür ki, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddia ərizəsində ifadə edilmiş “Bakı şəhəri 11 saylı Notariat X1 və X5 verdikləri 02 aprel 2013-cü il tarixli, X8 və Cavabdeh1 verdikləri 03 aprel 2013-cü il tarixli “miras paydan imtina barədə” ərizələrin etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3170/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1153/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Raya Qəhrəman qızının vərəsələri Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23B, mənzil 6-da qeydiyyatda olan oğlu X10 və Bakı şəhəri, 8-ci mikrorayon, S.Axundov küçəsi, ev 2, mənzil 20-də qeydiyyatda olan qızı Cavabdeh1dır və onlar miras əmlakdan bərabər (1/2) paylarda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarışına əsasən Raya Qəhrəman qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 98,48 kv.metr yaşayış sahəsi 76.18 kv.metr təşkil edən 5 otaqlı mənzildən ibarətdir. AZ-İ seriyalı 506145 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Raya Qəhrəman qızı xx.xx.2011-ci il tarixdə ölmüşdür. 1 saylı Mənzil Kommunal İstismarı Sahəsinin arayışının surətindən görünür ki, Raya Qəhrəman qızı Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış, ölümü ilə əlaqədar xx.xx.2011-ci il tarixdə həmin evdən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olmaqla X10, İddiaçı, X17, X14, X19, X24, X21 və X22 yaşayırlar. 72 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2013-cü il tarixli arayışının surətindən görünür ki, Raya Qəhrəman qızı Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində qeydiyyatsız yaşamış, xx.xx.2011-ci il tarixdə vəfat etmiş, xx.xx.2006-cı il tarixdə açılmış qeydiyyat vəsiqəsi onun adınadır. Bu ünvanda Cavabdeh1 başqa heç kim qeydiyyatda yoxdur. ИЕ seriyalı 243938 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəbala Ağabala oğlu ilə Raya Qəhrəman qızı arasında olan nikah xx.xx.1958-ci il tarixdə bağlanmış və 332 nömrə ilə qeyd olunmuşdur. AZ seriyalı 126950 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 193 saylı ölüm akt qeydi tərtib olunmuşdur. X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vərəsələrin Cavabdeh1, X19, İddiaçı və X14 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X5 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2011-ci ildə ölmüş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka dair heç bir iddiası yoxdur. Mirasın qəbul edilməi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcək. İddiaçı ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2011-ci ildə ölmüş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka dair heç bir iddiası yoxdur. Mirasın qəbul edilməi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcək. X8 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2011-ci ildə ölmüş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka dair heç bir iddiası yoxdur. Mirasın qəbul edilməi vaxtının uzadılması üçün məhkəməyə müraciıt etməyəcək. Cavabdeh1 ünvan 1 ünvanladığı ərizəsinin surətindən görünür ki, xx.xx.2011-ci ildə ölmüş anası Raya Qəhrəman qızından miras qalmış əmlaka oğlu X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmasına razılıq vermişdir. MH seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadədə olan 0.1134 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada 98.48 kv.m ümumi, 76.18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Raya Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2006. Cavabdeh1 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vərəsələrin X10, X19, İddiaçı və X14 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 20 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. xx.xx.2013-cü il tarixdə, Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh1 ilə X10 arasında bağlanmış “bağışlama” müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Raya Qəhrəman qızından miras qalmış ünvan 3 ünvanında yerləşən 20 saylı mənzildən ona çatan ½ hissədə payını Raya Qəhrəman qızının qanun üzrə digər vərəsəsi – oğlu X7 bağışlamışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respubikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-ci maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışlama müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli bağışlama müqaviləsinin tərəflərin iradə ifadələrinə zidd olaraq bağlanması müəyyən edilmədiyindən, əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin məzmununa dair şərtlərə və əqdin formasına dair şərtlərə əməl edildiyindən həmin əqd etibarlı əqd hesab edilməlidir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsas olmadığından iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödəilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı Cavabdeh1 və Cavabdeh2 qızna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X30, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) "əqdin etibarsızlığı" tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-51/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-51/2025
03.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver